Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5809/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Muğan Əliyevin, cavabdehiddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zinət və cehiz əşyalarının qaytarılması və pul tələbi barədə” iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onlar xx.xx.2018-ci ildə nikah bağlayıblar. Nikahdan 1 uşaq var: xx.xx.2019-cu il təvəllüdlü Məryəm Cəfərova. Nikahın pozulması üçün məhkəməyə müraciət olunub və nikahın pozulması barədə qətnamə qəbul edilib. Tərəflər ər-arvad kimi Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev № 5-də yerləşən 10 №-li mənzildə yaşayıblar. Onlar təxminən 6 ay birlikdə yaşayıblar, daha sonra münasibətləri pozulduğuna görə İddiaçı mənzili tərk edib. Uşaq doğulan vaxt tərəflər artıq ayrı yaşayırdılar. Tələblər: Hazırkı mülki iş əvvəl ayrı-ayrı 2 mülki işdən ibarət olub, daha sonra həmin işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilib. 1-ci işdə iddia ərizəsi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilib. İddia bir neçə dəfə dəyişdirilib. İddianın dəyişdirilməsi barədə sonuncu ərizədə tələb olunub ki, dəyəri23.360 manat olan qızıl-zinət əşyaları, dəyəri 71.272 manat olan cehiz əşyaları, dəyəri 6.697 manat olan fərdi istifadə əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılsın və ya onların dəyəri ödənilsin. Bundan başqa, uşağın doğulmasına görə çəkilmiş xərcin əvəzi kimi 1.644 manat və borc verilmiş pul kimi 15.000 ABŞ dolları Cavabdeh alınaraq İddiaçı verilsin. 2-ci işdə iddia ərizəsi Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilib. Həmin iddia ərizəsində tələb olunub ki, nikah dövründə əldə edilmiş 1 ədəd qaçış aparatının dəyərinin (1.150 manatın) yarısı İddiaçı tutularaq Cavabdeh verilsin. Tələblərin həlli: Qətnamə ilə hər iki iddia qismən təmin olunub. Qətnamə ilə qət olunub ki, aşağıda sadalanan zinət, cehiz və fərdi istifadə əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin. Zinət əşyaları: 1) 1 ədəd qızıl sırğa, 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 585 əyar, 88 qram, dəyəri 5.000 manat; 2) qızıl sancaq, ay formalı, 585 əyar, 9,18 qram, dəyəri 587,52 manat; 3) komplekt dəst: 1 ədəd qızıl sırğa, 1 ədəd qızıl üzük, 585 əyar, 7,11 qram, 8,78 qram, dəyəri 600 manat; 4) 1 ədəd qızıl sırğa, 585 əyar, 11,18 qram, dəyəri 350 manat; 5) 1 ədəd qızıl sırğa, 585 əyar, 4 qram, dəyəri 256 manat; 6) gümüş sep və qolbağ, 960 əyar, dəyəri 100 manat; 7) 1 ədəd qolbağ, 585 əyar, 3 qram, dəyəri 192 manat; 8) qızıl sep, klon, boyunbağı, 585 əyar, 2,80 qram və 0,84 qram, dəyəri 232,96 manat; 9) mirvari qızıl sep və klon, 750 əyar, 4,4 qram, 0,06 qram, dəyəri 356,8 manat; 10) kompelt dəst: 1 ədəd mirvari qızıl üzük, 1 ədəd qızıl qolbağ, 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı, 750 əyar, 75 qram, dəyəri 6.000 manat; 11) 1 ədəd qızıl nişan üzüyü, 750 əyar, 5,2 qram, dəyəri 416 manat; 12) 1 ədəd qızıl nişan üzüyü, 585 əyar, 2,4 qram, dəyəri 153,6 manat; 13) qızıl qolbağ və qərənfil sırğa, 585 əyar, 3,8 qram, dəyəri 243,2 manat; 14) gümüş komplekt dəst: sırğa, klon, üzük, 960 əyar, dəyəri 50 manat. Cehiz və fərdi istifadə əşyaları: 1) yataq mebel dəsti (Türkiyə istehsalı), dəyəri 1.000 manat; 2) qonaq mebel dəsti (Türkiyə istehsalı, model 2018), dəyəri 2.200 manat; 3) paltaryuyan maşın, dəyəri 400 manat; 4) blender dəsti, dəyəri 40 manat; 5) çılçıraq, 5 ədəd, 1 ədədinin dəyəri 200 manat, 4 ədədinin hər birinin dəyəri 50 manat; 6) pərdə və karniz, dəyəri 800 manat; 7) kondisioner, 2 ədəd (60 kv.m üçün), birinin dəyəri 400 manat, ikisinin ümumi dəyəri 800 manat; 8) yorğan, döşək, 2 ədəd, ümumi dəyəri 140 manat; 9) ağlar, 7 ədəd, birinin dəyəri 30 manat, yeddisinin ümumi dəyəri 210 manat; 10) yataq örtüyü, 3 ədəd, birinin dəyəri 100 manat, üçünün ümumi dəyəri 300 manat; 11) süfrə, 6 ədədini ümumi dəyəri 240 manat; 12) süfrə, 2 ədəd, birinin dəyəri 20 manat, ikisinin ümumi dəyəri 40 manat; 13) balınc, 8 ədəd, birinin dəyəri 25 manat, səkkizinin ümumi dəyəri 200 manat; 14) əl-üz dəsmalı, 5 ədəd, birinin dəyəri 10 manat, beşinin ümumi dəyəri 50 manat; 15) nahar servizi, çay servizi, dəyəri 400 manat; 16) fujer, 12 ədəd, dəyəri 80 manat; 17) çay stəkanları, iki mərtəbəli, dəyəri 20 manat; 18) kiçik su stəkanları, 11 ədəd, dəyəri 40 manat; 19) yemək servizi (23 predmet), 1 dəst, dəyəri 300 manat; 20) qaşıq dəsti, bıçaq dəsti, dəyəri 80 manat; 21) yenikəsiklər dəsti, dəyəri 10 manat; 22) dəm çayniki, 1 ədəd, dəyəri 40 manat; 23) çaynik (qormaz), 1 ədəd, dəyəri 30 manat; 24) çay dəsmalı, 13 ədəd, birinin dəyəri 3 manat, cəmi dəyəri 36 manat; 25) şüşə qab (duxovka üçün), 2 ədəd, birinin dəyəri 12 manat, ikisinin dəyəri 24 manat; 26) qazan dəsti (çuqun), dəyəri 150 manat; 27) metal qazan dəsti, dəyəri 80 manat; 28) elektrik termos, dəyəri 60 manat; 29) termos, masa üstü, dəyəri 50 manat; 30) çörək qabı, dəyəri 10 manat; 31) xrustal stəkan, 12 ədəd, dəyəri 30 manat; 32) nəlbəki, 12 ədəd, dəyəri 15 manat; 33) armudu stəkan, 6 ədəd, dəyəri 10 manat; 34) nəlbəki, 12 ədəd, dəyəri 10 manat; 35) rəçəl qabı, 6 ədəd, dəyəri 5 manat; 36) güldan dəsti, dəyəri 40 manat; 37) meyvə qabı, dəyəri 20 manat; 38) konfet qabı, dəyəri 10 manat; 39) güldan, dəyəri 80 manat; 40) güldan (İtalyan gümüşü güldan), dəyəri 120 manat; 41) meyvə qabı, 3 ədəd, birinin dəyəri 20 manat, cəmi dəyəri 60 manat; 42) konfet qabı, 3 ədəd, 10 manat, cəmi dəyəri 30 manat; 43) rəçəl qabı, 3 ədəd, biri 10 manat, cəmi dəyəri 30 manat; 44) təpci (podnos), ay formasında, dəyəri 50 manat; 45) stəkan, 12 ədəd, dəyəri 20 manat; 46) nəlbəki, 12 ədəd, dəyəri 10 manat; 47) qaşıq, 12 ədəd, dəyəri 10 manat; 48) rəçəl qabı, 12 ədəd, dəyəri 10 manat; 49) qrafin, 4 stəkanla birlikdə, dəyəri 40 manat; 50) şamdan, dəyəri 10 manat; 51) dekorativ qab, 6 ədəd, dəyəri 60 manat; 52) fujer, 12 ədəd, dəyəri 40 manat; 53) içki bakalı, 12 ədəd, dəyəri 40 manat; 54) fujer, 2 ədəd (svarovski daşla), birinin dəyəri 10 manat, ikisinin dəyəri 20 manat; 55) xrustal bakal, 3 komplekt, birinin dəyəri 40 manat, cəmi dəyəri 120 manat; 56) meyvə qabı, 2 ədəd, birinin dəyəri 20 manat, cəmi dəyəri 40 manat; 57) dəm çayniki, 2 ədəd, biri 10 manat, cəmi dəyəri 20 manat; 58) külqabı, 2 ədəd, biri 10 manat, cəmi dəyəri 20 manat; 59) bulud, 2 ədəd, biri 6 manat, cəmi dəyəri 12 manat; 60) qənd qabı, 2 ədəd, biri 5 manat, cəmi dəyəri 10 manat; 61) qrafin (su qabı), 1 ədəd, dəyəri 10 manat; 62) ayaqaltı örtük, 2 ədəd, biri 30 manat, cəmi dəyəri 60 manat; 63) ütü masası, 1 ədəd, dəyəri 20 manat; 64) stullar, 8 ədəd (Malaziya), biri 15 manat, cəmi dəyəri 120 manat; 65) əli işi təpsi, 1 ədəd, dəyəri 30 manat; 66) təpsi dəsti, 2 ədəd, biri 20 manat, cəmi dəyəri 40 manat; 67) təpsi dəsti taxta, 3 ədəd, birinin dəyəri 7 manat, cəmi dəyəri 21 manat; 68) təpsi palstmas, 1 ədəd, dəyəri 10 manat; 69) sup qabı şüşə altında şam qabı, 1 ədəd, dəyəri 40 manat; 70) qrafin altında şam qabı, 1 ədəd, dəyəri 40 manat; 71) serviz (12 predmet), 1 dəst, dəyəri 150 manat; 72) gümüş mürəbbə qabı, 2 mərtəbəli, 1 ədəd, dəyəri 20 manat; 73) pul qabı, 1 ədəd, dəyəri 5 manat; 74) fil heykəlcik, 1 ədəd, dəyəri 10 manat; 75) süfrə, 1 ədəd, dəyəri 20 manat; 76) balınc, 2 ədəd, birinin dəyəri 20 manat, cəmi dəyəri 40 manat; 77) qaşıqlar, qara tefal, dəyəri 20 manat; 78) şirniyyat götürən fiş, 1 ədəd, dəyəri 7 manat; 79) salfetka qabı, 2 ədəd, birinin dəyəri 5 manat, cəmi dəyəri 10 manat; 80) su stəkanı, dəyəri 3 manat; 81) qrafin, təpsi altı ilə birlikdə, 2 ədəd, birinin dəyəri 25 manat, cəmi dəyəri 50 manat; 82) popurkatiye bakal su üçün, dəyəri 10 manat; 83) praqa salfet qabı, dəyəri 5 manat; 84) qaranquş qaşıq, 2 ədəd, birinin dəyəri 3 manat, cəmi dəyəri 6 manat; 85) fincan, keramik, 6 ədəd, dəyəri 50 manat; 86) şüşə fincan, dəyəri 15 manat; 87) qrafin, 6 bakal, 2 vaz, 1 dəst, dəyəri 60 manat; 88) məkkə suvinir boşqab, dəyəri 10 manat; 89) salfetka qabı, 2 ədəd, birinin dəyəri 5 manat, ümumi dəyəri 10 manat; 90) keramik konteyner, 3 ədəd, dəyəri 25 manat; 91) ədviyyat qabları dəsti, dəyəri 20 manat; 92) fitr, dəyəri 20 manat; 93) jalüz, 2 ədəd, birinin dəyəri 20 manat, ümumi dəyəri 40 manat; 94) iynə-sap qabı, dəyəri 5 manat; 95) suvenir qurbağa, dəyəri 5 manat; 96) bulud, 2 dəst, 2 ədəd, birinin dəyəri 7 manat, ümumi dəyəri 14 manat; 97) dərin boşqab, 2 ədəd, birinin dəyəri 3 manat, ümumi dəyəri 6 manat; 98) halqa boşqab, 2 ədəd, birinin dəyəri 2 manat, ümumi dəyəri 4 manat; 99) boşqab, 6 ədəd, birinin dəyəri 1,5 manat, ümumi dəyəri 9 manat; 100) lampa, 1 ədəd, dəyəri 15 manat; 101) fen, dəyəri 30 manat; 102) ütü, dəyəri 30 manat; 103) saçburan, dəyəri 20 manat; 104) fotoaparat “Sonny”, dəyəri 250 manat; 105) ətir “Chanel”, dəyəri 150 manat; 106) ətir “SS”, dəyəri 100 manat; 107) ətir “Lacoste”, dəyəri 150 manat; 108) axşam paltarı, 2 ədəd, birinin dəyəri 40 manat, ümumi dəyəri 80 manat; 109) sandalet (basanojka), dəyəri 80 manat; 110) sabo, dəyəri 35 manat; 111) kosmetika (”Pupa firması), dəyəri 30 manat; 112) idman ayaqqabısı, 1 ədəd, dəyəri 15 manat; 113) krasovka “Nike”, 1 ədəd, dəyəri 60 manat; 114) basanojka, 4 ədəd, birinin dəyəri 40 manat, ümumi dəyəri 160 manat; 115) idman forması, dəyəri 120 manat; 116) ev xalatı, 4 ədəd, birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat; 117) şərf, 2 ədəd, birinin dəyəri 20 manat, ümumi dəyəri 40 manat; 118) bluz, 4 ədəd, birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat; 119) çanta, 4 ədəd, birinin dəyəri 30 manat, ümumi dəyəri 120 manat; 120) əl çantası, 4 ədəd, dəyəri 120 manat; 121) kostyum, 3 ədəd, birinin dəyəri 90 manat, ümumi dəyəri 270 manat; 122) yubka, kofta, dəyəri 60 manat; 123) mavi rəngli geyim, 1 ədəd, dəyəri 80 manat; 124) yaşıl şalvar, 1 ədəd, dəyəri 40 manat; 125) qara şalvar, 1 ədəd, dəyəri 40 manat; 126) göy şalvar, 1 ədəd, dəyəri 30 manat; 127) sarı bluz, 1 ədəd, dəyəri 50 manat; 128) qırmızı bluz, 1 ədəd, dəyəri 60 manat; 129) boz gödəkcə, 1 ədəd, dəyəri 40 manat; 130) qara saat, 1 ədəd, dəyəri 35 manat; 131) sarı saat, 1 ədəd, dəyəri 40 manat; 132) çəkmə zamuş, 1 ədəd, dəyəri 60 manat; 133) ayaqqabı, qırmızı, 1 ədəd, dəyəri 50 manat; 134) ayaqqabı, bej, 1 ədəd, dəyəri 50 manat; 135) blaknot, 4 ədəd, birinin dəyəri 3 manat, ümumi dəyəri 12 manat; 136) geyim, 3 ədəd, birinin dəyəri 120 manat; 137) hırka, 1 ədəd, dəyəri 30 manat; 138) çəkmə, uzunboğaz, dəyəri 70 manat; 139) yarımboğaz çəkmə (botelioni), 2 cüt, dəyəri 140 manat; 140) cüzdan, 1 ədəd, dəyəri 20 manat; 141) çanta, göy, 1 ədəd, dəyəri 40 manat; 142) cüzdan, gümüşü rəngdə, 1 ədəd, dəyəri 20 manat; 143) çanta, yaşıl, 1 ədəd, dəyəri 30 manat; 144) tufli, gümüşü, 1 ədəd, dəyəri 40 manat; 145) ətir, qarışıq, 1 ədəd, dəyəri 20 manat; 146) ətir “Calvin Clein”, 1 ədəd, dəyəri 70 manat; 147) ətir “Trussadi”, 1 ədəd, dəyəri 40 manat; 149) köynək, 8 ədəd, dəyəri 200 manat. Qətnamədə qət olunub ki, həmin əşyların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı iddiasının qalan hissəsi təmin edilməyib. Cavabdeh iddiasına münasibətqə qət olunub ki, nikah dövründə əldə olunmuş qaçış aparatının dəyərinin yarısı, yəni 350 manat İddiaçı alınaraq Cavabdeh verilsin. Cavabdehnın iddiasının qalan hissəsi təmin olunmayıb. Şikayət və izahatlar: Hər 2 tərəf apellyasiya şikayəti verib. İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilsin və İddiaçı iddiası tam təmin olunsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası zinət əşyaları, paltaryuyan maşın və kondisionera aid hissədə rədd olunsun, cehiz və fərdi əşyalara aid tələb Cavabdeh etiraf etdiyi və real mövcud olan həcmdə təmin edilsin, ekspertiza xərci tam həcmdə İddiaçı tutulsun. Məhkəmə iclasında iştirak edən İddiaçı özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Onun vəkili və nümayəndəsi Muğan Əliyev təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdi. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Onun vəkili və nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdi. Qətnamənin yoxlanılması: Mülki işdə 2 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: İddiaçı iddiasındakı zinət əşyaları barədə: Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qaytarılması qət olunmuş zinət əşyaları mövcud olub, İddiaçı məxsus olub, İddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar Cavabdeh sahibliyində qalıb. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunub və qətnamədə lazımi qaydada əsaslandırılıb. Tərəflər ər-arvad kimi birgə yaşadıqları müddətdə zinət əşyaları mənzildə saxlanılıb. Cavabdeh bildirir ki, İddiaçı mənzili tərk edərkən zinət əşyalarını özü ilə aparıb. Lakin bu, sübut olunmur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus zinət əşyaları mənzildə qalıb. Zinət əşyalarının dəyəri müəyyən edilərkən birinci instansiya məhkəməsi qiymətləndiricinin hesabatını əsas götürüb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 157.2-ci madəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zinət əşyalarına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddiasındakı cehiz və fərdi istifadə əşyaları barədə: Birinci instansiya məhkəməsinin qətnaməsi ilə qaytarılması qət olunmuş cehiz və fərdi istifadə əşyaları mövcud olub, İddiaçı məxsus olub, İddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar Cavabdeh sahibliyində qalıb. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunub və qətnamədə lazımi qaydada əsaslandırılıb. Cavabdeh paltaryuyan maşın və kondisionerlərin nikahdan əvvəl özü tərəfindən əldə edildiyini bildirsə də, bunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməyib. Tərəflər ər-arvad kimi birgə yaşadıqları müddətdə cehiz və fərdi istifadə əşyaları mənzildə saxlanılıb, İddiaçı həmin əşyaları mənzildən apardığı sübut olunmur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus həmin əşyalar mənzildə qalıb. Əşyalarının dəyəri müəyyən edilərkən birinci instansiya məhkəməsi qiymətləndiricinin hesabatını əsas götürüb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 157.2-ci madəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cehiz və fərdi istifadə əşyalarına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddiasındakı doğuş xərci barədə: Uşağın doğulması ilə bağlı özəl tibb müəssisəsinin xidmətinə çəkilmiş xərcin əvəzi kimi 1.644 manat pulun əks tərəfdən tələb edilməsinin hüquqi əsası yoxdur. Belə ki, dövlət tibb müəssisələrində doğuşla bağlı tibbi xidmət ödənişsizdir. Əgər ana doğuşla bağlı özəl tibb müəssisəsinin xidmətindən istifadə edirsə, bu xərcin ödənilməsində əks tərəfin (uşağın atasının) iştirakını o halda tələb edə bilər ki, dövlət tibbi müəssisəsinin xidmətindən istifadə olunması ananın özündən asılı olmayan səbəblərə görə mümkün olmasın və ya özəl tibb müəssisəsinin xidmətindən istifadə edilməsinə uşağın atasının razılığı olsun. Hazırkı işdə belə hallar yoxdur. Ona görə də məhkəmə Mülki Məcəlləsinin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Elvin Cəfərovun doğuşla bağlı xəcləri ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. İddiaçı iddiasındakı borc barədə: İddiaçı Cavabdeh 15.000 ABŞ dolları borc verməsi barədə borc müqaviləsinin bağlanması müəyyən olunmur. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Cavabdeh iddiası barədə: Cavabdeh iddiasında bir tələb var: Nikah dövründə əldə edilmiş 1 ədəd qaçış aparatının dəyərinin (1.150 manatın) yarısı İddiaçı tutularaq Cavabdeh verilsin. Qiymətləndiricinin hesabatı ilə müəyyən olunub ki, həmi aparatın dəyəri 700 manat təşkil edir. Həmin aparat nikah müddətində əldə edilib və Cavabdeh sahibliyində qalıb. Buna baxmayaraq birinci instansiya məhkəməsi aparatnın dəyərinin (700 manatın) yarısını (350 manatın) İddiaçı alınaraq Cavabdeh verilməsini qət edib. Yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, həm aparat Cavabdeh qalmalı, həm də aparatın dəyərinin yarısı İddiaçı alınaraq Cavabdeh verilməlidir. Bu, düzgün nəticə deyil. Məhkəmə Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə aparata aid hissədə ləğv edilməli, tərəflərin ümumi mülkiyyəti olan qaçış aparatı Cavabdeh mülkiyyətində qalmalı və aparatın dəyərinin yarısı olan 350 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – nikah dövründə əldə olunmuş qaçış aparatına aid hissədə ləğv edilsin. Cavabdeh qaçış aparatı ilə bağlı tələbi qismən təmin olunsun. Tərəflərin ümumi mülkiyyəti olan qaçış aparatı Cavabdeh mülkiyyətinə verilsin və həmin aparatın dəyərinin yarısı olan 350 (yüz yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5809/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5809/2022
28.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver