Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-575/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin nümayəndəsi X2, Cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh N. Aslanov tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İKB ASC cavabdehlər X3 və qeyrilərinə qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda vəsatət verərək bildirdi ki, birinci instansiya məhkəməsi faiz və cərimə borcunu düzgün hesablamamış, ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir, buna görə də məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi D.Əliyeva apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, ekspertiza təyin edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı ilə cavabdeh X3 arasında bağlanmış 24-G-1-0-780-14 saylı, 24.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində yaranmış əsas, faiz və cərimə borcunun müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Mülki iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında 24.10.2014-cuil tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 25 faizlə, 60 ay müddətinə 28000 manat məbləğində kredit verməyi ödəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsində göstərilir ki, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Hazırkı iş üzrəməhkəmə-mühasibatlıq ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı sual qoyulsun.
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24-G-1-0-780-14saylı, 24.10.2014-cu tarixli kredit müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində (24.10.2014-cü ildən 24.10.2019-cu ilə qədər) yaranmış əsas, faiz və cərimə borcunun məbləği müəyyən edilsin. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspertizanını keçirilməsi üçün 15 (on beş) gün vaxt müəyyən edilsin. Ekspertlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə xəbərdarlıq elan edilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar zəruri şəraitin yaradılması (iddiaçı, cavabdeh və ya üçüncü şəxs tərəfindən) təmin edilsin. Tərəflərə ekspertizanın keçirilməsində iştirak etmək hüququ izah olunsun və eksperlər tərəfindən onların iştirakı təmin olunsun.
Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov