Məhkəmə qərarları › İş №2(103)-5824/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5824/2023

25.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5824/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan manələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Açar sözlər: (qanunsuz tikilinin söküıməsi, maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1an Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842,4 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842,4 kv.metr təşkil edir. 2.İddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkan meydançasının sağ və sol tərəfində, hündürlüyü 1.3 metr olan əlavə meydança inşa edilmişdir. 3.İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə bağlı hazırki iddia tələbi ilə məhkməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı – İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş pilləkən sahəsinin sağ və sol tərəflərinin (hər iki tərəfdən eni 2 metr, uzunluğu 3 metr, hündürlüyü 1 metr ölçüdə olan meydançanın) Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyriyaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə ona xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, qeyri-yaşayış sahəsi 842,4 kv metrdən ibarət olmaqla binanın zirzəmisində yerləşir. Bu yaxınlarda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yuxarısında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən qanunsuz olaraq obyektin girişində pilləkən sahəsinin sağ və sol tərəflərində mişar daşı ilə hörmüş və nəticədə iddiaçıya məxsus obyektin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Bu barədə iddiaçı tərəfindən müvafiq orqanlara müraciət olunmuşdur. Həmin orqanlar tərəfindən təqdim edilmiş rəsmi sənədlərdən də görünür ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol tərəfləri mişar daşı ilə hörülərək inşa olunduğu müəyyən olunmuş və yaşayış sahəsinin zirzəmi sahəsi təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakdan sərbəst istifadə edə bilmir. Bu da onun mülkiyyət hüququnu pozur. Dəfələrlə cavabdehə qanunsuz olaraq tikilmiş tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Sahibə Hacıyeva) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh tərəfindən sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyriyaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması, 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 8.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. 9.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 1an Vəzirov küçəsi 11F saylı mənzil ünvanına qeyri yaşayış sahəsi barədə texniki pasport verilmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərindəİdarəetmə Mərkəzinə ünvanlanan məktubdan görünür ki, 27 09 2022-cı il tarixli. 37/37- 01278 nömrəli məktubu ilə X4 Xidmətinə daxıl olmuş ünvan 2 ünvanında yaşayan İddiaçı müraciəti tərəflərindən araşdırılaraq müraciətlə əlaqədar qeyd olunan ünvanda əməkdaşları tərəfindən yanğın-texnıkı müayinə keçirilmiş və mövcud vəzıyyəti səciyyələndirən akt tərtib olunmuşdur Baxış zamanı aparılan tikinti işlən də bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdınlmadan ünvan 3 ünvanında yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol torəftən mişar daşı ilə hörülərək (hər iki tərəfdən eni 2 metr, uzunluğu 3 metr, hündürlüyü 1 metr ölçüdə olan meydança) inşa olunduğu müəyyən olunmuş və yaşayış binasının zirzəmi sahəsi təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlan bağlanılmışdır Bununla bağlı yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə FHN-nın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və Xətai Rayon Polis İdarəsinə müvafiq məzmunlu məktublar ünvanlanmışdır. 11.İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin X2 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş və baxılması məqsədilə X4 Xidmətində qeydiyyata alınmış 29 sentyabr 2022-ci ıl tarixli müraciəti tərəflərindən araşdırılan zaman məlum olmuşdur ki, ünvan 6 ünvanda yerləşən yaşayış binasının 1-cı mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol tərəfləri mişar daşı ilə hörülərək (hər ıkı tərəfdən 2 metr em 3 metr uzunluğu 1 metr hündürlüyündə meydança) artırılmışdır Nəticədə yaşayış binasının zirzəmı sahəsi təbii havalandırma və işıqlandırmaq uçun quraşdırılmış pəncərələri bağlanılmışdır Aparılan tikinti işləri ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə razılaşma sənədləri təqdim olunmamışdır. 12.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə - razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 1an Vəzirov küçəsi 11F saylı qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş (pilləkən sahəsinin sağ və sol tərəflərində) meydança qeyri-yaşayış sahəsinin təbii havalandırıma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı müəyyən edilir. 13.Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, verilmiş ünvan 1an Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842.4 kv metr olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qeyriyaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842.4 kv.metr təşkil edir. 14.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkan meydançasının sağ və sol tərəfində, hündürlüyü 1.3 metr olan əlavə meydança inşa edildiyi aşkarlanmışdır. 15.Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi verilən tarixə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş pilləkan sahəsinin sağ və sol tərəfi tamamilə bağlı olmuş, məhkəmə gedişində pilləkan sahəsinin sağ və sol sahəsi qismən sökülmüşdür. Hətta həmin sahə söküldükdən sonra da cavabdeh tərəfində inşa edilmiş tikili iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin anbarında yerləşən iki pəncərəyə kölgə salır, oraya hava daxil olmasını qismən məhdudlaşdırır, anbarın birbaşa günəş işığı almasına mane olur. 16.Məhkəmə hesab etmişdir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaradır.Əksinə həmin tikilinin orada mövcud olması iddiaçının qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. Anbarda yerləşən həmin pəncərələrin qanuni məqsədi anbarın havalandırılması və işıqlandırılmasından ibarət olmaqla həmin sahədən sağlam şəraitdə istifadə etmək hüququnu ehtiva edir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 18, 152, 157.4, 157.8, 158.1, 158.4, 170.2, 171.1, 171.2, 180.1, 180.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.7, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam şəkildə ləğv edilməsi barədə qərar qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-525/2023 sayalı qətnaməsi ilə Cavabdeh hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qətnamə ilə cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsinə maneələr yaradılmışdır. Qeyd etmək istəyir ki, əgər həmin pilləkən sahəsi sökülsə, həm qeyri-yaşayış sahəsindən vətəndaşların rahat şəkildə istifadəsinə, həm də onlara keyfiyyətli xidmət göstərilməsinə manelər yaranacaqdır. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş bununla da qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Beləki hazırki işin tam, hərtərəfli, obyektiv araşdırılması üçün məhkəmə tərəfindən hər iki qeyri-yaşayış sahəsinə obyektiv baxış keçirilməmiş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan həmin pəncərələrin hansı otaqlara açıldığı və həmin otaqların hansı məqsədlə istifadə edildiyi müəyyən edilməmişdir. Həmçinin həqiqətən həmin otaqlararın havalanmdırmaya və işıqlandırmaya ehtiyyacının olması müəyyən edilməmişdir. Bildirir ki, əgər həmin otaqların havalandırılma və işıqlandırmaq məqsədi ilə pəncərələri açılsa həm hava kütlələri asanlıqla, heç bir maneyəyə rast gəlmədən otağa daxil olacaq, həm də pəncərə bağlı olduqda belə işıqlanan otaq daha da işıqlanmış olacaq. Diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən inşa edilmiş pilləkən sahəsinin iddaçı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəyə mane yaratdığını da bildirmişdir. Halbuki məhkəmə tərəfindən hazırki iş üzrə əhəmiyyətli olan bir sıra faktlar dəqiq və obyektiv şəkildə araşdırılsa idi həmin pilləkən sahəsinin sözügedən qeyri-yaşayış sahəsindən həm təyinatı üzrə istifdəyə, həm də ora giriş-çıxışa heç bir mane törətmədiyini görə bilərdi. Cavabdeh hazırki iş üzrə cavabdeh hesab oluna bilməz. Birinci instansiya məhkəməsi sözügedən məsələ ilə bağlı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyini də ədalətli şəkildə qiymətləndirməmiş və onu mötəbər sübut kimi qəbul etmişdir. Halbiki əgər birinci instansiya məhkəməsi hazırki məsələ ilə bağlı məhkəmə müstəvisində tam, hərtərəfli, obyektiv araşdırma aparsaydı, həmin ekspertiza rəyinin həqiqəti əks etdirmədiyini də görə bilərdi. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi ədalətli qərar qəbul etmək istəmədiyi üçün hazırkı iş üçün mühüm əhəmiyyəti olan bütün faktları düzgün aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının mübahisələndirdiyi tikilini Cavabdeh tikmişdir. 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

23. 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 25.Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 26.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 27.Maddə 18.Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 28.Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29.Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 31.Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; -158.1.3. servitutlar 32.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 33.Maddə 171.1.Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 34.Maddə 171.2.Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 35.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 36.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37.İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 45.Belə ki, işin araşdırılmiş halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, verilmiş ünvan 1an Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842.4 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842.4 kv.metr təşkil edir. 46.Məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 1an Vəzirov küçəsi 11F saylı qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş (pilləkən sahəsinin sağ və sol tərəflərində) meydança qeyri-yaşayış sahəsinin təbii havalandırıma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı müəyyən edilir. 47.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Bundan başqa məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi verilən tarixə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş pilləkan sahəsinin sağ və sol tərəfi tamamilə bağlı olmuş, məhkəmə gedişində pilləkan sahəsinin sağ və sol sahəsi qismən sökülmüşdür. Hətta həmin sahə söküldükdən sonra da cavabdeh tərəfində inşa edilmiş tikili iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin anbarında yerləşən iki pəncərəyə kölgə salır, oraya hava daxil olmasını qismən məhdudlaşdırır, anbarın birbaşa günəş işığı almasına mane olur. 49.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 50.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 51.Göründüyü kimi, iddiaçının tələbi üzrə işin faktiki halları MM-nin 157.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqla iddiaçının mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə - razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı, həmin qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş (pilləkən sahəsinin sağ və sol tərəflərində) meydança qeyri yaşayış sahəsinin təbii havalandırıma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı, cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaratdığı müəyyən edildiyindən qeyd olunan hallar müəyyən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin iddiaçıya yaratdığı narahatçılıq (diskomfort), onun mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. 52.Kollegiya həmçinin cavabdehin iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının mübahisələndirdiyi tikilini Cavabdeh tikmişdir. 53.Kollegiya apellyatorun “iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan həmin pəncərələrin hansı otaqlara açıldığı və həmin otaqların hansı məqsədlə istifadə edildiyinin müəyyən edilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikininin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin havanlandırılması və işıqlandırılmasına maneə yaratması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. 54.Buna görə də kollegiya iddianın təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək, qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 61.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar