Məhkəmə qərarları › İş №2(103)-5782/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5782/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5782/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 19.12.2013-cü il tarixli, 277/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 181500 manat əsas, 18470,66 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirilimsəinə görə hesablanmış 1000 manat cərimə, 3554,38 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 204525,04 (iki yüz dörd min beş yüz iyirmi beş manat, dörd qəpik) manat məbləğində borcun tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 47 və 48 saylı mənzillərə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin ilkin satış qiymətinin 495000 (dörd yüz doxsan beş min) manat, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz otuz yeddi min) manat müəyyən edilməsi, həmin mənzillərin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş vəsaitin hesabına Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, ünvan 1 ünvanında yerləşən 47 və 48 saylı mənzillərin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, Cavabdeh1 21 (iyirmi bir) manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 600 manat pulun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, iddiaçıdan 180 (bir yüz səksən) manatın, Cavabdeh1 isə 420 (dörd yüz iyirmi) manat pulun tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “Kapital Bank” Hesab: AZ84AİİB********************) köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun 30 faizinin iddiaçıya, 70 faizinin Cavabdeh1 aid edilməklə, iddiaçıdan 45 (qırx beş) manat pulun, Cavabdeh1 isə 105 (bir yüz beş) manat pulun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamdən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəməyə 08 iyun 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli məktubu ilə, mülki iş üzrə Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün üçün işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-56/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar