Məhkəmə qərarları › İş №2(103)-5802/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5802/2023

18.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5802/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ərizəsinə dair mülki iş üzrə Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi MMC-nin borclu Maraqlı şəxs MMC olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3110/2023 nömrəli qərardadından Ərizəçi MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi borclu Maraqlı şəxs MMC ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli 2019-0001 nömrəli mobil telefonların alqı-satqısına dair müqavilə üzrə yaranmış 42369,12 manat borcun etiraf olunması və ödənilməsi qaydasında dair Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məhkəmədə təsdiq olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3110/2023 nömrəli qərardadı ilə Ərizəçi MMC-nin borclu Maraqlı şəxs MMC-yə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır.

3. Ərizəçi MMC-nin nümayəndəsi X3 oğlu xx.xx.2023-cü il tarixdə “EMS” Azerexpresspost sürətli poçt xidməti vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət vermişdir.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3110/2023 nömrəli qərardadı ilə Ərizəçi MMC-nin nümayəndəsi Sultan-X2 iş üzrə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından verdiyi şikayət, şikayət vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı, şikayətə vəkilin orderi əlavə edilmədiyi, şikayət onu imzalamağa səlahiyyəti olmayan X3 oğlu tərəfindən imzalandığı üçün geri qaytarılmışdır.

5. Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3110/2023 nömrəli qərardadı ilə şikayət verilməsi müddətinin bərpasına dair Ərizəçi MMCnin ərizəsi rədd edilmişdir.

7. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə verilmiş şikayət qanunla nəzərdə tutulmuş 10 gün ərzində sonuncu gün poçta verilsə də, həmin şikayət Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələbinə cavab vermədiyinə görə geri qaytarılmışdır. Şikayətin geri qaytarılması şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin axımını dayandırmır. Göründüyü kimi, Ərizəçi MMC şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti buraxmışdır. Ərizəçi MMC Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadını poçt vasitəsilə rəsmi qaydada aldığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində (müddətin son günü xx.xx.2023-cü il Qurtuluş Günü ilə bağlı qeyri-iş gününə güşür), yəni xx.xx.2023-cü il tarixədək qununla nəzərdə tutulmuş qaydada və vəkil tərəfindən tərtib edilmiş, səlahiyyəti olan şəxs tərəfindən imzalanmaqla şikayət verməmiş, həmin müddətdən 1 ay 15 gün keçdikdən sonra səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən tərtib edilmiş şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərmişdir. Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətində qərardaddan şikayət verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, bunların nədən ibarət olmasını göstərməmiş və həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, müddətin buraxılmasının səbəblər üzürlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz.

8. Ərizəçi MMC qərardaddan şikayət verərək ləğv olunmasını, qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin olunmasını və şikayətə baxılmasını xahiş etmişdir

9. Şikayətin dəlillərinə görə, məhkəmə heç bir sübut təqdim etmədən qərardadında qeyd edir ki, ərizəçi " My Shops” MMC Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadını poçt vasitəsilə rəsmi qaydada aldığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində (müddətin son günü xx.xx.2023-cü il Qurtuluş Günü ilə bağlı qeyri-iş gününə güşür), yəni xx.xx.2023-cü il tarixədək qununla nəzərdə tutulmuş qaydada və vəkil tərəfindən tərtib edilmiş, səlahiyyəti olan şəxs tərəfindən imzalanmaqla şikayət verməmiş, həmin müddətdən 1 ay 15 gün keçdikdən sonra səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən tərtib edilmiş şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərmişdir. Yasamal Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadı ilə Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından verilmiş kassasiya şikayəti nəzərə alınmadan əsassız olaraq müddətin bərpası barədə ərizədən xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından buraxılmış müddət kimi hesablanmışdır. Ərizəçi tərəfindən mübahisəsləndirilən qərardad mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin geri qaytarılması barədə qərardad olduğundan həmin qərardaddan verilən şikayətin vəkil tərəfindən imzalanmalı və həmin şikayətə vəkil orderinin əlavə edilməli olduğu onlara məlum olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3110/2023 nömrəli qərardadı ilə şikayət vəkil tərəfindən imzalanmadığı və həmin şikayətə vəkil orderinin əlavə edilməməsi əsası ilə geri qaytarıldıqdan sonra ərizəçi tərəfindən vəkilə müraciət edilmiş və mənimlə müvafiq müqavilə bağlanmışdır. Həmin qərardad isə yuxarıda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixində bilavasitə "xxxx" MMC-nin nümayəndəsinə məhkəmədə təqdim edilmişdir. Bu barədə iş materiallarında müvafiq qeyd aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, ərizəçi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prossesual müddət üzrlü səbəbdən buraxılmışdır.

10. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3110/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3110/2023 nömrəli qərardadını Ərizəçi MMC poçt vasitəsilə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışıdır. xx.xx.2023-cü il tarixdə “EMS” Azerexpresspost sürətli poçt xidməti vasitəsilə Ərizəçi MMC-nin həmin qərardaddan şikayət vermək üçün səlahiyyəti olmayan nümayəndəsi X3 oğlu tərəfindən məhkəməyə şikayət daxil olmuşdur. 10 gün müddətində (müddətin son günü xx.xx.2023-cü il Qurtuluş Günü ilə bağlı qeyri-iş gününə güşür), yəni xx.xx.2023-cü il tarixədək qununla nəzərdə tutulmuş qaydada və səlahiyyəti olan şəxs tərəfindən imzalanmaqla şikayət verməmişdir. Ərizəçi MMC ilə Vəkil arasında hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə 28 iyul 2023-cü il tarixdə bağlanmış və qərardadan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətdən 1 ay 15 gün keçdikdən sonra səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmişdir.

13. Qanunvericiliyin istinad olunan müddəaları mübahisəyə tətbiq edildikdə aydın olur ki, ərizəçi müddətlərlə bağlı göstərilmiş prosessual şərtlərə əməl etməmişdir.

14. Belə ki, işdən görünür ki, Ərizəçi MMC-nin nümayəndəsi Sultan-X2 şikayəti imzalamağa səlahiyyətinin olması ona verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə xüsusi göstərilməmişdir. Həmçinin qeyd olunan müddət ərzində X3 oğlu və ya Ərizəçi MMC-nin digər nümayəndəsi vasitəsilə məhkəməyə şikayət verilə bilərdi. Belə ki, yuxarıda qeyd olunan müddəaların da tələblərindən irəli gəldiyi kimi, fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

15. Bundan əlavə, Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətində qərardaddan şikayət verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü bildirsə də, bunların nədən ibarət olmasını göstərməmiş və üzrlü səbəblə ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir

16. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

17. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3110/2023 nömrəli qərardadından Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3110/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar