Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-582/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxx” MTK-ya qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürmə” tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4275/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ̇qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, Dairəvi küçəsi, 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxanlması, mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 11,5 manat notariat haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnamasi ilə Bakı şəhəri Yasamal rayonu X12 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh X6 (üçüncü şəxs Cavabdeh1) tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş və həmin qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh3 məhkəmə qətnaməsi ilə ona təhvil verilməsi qət olunan 7 nömrəli mənzildə qanunsuz olaraq yaşamaqla həmin mənzildən qanunsuz istifadə etməkdədir. Cavabdeh3 bu cür qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsi ilə pay qismində onun mülkiyyətinə verilmiş həmin mənzilə olan bütün hüquqlarından faktiki olaraq məhrum olunmuşdur. Hesab edir ki, Cavabdeh3 qanunsuz hərəkətləri 7 nömrəli mənzilin mənə təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneədir və yeni iddia tələbləri üzrə məhkəmə qaydasında mənzildən çıxarılmadan və mənzil boşaldılmadan istinad olunan məhkəmə qətnaməsinin icrası mümkün deyildir. İşin hallarından göründüyü kimi, Bakı Apeliyasiya Məhkəməsinin qətnaməsində iddia ərizəsində qoyulmuş tələblərə müvafiq olaraq iddia tələblərinin təmin edilərək mənzillərin təhvil verilməsi qət edilsə də, mənzillərin təhvil verilərkən boşaldılması məsələsinə toxunulmadığından məhkəmə qətnaməsinə əsasən təhvil verilməli 7 saylı mənzildə qeyri-qanuni yaşayışın olması məhkəmə qətnaməsinin icrasına maneə yaratmış, cavabdehlər tərəfindən isə həmin maneənin aradan qaldırılmasına yönələn heç bir hərəkət edilməmişdir. Hazırkı iddia üzrə cavabdehin prosessual statusu araşdırılarkən nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş və iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh kimi müəyyən edilmiş şəxs X1 vəfat etmiş və ondan qalmış miras əmlak əvvəlki mülki iş üzrə cavabdehin tərəfində üçüncü şəxs qismində iştirak etmiş, mərhumun qanuni vərəsəsi (oğlu) Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Mübahisəli mənzillərin yerləşdiyi çoxmənzilli bina və həmin binanın yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi əsassız və qanunsuzdur. Belə ki, göstərilən ünvanda yerləşən binadan 2005-ci il tarixdə 9 saylı mənzili ümumi dəyərini tam ödəyərək “xxxxx” MTK-dan (həmin şirkətdə podriatçı kimı fəaliyyət göstərən Rüstəmov Rövşən Nəcəf oğlundan) almışdır. İddiaçı və onun vərəsəsi Venera Rüstəmova ilə fıziki şəxs olmuş X6 arasında yaranmış məhkəmə çəkişməsinin ona heç bir aidiyyətı yoxdur. İddiaçı və onun vərəsəsi Venera Rüstəmovanın təqdim etdikləri aktda belə 9 saylı mənzil göstərilməmişdir. İddiaçı və onun vərəsəsi Rüstəmova Venera onun mülkiyyət və konstitutsion hüquqlarını pozaraq, ona maddi və mənəvi ziyan vurmuşlar. Azərbaycan Respublikası Konstitutsiyasının 25, 61, 71-ci maddələrini pozmuşlar. Eyni zamanda “xxxxx” MTK-nın rəhbərliyi tərəfındən ona verilmiş arayışda göstərilir ki, 7 saylı mənzilin ona heç bir aidiyyatı yoxdur, çünki, o, 9 saylı mənzili almış və hal-hazırda həmin mənzildə oğlu öz ailəsi ilə birlikdə yaşayır. Şərh olunanlara əsaslanaraq, iddianın əsassız və qanunsuz olmasını və ona heç bir aidiyyətı olmadığını nəzərə alıb, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4275/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs “xxxxx” MTK-ya qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4275/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən iddiaçının iddia tələblərinə etiraz olaraq mərhum atası Rüstəmov Rövşən Nəcəf oğlu ilə onun arasında 9 saylı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləni təqdim edərək 7 saylı mənzildə deyil, təqdim etdiyi müqaviləyə əsasən 9 saylı mənzildə yaşadığını bildirmişdir. Lakin müqavilənin məzmunundan da görünür ki, müqavilədə mənzilin nömrəsi sonradan edilmiş düzəlişlə 9 edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasının 9 saylı mənzili Cavabdeh3 satması mümkün deyildir. Çünki onun 9 saylı mənzili satmaq hüququ olmamışdır. Belə ki, həmin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində sübut qismində qəbul edilmiş aktda həmin binada yerləşən bir neçə mənzilin satış hüququ atasına verilsə də, 9 saylı mənzilin satış hüququ ona verilməmişdir. Bununla yanaşı, tərəfindən iş materiallarına təqdim edilmiş müqavilədən görünür ki, digər bir müqavilə ilə 7 saylı mənzil mərhum X6 tərəfindən pay qismində Cavabdeh3 satılmışdır. Məhkəmə iclasında onun təqdim etdiyi müqavilə ilə bağlı Cavabdeh3 bildirmişdir ki, onun həmin müqavilədən xəbəri olmamışdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında işə baxmış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində və həmin icraat üzrə yuxarı məhkəmə orqanlarında Cavabdeh3 mənzillərin məcburi icra qaydasında təhvil verilməsini həyata keçirən icra məmurunun hərəkətlərindən şikayət edərək həmin müqaviləni sübut qismində məhkəməyə təqdim etmişdir. Cavabdeh3 ilə istər Rüstəmov Rövşən Nəcəf oğlu, istərsə də X6 arasında bağlanmış müqavilələrdə saxtakarlıq əlamətləri özünü açıq-aşkar göstərsə də, məhkəmə tərəfindən sənədlərin texniki ekspertizasının keçirilməsi təmin edilməmiş, bu barədə verdiyimiz vəsatət isə nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə tərəfindən qətnamədə iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 cavabdeh şəxs qeyd edilsələr də, onlara qarşı tələbin nədən ibarət olması müəyyən edilmədiyi qeyd edilsə də, Cavabdeh1 və Cavabdeh2 cavabdehliyi ilə bağlı iddiaçı apelyasiya şikayətində göstərmişdir ki, Cavabdeh1 mənzillərin təhvil verilməsi haqqında çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində cavabdeh şəxs qismində iştirak etmiş və hazırda həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə borclunun (atasının) prosessual hüquqi varisidir. Belə ki, mərhum atasından qalan miras məhz onun tərəfindən qəbul edilmişdir (vərəsəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir). Bu baxımdan o, mənzilin iddiaçıya təhvil verilməsinə bilavasitə cavabdehlik daşıyan şəxsdir. Mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ isə Cavabdeh2 məxsus olmuşdur (Mülkiyyət hüququ haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh3 etiraz ərizəsi göndərərək qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Baki şəhəri Yasamai Rayon Məhkəməsinin xx.xx.2013-cü ii tarixli 2(004)-871/2013 saylı qəmaməsi ilə iddiaçılar İddiaçı və Rüstəmzadə Cəfərsadıq Rövşən oğlunun qanuni nümayəndəsi X3 cavabdeh X4 (üçüncü şəxs Cavabdeh1) qarşı “mənzillərin təhvil verilməsi tələbinə dair” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən ücüncü şəxs X5 cavabdehlər Rüstəmov Rövşərı Nəcəf oğlunun hüquqi varisi X2 və X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı və Rüstəmzadə Cəfərsadıq Rövşən oğlunun qanuni nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, hazırkı İddiaçı mərhum Rüstəmov Rövşən Nəcəf oğlunun birinci növbəli vərəsəsidir. Həmçinin, bu qətnamədən cavabdehlər tərəfindən verilmiş və surəti iş materiallarına əlavə edilmiş əlavə kassasiya şikayətinin surətindən görünür ki (həmin şikayət ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2015-ci ildə qəbul edilmişdir), binanın digər sakinləri ilə yanaşı, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3 da qətnamə ilə maraqlarına toxunan şəxs kimi Ali Məhkəmənin xx.xx.2014cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən X6 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2006cı il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kv.m olan 1 otaqlı 7 saylı mənzili Cavabdeh3 dəyərini tam ödəməklə (18900 manat) əldə etmişdir. İş materiallarına əlavə edilən Rüstəmov Rövşən Nəcəf oğlu ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2006-cı il tarixli digər müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kv.m olan 1 otaqlı 9 saylı mənzili Cavabdeh3 dəyərini tam ödəməklə (18900 manat) əldə etmişdir (Həmin müqavilənin mətnində mənzilin sayını göstərən «9» rəqəminin üzərində «7» rəqəmini xatırladan düzəlişə oxşar əlamətlər vardır). İşin göstərilən halları ilə, həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə müəyyən edilir ki, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kv.m olan 1 otaqlı 7 №-li mənzil İddiaçı məxsusdur və həmin mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Lakin həmin qərar hal-hazıradək icra edilməmişdir. Belə ki, iddiaçının 7 saylı mənzil hesab etdiyi ünvanda Cavabdeh3nin ailə üzvləri yaşayır və mənzil hal-hazırda onların istifadəsində və sahibliyindədir. Cavabdeh mübahisəli mənzilin 7 saylı deyil, 9 saylı mənzil olduğunu iddia etmiş və bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq bu nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin 7 saylı olması sübuta yetmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, mübahisəli mənzilə məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina üç bloklu, 11 mərtəbəli binadır. Mənzilin yerləşdiyi blokun birinci mərtəbəsində iki üzbəüz yerləşən mənzillərin giriş qapısı vardır. Baxışda iştirak edən iddiaçının nümayəndəsi Venera Rüstəmova həmin mərtəbədə daha iki mənzil olduğunu, sonradan qapıların ikisinin bağlandığını bildirmişdir. İkinci mərtəbədə pilləkanla qalxarkən ikisi sağ, ikisi sol tərəfdə olmaqla dörd mənzilin yerləşdiyi müəyyən olunur. Üçüncü mərtəbədə də pilləkanla qalxarkən ikisi sağ, ikisi sol tərəfdə olmaqla dörd mənzilin yerləşdiyi müəyyən edilir. Üçüncü mərtəbədə pilləkanla qalxarkən saat əqrəbi istiqamətində dördüncü mənzilin qapısında «9» rəqəminin izi müəyyən olunur, lakin həmin rəqəm qopmuşdur. Həmin mərtəbədə yerləşən qonşuların qapıları döyülən zaman saat əqrəbi ilə dördüncü (sağdan birinci) mənzilin qapısı bağlı olmuşdur. Ardıcıllıqla növbəti (sağdan ikinci) qapını açan sakin Azərişıq ASC-nin qəbzini təqdim etmiş, həmin qəbzə əsasən mənzilin Sevda Muradova adlı şəxsin adına olan «8» saylı mənzil olduğu müəyyən edilmişdir. Saat əqrəbi ilə ikinci (sağdan üçüncü) ünvanda yerləşən mənzildə yaşayan sakin mənzilin «9» sayoı olduğunu, Mübariz Vəliyev adlı şəxsə məxsus olduğunu, növbəti mənzilin (sağdan dördüncü) isə «9A» saylı mənzil olduğunu bildirir. Həmin mənzilin qapısı bağlı olmuşdur. «9» saylı mənzilin sahibi olduğunu bildirən Mübariz Vəliyev adlı sakin mənzilin «9» saylı mənzil olmasına dair müqaviləni məhkəmə tərkibinə göstərmiş, lakin müqavilənin surətinin çıxarılmasından imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən yerində keçirilən müayinə zamanı mübahisəli «7» saylı mənzilin binanın 1-ci girişinin 3-cü mərtəbəsində pilləkanla qalxarkən sağdan birinci mənzil olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası 7 saylı mənzilə heç bir aidiyyatı olmamasına dair cavabdehin verdiyi izahata tənqidi yanaşyır və hesab edir ki, bu işin həqiqi hallarını əks etdirmir. Belə ki, iş materiallarında surəti olan mübahisəli ünvanda yerləşən 7 saylı mənzilə dair bağlanmış müqavilədən görünür ki, həmin mənzil cavabdeh tərəfindən xx xxxx 2005-ci ildə əldə edilmişdir. Bundan başqa, cavabdehin mübahisəli ünvanda yerləşən 7 saylı mənzilin İddiaçı təhvil verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinin qüvvədə saxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarından əlavə kassasiya şikayəti verməsi onun «7» saylı mənzilə heç bir aidiyyatı olmamasına dair dəlili ilə ziddiyyət təşkil edir. Kollegiya işin yuxarıda qeyd edilən hallarına əsasən bu qənaətə gəlir ki, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbəsində pilləkanla çıxarkən sağdan birinci yerləşən olan ümumi sahəsi 70 kv.m olan 1 otaqlı mənzil cavabdehin bildirdiyi kimi «9» saylı deyil, iddiaçının iddia etdiyi «7» saylı mənzil olmaqla, hal-hazırda cavabdehin faktiki olaraq qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı digər cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 70 kv.m olan 1 otaqlı 7 saylı mənzili Cavabdeh3 istifadəsindədir. Digər cavabdehlərin həmin mənzildən iddiaçının istifadə etməsini və ya həmin mənzilə dair sahiblik və istifadə hüquqlarını hər hansı formada məhdudlaşdırmaları öz təsdiqini tapmamışdır. Bundan başqa, iddia tələbində iddiaçı yalnız Cavabdeh3 mübahisəli mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası qismən əsaslıdır, buna görədə Yasamal rayon məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4275/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu və 11,5 manat notariat haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 4275/2019 saylı qətnaməsi qismən – Cavabdeh3 münasibətdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxarılsın, mənzil boşaldılsın və İddiaçı həmin mənzilə köçürülsün. İddia tələbidigər cavabdehlərə münasibətdə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu və 11,5 manat notariat haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-582/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-582/2020
02.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver