Məhkəmə qərarları › İş №2(103)-576/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-576/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-576/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Tural Məmmədovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00009-02/19A nömrəli kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 13.815,98 manat, dövlət rüsumunun əvəzi kimi 30,4 manat, cəmi 2.066.381,37 manat cavabdeh (kredit alan) Cavabdeh1 tutularaq iddiçıya verilsin, tutma göstərilən 2 ipoteka predmetinə yönəldilsin: 1) cavabdeh (ipoteka qoyan) Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinə; 2) cavabdeh (ipoteka qoyan) Cavabdeh2 məxsus olan, Yasamal rayonu, İnşaatşılar prospekti 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanasına). Qətnamədə 1-ci əmlakın ilkin satış qiyməti 2.600.000 manat, 2-ci əmlakın ilkin satış qiyməti 40.000 manat müəyyən edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Kredit borcunun ödənilməsi barədə tələb "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00009-02/19A nömrəli kredit müqaviləsinə əsaslanır. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 20.12.2021-ci il tarixli, 9/9078 nömrəli rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə əsas borcun məbləği 2.052.535 manat, 09.07.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcunun məbləği 9.797,29 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsas borcun məbləğini düzgün, faiz borcunun məbləğini isə artıq müəyyən edib. Ona görə də qətnamə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməli, faiz bocunun məbləği 9.797,29 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, kredit alandan əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 9.797,29 manat tutulmalıdır. Kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilsin, faiz borcunun məbləği 9.797,29 manat müəyyən edilsin. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 9.797,29 manat, dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 2.062.362,68 (iki milyon altmış iki min üç yüz altmış iki tam yüzdə altmış səkkiz) manat tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 manat Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar