Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5777/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə və X5 qarşı qanun pozuntularının araşdırılaraq təqsirli şəxslərin müəyyən edilməsi, zəbt edilən sahənin hansı rəsmi sənəd əsasında qəbul edilməsinin araşdırılması, kommunal xidmətlərə dair borc barədə mülkiyyətçiyə vaxtında xəbər verilməməsinin, bildiriş göndərilməməsinin və 3 il sonra bildiriş göndərilməsinin səbəblərinin araşdırılması və təqsirli şəxslərin müəyyən edilməsi, kommunal xidmətlərə dair bildirişin qanunsuz hesab edilməsi, kommunal xidmətlərə görə hesablanmış pul məbləğinin silinərək ləğv edilməsi və pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, müraciətlərə cavab verilməməsinə görə hərəkətin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və cavabehin üzərinə müraciətlərə cavab verilməsi vəzifəsinin qoyulması barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə və X5 qarşı qanun pozuntularının araşdırılaraq təqsirli şəxslərin müəyyən edilməsi, zəbt edilən sahənin hansı rəsmi sənəd əsasında qəbul edilməsinin araşdırılması, kommunal xidmətlərə dair borc barədə mülkiyyətçiyə vaxtında xəbər verilməməsinin, bildiriş göndərilməməsinin və 3 il sonra bildiriş göndərilməsinin səbəblərinin araşdırılması və təqsirli şəxslərin müəyyən edilməsi, kommunal xidmətlərə dair bildirişin qanunsuz hesab edilməsi, kommunal xidmətlərə görə hesablanmış pul məbləğinin silinərək ləğv edilməsi və pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, müraciətlərə cavab verilməməsinə görə hərəkətin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və cavabehin üzərinə müraciətlərə cavab verilməsi vəzifəsinin qoyulması barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)-2230/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, 9C saylı evin 39 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ 09 fevral 2018-ci il tarixdən qeydə alınmışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 2(004)- 325/16 saylı qətnaməsinə əsasən X7, X2 və İddiaçı cavabdehlər Cavabdeh3 Mənzil Tikintisi Kooperativinə və Kooperativliyin sədri Cavabdeh1 qarşı “xidmət müqaviləsinə əlavələrin edilməsi və ümumi həyət sahəsinin yaxşılaşdırılması tələbinə” dair iddiası aşağıdakı formada qismən təmin olunmuşdur: - Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən Cavabdeh3 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılsın və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilsin. - ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılsın, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığı mütəxəssisələr tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilsin. - ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilsin. - girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılsın. - girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilsin. - pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkan maydançalarında tavan və divarlarının tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilsin. - girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilsin; - girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaraşlı sahələri (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılsın. - binanın 2-ci girişində ümumi havalandırma sisteminin quraşdırılması ilə bağlı qüsur (binanın qeyri-yaşayış obyeklərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi Cavabdeh3 Mənzil Tikintisi Kooperativliyinə və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(004)- 608/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh3 MTK və Cavabdeh1 qarşı iddiası qismən təmin olunaraq Cavabdeh3 MTK və Cavabdeh1 29 yanvar 2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, AR Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05128 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, İddiaçı “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilmiş, kommunal xidmətlər üzrə Cavabdeh3 MTK-nın mühasibat sənədlərində iddiaçının adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət’ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi Cavabdeh3 MTK-nın üzərinə qoyulsmuş, Cavabdeh3 MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi qanunsuz hesab edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 16 iyun 2019-cü il tarixli, 2(103)-9271/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(004)-608/2019 saylı qətnaməsi qismən – iddianın kooperativin nizamnaməsinin, üzvlük kitabçasının, tikilinin (mənzilin) keyfiyyət sertifikatının, və istismar təlimatının verilməsi vəzifəsinin Cavabdeh3 MTK-nın üzərinə qoyulması hissəsinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə iddia təmin olunmuş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(004)- 98/2022 saylı qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin olunaraq Cavabdeh3 MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh3 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulsun. İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh3 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilərək 0tanınması, Cavabdeh3 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 14 iyun 2022-ci il tarixli, 2(103)-4239/2022 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(004)-98/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh2 MMMC tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023-cü il tarixli bildirişdə MMMC-nin fəaliyyətə başladığı tarixdən heç bir ödəniş aparılmadığı, 2020-ci il üçün 550 manat, 2021-ci il üçün 590 manat, 2022-ci il üçün 480 manat, 2023-cü ilin yanvar ayı üçün 40 manat olmaqla ümumilikdə 1660 manat məbləğində borcun olması qeyd edilmişdir.
8. İddiaçı tərəfindən Cavabdeh2 MMMC-yə 11 fevral 2020-ci il, 17 mart 2020-ci il, 03 aprel 2020-ci il, 04 aprel 2020-ci il, 05 aprel 2022-ci il, 29 aprel 2022-ci il, 27 may 2022ci il, 31 iyul 2022-ci il, 22 avqust 2022-ci il, 28 sentyabr 2022-ci il, 02 oktyabr 2022-ci il, 26 oktyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 26 yanvar 2023-cü il, 10 mart 2023-cüil, 27 mart 2023-cü il tarixlərdə müxtəlif məzmunlu müraciətlər ünvanlansa da, həmin müraciətlərdən Cavabdeh2 MMMC tərəfindən yalnız 04 aprel 2022-ci il tarixli müraciət həmin tarixdə cavablandırılmış, digər müraciətlərə cavab verilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın "xxxx" MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılması, bu işdə təqsirli şəxslərin müəyyən edilməsi, ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsinin hərtərəfli araşdırılması, "xxxx" MMMC-nin fəaliyyətə başladığı 01 fevral 2020-ci il tarixdən 12 yanvar 2023-cü ilə qədər müddətdə, ünvan üzrə binada İddiaçı məxsus 139 saylı mənzilə aid kommunal xidmətlərə aid borc barədə mülkiyyətçiyə vaxtında məlumat verilməməsinin, xəbərdarlıq edilməməsinin, bildiriş göndərilməməsinin və 3 ildən sonra, 12 yanvar 2023-cü il tarixdə, 36 aylıq borc olması barədə “bildiriş” göndərilməsinin səbəblərinin araşdırılması, bu məsələdə təqsirli şəxslərin müəyyən edilməsi, iddia ərizəsində göstərilən əsaslarla, "xxxx" MMMC-nin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' MMMC-nin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, "xxxx" MMMC və "xxxx" MMMC sədri Cavabdeh4, İddiaçı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsinin vəzifəsinin qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra -iddiaçı), ünvan 6 ünvan üzrə) Cavabdeh3nın (MTK) inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilin sahibidir. İddiaçı, 29 yanvar 2013-cü il tarixdə Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 ilə “Mənzil tikintisi haqqında müqavilə” və “Xidmət müqaviləsi” bağlamışdır. Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1(cavabdeh 3 və 4), müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, iddiaçı, kollektiv iddia və ayrılıqda, iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-325/2016 saylı, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(004)- 608/2019 saylı və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(103)-9271/2019 saylı qətnamələrində iddia tələbləri təmin edilmişdir. Cavabdeh3 MTK və onun sədri H.S. Zülfüqarov, həmin qətnamələrdə üzərinə qoyulmuş çoxsaylı vəzifələri yerinə yetirmir. Hazırkı iddia ərizəsinin mahiyyəti, ünvan üzrə iddiaçıya məxsus mənzilin yerləşdiyi binada, xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formanın dəyişərək, Cavabdeh3 MTK-nın “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməsnidə və hüquqi şəxsin yenidən təşkilində, hər iki təşkilat tərəfindən, mütəşəkkil şəkildə, AR Mülki Məcəlləsinin 56.5., 57.1., 57.3., 58.3. və AR Mənzil Məcəlləsinin 109.6., 111.1. maddələrinin tələblərinə riayət edilməmişdir. Bu səbəbdən, “Təhvil-Qəbul” aktının tərtibatında natamalıqların nəticəsi olaraq, iddiaçının hüquqlarının və qanuni mənafeyinin pozulması ilə bağlıdır. Belə ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, “Təhvil-Qəbul” aktındakı natamamlıqlardan sui-istifadə edərək, məhkəmə qətnamələrində onun üzərinə qoyulmuş vəzifələrin icrasından imtina edir. Eyni zamanda, digər cavabdeh - ünvan üzrə binada Qranit” MTK əsasında yenidən təşkil edilən hüquqi şəxs, “Yasamal 43’' MMMC və “Yasamal 43’' MMMC sədri Cavabdeh4, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə qətnamələrində təsbit olunan tələblərə zidd olaraq, "xxxx" MMMC yarandığı vaxtdan 3 il sonra, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, keçmiş tarixlərə aid, 36 ay üçün, iddiaçıdan “Yasamal 43’' MMMC-nin xəzinəsinə 1660 manat pul ödənilməsini tələb edir. İddiaçı, “Yasamal 43’' MMMC fəaliyyətə başladığı xx.xx.2020-ci il tarixdən 2022-ci ilin sonuna qədər məhkəmə qətnamələrində (icra vərəqəsində) təsbit olunan tələblərə istinadla, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, onun tərəfindən ödəniş edilməsi, yaxud, edilməməsi ilə bağlı, məsələyə aydınlıq gətirilməsi və buna dair rəsmi yazılı cavab alınması üçün, cavabdeh “Yasamal 43’' MMMC və onun sədri Cavabdeh4 yazılı xəbərnaməli poçt məktubları və xidməti E-poçt vasitəsi ilə çoxsaylı müraciətlər etmişdir. Cavabdeh “Yasamal 43’' MMMC və onun sədri Cavabdeh4, 3 il ərzində bu müraciətlərə cavab verməkdən davamlı yayınmışdır. İddiaçının poçt xidməti və E-poçt vasitəsi ilə cavabdehə ünvanladığı məktubların (rəsmi müraciətlərin) qəbulundan cavabdehin imtina etməsini təsdiqləyən subutlar məhkəməyə təqdim edilmişdir. Bu hal, cavabdehin hərəkətinin aşkar qərəzli olmasını subut edir. Binada kommunal xidmətlər üzrə ödənişlərə nəzarət edən, bina komendantı Elçin Mürsəlov, iddiaçıya şifahi bildirmişdir ki, “Baxış müəllim deyir ki, məhkəmə qətnamələrinə əsasən, İddiaçı binada göstərilən kommunal xidmətlər üzrə ödəniş etməməlidir”. Ünvan üzrə binada, xx.xx.2020-ci il tarixdən 3 il ərzində fəaliyyət göstərən "xxxx" MMMC tərəfindən, xidmət müqaviləsi bağlanılması, yaxud, hər hansı bir xidmətin göstərilməsi barədə, iddiaçıya rəsmi məlumat verilməmişdir və iddiaçı, "xxxx" MMMC ilə hər hansı bir xidmət göstərilməsi ilə bağlı, müqavilə bağlamamışdır. İddiaçı, ünvan üzrə binada kommunal xidmətlərin göstərilməsi ilə bağlı, 29 yanvar 2013-cü il tarixdə, Cavabdeh3 MTK ilə “xidmət müqaviləsi” bağlamışdır. Həmin müqavilədə təsbit olunan öhdəliklərin Cavabdeh3 MTK tərəfindən yerinə yetirməməsi ilə bağlı, hüquqi qüvvədə olan məhkəmə qətnamələri müraciətlərlə birlikdə, "xxxx" MMMC-nə 2 dəfə təkrarlıqla təqdim edilmişdir. Cavabdehlər Cavabdeh3 MTK sədri Cavabdeh1 və“Yasamal 43’' MMMC sədri Cavabdeh4mübahisə predmeti üzrə mövqeləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və AR Mənzil Məcəlləsində təsbit olunn tələblərə zidd və anlaşılmazdır. Məsələnin düzgün və hüquqi müstəvidə həllində cavabdehlərin maraqlı olmaması, onların qanunsuz hərəkətlərindən qaynaqlanan qarşılıqlı maraqlarının toqquşması ilə bağlıdır. Bu iddia, cavabdeh “Yasamal 43’' MMMC sədri Cavabdeh4 məhkəmə sorğusuna təqdim etdiyi 18 yanvar 2022-ci il tarixli arayışla təsdiq olunur. Bu səbəbdən, iddiaçıya aid qətnamələrdə təmin edilmiş tələblərin icrasında qeyri-müəyyənlik və hərəkətsizlik yaratmışdır. Bunun müstəqil nəticəsi olaraq, cavabdehlər, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə davamlı maneələr yaratmışlar və bu hal, hazırda davam edir. Şərh olunan əsaslarla, məsələlərin mahiyyəti üzrə araşdırılması və hüquqi əsaslı həlli zəruridir. İddia ərizəsində göstərilən hallarla bağlı, mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olmuşdur və bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələrində, Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 təqsirli mülki hüquq pozuntuları, ünvan üzrə binada və binanın 2-ci girişində tikinti norma və qaydalarının pozulması, çoxsaylı ciddi qüsurlar və natamamlıqlar, yaşayışa narahatlıq yaradan və təhlükəli halların mövcud olması, iddiaçıdan qanunsuz pul tələb edilməsi, hüquqi əhəmiyyətli mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi və sair halların təsdiqi öz əksini tapmışdır. Həmin tələblərdən biri, ünvan üzrə binada, ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə ödənişlə ilə bağlıdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-608/2019 saylı qətnaməsi üzrə icra sənədinin 1-ci bəndində təsbit olunmuşdur: “Borclular Cavabdeh3 MTK və Cavabdeh1 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X3 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməlidir və borclu Cavabdeh3 MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır”. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli №3(004)-1952/2021 saylı qətnaməsində subut edilmişdir ki, Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 həmin qətnamələr üzrə icra vərəqələrində təsbit olunan tələbləri və üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən davamlı yayınır. Bu hal hazırda davam edir. Cavabdeh3 MTK sədri Cavabdeh1 ünvan üzrə binada, ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə ödənişlə ilə bağlı, xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim etdiyi arayışın məzmunu, mahiyyətcə Yasamal rayon Məhkəməsinin xx.xx.2019- cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələrində təsbit olunan tələblərə ziddir və natamamdır. Həmin arayışda göstərilir: “Ünvan üzrə binada İddiaçı məxsus 139 saylı mənzilə aid kommunal xidmətlərlə bağlı,xx.xx.2013- cü il tarixdən xx.xx.2020-ci ilə qədər mühasibat sənədlərində hesablanmış 4355 manat ödəniş məbləği silinərək, ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cı il tarixli 2(103)-9271/2019 saylı qətnaməsinin icra vərəqəsində göstərilən tələblər tam icra edilən vaxta qədər, Cavabdeh3 MTK-nın mühasibat sənədlərində İddiaçı məxsus, ünvan 8 ünvanda binanın 2-ci girişində 139 saylı mənzilə aid kommunal xidmətlər üzrə ödəniş hesablanmayacaq və “kommunal xidmət” üzrə ödəniş tələb edilməyəçək”. İddia ərizəsinə əlavə olunan sənədlərlə subut edilir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, iddiaşının ərizələri əsasında qəbul edilmiş və hüquqi qüvvəyə minmiş 2016, 2019 və 2023-cü il tarixli qətnamələrdə, ona aid tələbləri yerinə yetirməmişdir. Buna rəğmən, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlər üzrə xx.xx.2020-ci il tarixdən sonrakı dövrlərə aid hesablanmış pul məbləğinin hansı səbəbdən silinməməsi və ləğv edilməməsi ilə bağlı, Cavabdeh3 MTK sədri Cavabdeh1 “xx.xx.2020-ci il tarixdən, bina "xxxx" MMMC tərəfindən idarə olunur və bu səbəbdən, xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə, bu məsələnin həlli Qranit” MTK-ya və mənə aid deyil. Cavabdeh, bu barədə əsaslandırılmış rəsmi sənəd verməkdən imtina etmişdir. Cavabdeh3 MTK sədri Cavabdeh1 iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli arayışın məzmunu ilə, Cavabdeh3 MTK-nın mühasibat sənədlərində binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə iddiaçının adına yalnız xx.xx.2020-ci ilə qədər hesablanmış ödəniş məbləğinin silinməsi, həmçinin, cavabdehin şifahi ifadəsində xx.xx.2020-ci il tarixdən sonrakı dövrlə bağlı, "xxxx" MMMC ilə razılaşdırmalıdır” məzmunda ifadəsi, qanunsuzdur. Bu halda, qənaətə gəlinir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, ünvan üzrə binada Qranit” MTK əsasında yenidən təşkil edilən hüquqi şəxs, “Yasamal 43’' MMMC-nin yarandığı xx.xx.2020-ci ildən sonrakı dövrlərdə, barəsində qəbul edilmiş məhkəmə qətnamələri üzrə icra sənədlərində təsbit olunan digər tələbləri və üzərinə qoyulmuş vəzifələri icra etməyəcəyi barədə bəyanat verir. Mübahisə predmeti ilə bağlı, məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı, iş üzrə digər cavabdeh - "xxxx" MMMC və onun sədri Cavabdeh4 çoxsaylı yazılı müraciətlər etmişdir. Cavabdeh, iddiaçının məktublarını qəbul etməkdən imtina etmişdir, xidməti E-poçtuna göndərilən müraciətlər cavabsız qalmışdır. "xxxx" MMMC-nin sədri, 18 mart 2020-ci il tarixdən, 3 il ərzində, iddiaçının müraciətlərinə, mahiyyəti üzrə konkret suallara tam və dəqiq cavab verməkdən yayınmışdır. Çoxsaylı müraciətdən sonra, cavabdeh "xxxx" MMMC-nin rəhbərliyi, iddiaçıya natamam və təhrif olunmuş məzmunda cəmi 2 “cavab” göndərmişdir. İddiaçının "xxxx" MMMC-nə ünvanladığı müraciətlərində (xx.xx.2022 və xx.xx.2022 tarixli “Etiraz”da) həmin “cavab”ların natamamığı və təhrif olunmasını subut edən əsaslı iradlar göstərilmişdir. Bu sənədlərin surəti iddia ərizəsinə əlavə edilmişdir. Məsələnin həlli ilə bağlı, iddiaçı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra, məhkəmə prossesi dövründə, iddiaçıya, “Yasamal 43’' MMMC-nin sədri Cavabdeh4 imzası ilə xx.xx.2023-cü il tarixli “Bildiriş” göndərilmişdir. Bildirişdə "xxxx" MMMC xx.xx.2020-ci ildən fəaliyyət göstərməsi və keçmiş 2020-ci il, 2021-ci il, 2022-ci il tarixlərə aid 36 ay hesabı ilə, binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı 1660 manat borcu olması qeyd edilmişdir və həmin pul vəsaitinin 3 gün müddətdə “Yasamal 43’' MMMC-nin xəzinəsinə ödənilməsi tələb edilir. Bu halda, 3 il müddətdə iddiaçının "xxxx" MMMC-nə borcu olması barədə bildiriş göndərilməməsi və xəbərdarlıq edilməməsi, anlaşılmaz və müəmmalıdır. İddiaçı, son 3 il ərzində, yəni, 2020-ci il, 2021-ci il və 2022-ci illərdə "xxxx" MMMC-nə və onun sədri Cavabdeh4 çoxsaylı müraciətlərinə, "xxxx" MMMC və onun sədri tərəfindən cavab verilməmişdir. Hazırkı bildirişdən aydın olur ki, bu hərəkət (hərəkətsizlik) qərəzli məqsədlə edilmişdir. Bu hal, “Vətəndaşların müraciətləri haqqında” AR Qanununda təsbit olunan tələblərin ciddi pozulması və korrupsiya tərkibli hüquq pozuntusudur. “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 7.5. maddəsinin tələbinə əsasən, “Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur”. “Elektron müraciətlərə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır (maddə 7.6.). “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanuna əsasən, “Vəzifəli şəxsin qanunla və normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək hərəkətləri (maddə 9.3.8.) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq hərəkətləri (maddə 9.3.12.) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.” Görünən odur ki, Cavabdeh3 MTK-nın “Yasamal 43’' MMMC-nə çevrilməsi zamanı, cavabdehlər “Yasamal 43’' MMMC, “Yasamal 43’' MMMC sədri Cavabdeh4 və Cavabdeh3 MTK və Cavabdeh3 MTK sədri Cavabdeh1 tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi və “Təhvil-Qəbul” aktının tərtibatında hər iki təşkilat tərəfindən mütəşəkkilliklə yol verilmiş ciddi hüquq pozuntuları və aktın natamamlığından cavabdehlər müştərək sui istifadəyə üstünlük vermişlər. Hesab edir ki, bu səbəbdən, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qətnamələri üzrə icra vərəqələrində təsbit olunan tələblərin icrası, bü günə qədər qeyri-müəyyən və hərəkətsiz qalmışdır. AR Mülki Prossesual Məcəlləsinin 15.2. maddəsində təsbit olunmuşdur ki,“Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(103)-9271/2019 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli №2(004)-608/2019 saylı qətnamələrin anlamlı məzmunundan hüquqi qənaətə gəlinir ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1 üzərinə qoyulmuş vəzifələr və öhdəliklər yerinə yetirilə qədər,ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı ödəniştələb edilə bilməz. Bu əsasla, qətnamədə təsbit olunan vaxta qədər, cavabdeh “Yasamal 43’' MMMC və “Yasamal 43’' MMMC sədri Cavabdeh4, ünvan üzrə binada göstərilən kommunal xidmətlərə görə, İddiaçı, xx.xx.2020-ci tarixdən 36 (otuz altı) ay müddətə aid hesablanmış 1660 (bir min altı yüz altımış) manat pul tələbi, qanunsuz hesab edilməlidir. Hüquqi qüvvəyə minmiş qətnamələrin icra vərəqəsi üzrə tələblərin Cavabdeh3 MTK və onun sədri Cavabdeh1 tərəfindən icra edilməməsi ilə bağlı, cavabdeh barəsində Yasamal rayon İcra və Probasiya şöbəsinin təqdimatları üzrə 4 dəfə AR İnzibati Xətalar Məcəlləsinin 528.1. maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsi haqqında Qərar qəbul edilmişdir. Məhkəmə materialında olan həmin qərarların və qətnamələrin məzmunundan görünür ki, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1, öhdəliklərindən və üzərinə qoyulmuş vəzifələri icra etməməsini, ünvan üzrə binada təşkilati-hüquqi formanın dəyişməsi və "xxxx" MMMC-nin yaradılması ilə “əsaslandırmışdır”. Halbuki, “Təhvil-Qəbul” aktının mətnində bu barədə AR Mülki Məcəlləsinin 56.5., 57.1., 57.3. və 58.3. maddələrində təsbit olunan tələblərə müvafiq qeydlər yoxdur. “Təhvil-Qəbul” aktında göstərilən“fitnes salonun müdüriyyəti tərəfindən zəbt edilmiş ərazi”, ünvan üzrə binaya və binanın həyətyanı sahəsinə aiddir və binaya yeganə giriş yolunun sahəsindədir. Bu yol, binanın və sakinlərin təhlükəsizliyi və əlverişli şəraiti baxımından, mühüm strateji əhəmiyyətə malikdir. Həmin fitnes salona gələn müştərilər, ərazinin avtodayanacaq kimi zəbt edilən hissəsindən əlavə, həyətə giriş yolunda da avtomobil saxlayaraq, parklanma kimi istifadə edir və yolu tuturlar. Təhvil-Qəbul aktında, Cavabdeh3 MTK sədrinin və "xxxx" MMMC sədrinin imzası ilə,“əraziyə girişdə, binada fəaliyyət göstərən qadın fitnes mərkəzinə aid gözətçi budkası qoyulmuş və burada 8 ədəd avtomobil dayanacağ yerinin rəsmi sənəd olmadan, öz mülkiyyətində olmasını iddia etməkdədirlər” məzmunda bəyanatla, binanın ərazisinin kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi rəsmi etiraf edildiyi halda, hər iki cavabdeh, həmin “Təhvil -Qəbul” aktına “sevə-sevə” imza etmişlər. Cavabdehlərin hansı hüquqi əsasla və sənədlə bu hərəkəti etməsi, anlaşılmaz və müəmmalıdır. Normal düşüncə tərzi ilə anlanır ki, ünvan üzrə binanın torpaq sahəsinin sərhədləri və miqyası üzrə, binanın təsdiq edilmiş lahiyyəsi olduğu halda, binanın həyətyanı sahəsinin kənar şəxslər tərəfindən özbaşına zəbt edilə bilməz. Bu əsasla, həmin ərazinin qanunsuz olaraq, vaxtılə, Cavabdeh3 MTK tərəfindən, hazırda isə "xxxx" MMMC tərəfindən, həmin “fitnis mərkəz”inə “sevə-sevə” verilməsi istisna edilmir. Bu barədə, "xxxx" MMMC-nin yaradılması ərəfəsində, MMMC sədrliyinə öz namizədliyini irəli sürən və hazırda sədrlik edən Cavabdeh4, o zaman sakinlərlə səmimi ünsiyyət görüntüsü yaratmağa səy göstərdiyi dövrdə, şəxsən səsləndirdiyi məlumata görə, “qadın fitnes mərkəzi tərəfindən bildirilmişdir ki, binaya aid həmin ərazinin və yolun alınması üçün, Cavabdeh3 MTK-nın sədri Cavabdeh1 15000 manat pul ödənilmişdir.”Əlavə bildirmişdir ki, “mən MMMC sədri seçilsəm, bu qanunsuzluqları aradan qaldıracağam”. Görünən odur ki, iş üzrə cavabdehlər, qəbul aktında, bina ərazisinin qanunsuz zəbt edilməsini rəsmi bəyan etdikləri halda, özlərinə məlum səbəbdən, bu qanunsuzluğu “Təhvil-Qəbul” aktında “rəsmiləşdirmişlər”. Sözügedən “Təhvil-Qəbul” aktının natamam məzmunundan qənaətə gəlinir ki, cavabdeh "xxxx" MMMC-nin sədri Cavabdeh4, yalnız özünə məlum səbəbdən, binanın ərazisini rəsmi sənədlər və təsdiq olunmuş lahiyyə əsasında təhvil almamışdır. Cavabdeh, Yasamal rayon Məhkəməsinə təqdim etdiyi №01025 saylı, xx.xx.2022-ci il tarixli arayışda bunu rəsmi etiraf etmişdir. Həmin sənəd iddia ərizəsinə əlavə edilmişdir. Buna rəğmən, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1 fəaliyyəti dövründə, qanunsuz olaraq, “qadın fitnes mərkəsinə” verilmiş (guya, zəbt edilmiş) həmin ərazi, binanın həyətyanı sahəsində qanunsuz inşa edilmiş və illər ərzində yarıtikili vəziyyətdə qalan 2 mərtəbəli tikili, cavabdeh "xxxx" MMMC sədri Cavabdeh4 tərəfindən rəsmi qəbul edilmişdir Məntiqlə, qənaətə gəlinir ki, “Təhvil-Qəbul” aktında həmin ərazinin qanunsuz zəbt edilməsi ilə bağlı, cinayət tərkibli qanun pozuntusu qeyd edildiyi halda, “Yasamal 43“ MMMC-nin sədri “seçilmiş” Cavabdeh4, həmin ərazini, müəmmalı olaraq, qəbul etmişdir. Bu məsələ ilə bağlı, bu günədək, "xxxx" MMMC-nin səlahiyyətləri həddində hər hansı bir rəsmi və hüquqi hərəkət edilməməsi, bu iddianı təsdiq edir. Hesab edirəm ki, bu məsələnin həllinə hüquqi müstəvidə, müvafiq səlahiyyətli qurumlar tərəfindən araşdırılması zəruridir. “Təhvil- Qəbul” aktında, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, qanunsuz inşa edilmiş 5 mərtəbəli bina barədə qeyd yoxdur. Bununla bağlı, "xxxx" MMMC sədri Cavabdeh4, sakinlərə, o cümlədən, iddiaçının müraciətlərinə cavab verməkdən davamlı yayınmışdır. Bu, Konstitusiya hüquqlarının ciddi pozulmasıdır. Məhkəməyə təqdim edilmiş “Təhvil-Qəbul” aktında, binanın ərazisində yerləşən avtomobil dayanacağı barədə, qərəzli və məqsədli olaraq, məlumat yoxdur. Cavabdeh “Yasamal 43“ MMMC-nin sədri Cavabdeh4, Yasamal rayon Məhkəməsinə təqdim etdiyi №01025 saylı, 18 yanvar 2022-ci il tarixli arayışda bildirmişdir ki, “... xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, xx.xx.2020-ci ildən etibarən ünvan 12 ünvanında rəsmi fəaliyyət göstərən “Yasamal-43’' MMMCnin bir çox sahələrə, o cümlədən də binada yerləşən avtodayanacaqlara dair sorğuda tələb olunan sənəd və məlumatlara dair müraciətlərinə baxmayaraq, Cavabdeh3 MTK-nın rəhbərliyi Yasamal 43” MMMC-nə hər hansı bir sənəd təqdim etməmiş və məlumat verməmişdir”. Məntiqlə, bu məzmundan, qənaətə gəlinir ki, "xxxx" MMMC-nin sədri B.B. Ələkbərov, "xxxx" MMMC-nin yaranması zamanı, AR Mülki Məcəlləsinin 56.5., 57.1., 57.3., 58.3. maddələri üzrə tələblərin, tərəfindən pozuntusunu etiraf edir. AR Mülki Prossesual Məcəlləsinin 106.3. maddəsində müəyyən edilmişdir ki,“Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir”. “Təhvil-Qəbul” aktı, qanun tələblərinə riayət olunmaması və natamam tərtib edildiyi səbəbdən, cavabdehlər tərəfindən məhkəməyə tam həcmdə təqdim edilmir. Həmçinin, cavabdehin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi natamam tərtibdə xx.xx.2020-ci il tarixli “Təhvil-Qəbul” aktında təsbit olunan qeydlərdən belə qənaətə gəlinir ki, "xxxx" MMMC sədri Cavabdeh4, Yasamal rayon Məhkəməsinə təqdim etdiyi №01025 saylı, 18 yanvar 2022-ci il tarixli arayışda, məhkəməyə bilərəkdən, natamam və təhrif olunmuş məzmunda, yanlış məlumat vermişdir. Bu əsasla, “Təhvil-Qəbul” aktının əsli, yaxud, notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir və tədqiq olunmalıdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə iddiaçı sənədlərin təhvil verilməsini tələb etsə də, iş materiallarından, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı çıxarılmış 2(004)-199/2023 saylı mülki işdən görünür ki, sənədlər cavabdeh tərəfindən tədqim edilmişdir. Bundan əlavə iddia ərizəsindəki digər tələblər məhkəmədə sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh tərəfindən tədqim edildiyindən, həmçinin digər tələblər məhkəmədə sübuta yetirilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 5.3, 6.2 və 76.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, iddia ərizəsində göstərilən və hüquqi əsaslarla subut olunan, çoxsaylı qanun pozuntularına hüquqi qiymət verilməmişdir, iddia tələbləri mahiyyəti üzrə araşdırılmamışdır, hüquqi əhəmiyyətli subutlar cavabdehlərdən tələb edilməmişdir və bunun müstəqil nəticəsi olaraq, məhkəmə subutların tədqiqindən yayınmışdır. Məhkəmənin Cavabdeh3 MTK tərəfindən 14 dekabr 2017-ci il tarixdə göndərilən arayışdan görünür ki, Cavabdeh3 MTK-nın ünvan 14 ünvanında inşa etdiyi yaşayış binasında olan 205 ədəd avto-dayanacaqlar tam olaraq satılmış, boş avto dayanacaq qalmamışdır” məzmunda qeydi, iddianın predmeti üzrə mahiyyətinə hansı mövqedən yanaşılmasını aşkar edir. Belə ki. qeyd edilən sənəd, məhkəməyə iddiaçı tərəfindən vəsatətlə təqdim edilmişdir. Vəsatətdə xahiş edilmişdir ki, həmin sənəd araşdırılsın və cavabdehlərin qanunsuz və korrupsiya tərkibli hərəkətlərinə hüquq qiymət verilsin. Belə ki, həmin rəsmi sənəddə, Cavabdeh3 MTK sədri Cavabdeh1 imzası və möhürlə təsdiq olunur ki,1 şəxsin adına 66, digər şəxsin adına – 27, bir ailə üzvlərinin adına - 47 avtodayanacaq yeri satılmışdır. Korrupsiya tərkibli əməli aşkar əks etdirən bu sənədə məhkəmənin (hakimin) qətnamədə sadəcə, istinad etməsi, bu sənəd üzrə araşdırma aparmaması və hüquqi qiymət verməməsi anlaşılmazdır. İddia ərizəsinin 6 tələbi üzrə məsələlərin ədalətli həllindən, anlamı çətin və hüquqi məntiqlə uzlaşmayan, cəmi 3 qarışıq cümlə ilə yayınır: “Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı sənədlərin təhvil verilməsini tələb etsə də, iş materiallarından, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı çıxarılmış 2(004)-199/2023 saylı mülki işdən görünür ki, sənədlər cavabdeh tərəfindən tədqim edilmişdir. Bundan əlavə iddia ərizəsindəki digər tələblər məhkəmədə sübuta yetirilməmişdir” və “Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh tərəfindən tədqim edildiyindən, həmçinin digər tələblər məhkəmədə sübuta yetirilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir”. Məhkəmənin (hakimin) bu absurd yanlış məzmunda qənaəti əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı, “sənədlərin təhvil verilməsini tələb” etməmişdir və bu, iddianın predmeti deyil. Sənədlərin cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməsi zərurəti, iddia ərizəsində göstərilən halların həmin sənədlər əsasında subuta yetirilməsindən irəli gəlmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş çoxsaylı yazılı subutlarla təsdiq edilmişdir ki. cavabdehlər həmin sənədləri iddiaçıya verilməsindən və müraciətləri (məktubları) qəbul etməkdən imtina etmişlər. Eyni zamanda, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı çıxarılmış 2(004)-199/2023 saylı mülki işin” və hazırkı e- 2(004)-2230/2023 saylı mülki iş materiallarında, iddiaçının vəsatətlərində göstərilən hər hansı bir sənəd mövcud deyil. Yasamal rayon Məhkəməsinin icraatında olmuş №2(004)- 199/2023 saylı mülki işin mahiyyəti, hazırkı iddia ərizəsinin məzmununa və tələblərə analoji olmuşdur. Hakim, həmin işə açıq qərəzli mövqedən yanaşaraq, “ərizənin baxılmamış saxlanılması” barədə əsassız və müəmmalı qərardad çıxarmışdır. Hazırkı iş üzrə, bu hal, yenidən təkrar olunmuşdur. “Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması, yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur”. "xxxx" MMMC sədri B.B. Ələkbərov, xx.xx.2022-ci il tarixli Yasamal43mmmc/01025 saylı arayışla etiraf edir ki, Yasamal-43’' MMMC yarandığı vaxt, Cavabdeh3 MTK, Nizamnamə və digər mühüm sənədlərlə birlikdə, “Təhvil-Qəbul” aktının tərkibində, rəsmi qaydada, “Yasamal-43’' MMMC-nə təqdim edilməmişdir. Bu halda, “Yasamal 43’' MMMC-nin yaranması mərhələsində, “Təhvil-Qəbul” aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklər, o cümlədən, tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar təsbit olunmamışdır və hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş iştirakçıları tərəfindən təsdiq olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, təşkilati-hüquqi formanın dəyişərkən və hüquqi şəxs yenidən təşkil edilərkən, hüquqi şəxsin üzərinə qoyulmuş vəzifənin yerinə yetirilməsi və onun kreditorlarının hüquqları üçün təminatlar, “Təhvil-Qəbul” aktına uyğun, yeni yaranmış hüquqi şəxsə verilməlidir. “Təhvil-Qəbul” aktının tələblərə uyğun tərtib və təsdiq edilməməsi ciddi qanun pozuntusudur. Bu səbəbdən, “Yasamal 43’' MMMC-nin 18 yanvar 2022-ci il tarixli arayışın məzmunu mahiyyətcə ziddiyyətlidir. Belə qənaətə gəlinir ki, cavabdeh “Yasamal 43’' MMMC, yarandığı xx.xx.2020-ci ildən hazırkı vaxta qədər, qanunsuz fəaliyyət göstərmişdir və bu qanun pozuntularının müstəqil nəticəsi olaraq, iddiaçının hüquqları və qanuni mənafeyi pozulmuşdur. Qətnamədə, bu məsələ ilə bağlı, hüquqi münasibət bildirilməmişdir. “Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir”. – İddiaçı, bu maddəyə istinadla, Cavabdeh3 MTK və onun sədri Cavabdeh1la bağlanılmış 29 yanvar 2013-cü il tarixli müqavilədə təsbit olunan, lakin yerinə yetirilməmiş öhdəliklərin, həmçinin, qətnamələrdə Cavabdeh3 MTK və onun sədri Cavabdeh1 üzərinə qoyulmuş, lakin icra edilməmiş vəzifələrin kim tərəfindən yerinə yetirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 MTK əsasında yaradılmış "xxxx" MMMC-nin Elektron ünvan E-poçt ünvanı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMMC və Yasamal 43” MMMC sədri Cavabdeh4 rəsmi yazılı müraciət etmişdir. İddiaçının müraciətinə "xxxx" MMMC sədri Cavabdeh4 imzası ilə, natamam və mahiyyətcə təhrif olunmuş, qeyri-müəyyən məzmunda № 01011 saylı, xx.xx.2022-ci il tarixli cavab göndərilmişdir. Həmin cavab iddia ərizəsinə əlavə edilmişdir. Cavabın mətni, müraciətin mahiyyətinə aid olmayan, yayındırıcı cümlələrdən ibarətdir. Həmin tarixdən keçən müddətdə, "xxxx" MMMC tərəfindən ünvan üzrə mənzil sahibinə ödənilməli borc barədə bildiriş, yaxud, xəbərdarlıq göndərməmişdır. Bu məsələ ilə bağlı, iddiaçının çoxsaylı təkrar müraciətlərinə, "xxxx" MMMC tərəfindən cavab verilməmişdir. Müraciətlərdən 3 il sonra, "xxxx" MMMC-sədri Cavabdeh4 imzası ilə iddaçıya həmin dövrə aid 1660 borc barədə bildiriş göndərilmişdir. Məhkəmə (hakim) bu məsələ ilə bağlı araşdırma aparmamışdır və hüquqi mövqe bildirməmişdir. İddia ərizəsində hüquqi əsaslarla subut edilmişdir ki, cavabdehlər, MTK-nın idarə edilməsi yenidən təşkili, ləğvi, fəaliyyəti, və digər məsələlərin həllində AR Mülki Məcəlləsinin müvafiq maddələrinə riayət etməmişlər. Məhkəmə prosesinin gedişatı və qəbul edilmiş qətnamənin məzmunu təsdiq edir ki, məhkəmə (hakim), iştirak edən cavabdehlərdən hansı səbəbdən sübutları məhkəməyə təqdim etməməsini, iddiaçının sənədlərlə bağlı çoxsaylı müraciətlərinə cavabdehlərin cavab verməməsinin səbəbini aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
18. Cavabdeh1 izahatında göstərdi ki, əvvəlki məhkəmə iclaslarında sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də, sənədləri təqdim edə bilməmişdir. Bundan başqa, Cavabdeh3 MTK-ya aid olmayan sənədləri təqdim etmək onun səlahiyyətində deyildir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 26 dekabr 2023-cü il tarixli, 2(103)-5777/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsi - ünvan 4 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın "xxxx" MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılması, bu işdə təqsirli şəxslərin müəyyən edilməsi, ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsinin hərtərəfli araşdırılması hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir; Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır; Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 125.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
23. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.2. İctimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxs informasiya sahibləri hesab olunurlar.; Maddə 10.4.1. İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 26 dekabr 2023cü il tarixli, 2(103)-5777/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsi - ünvan 4 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın "xxxx" MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılması, bu işdə təqsirli şəxslərin müəyyən edilməsi, ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsinin hərtərəfli araşdırılması hissələrində ləğv edilərək həmin hissələrdə iş üzrə icraata xitam verildiyindən qətnamə ilə məhkəmə aktı digər hissələrdə şikayətin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yoxlanılan - iddia rədd olunan hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.
29. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi 6 bənddən ibarət olmuşdur: - ünvan 4 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın "xxxx" MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılması, bu işdə təqsirli şəxslərin müəyyən edilməsi; - ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsinin hərtərəfli araşdırılması; - "xxxx" MMMC-nin fəaliyyətə başladığı 01 fevral 2020-ci il tarixdən 12 yanvar 2023cü ilə qədər müddətdə, ünvan üzrə binada İddiaçı məxsus 139 saylı mənzilə aid kommunal xidmətlərə aid borc barədə mülkiyyətçiyə vaxtında məlumat verilməməsinin, xəbərdarlıq edilməməsinin, bildiriş göndərilməməsinin və 3 ildən sonra, 12 yanvar 2023-cü il tarixdə, 36 aylıq borc olması barədə “bildiriş” göndərilməsinin səbəblərinin araşdırılması, bu məsələdə təqsirli şəxslərin müəyyən edilməsi; - iddia ərizəsində göstərilən əsaslarla, "xxxx" MMMC-nin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi; - Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' MMMC-nin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi; - "xxxx" MMMC və "xxxx" MMMC sədri Cavabdeh4, İddiaçı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsinin vəzifəsinin qoyulması.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 26 dekabr 2023-cü il tarixli, 2(103)-5777/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsi - ünvan 4 ünvanda yerləşən binada Cavabdeh3 MTK təşkilati-hüquqi formanın "xxxx" MMMC-nə çevrilərək, yenidən təşkilində, qanunvericiliyin tələblərinə riayət edilməməsi və bu qanun pozuntusunun müstəqil nəticəsi olaraq, “Təhvil-Qəbul” aktının tərtibatında yol verilmiş çoxsaylı hüquq pozuntuları və natamamlıqlar hərtərəfli araşdırılması, bu işdə təqsirli şəxslərin müəyyən edilməsi, ünvan üzrə binada, sakinlərin əlverişli şəraitinə və rahatlığına ciddi maneə yaradan, “Təhvil-Qəbul” aktında tikintiyə icazə sənədi olmayan tikililər kimi göstərilən, binaya bitişik 2 mərtəbəli ofis binası əvəzinə, qanunsuz inşa edilmiş 5 mərtəbəli və həyətyanı sahədə yarıtikili vəziyyətdə 2 mərtəbəli binanın, həmçinin, binanın girəcəyində, fitnes salonunun müdüriyyəti tərəfindən zəbt edilməsi bəyan edilən sahənin, cavabdeh "xxxx" MMMC tərəfindən hansı rəsmi sənəd əsasında qəbul edilməsinin hərtərəfli araşdırılması hissələrində ləğv edilərək həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
31. Hal – hazırda apellyasiya şikayətinin dəlilləri yalnız iddianın aşağıdakı hissələrinə münasibətdə yoxlanılır. - "xxxx" MMMC-nin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi; - Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' MMMC-nin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi; - "xxxx" MMMC və "xxxx" MMMC sədri Cavabdeh4, İddiaçı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsinin vəzifəsinin qoyulması.
32. Birinci instansiya məhkəməsinin qətnaməsini nəzərdən keçirərkən müəyyən olunur ki, iş üzrə nəticəyə gəlinərkən ümumiyyətlə heç bir maddi hüquq normasına istinad olunmamış və iddia ərizəsində qeyd olunan xüsusatlar araşdırılmamışdır.
33. İddia tələbinin ilk 2 hissəsi ("xxxx" MMMC-nin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 MTK əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' MMMC-nin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı "xxxx" MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi) kommunal xidmətə görə haqqın tələb olunması ilə bağlı olduğundan həmin tələblərin qanuniliyinə birlikdə qiymət verilməlidir.
34. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir
35. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində cavabdehdən bu və digər məsələlərin aydınlaşdırılması ilə bağlı sənədlər tələb olunsa da, işə baxan məhkəmələrə heç bir sübut təqdim olunmamışdır. Buna görə də bu barədə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə yalnız təqdim olunmuş sübutlar əsasında baxan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, 31-ci bənddə qeyd olunan məsələlərlə bağlı ümumi yığıncağın qərarı mövcud olmadığından MMMC-nin borcu tələb etmək üçün subyektiv hüququ yoxdur.
36. Həmçinin, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Ali Məhkəmənin qərarının qüvvədən düşmüş hesab edilməsi üçün əsaslardan biri də bundan ibarət olmuşdur ki, “... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir.”
37. Məhkəmə işin faktiki hallarını məhz bu istiqamətdə də araşdıraraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsi, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır.
38. Beləliklə, iddianın kommunal xidmət haqqı ilə bağlı hissələrinə münasibətdə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın bu hissəsinin tam rədd olunması ilə bağlı gəldiyi nəticə qanunsuzdur və bu xüsusatlar bildirişin qanunsuz olmasını təsdiq edir.
39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia kommunal xidmət haqqı ilə bağlı hissələrdə qismən təmin olunmalı, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən İddiaçı adına göndərilmiş 1660 manat məbləğində pul vəsaitinin tələb olunması ilə bağlı 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişi qanunsuz hesab olunaraq həmin bildirişə əsasən binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə hesablanmış 1660 manat pul məbləğində borc silinməlidir.
40. İddianın “ Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı tələb onunla əsaslandırılır ki, Cavabdeh3 MTK təşkilati-hüquqi formasını dəyişərək “Yasamal 43’' MMMC-yə çevrilmişdir və Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməlidir.
41. Tələbin bu hissəsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, mülki qanunvericilikdə hüquqi şəxsin təşkilati hüquqi formasınının dəyişdirilməsi dedikdə bir növdən olan hüquqi şəxsin digər növdən olan hüquqi şəxsə çevrilməsi başa düşülür (Mülki Məcəllə 56.5). Məcəlləyə əsasən, məhz bu halda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələrinin təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçməsi nəzərdə tutulmuşdur.
42. Mənzil qanunvericiliyinə əsasən isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilmiş qərar əsasında yaradılan hüquqi şəxsdir (Mənzil Məcəlləsi 120.1). Yəni, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti hər hansı digər hüquqi şəxsin çevrilməsi formasında yox, nizamnamənin hazırlanması və bu barədə qərarın qəbul edilməsi yolu ilə yaranan, hər hansı digər hüquqi şəxsin varisi olmayan müstəqil hüquqi şəxsdir.
43. Hazırkı işdə də “Yasamal 43’' MMMC məhkəmə qətnaməsi ilə üzərinə öhdəliklər qoyulan Cavabdeh3 MTK-nın hüquqi varisi olmamışdır, MMMC-nin yaradılması ilə MTKnın təşkilati-hüquqi forması dəyişməmiş, nə də onun mövcudluğuna son qoyulmamışdır.
44. Qeyd olunan xüsusatlar “Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' MMMC-nin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi” hissəsinin əsassızlığına dəlalət edir.
45. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMMC-yə 11 fevral 2020-ci il, 17 mart 2020-ci il, 03 aprel 2020-ci il, 04 aprel 2020-ci il, 05 aprel 2022-ci il, 29 aprel 2022-ci il, 27 may 2022-ci il, 31 iyul 2022-ci il, 22 avqust 2022-ci il, 28 sentyabr 2022-ci il, 02 oktyabr 2022-ci il, 26 oktyabr 2022-ci il, 01 yanvar 2023-cü il, 26 yanvar 2023-cü il, 10 mart 2023-cü il, 27 mart 2023-cü il tarixlərdə müxtəlif məzmunlu müraciətlər ünvanlansa da, həmin müraciətlərdən Cavabdeh2 MMMC tərəfindən yalnız 04 aprel 2022-ci il tarixli müraciət həmin tarixdə cavablandırılmış, digər müraciətlərə qanunsuz olaraq cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı mənzil mülkiyyətçilərindən biri olduğuna görə ərizələrdə göstərilən xüsusatlar onun maraqlarına toxunduğundan bu müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada cavablandırılmalı idi. Əgər Cavabdeh2 MMMC hüququndan istifadə edərək mənzil mülkiyyətçisi kimi iddiaçıdan ödəniş tələb edirsə, bu zaman müraciətlərə cavab verilməsi ilə bağlı vəzifəsini də icra etməlidir.
46. “İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxs informasiya sahibləri hesab olunurlar. Həmin qanunun 10.4.1-ci maddəsinə əsasən informasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir.
47. Kollegiya hesab edir ki, daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi kimi yaradılan və təşkilati forması qeyri-kommersiya hüquqi şəxsi olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti də ictimai funksiyaları yerinə yetirən hüquqi şəxsdir və bu hüquqi şəxsin iddiaçının müraciətlərinə cavab vermək vəzifəsi “İnformasiya əldə etmək haqqında” Qanundan da irəli gəlir.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qətnamə ilə yoxlanılan hissələrdə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin həmin hissələrdə ləğvinə əsas verir. Buna görə də, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından qismən – qeyd olunan hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissələrdə iddia qismən təmin olunmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə və X5 qarşı kommunal xidmətlərə dair bildirişin qanunsuz hesab edilməsi, kommunal xidmətlərə görə hesablanmış pul məbləğinin silinərək ləğv edilməsi və pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, müraciətlərə cavab verilməməsinə görə hərəkətin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və cavabehin üzərinə müraciətlərə cavab verilməsi vəzifəsinin qoyulması barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023cü il tarixli, 2(004)-2230/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsi qismən – "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Cavabdeh4 imzası ilə İddiaçı adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, İddiaçı məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə, Cavabdeh3 əsasında yenidən təşkil edilmiş hüquqi şəxs “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, İddiaçı “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Cavabdeh4, İddiaçı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsinin vəzifəsinin qoyulması hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən İddiaçı adına göndərilmiş 1660 manat məbləğində pul vəsaitinin tələb olunması ilə bağlı 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişi qanunsuz hesab olunaraq həmin bildirişə əsasən binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə hesablanmış 1660 manat pul məbləğində borc silinsin. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı tərəfindən göndərilən müraciətlərə cavab verməməsi qanunsuz hesab edilsin və onun üzərinə müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsi “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev