Məhkəmə qərarları › İş №2(103)-5901/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5901/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5901/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı61, İddiaçı54, X5 iştirakları ilə X8, İddiaçı36, İddiaçı51 Əli oğlunun, İddiaçı70, İddiaçı67, İddiaçı54, İddiaçı62, X4, X5 və qeyrilərinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" ASC-nin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi) “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14, İddiaçı36, İddiaçı51 Əli oğlu, İddiaçı70, İddiaçı67, İddiaçı54, İddiaçı62, X6, X9 və digərləri Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ("xxxx" ASC-nin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərildiyi) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında bağlanmış 27.04.2018-ci il tarixli 10240 saylı icarə müqaviləsinin, 11 iyun 2018-ci il tarixli 6946 nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli (seriya RX 1341828) çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 85 ünvanda yerləşən 32.2 kv.m qeyri-yaşayış və 0.04287 ha torpaq sahəsində olan su anbarı İmişli şəhəri, Fizuli küçəsi ev 29-da yaşayan X2, adı çəkilən şəxsə 05.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrə ilə qeydə alınmış çıxarış verilmişdir. Halbuki, X10 qanunsuz olaraq satılmış 2000 (iki min) kub metrlik su anbarı 1987-ci ildə həmin ərazidə beş ədəd çox mənzilli kooperativ binalar tikilərkən binalar üçün nəzərdə tutulmaqla kooperativ üzvlərinin vəsaiti hesabına tikilmiş, su anbarının tikilməsi həmin vaxt tərtib və təsdiq edilmiş layihə-smeta sənədlərində maliyyə xərcləri göstərilməklə öz əksini tapmışdır. Su anbarı da hal-hazırda bina sakinləri tərəfindən istifadə edilir. İkincisi, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 85 ünvanda yerləşən 32.2 kv.m qeyri-yaşayış və 0.04287 ha torpaq sahəsində olan su anbarı 1987-ci il tarixdə orada çox mərtəbəli mənzillər tikilərkən həmin mənzillərin balansında olmuş, həmin su anbarının “Azərsu" ASC-nin balansına keçməsindən binalara məxsus olan MTK-nın və orada yaşayan vətəndaşların heç bir məlumatı olmamışdır. Üçüncüsü, qeyri-yaşayış və 0.04287 ha torpaq sahəsində olan su anbarının “Azərsu" ASC tərəfindən orada yerləşən MTK-ya təklif olunmadan, onların razılığı olmadan və orada yaşayan şəxslərə deyil, İmişli şəhəri, Fizuli küçəsi ev 29-da yaşayan X1 tam qanunsuz və əsassızdır. X12 Bakı şəhəri, Ə.Ağayev küçəsi 120, Ə. Ağayev küçəsi 124, Yeddinci ünvan 2 ünvanda yerləşən beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşən beş ədəd doqquz mərtəbəli binaların istifadə etdiyi su anbarının ərazisində tikinti işlərinin aparılmasını istəyir. Halbuki, su anbarının yerləşdiyi ərazi istifadəyə yararsız, çökmə və təhlükəli vəziyyətdə deyildir və su anbarının yerləşdiyi ərazi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3205-ci məhəllədə, beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşir. Həmin binalarda 600-ə (altı yüz) yaxın mənzil var, mənzillərdə də orta hesabla 3000-3500 nəfər insan yaşayır. Bu kooperativ binalar tərəfindən əhatələnmiş, su anbarı da daxil olmaqla boş ərazidə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi və tapşırığı əsasında sakinlərin istirahəti üçün istirahət bağı salınmış, orada 200-dən çox ağac əkilmiş, uşaqlar üçün müxtəlif növ attraksionlar quraşdırılmışdır. Artıq yeddi ildən çoxdur ki, onlar və uşaqları həmin bağda olan normal şəraitdən istifadə etməklə istirahət edirlər. Hesab edirlər ki, beş ədəd doqquz mərtəbəli binanın əhatəsində yerləşən, ot örtüyü ilə örtülmüş və 200-dən artıq sayda müxtəlif növlü ağacların əkildiyi və binaları su ilə təmin edən 2000 kub metrlik su anbarının X12 tərəfindən hər hansı bir məbləğdə pul verməklə qanunsuz yollarla alınması, bu ərazidə yerləşən 200-dən artıq çox bahalı və yaşlı ağacların kəsilməklə məhv edilməsi, orada tikinti işlərinin aparılması tam qanunsuz və əsassızdır. Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 85 ünvanda yerləşən 32.2 kv.m qeyri-yaşayış sahəsi və 0,4287 ha torpaq sahəsində olan su anbarı həm dövlət əhəmiyyətli bir obyekt kimi istifadəyə tam yararlı vəziyyətdə olduğundan, həm indi, həm də gələcəkdə su ehtiyatı bazası (mənbəyi) olduğundan, orada yaşayan 3000-3500 nəfər əhaliyə xidmət etdiyindən, həm indi, həm də gələcəkdə yanğın təhlükəsi zamanı həmin anbarın suyundan baş verəcək yanğının qarşısının alınmasında istifadə olunacağı məqsədi daşıdığından, habelə su anbarının ərazisində vahid kompleks kimi 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi və tapşırığı əsasında sakinlərin istirahəti üçün istirahət bağı salındığından, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və İmişli şəhəri, Fizuli küçəsi, ev 29-da yaşayan X12 arasında bağlanmış əqd, habelə həmin əqd əsasında X7 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X18 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına dair bağlanmış 27.04.2018-ci il tarixli icarə müqaviləsinin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X18 küçəsi 85 ünvanda yerləşən 32,2 kv.m olan qeyri-yaşayış binasına və 428.7 kv.m torpaq sahəsinə dair 11.06.2018-ci il tarixli 6946 saylı alqı-satqı müqaviləsinin və onun əsasında X10 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında RX ******* seriyalı ********** nömrə ilə 05.07.2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, 20 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçıların xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis rəyinin verilməsilə bağlı tədqiqatın dəyəri olan 147,90 (bir yüz qırx yeddi) manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət olunmuşdur. X3 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, məhkəmənin, hərrac nəticəsində bağlanan müqaviləni etibarsız hesab etdiyi halda nə hərracın qanuniliyinə, nə də ödədiyi pul vəsaitinə heç bir qiymət vermədiyi, qanunsuz bir şəkildə onu mülkiyyət hüququndan məhrum etdiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı Rafil Əhmədovun nümayəndəsi (vəkili) olan Vəkil apellyasiya şikayətini yalnız etibarsız hesab edilən müqavilə üzrə Dövlət Əmlak Komitəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması məsələsinin həll edilmədiyi səbəbilə verdiklərini, əgər həmin məsələ həllini taparsa qətnamə ilə razılaşdıqlarını bildirmiş, sonradan isə məhkəməyə özünün və Rafil Əhmədovun imzaladığı ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiklərini göstərməklə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən Rafil Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Rafil Əhmədova münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar