Məhkəmə qərarları › İş №2(103)-5905/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5905/2025

15.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5905/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlak üzərində bərabər paylarının müəyyən edilməsi, maneənin aradan qaldırılması, pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “daşınmaz əmlak üzərində bərabər paylarının müəyyən edilməsi, maneənin aradan qaldırılması və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2 dair Cavabdeh adına aparılmış qeydiyatın ləğv edilməsi, ünvan 2 üzərində iddiaçının ½, cavabdehin ½ pay hüquqlarının tanınması, qeyd edilən ünvana buraxılmağı, həmçinin torpaq sahəsinin alınması üçün cavabdehə göndərdiyi 51000 manat pulun və məhkəmə xərclərinin (vəkil xidmət haqqı və dövlət rüsumu) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər doğma əmisi olan cavabdeh Cavabdeh ilə Rusiya Federasiyasının Murmansk şəhərində birgə fəaliyyəti göstərərək, şərikli qazanc əldə etmişlər. 2017-ci ildə atasının və əmisinin yaxın qohumu Zahir adlı şəxs (makler kimi fəaliyyət göstərirdi) onlara telefon edərək təklif etmişdir ki, Azərbaycanda biznes fəaliyyəti qurulsun, onlar da razılaşmışdırlar. 2017-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsində onun seçimi ilə 0,045 ha (4.5 sot) torpaq sahəsi almışlar. Azərbaycanda yaşadığı üçün sənədləşmə Zahirin adına həyata keçirilmişdir. Torpağın alışına cəmi 154375 manat xərc çıxmışdır. Xərci cavabdehlə yarı-yarı qoymuşlar. 2017-ci ilin təqribi noyabr ayında evin tikintisinə başlanmış, 2018-ci ilin yanvar ayında Zahir qan xərçəngi xəstəliyindən vəfat etmişdir. Həmin vaxt tikinti işləri başa çatmış, evin təmir işləri aparılırdı. Bütün tikinti xərclərini də cavabdehlə yarı-yarı qoymuşlar. Evin təmir tikintisinə təqribi 117000 manat pul xərclənmişdir. Eyni zamanda, 2018-ci ilin fevral ayının təqribi 20-si 1,2 sot torpaq sahəsi üzərində nəzərdə tutduqları obyektin tikitisinə başlanmışdır. 2018-ci ilin təqribən oktyabr ayında təmir işləri başlamış və 2019-cu ilin iyuluna qədər təmir tikinti işləri davam etmişdir. 2019-cu ilin iyul ayında obyekt fəaliyyətə başlamışdır. Obyekt yarı zirzəmidən başqa 3 mərtəbədən (cəmi 4 mərtəbə) ibarətdir, hər mərtəbə təqribən 100 kv.metrdir. Təmir tikinti işlərinə təqribən 174000 manat pul xərclənmiş, həmin tikinti xərclərini cavabdehlə yarı-yarı qoymuşlar. ünvan 1 ünvanı istifadəyə verilmiş, fəaliyyətə başladıqdan sonra cavabdeh yarızirzəmidə özü fəaliyyət göstərmiş, oranı kompüter oyunları salonu və restoran kimi işlətmiş, ayda təqribən 3000 manat qazanc əldə etmişdir. 2024-cü ilin yanvar ayından isə həmin yarızirzəmini kompüter oyunları salonu kimi icarəyə verilmişdir. Binanın 1-ci mərtəbəsi 2019-cu ilin iyul ayından “Al Market” mağazalar şəbəkəsinə aylıq icarə haqqı 1800 manat olmaqla icarəyə verilmiş, 2 və 3-cü mərtəbələri isə 2019-cu ilin avqust ayından ali məktəblərə hazırlıq kurslarına (tədris mərkəzi) icarəyə verilmiş, icarə haqqı aylıq 1100 manat təşkil etmişdir. 2022-ci ilin yanvar ayından hal-hazıradək isə həmin mərtəbələr psixoloji mərkəzə icarəyə verilmiş, aylıq icarə haqqı 1700 manat olmuşdur. Bununla yanaşı 2021-ci ilin yanvar ayının sonları əlavə torpaq sahəsi almaq üçün cavabdehə 2200000 rubl (təxminən 51000 manat) da pul göndərmiş, həmin pula əmisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 may küçəsində 2 sotluq torpaq sahəsi almışdır. Rəsmi alqı-satqı müqaviləsi olmasa da, torpaq sahəsinə dair etibarnamə qardaşının həyat yoldaşı Pərvin Qarayevanın adına verilmişdir. Məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli etibarnaməni mülkiyyətçi ilə danışıb ##.##.2022-ci il tarixdə ləğv etdirib və torpaq sahəsini başqa şəxsə 70000 manata satmışdır. Alan şəxs isə hazırda həmin torpaq sahəsini 100000 manata satır. Cavabdehin şərikliyə xəyanət etməsi ilə bağlı hüquqları pozulmuş, tərəfindən pullar xərcləməsinə, bütün əziyyətləri üzərinə götürməsinə baxmayaraq uzun müddət ona 1 manat da olsun pul verməmiş, üstəlik əmlakı öz adına sənədləşdirib, torpaq sahəsinin alınması üçün göndərdiyi pulları mənimsəmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli cavabında göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsi ev 11M cavabdehin adına sənədləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2-ə dair cavabdeh Cavabdeh adına aparılmış qeydiyyat ləğv edilmiş, həmin evin ½ hissəsi üzərində iddiaçı İddiaçı, ½ hissəsi üzərində cavabdeh Cavabdeh payları müəyyən olunmuş, həmin ünvana iddiaçı İddiaçı buraxılması, cavabdeh Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manat və vəkilə ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsinin alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şikayətlərə apellyasiya qaydasında baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (cavabdehin arvadı) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehə əlavə torpaq sahəsinin alınması üçün 51000 manat pulun göndərilməsinə dair lazımi sənədləri məhkəməyə təqdim etməsinə baxmayaraq iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh tərəfindən pulun qaytarılmasına dair heç bir sübutun təqdim olunmaması və s. göstərilmişdir. Iddiaçı tərəf apellyasiya şikayətinə əlavə verərək həmçinin göstərmişdir ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin alınması və ona da əmlakın özünün tikintisi tərəflərin şərikli pulu hesabına həyata keçirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2 dair cavabdeh Cavabdeh adına aparılmış qeydiyyatdan (çıxarışdan) görünür ki, ümumi sahəsi 359,5 m2 olan fərdi yaşayış evi ilə yanaşı, həmçinin onun yerləşdiyi 0,0133 ha torpaq sahəsi də xüsusi mülkiyyətdədir. Lakin birinci instansiya məhkəməsi qətnamədə ümumi formada ev üzərində qeydiyyatı ləğv edərək, tərəflərin bərabər paylarını müəyyən etmişdir. Belə olan halda bunun həm də torpaq sahəsini əhatə edib etməməsi aydın deyildir və qətnamənin icrasında qeyri müəyyənliyə səbəb olacaqdır. Bu səbəbdən də məhkəmə kollegiyasından qətnamənin həmin hissədə də ləğv olunmasını, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2 dair (tikili və torpaq sahəsi) cavabdeh Cavabdeh adına aparılmış qeydiyyatın ləğv olunaraq, həmin ünvan (tikili və torpaq sahəsi) üzərində tərəflərin bərabər paylarının müəyyən olunması, həmin ünvana buraxılması və cavabdehdən onun xeyrinə 51000 manat pulun, həmçinin məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətdə – məhkəmə tərəfindən iddianın təmin olunan hissəsində işin hallarının obyektiv araşdırlmamasını, sübutlara obyektiv hüquqi qiymət verilməməsini, tərəflər arasında müqavilə münasibətlərinin olmamasını, vaxtı ilə onun Rusiyada biznesinin olmasını, iddiaçını qardaşı oğlu kimi yanına dəvət etməsini, orada biznesin aparılması qaydalarını öyrətməsini, obyektlərinin idarə olunmasını ona etibar etməsini, sonradan isə iddiaçı tərəfindən aldadılaraq obyektlərinin gəlirləri barədə ona düzgün məlumatların verilmədiyini öyrənməsini, bununla bağlı ailənin böyüklərinin iştirakı ilə danışların aparılmasını və iddiaçı tərəfindən ona ödənişlərin olunmalı olması qərarına gəlinməsini, iddiaçı tərəfindən mübahisəli obyektin yerləşdiyi torpaq sahəsinin alınmasına, onun tikilməsinə hər hansı vəsaitin qoyulmamasını, cavabdeh Rusiya Federasiyasında özünə məxsus əmlakı satmaqla onun pulu hesabına mübahisəli obyekti inşa etməsini, mülkiyyət hüquqlarının qanuni əsaslarda dövlət qeydiyyatına alınmasını, iddiaçı ilə şəriyinə başqa tikilini inşa etmələrini, onu satıb pulunu bölüşdürmələrini, mübahisəli əmlakın isə şərikliyə aidiyyətinin olmamasını, cavabdehin onun adına göndərdiyi pulların müəyyən hissəsinin cavabdehə məxsus olması, bir hissəsinin isə digər əmlakın inşasına xərclənməsi və sonradan satılaraq bölünməsi, iddiaçıya borcunun olmamasını və s. göstərmişdir. Izahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində və şikayətdə göstərilənlərə, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı ali təhsillidir, uzun müddətdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur, eyni zamanda cavabdeh onun əmisidir, cavabdeh də uzun müddət Rusiya Federasiyasında ticarətlə məşğul olmuş, iddiaçının orada əmlakları vardır. O, cavabdehlə birgə Rusiyada və Bakı şəhərində ortaq biznes fəaliyyəti həyata keçirmişlər. Belə ki, 2013-cü ildə əmisi ilə birgə razılıq əsasında ortaq ticarətlə məşğul olmaq qərarına gəlmiş, bu məqsədlə əmlaklarından sataraq Rusiyada ortaq biznes qurub ondan birgə gəlir əldə etmişlər. Lakin, sonradan qohumları olan və Bakı şəhərində yaşayan Zahir adlı şəxs onlara Bakıda əmlak almağı təklif etmiş, onlar isə buna etiraz etməmiş və Bakı şəhərində birgə fəaliyyətə başlamaq qərarına gəlmişlər. Ilkin olaraq, hazırkı mübahisəli ünvana (hazırki ünvan - ünvan 2) yerləşən torpaq sahəsinə şəxsən iddiaçı tərəfindən 2017-ci ilin iyun ayında baxış keçirilmiş, torpaq sahəsini bəyənmiş və onun alınması qərarına gəlinmişdir. Torpaq ümumilikdə 4,5 sotdan ibarət olmuş, onun bir hissəsində (0,0133 ha) hazırkı mübahisəli tikili onların şərikli pulu hesabına inşa edilmişdir. Qalan hissədə də daha əvvəl başqa tikili inşa edilmiş, lakin həmin tikili hazırkı mübahisənin predmeti deyildir. Əvvəlki tikili inşa olunan zamanı o və cavabdeh Rusiya Federasiyasında olmuş, tikintiyə qohumları Zahir rəhbərlik etmiş, pullar göndərilmiş, tikinti işləri 2017-ci ilin oktyabr ayında başlanmış və 2018-ci ilin əvvəlləri başa çatmış, sonra isə (2018-ci ildə) hazırki mübahisəli tikili faktiki qeyri-yaşayış kimi fəaliyyət göstərən, lakin fərdi yaşayış kimi qeydə alınmış, 1 zirməmi və 3 mərtəbədən ibarət olan 0,0133 ha torpaq sahəsində yerləşən tikilinin inşasına başlanılmışdır. Onlar Rusiya Federasiyasında olan zamanı tikinti işlərinə yenə qohumları Zahir rəhbərlik etmiş, sonra Zahir vəfat etmiş, oğlu Valeh davam etmiş, dəftərdə Valehin adına göndərilmiş pullar da qeyd olunmuşdur. Cavabdeh isə 2018-ci ilin sentyabrında Bakıya qayıtmış və tikintiyə bilavasitə rəhbərlik etmişdir. Həmin vaxtı mübahisəli tikilinin daş işi və dam örtüyü başa çatmış, cavabdeh əsasən təmir işlərini görmüşdür. O vaxta qədər isə mübahisəli tikilinin xərcini şərikinə RF-dan Valehə göndərmişlər. Iddiaçı isə Rusiyadan çox hissəsi ona məxsus olan birgə bizneslərindən əldə olunan pulları təmir üçün cavabdehə göndərməyə başlamış, bu 2018-ci ilin oktyabr ayından etibarən həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, mübahisəli tikili 3 mərtəbə və bir zirzəmidən ibarət olmuş, tərəflər ilkin olaraq tikilinin birinci mərtəbəsini təmir edib icarəyə vermiş, sonradan digər mərtəbələrin təmiri davam etmiş və təmir işləri ümumilikdə 2021-ci ildə başa çatmışdır. Bütün bu qeyd olunanlar iş materiallarında olan səs yazıları, eyni zamanda cavabdehlə birgə biznes fəaliyyətlərinin həyata keçirilməsinə xərclənən vəsaiti özündə əks etdirən mühasibatlıq dəftəri təsdiq edir. Nəzərə alınmalıdır ki, həmin dəftər cavabdehlə birgə onun tərəfindən tərtib olunmuşdur, yəni hər ikisinin xətti ilə aparılmış işlərin xərci göstərilmişdir. Cavabdehin səs yazısında da göründüyü kimi, aparılan işlərə dair hesabatı ona tez-tez bildirirdi. Həmçinin, həmin dəftərdə daxil olan vəsaitlərdə iddiaçının adı, iddiaçının tapşırığı ilə onun qardaşına satdığı evin pulunun iddiaçının hesabına cavabdehə verildiyi açıq aydın görünür. Sonradan isə başqa torpaq sahəsinin alınması ilə bağlı 2021-ci ilin əvvəli iddiaçıya ümumilikdə 2200000 rus rublu (həmin dövrdə məzənnəyə uyğun 51000 manat) göndərmiş, cavabdeh məsləhətləşmə əsasında iddiaçının qardaşı arvadı Pərvin Qarayevanın adına satıcı tərəfindən ## ###### 2021-ci il tarixli etibarnamə verilməklə 0,02 ha torpaq sahəsi almışdır. Lakin sonradan cavabdeh mülkiyyətçi ilə danışıb etibarnamə ləğv etdirmiş və başqa etibarnamə alaraq iddiaçıdan xəbərsiz torpaq sahəsini başqa şəxsə daha yüksək məbləğ satmış və pulunu mənimsəmişdir. Cavabdeh tərəf ilkin olaraq, torpaq sahəsinin alınması ilə bağlı 28000 manatlıq qəbzi görüb həmin məbləği birinci instansiya məhkəməsində etiraf etsə də, təqdim olunan digər sübutlar həmin məbləğin daha yüksək olmasını təsdiq edir. Hazırkı halda isə cavabdeh inkar etməyə çalışsa da, bir-birinə ziddiyyətli izahatlar verməsinə baxmayaraq iş materiallarında olan səs yazıları, cavabdehin polis bölməsində verdiyi izahatlar, birinci instansiya məhkəməsinə verdiyi izahatlar, bank köçürmələri və s. bu hallar təsdiq edir ki, cavabdehlə onun arasında qohum kimi etibarlı münasibətləri olmuş, ortaq (şərikli) fəaliyyətləri olmuşdur. Cavabdeh polisdə öz xətti ilə yazdığı izahatında açıq-aşkar göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsindəki daşınmaz əmlaklar onların birgə (şərikli) pul vəsaiti hesabına əldə olunmuşdur. Bununla yanaşı, 2018-2021-ci illəri əhatə edən dövr ərzində iddiaçı tərəfindən bilavasitə cavabdehin adına rəsmi qaydada külli miqdarda pul vəsaitləri göndərilmişdir. Cavabdehin özü də əlyazısında bunları təsdiq etmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş ekspertizala üzrə alınmış rəylərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə təqribən 131917 manat pul vəsaiti göndərilmiş, mübahisəli tikiliyə isə təqribən 142636 manat xərclənmişdir. Nəzərə alınmalıdır ki, bəzi pullar tanışları vasitəsilə əlbəəl də göndərilmişdir. Cavabdeh mübahisəli tikilini şəxsi vəsaiti hesabına inşa etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, yuxarıda da qeyd etdiyi kimi, özünün səs yazıları, polisdə verdiyi izahatlar, pul köçürmələri, ekspertiza rəyləri və s. bu kimi sübutlar iddianın əsaslı olmasını ehtiva edir. Beləliklə, mübahisəli daşınmaz əmlak, yəni həm torpaq sahəsi həm də onun üzərinə inşa edilmiş fərdi yaşayış evi onların birgə vasitləri hesabına əldə edilmiş, bu səbəbdən həmin daşınmaz əmlaklar üzərində tərəflərin hüquqları bərabərdir. Cavabdeh isə öz növbəsində mübahisəli ünvanda yerləşən torpaq sahəsi və üzərindəki tikiliyə öz adına çıxarış almaqla qanunsuzluğa yol vermiş, onun hüquqları pozulmuşdur. Işə baxan birinci instansiya məhkəməsi isə tikili üzərində iddiaçının pay hüququnu tanısa da, torpaq sahəsi üzərində onun pay hüququna dair mövqe bildirməmiş, eyni zamanda iddianı da rədd etməmişdir. Halbuki, birgə şəkildə ilkin olaraq torpaq sahəsi alınmış, sonradan birgə tikili ucaldılmış, qeyd olunan həmin əmlak isə vahid daşınmaz əmlak təşkil edir. Iddiaçı tərəf olaraq onların niyyəti tələbdə ünvanı göstərməklə həm torpaq sahəsi, həm də tikili üzərində iddiaçının hüquqlarının tanınmasından ibarət olmuşdur. Eyni zamanda, 2021-ci ildə alınmış torpaq sahəsinə dair göndərilmiş pul barədə tələbin qismən təmin olunması hissəsində məhkəmə öz mövqeyini əsaslandırmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə həmin hissədə iddianı qismən təmin etməklə yanlışlığa yol vermişdir. Halbuki, cavabdeh özü torpaq sahəsinin alınması üçün 2200000 manat pul göndərildiyini yazmış, bu barədə səs göndərmişdir. Cavabdeh Rusiya Federasiyasında çıxarılmış məhkəmə qərarını təqdim etsə də, onun hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Onların RF-da başqa əmlaklarla bağlı mübahisələri vardır. Qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayətinin rədd, iddiaçının isə təmin olunaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, tərəflər yaxın qohum olmaqla uzun müddət Rusiya Federasiyasında çalışmış, şərik olmuş, birgə qazanc əldə etmiş, gəliri yarı bölmüşlər. Belə ki, qardaşının xahişi ilə oğlunu (iddiaçını) 2011-ci ildə Rusiyaya yanına aparmış, ilk vaxtalarda onu maaşa işlətmiş, rus dilinin öyrənməsində ona dəstək olmuş, bir müddət keçdikdən sonra iddiaçının bacarıqlı olmasını görüb şərikli işləmişlər. Onlar arasında razılaşma isə belə olmuşdur ki, iddiaçı cavabdehə məxsus əmlakları idarə etməli, əldə olunan gəlirlər tərəflər arasında bölünməli idi. Sonradan qohumları olan Zahirin təklifi ilə Bakı şəhərində əmlak əldə edib burda şərikli fəaliyyətlərini davam etdikmək qərarına gəlmişlər. O, Rusiyada yerləşən əmlakını sataraq onun puluna 2017-ci ildə Zahirin adına 4,5 sot torpaq almış, həmin torpaq sahəsini üç hissəyə bölmüş, bir hissəsində ev tikib Zahirin ailəsinə vermiş, ikinci hissəsində iddiaçının da iştirakı ilə ev tikib satmış (satılan mənzil ünvan 3 ünvanında yerləşmiş), digər üçüncü hissəsində isə hazırkı mübahisələndirilən tikilini (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsi, ev 11M ünvanında yerləşən 3 mərtəbəli, 1 zirzəmidən ibarət) öz vəsaiti hesabına, yəni Rusiyada satdığı əmlakının pulu ilə tikmişdir. Iddiaçının qeyd olunan tikilinin inşasında heç bir zəhməti və pul qoyması olmamış, həmin mübahisələndirilən tikili cavabdehə və onun ailəsinə məxsusdur. Iddiaçı tərəfindən göndərilən pullara gəldikdə isə, ilkin olaraq qeyd edir ki, o Rusiyada yerləşən biznesinin idarəçiliyini iddiaçıya tapşırmış, həmin əmlakların gəliri ayda 15000 manatdan çox olsa da, iddiaçı cavabdehə az məbləğdə vəsait vermiş, real gəlirləri gizlətmiş, bunun hesabına özünə əmlaklar almış, varlanmışdır. Göndərilən qeyd olunan pullar isə onun obyektinin gəlirləri olmuşdur. Eyni zamanda, iddiaçının alınmış torpaq sahəsində tikilən evin birində iştirakı olmuş, həmin ev də satılmış və onun tikilməsində iddiaçının qoyduğu vəsait və gəlirdən onun payına düşən hissə verilmişdir. Iddiaçının hazırkı mübahisələndirilən tikiliyə aidiyyatı yoxdur, həmin tikili yaşayış evi kimi göstərilsə də, obyekt kimi istifadə olunur. Bundan başqa, iddiaçının torpaq alınması üçün 51000 manat göndəridiyi barədə bildirdikləri tamamilə yalandır, o həmin torpaq sahəsinin alınmasında hər hansı formada iştirak etməmiş, onu da öz vəsaiti hesabına almış, sonradan isə başqa şəxsə satmışdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən verilmiş rəy əsassızdır, iddiaçının mənafeyinə uyğun tərtib olunmuşdur. Həmçinin, suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında olan səs yazısı ona məxsusdur, iddiaçı onun obyektindən düşən gəliri ona düzgün formada gödnərmədiyindən ondan incimiş, onların arasında mübahisələri düşmüş, iddiaçının ailəsi ilə bu məsələlələr müzakirə olunmuş və iddiaçının bildirdiyinin əksinə ona borcunun olması müəyyən olunmuş, bu səbəbdən səsləri iddiaçının qardaşına göndərimişdir. Iş materiallarında olan maliyyə mühasibatlıq dəftərindəki yazılar ona məxsusdur. Səs yazısında isə məhz iddiaçı tərəfindən onun əmlaklarından gələn gəlirin düzgün formada ona verilmədiyinə görə iddiaçıda olan pullarının əvəzi olaraq əmlakların əvəzləşdirilməsini təklif etmişdir. Qeyd olunanlara əsasən iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, cavabdehin apelyasiya şikayətinin isə təmin olunmasını xahiş etmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunmalıdır. Ilkin olaraq qeyd olunmalıdır ki, tərəflərin qohum olmaları (cavabdeh iddiaçının əmisidir), uzun müddət Rusiya Federasiyasında birgə (şərikli) fəaliyyət göstərmələri, əldə olunan gəliri aralarında bərabər bölmələri işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, tərəflər sonradan şərikli fəaliyyətlərinin Bakı şəhərində davam etdirilməsini, bu məqsədlə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsində müvafiq torpaq sahəsi alaraq orada tikili inşa edərək bərabər gəlir əldə edilməsini də təsdiq etmişlər. Iddiaçı bildirir ki, qeyd edilən ünvanda ilkin olaraq 0,045 ha torpaq sahəsi əldə olunmuş, həmin torpaq sahəsinin bir hissəsində yəni, 0,0133 ha hissəsində şərikli olaraq (bərabər pul vəsaitləri hesabına) tikili inşa edilmiş, lakin sonda cavabdeh həm torpaq sahəsini, həm də onun üzərində inşa edilmiş tikilini vahid əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində özünün adına qeydə aldırmış (ünvan 2, ü/s 359.50 kv.m, y/s 193.50 kv.m, həmin evin yerləşdiyi 0.0133 ha torpaq sahəsi ##.##.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir), onu həmin tikiliyə buraxmamış, nəticədə hüquqları pozulmuşdur. Bununla yanaşı iddiaçı bildirir ki, cavabdehə sonradan başqa torpaq sahəsinin alınması məqsədilə 2200000 rus rublu (məzənnəyə uyğun olaraq 51000 manat) da göndərmiş, torpaq sahəsi alınmış, lakin cavabdeh bir müddət sonra onu satmış, ona hər hansı pul vəsaiti verməmişdir. Iddiaçı sübut kimi 2018-2021-ci illəri əhatə edən cavabdehin adına göndərilmiş pul vəsaitlərinə dair bank və s. çıxarışları, səs yazılarını, torpaq sahəsinin alınması və tikinti işlərinin aparılması ilə bağlı sadə yazılı formada aparılmış qeydləri, cavabdehin polisdə verdiyi izahatı və s. təqdim etmişdir. Göstərilənlərə əsasən iddiaçı aşağıdakı tələbləri irəli sürmüşdür: 1) Mübahisəli ünvanda yerləşən (ünvan 2) daşınmaz əmlak üzərində cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunması, həmin əmlak üzərində hər birinin ½ hissədə pay hüququnun tanınması, həmçinin cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılaraq onun həmin əmlaka buraxılması; 2) Torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən cavabdehə verilmiş 51000 manat pulun qaytarılması. Cavabdehin iddiaya qarşı etirazları - mübahisəli əmlakın onun şəxsi pul vəsaiti hesabına inşa olunması, iddiaçı ilə şərikliyinə aidiyyətinin olmaması, əldə edilmiş 0,045 ha torpaq sahəsinin digər hissəsində iddiaçı ilə birgə pul vəsaiti hesabına başqa tikilinin inşa olunması və sonradan satılaraq pulunun bölünməsi, iddiaçı tərəfindən Rusiya Federasiyasından göndərilən pulların yalnız ona məxsus olması (yəni, şərikli qazancın ona aid hissəsinin olması) və s. ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən tikili (ev) üzərində iddiaçının ½ hissədə pay hüququnu tanımış, bu hissədə tələbin maddi hüquqi əsas kimi, Mülki Məcəllənin əqdin etibarsızlığına dair normaları, eyni zamanda tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə olunmasına dair normalarına istinad etmişdir. Halbuki, iddiaçının tələbinin hüquqi əsası əqdin etibarsızlığına deyil, birgə (şərikli) fəaliyyət nəticəsində daşınmaz əmlak əldə olunmasına, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmaması, bu səbəbdən də hüquqlarının pozulması və s. bu istiqamətdə olmuşdur ki, bu da tərəflər arasında mübahisəli hüquq münasibətlərinin başqa maddi hüquq normaları ilə həll olunmasını (aşağıda ətraflı qeyd edilmişdir) ehtiva edir. Bununla yanaşı, qətnamə işin həqiqi hallarına uyğun əsaslandırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, ziddiyyətli məqamları aydınlaşdırmamış, onlara ətraflı hüquqi qiymət verməmişdir. Rayon məhkəməsi həmçinin cavabdeh tərəfindən iddianın qismən etiraf olunmasına əsaslansa da, işdə bu barədə yazılı ərizə olmamış, cavabdeh tərəfindən pul vəsaitinin hansı hissədə etiraf olunması aydın olmamışdır (eyni zamanda cavabdeh tərəf də iddianı müvafiq hissədə etiraf etməməsini, izahatının yanlış təfsir olunduğunu bildirmişdir). Halbuki, MPM-in 191.1-ci maddəsinin tələblərinə əsasən, cavabdehin iddianı etiraf etməsi ya məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır, ya da bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin düzgün həllinə təsir göstərən maddi və prosessual hüquq normalarının pozuntulara yol verərək, iş üzrə yuxarıda qeyd olunanları nəzərə almamış, araşdırılmalı olan halları tam, hərətəfli və obyektiv araşdırmamış, nəticədə bu pozuntu düzgün olmayan qətnamə çıxarılmamasına səbəb olmuşdur. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Belə olan halda qətnamə apellyasiya şikayətlərinə əsasən ləğv olunmalı, aşağıda göstərilənlərə əsasən iddianın qismən təmin olunması barədə yeni qətnamədə qəbul edilməildir. Işdə olan hesabdan çıxarışdan və çoxsaylı bank köçürmələrindən (“Kivi bank”, “Zolotaya Korona”, “Platejnıy Sentr” xidmətlərindən istifadə edilməklə) görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına 2018-2021-ci illəri əhatə edən dövrdə hissə-hissə külli miqdarda pul vəsaitləri (əsasən Rus rublu, bəzi hallarda ABŞ dolları ilə) göndərilmişdir. Həminin, işdə olan müəyyən pulların əlyazma şəklində alınmasına dair siyahı da mövcuddur. Işdə olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ETM-***/TQM/** nömrəli mütəxəssis rəyinə əsasən - Təqdim olunmuş sənədlərlə hesablaşmalar nəticəsində iddiaçı (İddiaçı) tərəfindən cavabdehə (Cavabdeh) “KIVI Bank” pul köçürmə vasitəsilə - 29718,1 manat, “Zolotoya Korona” pul köçürmə vasitəsilə - 21612,5 manat, “Platejnıy Sentr” pul köçürmə vasitəsilə - 31547,5 manat iş materiallarında olan əlyazma formasında siyahı üzrə isə (bank sənədlərində olan məbləğlər istisna olmaqla) 49040,0 manat olmaqla, ümumilikdə göndərilmiş pul vəsaitinin məbləği – 131917,7 (yüz otuz bir min doqquz yüz on yeddi manat, yetmiş qəpik) manat təşkil etmişdir. Bununla yanaşı, ünvan 2 ünvanında yerləşən (zirzəmidən və 3 mərtəbədən ibarət olan) qeyr-yaşayış binasının 2018-2019-cu illər üzrə (həmin dövrün qiymətləri nəzərə alınmaqla) tikintisinə sərf olunmuş xərclərin ümumi dəyəri təqribən 142636,0 (yüz iki qırx min altı yüz otuz altı) məbləğində müəyyən olunmuşdur. Işdə olan cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə Nəsimi RPI-nin 19cu PŞ-də verilmiş izahatından görünür ki, 2014-cü ilin payız aylarında İddiaçı ilə birlikdə şəriklikləri Rusiya Federasiyasında başlamış və burada, yəni Azərbaycanda obyektləri birgə alaraq, şərikliklərini davam etdirmişlər və R.Ismayılov küçəsində yerləşən müxtəlif sahələrdə icarəyə vermişdir. Binanı 2019-2020-ci illərdə şərikli tikdirərək, birlikdə qazanc əldə etmişlər və ondan sonra 2021-ci ildə İddiaçı Rusiya Federasiyasında birgə şərik olduqları obyektlərdə qalan məvacibdən ona göndərərək, həmin torpaq və obyekti Azərbaycanda əldə etmişlər. O vaxta qədər şərikliklərində mübahisələr yaranmışdır ki, Rusiya Federasiyasında olan obyektlərdən gələn gəlir ona göndərilməmiş və verilməmişdir. Buna görə də İddiaçı qeyd etdiyi Azərbaycanda olan ünvanlarda yerləşən şərikli obyektlərindən gələn pul məvacibini Rusiya Federasiyasında olan gəlirlə əvəz olunması üçün İddiaçı pulu verməmişdir. Bu məqsədlə Rusiya Federasiyasında olan obyketlərdən gələn məvacib Azərbaycan olan obyektlərindən gələn məvacibdən 3 qat çoxdur və hal-hazırda İddiaçı Rusiya Federasiyasında əldə etdiyi birgə qazanclarını ona verməmişdir. Işdə olan Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan və çıxarışdan görünür ki, ünvan 2 (8 otaq, ü/s 359.50 kv.m, y/s 193.50 kv.m) və həmin evin yerləşdiyi 0.0133 ha torpaq sahəsi Cavabdeh adına ##.##.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ilkin olaraq torpaq sahəsinin bölgü sxeminə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsində yerləşən 132,7 m2 torpaq sahəsi cavabdehin adına qeydə alınmış, sonra isə onün üzərində yerləşən mübahisəli tikili torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır. Işdə olan orderlər, müqavilə və mədaxil qəbzlərindən görünür ki, iddiaçı birinci və apellyasiya instansiyaları üzrə ümumilikdə 620 manat məbləğində vəkil xidmət haqqı ödəmişdir. Işdə olan ##.##.2025-ci mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 243 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu mübahisəli tikilinin tərəflərin birgə fəaliyyəti nəticəsində və ümumi vəsait hesabına inşa edilməsini təsdiq edir. Belə ki, tərəflərin uzun illər ərzində Rusiya Federasiyasında şərikli fəaliyyət göstərmələri, əldə etdikləri gəlirləri aralarında bölüşdürmələri, sonradan həmin əməkdaşlığın Azərbaycan Respublikasında da davam etdirilməsi işin mübahisələndirilməyən halları sırasındadır. Tərəflərin izahatlarından da görünür ki, Bakı şəhərində daşınmaz əmlak əldə etmək və həmin əmlakdan gəlir götürmək onların ümumi məqsədi olmuşdur. Iş materiallarında olan sübutlar, xüsusilə cavabdehin ##.##.2025-ci il tarixdə polis orqanında verdiyi izahat, tərəflərin mübahisəli tikilini birgə inşa etdiklərini birbaşa təsdiq edir. Cavabdeh həmin izahatında Rəşid Ismayılov küçəsində yerləşən obyektin 2019-2020-ci illərdə şərikli şəkildə tikildiyini, tərəflərin həmin tikilidən birlikdə gəlir əldə etdiklərini etiraf etmişdir. Cavabdehin verdiyi etiraf xarakterli izahat iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə, onun mühüm sübut əhəmiyyəti daşıdığı qənaətinə gəlinir. Bundan əlavə, iş materiallarında olan bank çıxarışlarından və digər sübutlardan (sadə yazılı formada tərtib edilmiş siyahı, dəftər) görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin oktyabrından etibarən 2021-ci ilin ortalarınadək cavabdehin adına müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür (2018-ci ilin sentyabrınadək isə, yəni cavabdehin Bakı şəhərinə gəlməsinədək tikinti ilə bağlı pullar qohumları Valehin adına göndərilirmiş və bununla bağlı ortaq dəftərdə müvafiq qeydlər aparılmışdır). Həmin pulların məhz mübahisəli tikilinin inşa və təmir olunduğu dövrə təsadüf etməsi, həmçinin mütəxəssis rəyində göstərilən hesablamalar da nəzərə alınmaqla iddiaçının tikintinin maliyyələşdirilməsində iştirak etdiyini bir daha təsdiq edir. Cavabdeh isə həmin vəsaitlərin yalnız ona məxsus olduğunu iddia etsə də, bu halı təsdiq edən mötəbər və inandırıcı sübutlar təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçı tərəfindən ona yalnız 28000 manat pul göndərilməsi barədə bildirdikləri işdə olan sübutlarla uzlaşmır. Eyni zamanda, iş materiallarında olan cavabdehə məxsus (cavabdeh tərəf bu halı mübahisələndirməmişdir) çoxsaylı səs yazılarından da açıq-aşkar görünür ki, orada tərəflərin birgə (şərikli) fəaliyyəti nəticəsində Bakı şəhərində əmlakların əldə edilməsi, bu istiqamətdə iddiaçı tərəfindən cavabdehə göndərilən pullar, onların məzənnəyə uyğun nağdılaşdırılması, tikintinin həyata keçirilməsi istiqamətində hesabatların verilməsi, sonradan isə aralarında yaranmış narazılıq fonunda mübahisənin həlli üçün çıxış variantları (hətta cavabdeh bildirir ki, Bakıdakı mübahisəli obyekt ona qalsın, əvəzində RF-da başqa əmlak iddiaçıya verilsin və ya əksinə) müzakirə olunmuşdur. Cavabdeh izahatında səs yazısında ifadə etdiyi tikilinin məzh mübahisəli tikili olduğunu təsdiq etmişdir (hər bir halda danışıqların aparıldığı dövrdə Bakı şəhərində yalnız mübahisəli əmlak mövcud olmuşdur). Belə olan halda mübahisəli əmlakın yalnız cavabdehə məxsus olması, iddiaçıya aidiyyətinin olmaması barədə fikirlər bir daha təkzib olunur. Eyni zamanda, məhkəməyə təqdim olunmuş tərəflər arasındakı ortaq fəaliyyətə dair maliyyə hesabatını özünkə əks etdirən dəftərin əslindən (surəti işdə mövcud olmuşdur) də görünür ki, orada Bakı şəhərində aparılan tikinti işləri ilə bağlı göndərilən pulların və s. xərclərin hesabatı ətraflı aparılmış (qeydlər təqribən 2017-ci ilin sentyabrından başlayaraq aparılmışdır ki, bu da bir daha tərəflərin şərikli iştirakını təsdiq edir). Cavabdeh isə, həmin dəftərdə qeyd olunan yazıların ona məxsus olmasını inkar etməmişdir. Bununla yanaşı, cavabdehin əsas dəlili iddiaçı ilə şərikinə daha əvvəl digər tikilinin (4,5 sot torpaq sahəsinin digər hissəsində) inşa olunması və pulların da həmin tikiliyə görə göndərilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə həmin dəlillə də razılaşmır. Çünki, hər iki tərəf təsdiq etmişdir ki, mübahisəli əmlakdan əvvəl 4,5 sot torpaq sahəsinin digər hissəsində başqa tikilinin inşasına 2017-ci ilin sonları (təqribən oktyabr ayında) başlanılmış, həmin vaxtı tərəflər Rusiya Federasiyasında olmuş, tikintiyə mərhum qohumları Zahir (vəfat edəndən sonra isə oğlu Valeh) rəhbərlik etmişdir. Yuxarıda da qeyd edildiyi kimi dəftərdə bununla bağlı qeydlər vardır və orada həmin şəxslərə göndərilən pullar və s. xərclər öz əksini tapmışdır. Iddiaçı izahatında həmçinin bildirmişdir ki, digər tikilinin inşası ilə bağlı pul vəsaitləri tanışları və digər vasitələrdə Bakı şəhərinə göndərilmişdir ki, onların bu mübahisəyə aidiyyəti yoxdur. Həmin tikilinin inşası 2017-ci ilin oktyabr ayında başlanmış və 2018-ci ilin əvvəlləri başa çatmışdır. Sonra mübahisəli tikilinin inşasına başlanmış, müəyyən işlər görünlmüş, cavabdeh isə 2018-ci ilin sentyabrında Bakı şəhərinə gəlmiş və tikintiyə rəhbərlik etmiş, əsasən təmir işlərini gördürmüşdür. O isə Rusiya Federasiyasında qalaraq təqribən oktyabr ayından etibarən tikinti üçün pul vəsaitlərini cavabdehə göndərməyə başlamışdır. Işdə olan mütəxəssis rəyindən də görünür ki, “X1” proqramı vasitəsilə aparılan araşdırmalar nəticəsində 2017-ci ilin sentyabr ayında həmin torpaq sahəsində nə mübahisəli əmlak, nə də cavabdehin istinad etdiyi digər tikili mövcud olmamışdır. 2018-ci ilin yanvar ayında isə qeyd edilən yaşayış evi inşa edilmiş, lakin hazırki iş üzrə mübahisəli tikili (rəydə qeyri yaşayış sahəsi kimi ifadə edilib) mövcud olmamışdır. Cavabdeh özü də təsdiq edir ki, o, Bakı şəhərinə 2018-ci ilin sentyabr ayında gəlmiş (həm izahatında, həm də yazılı qeydində, həm də səs yazılarında bu halı təsdiq edir), həmin vaxtdan sonra mübahisəli tikilinin təmir işlərinə rəhbərlik etmişdir. Iddiaçı tərəfindən cavabdehin adına göndərilən müvafiq pul vəsaitləri də məhz 2018-ci ilin oktyabr ayından başlayaraq 2021-ci ilin ortalarınadək davam etmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlilləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Yuxarıda da qeyd edildiyi kimi istinad olunan digər tikilinin inşasına 2017-ci ilin sonlarında (oktyabr ayından) başlanılmış və tikinti işlərinə tərəflərin özləri deyil, mərhum qohumları Zahir (o vəfat edəndən sonra isə oğlu Valeh) rəhbərlik etmişdir. Mütəxəssis rəyində əks olunmuş məlumatlara əsasən, 2018-ci ilin yanvar ayına artıq həmin yaşayış evi mövcud olmuşdur. Iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş pul vəsaitlərinin isə əsasən 2018-ci ilin oktyabr ayından etibarən göndərilməyə başlanılması, həmin köçürmələrin 2021-ci ilin ortalarınadək davam etməsi, eləcə də cavabdehin özünün 2018-ci ilin sentyabr ayında Bakı şəhərinə gəlməsi göstərir ki, həmin vəsaitlərin daha əvvəl inşa edilmiş tikili ilə əlaqələndirilməsi inandırıcı deyildir. Buna görə də, kollegiya cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Cavabdeh tərəf mütəxəssis rəyi ilə razı olmadığını və yenidən ekspertiza təyin olunmasını bildirsə də, rəyin əsassız olması, prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə olunmasını sübut edə bilməmişdir. Bu səbəbdən, yenidən ekspertizanın keçirilməsi barədə vəsatəti təmin oluna bilməz. Cavabdeh tərəf etirazının əsası kimi məhkəməyə həmçinin iddiaçı ilə aralarında Rusiya Federasiyasında baş tutmuş məhkəmə mübahisəsinə dair qərarı təqdim etsə də, onun hazırki mübahisəyə aidiyyəti və preyudisial əhəmiyyəti müəyyən olunmamışdır (mübahisə RF-da daşınmaz əmlakın özgəninkiləşdirilməsi sahəsində əqdin etibarsızlığı ilə bağlı olmuşdur və s.). Ümumiyyətlə cavabdehin bir çox dəlilləri məhz RF-da olan əmlaklarla, oradan gələn qazancın düzgün bölüşdürülməməsi və s. bu istiqamətdə olmuşdur ki, tərəflər həmin mübahisəli məsələləri müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlilləri mahiyyəti üzrə araşdırmağı zəruri hesab etmir. Cavabdeh RF-da olan əmlakını sataraq mübahisəli tikini inşa etdiyini bildirsə də, işdə olan sübutlar mübahisəli tikilinin məhz tərəflərin birgə (şərikli) vəsaitləri hesabına ərsəyə gəlməsini açıq-aşkar təsdiq edir. Cavabdehin növbəti etirazı mübahisəli daşınmaz əmlakın birgə nikah dövründə əldə olunması, bu səbəbdən də arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da icraata cəlb olunması ilə bağlı olmuşdur. Işdən görünür ki, cavabdehin həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəflərin iştirakı ilə hələ apellyasiya icraatının əvvəllərindən üçüncü şəxs qismində icraata cəlb edilmiş, lakin şəxsən məhkəmə iclaslarında iştirak etməmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında münasibətlərin ailə və ya qohumluq münasibətlərinə əsaslanması, onların fəaliyyətlərinin uzun müddət qarşılıqlı etimada söykənməsi, eləcə də gəlirlərin birgə əldə olunaraq bölüşdürülməsi səbəbindən bütün hesablaşmaların yazılı müqavilələrlə rəsmiləşdirilməməsi təbii xarakter daşıyır. Məhz buna görə də iş üzrə təqdim edilmiş səs yazıları, əlyazma qeydləri, pul köçürmələrinə dair sənədlər, cavabdehin polisdə və məhkəmə vaxtı verdiyi izahatlar bir-biri ilə qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməlidir. Həmin sübutlar birlikdə tərəflər arasında şərikli fəaliyyətin mövcud olduğunu və mübahisəli tikilinin də bu fəaliyyətin nəticəsi kimi ərsəyə gəldiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 141-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-nin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. MM-nin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qanunvericiliyin qeyd edilən tələbləri, yəni MM-nin 140 və 141-ci maddələri daşınmaz əmlakın dövlət reyestrində əks olunmuş məlumatlarla faktiki hüquqi vəziyyət arasında yarana biləcək uyğunsuzluqların aradan qaldırılmasının hüquqi mexanizmini müəyyən edir. Həmin normaların mahiyyəti, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin mövcudluğu ilə bağlı ilkin və təkzib edilə bilən prezumpsiya yaradır. Başqa sözlə, reyestrdə əks olunmuş məlumatlar onların qeyri-dəqiqliyi sübuta yetirilənədək həqiqi hesab olunur. Bununla belə, qanunverici reyestrdəki qeydin dəyişdirilməz və mütləq xarakter daşımadığını da nəzərdə tutaraq, həqiqi hüquqi vəziyyətin reyestrdə əks olunmadığı hallarda həmin qeydin mübahisələndirilməsinə və ona düzəliş edilməsinə imkan yaratmışdır. MM-nin 141-ci maddəsi isə hüququ qeydə alınmamış və ya düzgün qeydə alınmamış şəxsin müdafiə vasitəsini müəyyən etmişdir. Həmin normanın məqsədi faktiki olaraq mövcud olan hüququn reyestrdə öz əksini tapmasını təmin etməkdən ibarətdir. Buna görə də, şəxs təqdim etdiyi sübutlarla reyestrdəki qeydin həqiqi hüquqi vəziyyətə uyğun olmadığını sübuta yetirdiyi halda, o, həmin qeydə etiraz etmək və reyestrdə müvafiq düzəlişin aparılmasını tələb etmək hüququna malikdir. Bununla yanaşı, MM-nin 213.1-ci maddəsi ümumi mülkiyyət institutunun hüquqi əsaslarını müəyyən edərək təsbit edir ki, iki və ya daha çox şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olur. Bu norma ümumi mülkiyyət hüququnun yaranmasını mütləq şəkildə dövlət qeydiyyatı ilə deyil, əmlakın yaradılmasında və ya əldə edilməsində iki və ya daha çox şəxsin iştirak etməsi ilə əlaqələndirir. Həmin əmlak üzərində iştirakçıların payları əvvəlcədən müəyyən edilmədikdə isə Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən onların payları bərabər hesab edilir. Hazırkı işin hallarına münasibətdə kollegiya hesab edir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın (torpaq sahəsi və üzərində inşa edilmiş tikili) cavabdehin adına dövlət qeydiyyatına alınması özlüyündə həmin əmlak üzərində yalnız onun hüququnun mövcudluğu barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Yuxarıda da qeyd edildiyi kimi, iş materiallarında olan sübutların məcmusu müvafiq torpaq sahəsini alaraq orada mübahisəli tikilini birgə inşa etdiklərini və onun yaradılmasına hər iki tərəfin vəsait qoyduğunu təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeyd mübahisəli əmlak üzərində formalaşmış faktiki hüquqi vəziyyəti tam əks etdirmədiyindən, iddiaçının həmin qeydiyyata etiraz etmək və reyestrdə düzəliş aparılmasını tələb etmək hüququ yaranmışdır (cavabdeh açıq-aşkar qeydə düzəlişin edilməsinə könüllü razılıq verməkdən imtina edir). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində təkcə cavabdehin deyil, həm də iddiaçının hüquqi mənafeyə əsaslanan birgə əmlak hüququ yaranmışdır. Tərəflər arasında payların nisbətini müəyyən edən hər hansı razılaşma və ya başqa hüquqi əsas müəyyən edilmədiyindən, mübahisəli daşınmaz əmlak üzərində onların payları MM-nin 214.1-ci maddəsinə uyğun olaraq bərabər, yəni hər biri üçün 1/2 hissədə müəyyən edilməlidir (bununla yanaşı, tərəflər əvvəlki şərikliklərində qazancın daima bərabər bölünməsini də təsdiq etmişlər). Bundan başqa, tələbin əmlakdan istifadəyə dair cavabdeh tərərfindən yaradılmış maneələrin aradan qaldırılmasına münasibətdə qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçının, eyni zamanda cavabdehin mübahisəli ünvanda yerləşən torpaq sahəsi və üzərindəki tikiliyə dair bərabər paylı mülkiyyət hüquqlarının olması müəyyən olunduğundan, iddiaçının müvafiq tələbinin qanuni əsası mülkiyyət hüququna əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Kostitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, iddiaçı mübahisəli əmlakdan istifadəyə dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qalıdırlmasını və ora buraxılmasını tələb etməkdə haqlı olmuşdur, iddia həmin hissəd də əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin 51000 manat pulun tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Iddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qarşılıqlı razılıq əsasında əlavə torpaq sahəsi almaq qərarına gəlmişlər və bunun üçün cavabdehə 2200000 rubl (təxminən 51000 manat) da pul göndərmiş, həmin pula cavabdeh təqribən 2021-ci ilin əvvəlləri (yanvar ayı) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 may küçəsində 2 sotluq torpaq sahəsi almışdır. Rəsmi alqı-satqı müqaviləsi olmasa da, torpaq sahəsinə dair qardaşının həyat yoldaşı Pərvin Qarayevanın adına ##.##.2021-ci il tarixli etibarnaməni verilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh mülkiyyətçi ilə danışıb etibarnaməni ##.##.2022-ci il tarixdə ləğv etdirib və torpaq sahəsini başqa şəxsə 70000 manata satmış, ona isə heç bir pul vəsaiti verməmişdir. Cavabdeh müvafiq torpaq sahəsinin alınmasını inkar etməsə də, bunu özünün pul vəsaiti hesabına almasını, iddiaçıya aidiyyətinin olmamasını, ona bu məqsədlə pul göndərməməsini bildirmişdir. Lakin, cavabdehin özünün yazdığı qeyddən (iddiaçı ilə hesabatından) və həmin qeydin izahına dair səs yazısından (2023-cü ilə aid səs yazısı) açıq aşkar görünür ki, torpaq sahəsinin alınması üçün 2200000 rubl pul vəsaiti göndərilmişdir. Bununla yanaşı, iş materiallarında həmin tarixdə (## ###### 2021-ci il) torpaq sahəsinə dair (0,02 ha) Pərvin Qarayevanın adına etibarnamənin verildiyi də görünür. Həmçinin, cavabdeh bir gün əvvəl, yəni ## ###### 2021-ci il tarixdə iddiaçıya göndərdiyi səs yazısında bildirir ki, torpaq sahəsini Pərvinin adına edəcəkdir. Iddiaçının ## ###### 2021-ci il tarixdə “neylədin?” sualına isə cavabdeh eyni tarixdə (## ###### 2021-ci il) “Həll elədim, həll elədim. Bir az çörək yeyim şəklini çəkib atacam sənə” sözlərini göndərmişdir. Cavabdeh bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutların məcmusu əlavə torpaq sahəsinin əldə olunması məqsədilə tərəflər arasında razılığın mövcud olduğunu və bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 2200000 rubl məbləğində pul vəsaitinin göndərildiyini təsdiq edir. Belə ki, cavabdehin öz əlyazması ilə tərtib etdiyi qeyddə həmin məbləğin ayrıca göstərilməsi, eləcə də həmin qeydin məzmununun səs yazısında izah edilməsi qeyd olunan pul vəsaitinin məhz torpaq sahəsinin alınmasına yönəldiyini müəyyən etməyə imkan verir. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, ##.##.2021-ci il tarixdə 0,02 ha torpaq sahəsinə münasibətdə iddiaçının qardaşının həyat yoldaşı Pərvin Qarayevanın adına etibarnamə verilmişdir və cavabdehin həmin tarixdə iddiaçı ilə səs yazışmaları, habelə yuxarıda qeyd edilənlər məcmu halda iddiaçının göstərdiyi faktiki hallarla uzlaşır. Digər tərəfdən, cavabdeh torpaq sahəsinin əldə edilməsini inkar etməsə də, həmin əmlakın yalnız öz vəsaiti hesabına alındığını bildirməklə kifayətlənmiş, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iş materiallarında olan sübutlarla 2200000 rubl məbləğində vəsaitin əlavə torpaq sahəsinin əldə olunmasına sərf edilməsi müəyyən edildiyindən və həmin dövrdə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 1 Rusiya rublunun dəyəri ən azı 0,02 manat təşkil etdiyindən, həmin vəsaitin manat ifadəsində ən azı 44000 manat təşkil etdiyi qənaətinə gəlinir. Tərəflərin şərikli fəaliyyət göstərmələri və vəsaitin ümumi məqsəd naminə xərclənməsi nəzərə alınaraq, məhkəmə kollegiyası 44000 manatın iddiaçıya məxsus 1/2 hissəsinin, yəni 22000 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini əsaslı hesab edir. Çünki, cavabdeh həmin pul vəsaitindən (iddiaçıya aid hissədən) də özünün xeyrinə yararlanmış, sonradan isə pulu qaytarmamışdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı, “X2rşı” iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, Kollegiya işin faktiki hallarını, toplanmış sübutları, qanunvericiliyin qeyd edilən normalarını apellyasiya şikayətlərinin dəlilləri ilə məcmu halda qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunmalı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2 ünvanına dair cavabdeh Cavabdeh adına aparılmış reyestr qeydi ləğv olunmalı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsində yerləşən **M saylı ev və onun yerləşdiyi 0,0133 ha torpraq sahəsi üzərində ½ hissədə iddiaçı İddiaçı, ½ hissədə cavabdeh Cavabdeh mülkiyyət payları müəyyən olunmalı, maneələr aradan qaldırılaraq iddiaçı İddiaçı həmin əmlaka buraxılmalı, həmçinin cavabdehdən 22000 (iyrimi iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi, həmçinin vəkilə ödənilmiş xidmət haqqının 300 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsində 500 manat məbləğində qiymətləndiricinin xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərcinin 350 manat hissəsi cavabdeh Cavabdeh, 150 manat hissəsi iddiaçı İddiaçı aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlak üzərində bərabər paylarının müəyyən edilməsi, maneənin aradan qaldırılması, pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia qismən təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ünvan 2 ünvanına dair cavabdeh Cavabdeh adına aparılmış reyestr qeydi ləğv olunsun, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov küçəsində yerləşən **M saylı ev və onun yerləşdiyi 0,0133 ha torpraq sahəsi üzərində ½ hissədə iddiaçı İddiaçı, ½ hissədə cavabdeh Cavabdeh mülkiyyət payları müəyyən olunsun, maneələr aradan qaldırılaraq iddiaçı İddiaçı həmin əmlaka buraxılsın, həmçinin cavabdehdən 22000 (iyirimi iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə verilsin. Iddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilsin. Iddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manat hissəsi və vəkilə ödənilmiş xidmət haqqının 300 (üç yüz) manat hissəsi cavabdeh Cavabdeh alınaraq, iddiaçı İddiaçı verilsin. Apellyasiya icraatı zamanı aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manatı cavabdeh Cavabdeh, 150 (bir yüz əlli) manatı isə iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-yə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Azər-Türk Bank ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ01350100000000022944, SWIFT AZRTAZ22, “xxxx” MMC VÖEN **********, hesab AZ69AZRT4006001944**********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar