Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5902/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X7 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh7 vəkili və nümayəndəsi Nümayəndə3, cavabdeh X2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X7 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə qarşı ‘‘alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 saylı 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7 və X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7571/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, **-SA-*** dövlət qeydiyyat nişanlı Land Rover minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla, 1/2 hissəsinə iddiaçı X3, 1/2 hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüş, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə həvalə edilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-587/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 saylı iş üzrə 10 noyabr 2020- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh5 paylı mülkiyyətində olan **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 587/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh5 qarşı 15.000 manat pulun, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir.
4. Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən işin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X16 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X13 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir.
5. 16.09.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Land Rover”minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh5 mülkiyyətindədir. Avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh5 tərəfindən Cavabdeh4. xx.xx.2021-ci il tarixdə Cavabdeh4 avtomobili Cavabdeh1, xx.xx.2022-ci tarixdə Cavabdeh1 avtomobili Cavabdeh3 satılmışdır. Daha sonra avtomobil Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Cavabdeh6, xx.xx.2022-ci il tarixdə Cavabdeh6 avtomobili X5, X9 xx.xx.2023-cü tarixdə avtomobili Cavabdeh8 satılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 Şahin oğlu arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD97723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh4 Şahin oğlu ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və **-OR-*** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, **-SA-*** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsi 2016-cı ildə Cavabdeh5 mülkiyyətində olmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7571/2018 saylı qətnaməsinə əsasən **-SA-*** dövlət qeydiyyat nişanlı "Land Rover" minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bərabər paylarla ½ hissəsinə onun, ½ hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüş, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə həvalə edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal Rayon İcra və Probasiya söbəsina göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 016-18004-1219 saylı məktubunda Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7571/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, **-SA-*** dövlət qeydiyyat nişanlı "Land Rover" minik markalı avtomobilin 1/2 payda onna, 1/2 payda Cavabdeh5 paylı mülkiyyət hüquqlarının tanınması ilə bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Bundan sonra, o, Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon Ícra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və açıq hərracda satılaraq bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan "Land Rover" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda isə avtomobilin açıq hərrac vasitsilə satyılması və paylarına mütənasib olaraq satışdan əldə edilən pulun aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5121/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək onun və Cavabdeh5 paylı mülkiyyətində olan "Land Rover" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların 1/2 paylarının mütənasib bölünməsi qət edimişdir. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 5121/2020 saylı qərardadı ilə "Land Rover" minik markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7328/2021 saylı qətnaməsi ilə hüquq va vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya sikayətinin təmin edilməsi, hazıkı iş üzrə, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5121/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qararı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmısdr. Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsində və Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qərarında izah olunmuşdur ki, tərəflər, o cümlədən o hesab edirsə ki, paylı mülkiyyətində olmuş avtomobil qanun pozuntusu, o cümlədən cinayət yolu ilə onun mülkiyyətindən çıxmışdır. Cinayət təqibi üçün hüquq mühafizə orqanlarına, yaxud da mülki icraat qaydasında qeyd olunan əqdləri mübahisələndirə və həmin avtomobilin yenidən öz paylı mülkiyyətinə qaytarılmasını tələb edə, hazırkı iddiasını yenidən irəli sürə və ya vurulmuş zərərin əvəzini zərər vuran şəxslərdən tələb edə bilər. Məhz bu göstərişə uyğun, o, Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 15000 manat məbləğin, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çxanlmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəmisinin xx.xx.2023-cū il tarixli, 2(004)-130/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmçinin, Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X14 tərəfindən vətəndaş onun müraciəti əsasında toplanmış araşdırma materialı üzrə 10 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Həmin cinayət işinin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X16 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M- 9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X13 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanması və həmin sənədlərdən bilə-bilə istifadə edilməklə DİN BDYPİ-də alğı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılaraq həmin avtomobil **-OR-*** nömrə ilə dövlət qeydiyyata alınması nəticəsinə gəlinmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik" markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik' markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik" markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Həmin ərizə onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-130/2023 saylı qətnaməsindən və Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X14 tərəfindən vətəndaş X3 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə 10 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Həmin cinayət işinin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X16 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparılmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X22 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanmasını və həmin sənədlərdən bilə-bilə istifadə edilməklə DİN BDYPİ-də alğı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılaraq **-OR-*** dövlət qeydiyyat nişanları alnımışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsində Cavabdeh5 nümayəndəsi X1 izahatı qeyd olunmuşdur və o, bildirmişdir ki, “Avtomobilin texniki pasportu və oğlunun sürücülük vəsiqəsi ondadır. Maşının sənədləri ondadırsa, maşın necə satıla bilər. Kiməsə etibarnamə də verilməmişdir. Oğlu Samir də hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.” Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh5 mülkiyyətində olmuş “Land Rover minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alğı-satqı müqavilələrindən və digər sənədlərdən də məlum olur ki, **-OR-*** (**-SA-***) dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 07,05.2022- ci il tarixdə, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh6 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə və cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri bağlanmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunmuşdur ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi saxta etibarnamə əsasında və qanunsuz şəkildə xx.xx.2020-ci il tarixdə Cavabdeh4 formal göstərilmiş qiymətə satılmışdır və həmin nəqliyyat vasitəsinə **-OR-*** dövlət qeydiyyat nişanı alınmışdır. Paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə İddiaçı heç bir razlığı da olmamışdır. Bu hallar isə **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması üçün birbaşa əsasdır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması onun tərəfindən X13 adına 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin hüquqi qüvvəsinin olmaması kimi qiymətləndirilməlidir. Həm istintaqın Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarında, həm də iş materiallarına əlavə olunmuş Ali Məhkəməqnin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnaməsi hüquqi qüvvəsi olmayan hesab edildiyi üçün bağlanmış müqavilələr etibarsız hesab olunmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 324, 362 və 389.1-ci maddələri; Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh X7 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, nəqliyyat vasitəsini alanadək həmin nəqliyyat vasitəsi beş dəfə rəsmi qaydada alqı-satqı olunmuş və qeydiyyat şəhadətnamələri verilmişdir. Buna görə də, o, (Cavabdeh8) vicdanlı əldə edəndir və onun nəqliyyat vasitəsini əldə edərkən mübahisəli olduğu barədə heç bir məlumatı olmamış və ola da bilməzdi. Məhkəmə qətnamə qəbul edərkən bu əsasları nəzərə almamış və nəticədə mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (AR Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı). Hesab edir ki, İddiaçı ona dəymiş zərəri bu zərərin dəyməsinə səbəb olmuş təqsirli şəxsdən tələb etməlidir. O, isə nəqliyyat vasitəsini tam qanuni şəkildə rəsmi qaydada əldə etmişdir və heçbir təqsiri yoxdur. Bundan əlavə İddiaçı, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(103)-7328/2021 saylı qətnaməsini aldıqdan sonra mübahisəsi gedən nəqliyyat vasitəsinin artıq digər şəxsin mülkiyyətində olduğunu artıq bilmiş və həmin vaxt alqı-satqı müqavilələrini mübahisələndirməli idi. Çünki Cavabdeh1 apellyasiya şikayəti verərkən mübahisəli əmlakın xx.xx.2020-ci ildə Cavabdeh4 mülkiyyətinə, xx.xx.2021-ci il tarixdən isə Cavabdeh1 mülkiyyətinə keçdiyini bildirmiş və bu xüsusatlar öz təsdiqini tapmışdır (Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır). Lakin İddiaçı həmin vaxt alqı-satqı müqavilələrini mübahisələndirməmişdir. Yalnız xx.xx.2023cü il tarixdə müqavilənin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hesab edir ki, İddiaçı ona dəymiş zərəri bu zərərin dəyməsinə səbəb olmuş təqsirli şəxsdən tələb etməlidir. İddiaçı Cavabdeh1 apellyasiya şikayətini aldıqdan sonra, bundan əlavə Bakı Apellyasiya Məhkəməsində 2(103)-7328/2021 saylı işin icraatı zaman, daha sonra həmin qətnaməni aldıqdan sonra və ən pis halda həmin qətnamədən kassasiya şikayəti verərkən artıq mübahisəli evin digər şəxsin mülkiyyətində olduğunu bilirdi və həmin vaxt alqı-satqımüqaviləsini mübahisələndirə bilərdi lakin bunu etməmişdir. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdə müqavilənin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsində bu barədə iddiaçıya tövsiyə də verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən həmçinin Cavabdeh7 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansımüqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki Məcəllənin müddəalarına və yuxarıda qeyd etdiyi Azərbaycan Respublikasının Plenum Qərarlarına uyğun olaraq o, vicdanlı alıcı olduğu üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1688/2024 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, onunla Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmışdır. Buna uyğun olaraq xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə etmişdir. Daha sonra onunla Cavabdeh8 arasında mülkiyyətimdə olan, yəni **-OR- *** dövlət qeydiyyat nişanlı, “Land Rover minik" markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmışdır. Nəticədə, Cavabdeh8 xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh5 tərəfindən X13 adına 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin hüquqi qüvvəsi olmayan hesab edildiyi üçün bundan sonrakı dövr ərzində bağlanmış müqavilələr də etibarsız hesab olunmalıdır. Lakin, o, nəqliyyat vasitəsini əldə etdiyi zaman artıq həmin nəqliyyat vasitəsi X13 adına olan etibarnamə vasitəsi ilə çoxdan başqa şəxsə, Cavabdeh4 satılmışdır. Bundan sonra həmin nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh4 Cavabdeh1, xx.xx.2022-ci tarixdə isə Cavabdeh1 Cavabdeh3 satmışdır. Daha sonra nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh6 satılmış, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh6 nəqliyyat vasitəsini Cavabdeh7, yəni ona satmışdır. Göründüyü kimi, o, sözügüdən nəqliyyat vasitəsini X11 yox, Cavabdeh6 almışdır. Mülki Məcəllənin müddəalarına uyğun olaraq nəqliyyat vasitəsi özgəninkiləşdirilən zaman ondan öncəki alıcıların nəqliyyat vasitəsini əldə etmələri üçün əsas olmuş, X13 adına olan etibarnamənin qanunsuz olduğunu, bununla da nəqliyyat vasitəsinin mülkiyyətçisinin başqa şəxs olduğunu bilmədiyi və bilməyi də mümkün olmadığı üçün o, vicdanlı alıcı kimi həmin nəqliyyat vasitəsini əldə etmişdir. Onunla Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış və o, xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə etmişdir. Hazırki mübahisə ilə bağlı onun da X16 verilən etibarnamənin qanunsuzluğundan xəbəri olmadığı üçün vicdanlı alıcı kimi onun mülki hüquqlarının qorunması təmin edilməlidir. Belə ki, məhkəmə qətnaməsində qeyd edildiyi üzrə Cavabdeh5 tərəfindən X16 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarın müddəalarına əsasən, həmin yazının qanuniliyi yox, mövcudluğuna əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Bu halda etibarnamənin qanuniliyi yox, mövcudluğu əsas götürülməli idi. X15 göstərilir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Buna görə də, Bakı şəhər Səbail Rayon Məhkəməsinin qətnaməsində qeyd etdiyi müddəalara əməl edilmədiyi üçün həmin qətnamə qanuna uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə iclasında iştirak edən cavabdeh X2 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onlardan əvvəl 5 dəfə alğı-satqı olmuşdur, hazırda onlar 6-cı alğı-satqını edən şəxslərdir. Nəqliyyat vasitəsi onlardadır və özlərinə məxsusdur. Birinci instansiya məhkəməsində işə baxarkən ümumiyyətlə vicdanlı alıcı məsələsi nəzərə alınmamışdır. Ümumiyyətlə bu cavabdehin nəqliyyat vasitəsinin mübahisəli olduğundan məlumatı olmamışdır, ola da bilməzdi, maşının texniki pasportu, qeydiyyat vəsiqəsi vardır, ona uyğun olaraq qanuni şəkildə maşın alğı-satqı etmiş, öz adına sənəd almışdır. Qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iddia müddəti ilə bağlı məsələdir. Belə ki, alğı-satqı müqavilələrinə bir illik müddət şamil olunur. Qarşı tərəf Səbail Rayon Məhkəməsinə 7 avqust 2023-cü il tarixində müraciət edir, belə olan halda bir illik müddət keçmişdir. 19.Məhkəmə iclasında iştirak edən Cavabdeh7 vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, onlar vicdanlı alıcıdır. Eyni zamanda müddətin tətbiqi ilə bağlı ərizəni sistemə yerləşdirmişdir. Bundan başqa bu işlə bağlı cinayət işi başlanmış, daha sonra cinayət işinə xitam verilmişdir. Əgər etibarnamənin saxtalığı öz təsdiqini tapsa idi, cinayət işi davam edərdi.
20. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 21.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh7 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin cavabdehlərə münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 27.139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 28.181.1-181.2-ci maddələrinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 29.181.4-cü maddəsinin tələblərinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 30.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 31.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 32.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 33.354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 34.384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. 35.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36.“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə görə, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya).
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.
40. Belə ki, birinci instansiya məhkəməsi həm Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarına, həm də iş materiallarına əlavə olunmuş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 9M9169 reyestr nömrəli etibarnamənin hüquqi qüvvəsi olmayan hesab edildiyini nəzərə alaraq avtomobil barəsində bağlanılmış bütün müqavilələrin etibarsız olduğu qənaətinə gəlmişdir.
41. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olmuş nəqliyyat vasitəsinin ilkin olaraq saxta etibarnamə əsasında özgəninkiləşdirildiyi işin mübahisəsiz halı olsa da, bu əsasla mübahisələndirilən bütün alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi mülki qanunvericiliyin sadalanan normalarının məzmununa uyğun deyildir. Məhkəmə kollegiyası apellyasiya baxışının predmetini nəzərə alaraq belə nəticəyə gəlir ki, sözügedən “Land Rover minik” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin və bu müqavilələr əsasında verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
42. Belə ki, həmin müqavilələr üzrə alıcılar avtomobilin qiymətini ödəməklə onu satıcılardan əldə etmişlər, bu avtomobili satan cavabdehlərin də avtomobil üzərindəki mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmışdır. Beləliklə əşyanı özgəninkiləşdirənlər onun mülkiyyətçisi olmuşlar, əldə edənlər də xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş xx.xx.2018-ci il tarixli 9M9169 reyestr nömrəli etibarnamənin hüquqi qüvvəsinin olmamasını bilmirdi və bilməli deyildirlər. Bundan başqa apellyatorlar həmin nəqliyyat vasitəsini əvəzli şəkildə pulunu ödəməklə satın almışlar. Göründüyü kimi sözügedən nəqliyyat vasitəsinin alqı-satıqısı zamanı cavabdehlər Cavabdeh7 və X2 tərəfindən həm satıcı, həm də alıcı olaraq hər hansı qanun pozuntusuna yol verilməmişdir.
43. Ona görə də kollegiya cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşır və Mülki Məcəllənin 182.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər vicdansız əldə edən sayıla bilməzlər. Mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən də “Land Rover minik” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə qaytarılması barədə iddia tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən araşdırılmalıdır.
44. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Müəyyən edilmiş hallardan isə görünür ki, Cavabdeh7 mübahisəli əmlak üzərində sahibliyi qanuni olmuşdur, avtomobili sonuncu əldə edən cavabdeh X2 isə hazırkı sahibliyi qanunidir, onun sahiblikdən məhrum edilməsi üçün də hər hansı əsas mövcud deyildir.
45. Məhkəmə kollegiyası həmçinin cavabdehlər X7 və Cavabdeh7 kəsici müddətin tətbiqi barədə ərizə ilə əlaqədar kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda vurğulayır ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun həmin cavabdehlər tərəfindən pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən (ötürülüb-ötürülmədiyinin araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir.
46. Beləliklə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin (etibarsız sayılmış müqavilənin) bağlanması nəticəsində avtomobilə hüquqları pozulan şəxslər pozulmuş hüquqların bərpası üçün ümumi qaydada zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilərlər.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər X7 və Cavabdeh7 aid hissədə ləğv edilməli, həmin cavabdehlərə münasibətdə iddia rədd edilməlidir.
48. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər X7 və Cavabdeh7 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehlər X7 və Cavabdeh7 aid hissədə (cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi) ləğv edilsin. Həmin hissədə - cavabdehlər X7 və Cavabdeh7 münasibətdə iddia rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev