Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5882/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra şöbəsi və qeyrilərinə qarşı “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh1 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14”nun (hazırki Cavabdeh1 MMC) hərracın yekunları barədə 30 saylı 15 fevral 2018-ci il tarixli protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizələr təqdim edərək, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh2 MMC-nin isə cavabdeh qismində cəlb edilməsi və həmin şirkət tərəfindən verilmiş QR 326 nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(010)-1916/2014 saylı qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Belə ki, həmin icra sənədinə əsasən cavabdehin, yəni İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan “Renault Tondar” markalı **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına qərar verilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-13134-14/12-923 saylı, 12 yanvar 2018-ci il tarixli məktubuna əsasən ipoteka predmeti olan “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2018-ci il tarixdə saat 11:00 da “X14” MMC tərəfindən ünvan 1 ünvanında keçirilən hərraca çıxarılmışdır. “X14” MMC tərəfindən hərracın keçirilməsi barədə ona qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “X14” MMC-nin hərracın yekunları barədə 15 fevral 2018-ci il tarixli, 30 saylı protokolundan görünür ki, mülkiyyətində olan “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil son satış qiyməti 2830 manat olmaqla X1. Hərracda sözügedən əmlakın qiyməti bazar dəyərindən azı 5 dəfə aşağı qiymətləndirilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona heç bir məlumat verilməmiş və bilərəkdən hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Eləcə də hərrac keçirilərkən avtomobilin satış qiyməti qanunsuz olaraq bazar dəyərindən ən azı 5 dəfə aşağı qiymətə hərraca çıxarılmış və tələbkara satılmışdır. Bu hal onun hüquqlarını kobud şəkildə pozmaqla onun külli miqdarda zərərə düşməyinə səbəb olmuşdur. Göründüyü kimi, “X14” MMC tərəfindən keçirlən hərrac zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu hal isə onun mülkiyyət hüququnu kobud şəkildə pozmaqla bərabər, maddi durumunun ağırlaşmasına səbəb olmuşdur.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia təmin edilmiş, Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı “X14” MMC (hazırki Cavabdeh1 MMC) tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 30 nömrəli protokol etibarsız hesab edilmiş, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab: "xxxx" ASC-nin Sumqayıt şəhər filialı, Kod: 200253 VÖEN **********, h/h: AZ06AİİB********************, m/h: AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qərara alınmışdır.
5. Cavabdeh2 MMC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC qətnaməni mübahisələndirməmişdir.
6. Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, onlar tərəfindən borclulara keçirilmiş hərrac prosesləri ilə bağlı bildirişlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada göndərilmişdir. Məhkəməyə təqdim edilmiş teleqramlardan da göründüyü kimi bildirişlər İddiaçı göndərilmiş, hətta çatdırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, hərrac təşkilatçısının vəzifəsi bildirişləri göndərməkdir. Borclu, eyni zamanda mülkiyyətçi İddiaçı ünvanlanan bildirişlər isə imzalanaraq qəbul edilmişdir. Həmçinin Məhkəməyə təqdim edilmiş etirazda da vurğulanmışdır ki, hərrac təşkilat qiymətləndirmə səlahiyyətlərinə malik deyildir. Qanuni qüvvəsini almış icra vərəqəsi əsasında hərrac prosesləri keçirilmişdir. Hərrac təşkilatı qiymət müəyyən edən orqan olmadığı halda iş üzrə düzgün qiymət qoyulmamasına görə də məsul tutulmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi N.Tağıyev apellyasiya şikayətinin həllini Məhkəmə Kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(010)- 1916/14 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı 27 iyun 2013-cü il tarixli, 17-A- 1-0-2622-13 saylı kredit müqaviləsinə əsasən cəmi 11153 manat məbləğində pul vəsaiti alınaraq “Nikoyl” İKB-yǝ verilməli, 27 iyun 2013-cü il tarixli 17-A-1- 0-2622-13 saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan "Renault Tondar" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və cavabdeh İddiaçı "Nikoyl" İKB-nin 6 saylı filialına olan kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməli, kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan məbləğ borcluya, yəni iş üzrə cavabdeh İddiaçı qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı alınaraq "Nikoyl" İKB-yə verilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçının xeyrinə tutulmalıdır;
11. Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixə bazar qiyməti 2800 manat olaraq müəyyən edilmişdir;
12. Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 04/07 nömrəli bildirişin surətindən görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir;
13. “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli, 009(3984) nömrəli buraxılışından görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə, saat 11:00-da açıq hərracda satılması ilə bağlı elan dərc olunmuşdur;
14. “Hərracın yekunları barədə” 15 fevral 2018-ci il tarixli, 30 nömrəli protokoldan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)- 1916/14 saylı icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsinin xx/xx-13134-14/12-923 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında hərrac təşkilatçısı “X14” MMC tərəfindən ilkin satış qiyməti Cavabdeh2 MMC-nin 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 2800 (iki min səkkiz yüz) manat müəyyən edilən İddiaçı məxsus “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2018-ci il tarixdə, saat 11:00- da keçirilmiş açıq hərracın qalibi X8 olmuş və o, həmin avtomobili 2830 manata almışdır;
15. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4279/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 7954 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir;
16. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərracdan satılıbsatılmaması, əgər satılıbsa həmin avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın nəticəsinə dair sənədlərin surətinin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq, həmin əmlakın Mərkəz tərəfindən keçirilən hərraclarda satılmaması bildirilmişdir;
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 6847/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir;
18. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyəri 14720 manat, likvid dəyəri 12800 manat müəyyən edilmişdir;
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7147 saylı ekspert rəyindən görünür ki, “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiyməti təxminən 14000 manat, likvid dəyəri 13500 manat müəyyən olunur;
20. Nəqliyyat vasitəsinin AD seriyalı, 163241 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r;
21. 31.01.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90MZ451 dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən X2;
22. Nəqliyyat vasitəsinin AD seriyalı, 452920 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90TV977 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X12r;
23. 13.11.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90TV977 dövlət qeydiyyat nişanlı avtomobil X15 tərəfindən X3. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
28. 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
29. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. (28 dekabr 2018-ci ilə qədər olan redaksiyası)
30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
33. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanunu
34. Maddə 51.1. Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. (28 dekabr 2018-ci il tarixə qədər olan redaksiyası) “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
46. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
49. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
50. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Qənaməni mübahisələndirən Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin iki dəlili mövcuddur.
53. Birinci dəlil hərrac barədə onun tərəfindən iddiaçıya məlumat verilməsi ilə bağlıdır.
54. Həmin dəlilə münasibətdə bildiririlir ki, cavabdeh hərrac barədə iddiaçını məlumatlandırdığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, hərrac təşkilatının ipoteka qoyana təsdiqetmə üsulu ilə bildiriş göndərməli olduğu halda, qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
55. Apellyasiya şikayətinin digər dəlili onunla bağlıdır ki, hərrac təşkilat qiymətləndirmə səlahiyyətlərinə malik deyil, qanuni qüvvəsini almış icra vərəqəsi əsasında hərrac prosesləri keçirilmişdir. Hərrac təşkilatı qiymət müəyyən edən orqan olmadığı halda iş üzrə düzgün qiymət qoyulmamasına görə də məsul tutulmuşdur.
56. Kollegiya həmin dəlillə bağlı bildirir ki, işin hallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC də cavabdeh qismində qoyulmuş, həmçinin birinic instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizalar nəticəsində verilmiş rəylərlə əmlakın real dəyərindən əhəmiyyətli dərəcədə, kəskin aşağı qiymətləndirməklə real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılması müəyyən edilmişdir.
57. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur.
58. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.
59. Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
60. Mülki Məcəllənin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
61. Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
62. Həmin Məcəlllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
63. Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
64. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
65. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
67. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
68. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 MMC-nin özünə aid edilməlidir.
69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-55/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMCnin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov