Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5885/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh9, Cavabdeh6, İsmayılova (Hallacıyeva) Ayşən Araz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh8 qarşı “fərdi yaşayış evindən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2061/2022 saylı, 09 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-3001/2012 saylı qətnaməsinə əsasən Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 23930 ABŞ dolları əsas, 11.521 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları dəbbə pulu ödəniş gününə manata olan məzənnə ilə 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 4-cü sırada istifadədə olan 0,01555 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 116, kv.m yaşayış, 107,4 kv.m köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh3, X12, Cavabdeh2, X10, X2, Cavabdeh6, X3, X4 həmin evdən çıxarılması qət edilmişdir. Qətnamə 12 fevral 2016-cı il tarixdə icraya yönəldilmişdir. 14 dekabr 2017-ci il tarixli, 81/01 saylı hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka saxlayan İddiaçı ASC ünvan 1 ünvanındakı fərdi yaşayış evini 47812,50 manat qiymətlə əldə etmək istədiyini bildirmişdir. "xxxx" MMC-nin direktoru ilə İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi arasında bağlanan 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, X8 məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evi İddiaçı ASC tərəfindən 47812,50 manata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanına "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 22 fevral 2018ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından məlum olur ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X5, X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X13, X9 ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X11 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X11, X5 və X1 cavabdehlər qismindən çıxarılmasını, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X13, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması, mülkiyyətçi “Kapital Bank" ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X13, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X11 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən "xxxx" ASC nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyətinə əldə etmişdir. (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı) Hal-hazrıda cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbən hesab edilir ki, cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalı və fərdi yaşayış evi tamamilə boşaldılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2061/2022 saylı, 09 iyun 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və cavabdeh İsmayılova (Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X13 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, İsmayılova (Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X13 və İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X11 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh9, Cavabdeh6, İsmayılova (Hallacıyeva) Ayşən Araz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, e2(001)- 2061/2022 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh7 fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması” hisəsində mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadın qəbul edilməsi üçün əsas İsmayılova (Hallacıyeva) Ayşən Araz qızına münasibətdə eyni tələblə bağlı qanuni qüvvyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu olmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 27.2, 139.1, 139.3, 146.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 178.1, 203.1-ci, 228.4, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 2-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, cavabdehlər və yetkinlik yaşına çatmayan uşaqlar ipoteka predmetinin kreditorun mülkiyyətinə keçməsinə, ipoteka qoyan və onun ailə üzvlərinin ipoteka predmeti olan evlə hüquqi bağlılıqlarının bitməsinə, əvvəllər mövcud olmuş hüquqlarının artıq itirilməsinə baxmayaraq, mülkiyyətçinin mülkiyyət hüququndan irəli gələn hüquqlarını pozmaqda davam etmişlər və iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə maneə törətmişlərdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılması müəyyən edilmiş şəxslərin yetkinlik yaşına çatmayan uşaqlarının da iddiaçıya məxsus evdə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Mübahisəli mənzildə hansı əsasla, hansı qaydada qeydiyyata alınması məlum olmayan Cavabdeh4; qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə valideynlərinin çıxarılması müəyyən edilmiş və həmin vaxt yetkinlik yaşına çatmayan, lakin hal-hazırda yetkinlik yaşına çatmış və cavabdeh qismində cəlb edilmiş Cavabdeh8, Cavabdeh9; eyni zamanda sonradan soyadı dəyişmiş və özünün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılması müəyyən edilmiş İsmayılova(Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X13 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evində yaşamasına hər hansı hüquqi əsas müəyyən edilmədiyindən, həmin şəxslər fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, həmin şəxslərin mübahisəli evdə yaşamaq, mübahisəli evdən istifadə etmək hüququ valideynləri vasitəsilə əldə edilmişdir və valideynlərinin hüquqlarına da mülkiyyətçinin dəyişməsi nəticəsində xitam verilmişdir. Bu səbəbdən eyni zamanda Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, İsmayılova(hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan övladları X13, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X11 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 (vəkili-nümayəndəsi Vəkil) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərin qeydiyyatda olduğu ünvanda qeydiyyatdadırlar. Bu məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanları valideyinlərin himayəsində olduqları üçün cavabdehlər kimi qeyd edilməməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, bu bölmədə sadalanan prosessual pozuntular əslində məhkəmənin tərəfimizdən təqdim edilmiş, tam şəkldə iddianın əsasını təşkil edən sübutlara hüquqi qiymət vermədiyini təsdiq edir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bu sübutlara həm məcmu halında, həm də ayrı-ayrlıqda hüquqi qiymət verilərkən tələblərində haqlı olmaqları tam sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 aid hissədə yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: - 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: - 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil “ipoteka predmeti”, iddiaçı “ipoteka saxlayan”, cavabdehlər isə “ipoteka qoyan və onun ailə üzvləri” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehlərin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Göstərilən müddəanın tələbləri baxımından cavabdehlərin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil ipoteka predmetinə tutma yönəldilməsi proseduru daxilində iddiaçının mülkiyyətinə keçmişdir və bundan 1 aydan çox vaxt keçmişdir. Bundan başqa, mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə istifadə hüquqları xitam olunduğundan onlar iddiaçının mənzilinə qanunsuz sahiblik edirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyatorun “yetkinlik yaşına çatmayanların valideyinlərin himayəsində olduqları üçün cavabdehlər kimi qeyd edilməməsi” dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan şəxslərin qanuni nümayəndələri kimi onların valideynlərini işə cavabdeh qismində cəlb etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsində yetkinlik yaşına çatmayan şəxslər cavabdeh qismində göstərilməli olmasa da belə, bu, onların mübahisəli mənzildən valideynləri ilə birgə çıxarılmamaları üçün əsas deyil. Halbuki, iddia ərizəsində cavabdeh qismində həmin yetkinlik yaşına çatmayan şəxslərin hər birinin qanuni nümayəndələri cavabdeh qismində qeyd edilmişlər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. MPM-nin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2061/2022 saylı, 09 iyun 2022ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5885/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5885/2022
06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver