Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5874/2025 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh; iddiaçı Cavabdeh cavabdeh İddiaçı MMCyə qarşı mülki iş üzrə (Açar sözlər: forma şərtlərinə cavab verməyən müqavilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «pul və avtomobil»; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı «avtomobilə görə ödənilmiş pul» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı adlı sənəddən görünür ki, İddiaçı MMC sonradan satılacağı vədi ilə ** RS *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı 2016-cı il buraxılışlı avtomobilin Cavabdeh icarəyə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh 22 ay müddətinə hər ay 994 manat olmaqla hər ayın 1-i ödəniş etməyi öhəsinə götürdüyünü qeyd etmişdir.
2. ##.##.2024-cü il tarixli ƏN-VII seriyalı ****** saylı etibarnamədən görünür ki, avtomobilin mülkiyyətçisi Salamzadə Sürəyya Xəlil qızı Cavabdeh ##.##.2026-cı il tarixədək qüvvədə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə vermişdir. Etibarnamə Bakı şəhəri ** saylı notariat ofisində, 7E-6708 reyestr nömrəsi ilə təsdiq edilmişdir.
3. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə 2.002 manat, ##.##.2024-cü il tarixdə 994 manat, ##.##.2024-cü il tarixdə 994 manat, ##.##.2024-cü il tarixdə 994 manat olmaqla, cəmi 4.984 manat ödəniş edilmişdir.
4. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Salamzadə Sürəyya Xəlil qızı Bakı şəhəri ** saylı notariat ofisinə müraciət edərək, Cavabdeh verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Qeyd edilən etibarnaməyə bu ərizəyə əsasən xitam verilmişdir. Mobil notariat vasitəsi ilə bu barədə bildiriş göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 4 ay ərzində yaranmış 3.976 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun, həmçinin «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyatı nişanlı 2016-cı il buraxılışlı minik avtomobilinin alınaraq ona verilməsi, avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddia onunla əsaslandırılmışdır ki, Nümayəndə məxsus olan «Hyundai Elantra» minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı avtomobil ##.##.2024-cü il tarixdən 22 ay müddətinə 994 manat olmaqla cavabdeh Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı əsasında icarəyə verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirilməməsi ilə (ödənilməli olan icarə haqqı) müqavilədə nəzərdə tutulan normaları da pozmuş, müqavilənin mahiyyətinə zidd olaraq, avtomaşından istifadə edərək 2.982 manat icarə haqqı ödəmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Halhazırda avtomobil Cavabdehdır. Cavabdehin hərəkətlərindən belə məlum olur ki, icarə haqqını vermək fikri yoxdur və avtomobili qaytarmır.
7. Sonradan, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh icarəyə götürdüyü «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobilinin alınaraq ona təhvil verilməsi, 4 ay müddətində yaranmış 3.976 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2(002)- ****/**** saylı qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə cavabdeh Cavabdeh qarşı «pul və avtomobil» tələbinə dair mülki iş üzrə iddiaçı Nümayəndə əsl iddiaçı İddiaçı MMC ilə əvəz edilmişdir.
9. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə nəqliyyat vasitəsinin alğı-satqısı üçün ödənilmiş 9.984 manat pul vəsaitinin və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi-vəkili İskəndərov Ərəstun Binnət oğlu məhkəmə iclasında vəsatət verərək, qarşılıqlı iddia ərizəsi üzrə əsl olmayan qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə əsl qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə əvəz edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(002)- ****/**** saylı qərardadı ilə hazırki mülki işdə qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə əsl cavabdeh İddiaçı MMC ilə əvəz edilmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, «Hyundai Elantra» minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı avtomobili ##.##.2024-cü il tarixdən 22 ay müddətinə 994 manat olmaqla avtonəqliyyat vasitəsinin onda qalması şərti ilə tərəflər arasında iltizam rəsmiləşdirilmişdir. Lakin müqavilə üzrə öhdəliyi yetirməsinə baxmayaraq cavabdeh əlavə olaraq ondan 850 manat pul tələb etmişdir. Həmin pulu nə məqsədlə ödəyəcəyini soruşduqda müəyyən bəhanələr gətirərək DYP cəriməsi və s. halları əsas gətirmişdir. ##.##.2024-cü il tarixdə cavabdehə ilkin olaraq 2.002 manat, əlavə olaraq (şapka olaraq) 5.000 manat və qrafik üzrə isə ##.##.2024-cü il tarixdə 994 manat və ##.##.2024-cü il tarixdə isə 2 dəfə 994 manat, cəmi 1.988 manat pul ödəmişdir. Lakin buna baxmayaraq sözügedən iltizama mülki qanunvericilikdə öz təsdiqini tapmayan müddəalar və şərtlər əlavə edilmişdir. Həmin şərtlərə də əsaslanaraq ondan əlavə pul tələb edir. İlkin iddia ərizəsində qeyd edir ki, guya nəqliyyat vasitəsi icarəyə verilib və ona görə edilmiş ödəniş qəbzində isə hər-hansı bir əşyanın alğı-satqısı kimi ödənişi qəbul edir. İddia tələbində 3 aylıq ödənilməmiş pulu və nəqliyyat vasitəsini istəyir. İlkin iddia üzrə iddiaçı o halda nəqliyyat vasitəsinə görə pulu tələb edə bilər ki, həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə olunsun. Lakin qarşılıqlı iddia üzrə cavabdeh ##.##.2025-ci il tarixdən nəqliyyat vasitəsinin idarə edilməsi üçün verilmiş etibarnaməni ləğv etdirmişdir. Hesab edir ki, sözügedən nəqliyyat vasitəsinə görə ödənilmiş 9.984 manat cavabdehdən alınaraq ona qaytarılmalı və o da, bunun müqabilində avtomobili cavabdehə qaytarmalıdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin iltizamda qeyd olunan şərtlər və iltizamın özü, hansı ki, cavabdeh müqavilə kimi qələmə verir, mülki qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib edilmiş və rəsmiləşdirilmişdir. Mülki Məcəllənin tələbinə uyğun olaraq qanunvericilikdə qeyd olunmayan hallar və eyni zamanda bağlandığı gündən əhəmiyyətsizdir, heç bir hüquqi əsası yoxdur.
13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, «Hyundai Elantra» markalı ** RS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əvvəlki sahibidir. Avtomobili 2024-cü ilin mart ayında almışdır, avqust ayında İddiaçı MMC-yə girov qoyub 14.000 manat pul götürmüşdür. 26 ay 994 manat pul ödəməli idi. 1-2 ay ödəniş etdikdən sonra pulu ödəyə bilməmiş, bu səbəbdən avtomobil İddiaçı MMCnin adına keçmişdir. Ondan sonra eyni kredit şərtləri ilə avtomobili Anar götürmüşdür.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək «Hyundai Elantra» markalı **- RS-*** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışlı minik avtomobilin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması; 4.984 manat pul vəsaitinin İddiaçı MMC-dən alınaraq Cavabdeh qaytarılması; avtomobil və pul vəsaitinin alınıb qaytarılmasının eyni anda icra edilməsi; ilk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissələrinə mütənasib olaraq 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə, 69,84 manat dövlət rüsumunun İddiaçı MMCdən tutularaq Cavabdeh ödənilməsi; qalan hissələrdə ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi; ilkin iddia və qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, ilkin iddianın əsası kimi istinad olunan «avtonəqliyyat vasitəsinin icarə haqqında iltizam»dan görünür ki, həmin sənəd özündə icarə müqaviləsinin atributlarını daşımır. İltizam müqavilə şəklində deyil, bir tərəfin digər tərəf qarşısında götürdüyü öhdəliklərin sadalanması şəklində, birtərəfli qaydada tərtib edilmişdir, icarəyə götürənin öhdəlikləri sadalansa da, icarəyə verənin öhdəlikləri, eləcə də tərəflərin hüquqları və s. sadalanmır. Mahiyyət etibarı ilə qeyd olunan iltizam icarə müqaviləsi deyil, əhəmiyyətsiz olmaqla özlüyündə etibarsız olan əqddir. Ona görə də, həmin iltizam istər ilk iddia üzrə iddiaçı üçün, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı üçün onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməz. Həmin iltizam bağlandığı andan etibarsızdır, əhmiyyətsiz əqddir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Nümayəndə mülkiyyətində olan avtomobil əhəmiyyətsiz əqd üzrə ilk iddia üzrə cavabdeh Cavabdeh faktiki sahibliyindədir. Eləcə də, Cavabdeh tərəfindən əhəmiyyətsiz əqd üzrə İddiaçı MMC-yə cəmi 4.984 manat ödəniş edilmişdir. Ona görə də, əhəmiyyətsiz əqd üzrə Cavabdeh olan avtomobil İddiaçı MMC-yə, İddiaçı MMC tərəfindən əhəmiyyətsiz əqd üzrə alınmış 4.984 manat pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Avtomobil və pul vəsaitinin alınıb qaytarılması eyni anda icra edilməlidir. Çünki, həmin icra hərəkətləri eyni anda icra edilməyəcəyi təqdirdə, icra hərəkətlərinə tarazlı yanaşma pozulmuş olar. Bu isə nəticə etibarı ilə, avtomobil gec qaytarılacağı təqdirdə ilk iddia üzrə iddiaçının, pul vəsaiti gec qaytarılacağı təqdirdə qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının pozulması anlamına gəlir. Ona görə də, avtomobil və pul vəsaitinin alınıb qaytarılmasının eyni anda icra edilməsi ədalətli və məqsədəmüvafiqdir.
17. Məhkəmə hesab etmişdir ki, lk iddia üzrə iddiaçının istifadəsində, Nümayəndə mülkiyyətində olan avtomobil əhəmiyyətsiz əqd üzrə ilk iddia üzrə cavabdeh Cavabdeh faktiki sahibliyindədir. Eləcə də, Cavabdeh tərəfindən əhəmiyyətsiz əqd üzrə İddiaçı MMC-yə cəmi 4.984 manat ödəniş edilmişdir. Ona görə də, əhəmiyyətsiz əqd üzrə Cavabdeh olan avtomobil İddiaçı MMC-yə, İddiaçı MMC tərəfindən əhəmiyyətsiz əqd üzrə alınmış 4.984 manat pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Avtomobil və pul vəsaitinin alınıb qaytarılması eyni anda icra edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 385.2, 386.1, 389.1, 389.2, 389.3, 389.4, 390.1, 390.2, 390.3, 390.4, 390.5, 390.6, 390.7 və 700.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
19. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində, qarşılıqlı iddianın isə təmin edilən hissədə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmlı və ondan istifadə etməli olduğu halda bunu etməmiş, təqdim olunmuş sübutları düzgün araşdırmamışdır. Tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda ( cavabdeh isə bunu edə bilməmişdir ) məhkəmə tərəfindən təqdim olunan sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Tərəflər arasında bağlanmış “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin tələblərinə uyğun olaraq bağlanmışdır və müqavilədə tərəflərin hüquq və vəzifələri göstərilmişdir. Belə ki, cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, 22 ay ərzində hər ay 994 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı isə həmin müddət bitdikdən sonra tam ödəniş olduğu halda avtonəqliyyat vasitəsini cavabdehin adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Tərəflər müqaviləni azad şəkildə bağlamış və müqavilənin məzmununu da özləri müəyyənləşdirmişlər. Həmin müqavilə özündə icarə müqaviləsinin atributlarını daşıyır. Müqavilə belə adlanır: “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı”. Göründüyü kimi müqavilə icarə müqaviləsidir, birtərəfli deyil, iki tərəf arasında bağlanmış müqavilədir və hər bir tərəfin hüquqları və öhdəlikləri göstərilmişdir. Mahiyyət etibarı ilə də həmin müqavilə icarə müqaviləsidir, etibarlı və əhəmiyyətli olan əqddir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi hər iki tərəf tərəfindən imzalanmış və müəyyən müddət də icra olunmuşdur. Belə olan halda həmin əqdi etibarsız əqd kimi göstərmək əsassızdır. Həmin əqd hüquqi nəticələrə səbəb olan əqddir. Belə olan halda iddianın qismən təmin edilməsi tam əsassızdır. Cavabdehin qarşılıqlı iddiası təmin edilə bilməz, iddia tələbi isə tam olaraq təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə səhvdir. İlk iddia təmin edilməyən hissədə də təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində, qarşılıqlı iddianın isə təmin edilən hissədə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində, qarşılıqlı iddianın isə təmin edilən hissədə ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 29.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 31.329.1-ci, 329.2-ci və 329.3-cü maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 32.331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 33.331.2-ci maddəsinə əsasən, qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 34.334.1-ci və 334.2-ci maddələrinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 35.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 36.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 37.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 38.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 39.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 40.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 41.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 42.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 43.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 44.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 45.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 46.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 47.600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 48.606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 49.606.4-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
50.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 51.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 52.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC (bundan sonra – iddiaçı) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun qaydada “Hyundai Elantra” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı minik avtomobilini dəyəri tam ödənilənədək texniki saz vəziyyətdə cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra onun mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun dəyərini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.
55. İddiaçı cavabdehin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirmədiyini, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, yəni müqavilə şərtlərini tələb etdiyi qaydada – şərtləşdirilmiş vaxtda lazımi şəkildə ödənişləri həyata keçirmədiyini, bununla da onun hüquqlarını pozduğunu bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh “Hyundai Elantra” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı minik avtomobilinin alınaraq təhvil verilməsi, 4 ay müddətində yaranmış 3.976 manat pulun cavabdehdən tutularaq əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə nəqliyyat vasitəsinin əldə edilməsi üçün ödənilmiş 9.984 manat pulun iddiaçıdan tutularaq əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia vermişdir.
56. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək “Hyundai Elantra” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı minik avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, 4.984 manat pul vəsaitinin İddiaçı MMC-dən alınaraq Cavabdeh qaytarılması, avtomobil və pul vəsaitinin alınıb qaytarılmasına dair icranın eyni anda icra edilməsi, qalan hissələrdə ilkin və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
57. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi iltizam mahiyyət etibarilə icarə müqaviləsi deyil, özlüyündə etibarsız əqd olduğundan, bu səbəbdən tərəflər üçün onun etibarsızlığı ilə bağlı nəticələrdən başqa hüquqi nəticə yaranmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ilə ümumilikdə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında müqavilə Mülki Məcəllənin 394 və 650-ci maddələrinin tələblərinə zidd olaraq notarial qaydada deyil, sadə yazılı əqd kimi bağlanmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun qeydə alınmamışdır.
59. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydada təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına bağladıqları əqd nəticəsində yaranacaq hüquqi nəticələri əvvəlcədən müəyyən etmək və hüquqi müəyyənliyi təmin etmək imkanı yaradılır.
60. Belə ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).
61. Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımi qaydada vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).
62. Birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış əqdin forma şərtinə əməl edilmədiyinə görə etibarsız olduğu qənaətinə gəlmişdir. Bununla belə, birinci instansiya məhkəməsi etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə mübahisənin düzgün həlli üçün əhəmiyyətsiz əqdin təsdiqi barədə qənaətə gəldiyi halda mübahisəyə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində hüquqi qiymət verməklə həmin müqavilə şərtləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparmalı olduğu halda bunu etməmişdir.
63. Belə ki, müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). İşin hallarının ümumi xüsusiyyətlərindən görünür ki, tərəflərin hüquqi niyyəti, iradə ifadəsi mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtlə avtomobilin nisyə alqı-satqısı müqaviləsini bağlamaq olmuşdur.
64. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən nisyə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
65. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olduğu ki, cavabdeh mübahisəli avtomobili artıq iddiaçıya qaytarmış və müqaviləyə satıcı tərəfindən xitam verilmişdir.
66. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin davranışı və iradə ifadələri onların arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına yönəlmişdir. Alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən isə qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsi ilə şərtlənir. Alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul – müqavilə qiymətini almaq hüququ pozulduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranır.
67. Beləliklə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini, həmçinin gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
68. İş materiallarına əsasən cavabdehin müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi, yəni satıcının müəyyən məbləğdə pul – müqavilə qiymətini almaq hüququnu pozduğu hallar müəyyən edilmir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh aylıq 994 manat məbləğində ödəniş etməli olmuşdur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 2.002 manat, 994 manatdan üç dəfə olmaqla, ümumilikdə 4.984 manat ödənilmişdir. Müqavilənin bağlandığı tarixdən etibarnamənin ləğv edildiyi tarixədək (##.##.2025-ci il) yaranmış ödəniş öhdəliyi aylıq 994 manat hesablanmaqla 4.970 manat təşkil etdiyindən, cavabdehin həmin dövr üzrə öhdəliyini faktiki olaraq tam icra etdiyi, hətta 14 manat artıq ödəniş etdiyi müəyyən olunur. Bu baxımdan, qeyd olunan dövr üzrə cavabdehin borcunun mövcudluğu iş materialları ilə təsdiq edilmir.
69. Bununla belə, cavabdeh avtomobilin onun sahibliyindən alındığını, yəni iddiaçının müqavilənin tamamilə icrasından birtərəfli qaydada imtina etdiyini nəzərə alaraq müqavilə münasibətlərinin ləğv edilməsinə etiraz etməmiş, müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. İddiaçı da, öz davranışı ilə cavabdehin qarşılıqlı tələblərinin təmin edilməsinə şərait yaratmışdır.
70. İddiaçının istinad etdiyi tələbləri əsaslandırmaq məqsədilə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsinin ünsürlərini özündə ehtiva etdiyi, həmin müqavilənin icarə münasibəti kimi qiymətləndirilməli olduğu barədə mövqeyi məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Müqavilənin məzmunundan tərəflər arasında münasibətin avtomobilin nisyə alqı-satqısı ilə bağlı olduğu açıq müəyyən edilir və iddiaçının müqavilənin adı və ya digər formal xüsusiyyətləri ilə bağlı istinad etdiyi qeyri-müəyyənliklər cavabdeh-alıcının ziyanına təfsir edilə bilməz.
71. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev