Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5877/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(005)-323/2020 nömrəli qərardadının qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bəkir oğluna qarşı, Bakı şəhəri 53 saylı Dövlət Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh Bəkir oğlu cavabdeh İddiaçı1, İddiaçı2 və X1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizənin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(005)-323/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətlə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(005)-323/2020 saylı qərardadının ləğv edilərərk işə yenidən baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(005)- 323/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası mülki işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayət ərizəsindən və iş materiallarından görünür ki, mülki işin baxılmamış saxlanması barədə qərardadın ləğv olunması və işin təzələnməsi üçün əsaslar yoxdur.Odur ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasənməhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(005)-323/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5877/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5877/2022
18.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver