Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5762/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Tural Hüseynovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və sahələrin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1506/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə, 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən 2, 5, 6A, 7, 16, 19, 21, 22, 24A, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 nömrəli mənzillər, 400 kv.m qeyri-yaşayış sahəsi, Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2.000 kv.m yaşayış sahəsi, 1.000 kv.m qeyri-yaşayış sahəsi tam təmirli şəkildə iddiaçıya verilsin. 2.Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verilib və tələb olunub: 1) Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçə, 2 ünvanında yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2006-cı il tarixli 3 ədəd müqavilə (118,3 kv.m, 140,5 kv.m, 164,5 kv.m sahəyə dair müqavilələr) etibarsız hesab olunsun, həmin müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin və 400 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsin; 2) X2 imzaladığı xx.xx.2006-cı il tarixli iltizama əsasən əlavə olaraq Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2.000 kv.m yaşayış sahəsi, 1.000 kv.m qeyri-yaşayış sahəsi tam təmirli şəkildə iddiaçıya verilsin. 3.İddia tələbi onunla əsaslandırılıb ki, X1 Yasamal yaşayış massivi, Xarici Dairəvi küçə, 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında 1.758 kv.m yaşayış sahəsini xx.xx.2005-ci il tarixli müqavilə ilə, həmin binada yerləşən 400 kv.m qeyri-yaşayış sahəsini xx.xx.2005-ci il tarixli müqavilə ilə iddiaçıya satmışdır. X4 2011-ci ildə başqa payçı tərəfindən güllələnərək öldürülmüş, bundan sonra onun hüquq varisi Cavabdeh2 iddiaçının həbsdə olmasından istifadə edərək həmin əmlakı müxtəlif şəxslərə satmışdır. İddia ərizəsində daha sonra qeyd olunub ki, X4 imzaldığı xx.xx.2006-cı il tarixli iltizamla üzərinə öhdəlik götürüb ki, iddiaçıya satdığı əmlaklardan əlavə Xətai və Binəqədi rayonlarında tikiləcək binalardan 2.000 kv.m yaşayış sahəsini, 1.000 kv.m qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə iddiaçıya təhvil verəcək. İddianın dəyişdirilməsi barədə ərizədə qeyd olunub ki, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçə, 2 ünvanında yerləşən 400 kv.m qeyri-yaşayış sahəsi qanunsuz olaraq Cavabdeh3 adına sənədləşdirilmiş və həmin şəxsin mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli iki ədəd reyestr çıxarışı verilmişdir. 4.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs Tural Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 7.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İddia tələbi göstərilən üç sənədə əsaslanıb: Birinci, xx.xx.2005-ci ildə X4 ilə X3 arasında bağlanmış, Yeni Yasamal-2, Xarici Dairəvi küçə, 2-də inşa olunmuş binada pay barədə müqavilə (iş v. 119). İkinci, xx.xx.2005-ci ildə X4 ilə İddiaçı arasında bağlanmış, Yeni Yasamal-2, Xarici Dairəvi küçə, 2-də inşa olunmuş binada pay barədə müqavilə (iş v. 121). Üçüncü, xx.xx.2006-cı il tarixli iltizam. Həmin iltizamda X4 qeyd edib ki, X5 və İddiaçı satdığı əmlaklardan əlavə Xətai və Binəqədi rayonlarında tikiləcək binalardan 2.000 kv.m yaşayış sahəsini, 1.000 kv.m qeyri-yaşayış sahəsini tam təmirli vəziyyədə onlara təhvil verəcək (iş v. 123). Birinci və üçüncü sənədlərdə adı çəkilən X5 İddiaçı övladıdır. İddiaçı bildirir ki, övladı 2021-ci ilin yanvar ayında xəstəlikdən vəfat edib. 9.Həmin üç sənədin heç biri daşınmaz əşyaya münasibətdə iddiaçı üçün subyektiv hüquq müəyyən etmir. Məhkəmə bunu aşağıda göstərilənlərlə əsaslandırır. 10.Birinci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən görünür ki, əşya üzərində sərəncam vermək hüququ mülkiyyətçiyə məxsusdur. Həmin sənədlərin hər üçünü fiziki şəxs kimi X4 imzalayıb, lakin sənədlərin heç birinin məzmununda R.Rüstəmovun özünün daşınmaz əşyalara hər hansı hüququnun olduğu qeyd edilməyib. O cümlədən R.Rüstəmovun daşınmaz əşyalara mülkiyyət hüququnun olduğunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməyib. R.Rüstəmovun daşınmaz əşyaları hər hansı hüquqla iddiaçıya verə bilməsi üçün əvvəlcə R.Rüstəmovun özünün həmin əşyalara hüququnun olduğu təsdiq olunmalıdır. 11.İkinci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin üç sənədin heç biri notariat qaydasında təsdiqlənməyib. Odur ki, həmin səndlər əsasında daşınmaz əşyaya mülkiyyət və digər əşya hüquqları iddiaçıya verilə bilməz. 12.Beləliklə, iddiaçı hazırkı tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1506/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5762/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5762/2024
25.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver