Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5754/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1540/20) iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbi təmin edilmiş, Cavabdeh 14.248,68 ABŞ dolları məbləğində əsas borc, 3490.20 ABŞ dolları məbləğində faiz borcu, 526.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmiş, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması Bakı Apellyasiaya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadları ilə X1 apellyasiya şikayəti qismən təmin olunaraq, Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsinin iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilməsi, iddiaçı X1 cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X3 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsinin qismən - iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə dair hissədə ləğv edilməsi, mülki işin icraatına həmin hissədə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1540/2020 nömrəli qərardadı ilə, Məhkəmənin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsi təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində və xx.xx.2019cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilməsi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində qeydə alınmış şəhadətnamələr ləğv edilməsi,DİN-in Baş Dövlət Yol Polisi İdarəsində SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə dair qeyd əvvəlki mülkiyyətçi Cavabdeh adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeyd bərpa olunması qərara olunmuşdur. Həmin qərardaddan iddiaçı BOKT "xxxx" ASC tərəfindən şikayət verilmiş, Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)-1540/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən maraqlarına toxunan şəxs X6 tərəfindən Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadından şikayət verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxışdan çıxarılaraq maraqlarına toxunan şəxs X6 tərəfindən verilmiş şikayətə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə X5 tərəfindən verilmiş şikayət təmin edilərək, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh varisi X4 şikayət verərək qərardadın ləğv edilməsi, icrada dönüş edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmiş, Nərimanov Rayon Məhkəməsi 08 iyul 2022-ci il tarixli qərardadla şikayəti təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı BOKT "xxxx" ASC-nin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən maraqlarına toxunan şəxs X2 qeyd edilən qərardaddan şikayət verməsi səbəbindən mülki iş baxışdan çıxarılaraq şikayətə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı 16 iyun 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs X2 şikayəti təmin edilərək, 25 aprel 2022-ci il tarixli 2(005)-1540/2020 saylı qərardad ləğv edilmiş və qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Cavabdeh varisi X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı BOKT "xxxx" ASC-nin şikayət verdiyi 25 aprel 2022-ci il tarixli 2(005)-1540/2020 saylı qərardad artıq ləğv edilmişdir. Lakin, birinci instansiya məhkəməsi 25 aprel 2022-ci il tarixli 2(005)-1540/2020 saylı qərardadı ləğv etsə də, iddiaçı BOKT "xxxx" ASC-nin həmin qərardaddan verdiyi şikayətə münasibət bildirməmişdir (geri qaytarmamışdır). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı BOKT "xxxx" ASC Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə qərardadından şikayət verərkən mülki prosessual qanunvericiliyin normalarına riayət etsə də, qeyd edilən qərardad maraqlarına toxunan şəxs F.Tarquliyevin şikayəti əsasında artıq ləğv edildiyindən iddiaçı BOKT "xxxx" ASC-nin 25 aprel 2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxılması apellyasiya baxışının predmeti deyildir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də iddiaçı BOKT "xxxx" ASC-nin ləğv edilməsini xahiş etdiyi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı artıq qüvvədə olmadığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 25 aprel 2021-ci il tarixli qərardadından iddiaçı BOKT "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5754/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5754/2022
29.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver