Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5906/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” tələbinə dair mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(003)-73/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh1 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5754/2016 №-li 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuşdur. 03 iyun 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 15.000 (on beş min) manata Cavabdeh1 satmışdır. 20 aprel 2019-cu il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 10.000 (on min) manata Cavabdeh2 satmışdır. 18 avqust 2019-cu il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən 7 nömrəli evin 47 nömrəli mənzilini 15.000 (on beş min) manata X1. Hazırda İddiaçı - 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə 510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməklə həmin mənzilin 1/2 hissəsinə və Türkiyə Respublikasının müxtəlif banklarında Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququ tanınmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin mənzilin 1/2 hissəsinə və Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. Cavabdeh1 ilə 21 aprel 1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan 29 mart 2000-ci il tarixdə X6, 06 iyul 2002-ci il tarixdə X12, 24 oktyabr 2003-cü il tarixdə X13 və 11 aprel 2008-ci i! tarixdə X10 adlı uşaqları olmuşdur. Cavabdehin iddiası əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə boşanmışlar. Məhkəmənin adıçəkilən qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə cəmi 468 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin birgə nikah dövründə əldə etdikləri əmlakın heç də hamısı cavabdehin ucbatından bölünməmişdir. Belə ki, Cavabdeh1 digər daşınar və daşınmaz əmlaklarla birlikdə birgə nikah dövründə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilini də almışdır. Sonradan Cavabdeh1 onu aldadaraq 01 avqust 2016-cı il tarixdə 5 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində ondan baş etibarnamə almış, bundan sonra birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakları onun razılığı olmadan satmağa başlamışdır. Odur ki, 10 avqust 2016-cı il tarixdə həmin etibarnaməyə onun müraciəti əsasında xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilini özgəninkiləşdirmişdir. cavabdehlər Cavabdeh1 və X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə bağlanmış bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17, 3/462, 3-7 və 3/409 saylı torpaq sahələrinə dair 09 avqust 2016-cı il tarixli alğı-satqı müqavilələrinin, eyni zamanda “X23” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli 2(003)-5499/2016 nömrəli qərardadı ilə iddia ərizəsindəki tələblərlə iddia tələblərinin həcminin artırılmasına dair ərizədəki tələblər üzrə icraat ayrılmış, X15 və X4 cavabdehlər, Azərbaycan Respublikası DİN-nin BDYP isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı i! tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilinəsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi ilə onunla cavabdeh X4 arasında 7 saylı DNK-da bağlanmış ünvan 3 sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-213 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 4 sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair 4Ə-214 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi, həmin DNK-da bağlanmış ünvan 5 sahədə yerləşən 0,075 ha torpaq sahəsinə dair 4Ə-215 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi və həmin DNK-da bağlanmış ünvan 6 sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair 4Ə-216 reyestr nömrəli 09 avqust 2016-cı il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103) 150/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş hissəsi, yəni Cavabdeh1 adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Yəni cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnamələrinin olmasına baxmayaraq, birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili yenə də onun razılığı olmadan özgəninkiləşdirmişdir. Bundan başqa, birgə nikah dövründə əldə etdikləri vəsait Cavabdeh1 tərəfindən Türkiyə Respublikasının müxtəlif banklarına (Halkbank, Akbank, Ziraat Bankası, Vakıf Bank, Deniz Bank, X24, X20), o cümlədən “Yapı Kredi” Bankına və eləcə də həmin Bankın Antaliya şöbəsinə əmanət kimi qoyulmuşdur. Lakin həmin vəsaitlərin dəqiq miqdarı barədə, “Yapı Kredi” Bankın Antaliya şöbəsi istisna olmaqla, məlumatı yoxdur. “Yapı Kredi” Bankın Antaliya şöbəsində cavabdehin 150.000 ABŞ dolları məbləğində əmanətinin olması barədə məlumatı vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(003)-73/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı 2016-cı ildə qaldırdığı iddia tələbində Cavabdeh1 tərəfindən aldadılaraq 01 avqust 2016-cı il tarixli etibarnamə əsasında sonuncunun birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakları onun razılığı olmadan satdığını iddia etmiş, cavabdehlər Cavabdeh1 və X2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bağlanmış bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların ona geri qaytarılmaqla, üzərində mülkiyyət hüququnun bərpa edilməsi və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi, həmçinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17, 3/462, 3-7 və 3/409 saylı torpaq sahələrinə dair 09 avqust 2016-cı il tarixli alğı-satqı müqavilələrinin, eyni zamanda “X23” markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə də təmin edilməsi, İddiaçı ilə X4 arasında 7 saylı DNK-da bağlanmış ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin, həmin DNK-da ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alğı satqı müqaviləsinin, həmin DNK-da bağlanmış ünvan 5 ünvanında yerləşən 0,075 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin və həmin DNK-da bağlanmış ünvan 6 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4718/2018 №-li 03 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2018 №-li 09 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin mənzil birgə nikah dövründə əldə edildiyindən onun mənzil üzərində Cavabdeh1lə payları bərabərdir. Deməli, mübahisəli mənzil üzərində payının olması və Cavabdeh1 tərəfindən mənzilin onun razılığı olmadan qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaçıya 2016-cı ildən məlum olmuşdur. Məhkəmə iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəli əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mübahisəli əmlak iddiaçının razılığı olmadan satılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddia tələbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin oluna bilən tələb olsa da qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən təmin oluna bilməz. Belə ki, iddiaçı nə mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə eyni vaxtda, nə də həmin mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102) 4718/2018 nömrəli qərarının qəbul edilməsindən keçən 3 il ərzində həmin mənzil üzərində payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamış, belə bir iddia qaldırmasına mane olan hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində 1/2 hissədə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı hüququnun pozulmasını 2018-ci ilin iyul ayından (Ali məhkəmənin mübahisəli mənzillə bağlı qərarı) bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının iddiaçıya göndərilməməsi, həmin qərarın vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəlillərini əsassız hesab etmişdir. Belə ki, işdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı bütün instansiya məhkəmələrində nümayəndə və vəkillərlə təmsil olunmuş, keyfiyyətli hüquqi yardımla təmin olunmuşdur. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarını almadığını iddia edirsə, keçən 4 il ərzində özü və ya vəkili vasitəsi ilə həmin qərarı əldə edə bilərdi. Lakin iddiaçı bu müddət ərzində qərarı əldə etməsinə mane olan hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəlilləri inandırıcı və əsaslı deyildir və həmin qərarın məhz 27 yanvar 2022 ci il tarixdə əldə edilməsi iddia müddətinin ötürülməməsi görüntüsü yaratmaq məqsədi daşıyır. İstinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən iddia tələbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi hissəsində iddia əsassız olduğundan, məhkəmə, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməmiş və həmin hissədə də iddia tələbini qanunsuz və əsassız hesab etmişdir. Məhkəmə, Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması hissəsində də iddia tələbini əsassız hesab etmişdir. Hazırkı mübahisədə Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına əmanətlərin olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Bundan başqa, məhkəmə sorğularına cavab olaraq yuxarıda adıçəkilən banklarda Cavabdeh1 adına hər hansı pul vəsaitinin olması müəyyən edilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əmanətlərin mövcud olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına pul vəsaitləri olsa idi belə, iddiaçı bu tələb üzrə də məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003) 335/2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı digər əmlaklarla yanaşı, birgə nikah dövründə əldə edilmiş və Türkiyə Respublikasında “X26” DBLDK Antalya Şöbəsində hesabda olmuş pul vəsaitinin 50 faizinin Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı “Yapı Kredi” Bankda Cavabdeh1 hesabında pul vəsaitinin olmasını iddia edərək, həmin vəsaitin 1/2 hissəsinin ona ödənilməsi barədə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı həmin vaxtdan 3 il keçdikdən sonra qeyd olunan tələblə məhkəməyə müraciət etmiş, bununla da həmin tələb üzrə də iddia müddətini ötürmüşdür. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilin dəyərinin 1/2 hissəsinə pay hüququnun hissəsində tam həcmdə təmin edilməsi, “Yapı Kredi” Bankında olan əmanət hissəsində isə baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 26 noyabr 2021-ci il tarixdə məlum olmuşdur ki, cavabdeh ümumi əmlaka olan mülkiyyət hüququnu pozmuş və həmin vaxtdan 3 il müddət keçməmişdir. Bundan başqa birgə nikah dövründə əldə olunmuş vəsait Cavabdeh1 tərəfindən Türkiyə Respublikasının müxtəlif banklarına, o cümlədən “Yapı Kredi” Bankına və eləcə də həmin Bankın Antaliya şöbəsinə əmanət kimi qoyulmuşdur. Lakin həmin vəsaitlərin dəqiq miqdarı, nə vaxt qoyulması barədə, “Yapı Kredi” Bankın Antaliya şöbəsi istisna olmaqla, məlumatları yoxdur. “Yapı Kredi” Bankının Antaliya şöbəsində cavabdehin 150.000 ABŞ dolları məbləğində əmanətinin olması barədə müəyyən məlumatları vardır. Lakin həmin ümumi əmlaka, yəni əmanət kimi qoyulmuş pula mülkiyyət hüququnu pozulması barədə onlarda hər hansı bir məlumat yoxdur. Həm də digər banklardan məlumat alınsa belə, “Yapı Kredi” Bankından dəqiq məlumat alınmamışdır. Ona görə də hesab edir ki, iddia müddətləri ötürülmədiyi üçün iddia tələblərinə iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilin dəyərinin 1/2 hissəsinə pay hüququnun hissəsində tam həcmdə təmin edilməsi, “Yapı Kredi” Bankında olan əmanət hissəsində isə baxılmamış saxlanılması barədə qətnamə qəbul etməli olduğu halda, əksinə iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul etmişdir. 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmuşdur ki, həmin mənzil 21 iyun 2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Yəni, cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnamələrinin olmasına baxmayaraq, birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili yenə də onun razılığı olmadan özgəninkiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)- 4718/2018 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki iddia ilə 09 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Yəni həmin üç illik müddət 26 noyabr 2021-ci il tarixdən hesablanmalı olduğu halda, birinci instansiya məhkəməsi yanlış olaraq iddia müddətinin axımının başlanğıcını 03 iyul 2018-ci il tarixdən hesablamışdır. Halbuki iddiaçıya hüquqlarının yenidən pozulması məhz 26 noyabr 2021-ci il tarixdə məlum olmuşdur. Hüquqlarının əvvəlki pozulmasına isə məhkəmələr tərəfindən əvvəllər hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilin dəyərinin 1/2 hissəsinə pay hüququnun hissəsində tam həcmdə təmin edilməsi, “Yapı Kredi” Bankında olan əmanət hissəsində isə baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyi üçün qətnamə qeyd olunan hissələrdə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 225.1. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Ailə Məcəlləsi: 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2019-cu il tarixli Plenumunun Qərarı Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5754/2016 №-li 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında 21 aprel 1996-cı il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 642 № ilə qeydə alınmış nikah pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mübahisəli əmlak iddiaçının razılığı olmadan satıldığından həmin mənzilə dair bağlanmış AN-İ ******* saylı 11 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6585/2016 №-li 15 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası əsasında etibarsız hesab edilmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə sonuncu məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanmış, sonradan sonuncu tərəfindən həmin əmlak digər şəxsin adına özgəninləşdirilmişdir. İddiaçı tərəf isə yalnız 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsini mübahisələndirmiş və cavabdehin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 2(003)-6585/2016 və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2018-ci il tarixli 2(103)-150/2018 nömrəli qətnamələrinin olmasına baxmayaraq, birgə nikah dövründə əldə etdikləri sözügedən mənzili yenə də onun razılığı olmadan satılmasını 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinin 1/2 hissəsinə pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmək məqsədi ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən həmin mənzilin hüquqi rejimi barədə arayış alarkən ona məlum olmasını, beləliklə də, cavabdeh tərəfindən ümumi əmlaka olan mülkiyyət hüququnu pozulmasının qeyd edilən tarixdən hesablanmalı olmasını və həmin vaxtdan 3 il müddət keçməməsini göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının qəbul edilməsindən keçən 3 il ərzində həmin mənzil üzərində payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, keçən müddət ərzində Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsi iddiaçının razılığı olmadan bağlanması faktı mövcud olsa da, sonuncu nə mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair 2016-cı ildə qaldırdığı iddia ilə eyni vaxtda, nə də həmin mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)- 4718/2018 nömrəli qərarının qəbul edilməsindən keçən 3 il ərzində həmin mənzil üzərində payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamış, belə bir iddia qaldırmasına mane olan hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində iddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin oluna bilən tələb olsa da birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzili üzərində 1/2 hissədə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf apellyasiya şikayətində bildirir ki, 26 noyabr 2021-ci il tarixdə cavabdeh ümumi əmlaka olan mülkiyyət hüququnu pozması və həmin vaxtdan 3 il müddət keçməməsinə dair, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)- 4718/2018 nömrəli qərarının surətini 2022-ci ildə əldə etməsinə dair izahatlarına tənqidi yanaşır və bu qənaətini onunla əsaslandırır ki, iş materiallarından görünür ki, kassasiya instansiyası məhkəməsinin qərarının surətini Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına verdiyi ərizə əsasında almasına baxmayaraq həmin instansiyanın qərarı ilə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair məlumatının olması şübhəsizdir və başqa sözlə, verlmiş kassasiya şikayətinin nəticəsi ilə maraqlanmaması inandırıcı deyil. Ən azından ona görə ki, iddiaçı həmin proseslərdə vəkillə təmsil olunurdu və bu qərarların qəbulundan sonra tərəflər arasında digər iddialar üzrə məhkəmə çəkişmələri olmuş və hazırki vaxta kimi davam edir. Keçən müddət ərzində iddiaçının özü və ya vəkili vasitəsi ilə həmin qərarı əldə etməsinə mane olan hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə də, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçı mübahisəli mənzil üzərində 1/2 hissədə payının müəyyən edilməsi tələbi ilə mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün 2016-cı ildə bağlanmış alğı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirməklə iddiası təmin edilərək həmin iş üzrə sonuncu məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı qəbul edildiyi gündür. Başqa sözlə, iddia müddətinin axımı 26 noyabr 2021-ci il tarixdən əvvəl, yəni iddiaçının mülkiyyət hüququnun pozulmasını bildiyi gün məhz qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə aktının qəbulundan sonra başlanmışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının surətini almaması bu müddətinin axımının kəsilməsinə əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(102)-4718/2018 nömrəli qərarının vəkil sorğusu əsasında yalnız 27 yanvar 2022-ci il tarixdə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəlilləri inandırıcı və əsaslı deyildir və həmin qərarın məhz 27 yanvar 2022 ci il tarixdə əldə edilməsi iddia müddətinin ötürülməməsi görüntüsü yaratmaq məqsədi daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində “X27” QSC-də olan əmanət hissəsində iddianın baxılmamış saxlanılmasını xahiş etsə də, bu barədə dəlillərini əsaslandıra bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddia tələbinin həmin hissədə baxılmamış saxlanılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Həmçinin də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, “X27” QSC-nin Antaliya şöbəsində cavabdehin 150.000 ABŞ dolları məbləğində əmanətinin olması barədə müəyyən məlumatlar olması, lakin həmin ümumi əmlaka, yəni əmanət kimi qoyulmuş pula mülkiyyət hüququnu pozulması barədə hər hansı bir məlumat olmaması, digər banklardan məlumat alınsa belə, “X27” QSC-də dəqiq məlumat alınmaması iddia tələbinin həmin hissədə baxılmamış saxlanılması üçün əsas olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin - Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə pay hüququnun tanınması hissəsində də iddia tələbinin əsassız olması barədə nəticəsi də düzgün olmuşdur. Belə ki, Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bank, “Halkbank”, “Akbank”, “Ziraat Bankası”, “Vakıf Bank”, “Deniz Bank”, “X24” və “X20”) Cavabdeh1 adına əmanətlərin olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin işin materiallarından görünür ki, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə sorğularına cavab olaraq qeyd olunan banklarda Cavabdeh1 adına hər hansı pul vəsaitinin olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələb üzrə də məhkəməyə müraciət edərkən iddia müddətini ötürməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003) 335/2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı digər əmlaklarla yanaşı, birgə nikah dövründə əldə edilmiş və Türkiyə Respublikasında “X26” DBLDK Antalya Şöbəsində hesabda olmuş pul vəsaitinin 50 faizinin Cavabdeh1 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı “Yapı Kredi” Bankda Cavabdeh1 hesabında pul vəsaitinin olmasını iddia edərək, həmin vəsaitin 1/2 hissəsinin ona ödənilməsi barədə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı həmin vaxtdan 3 il keçdikdən sonra qeyd olunan tələblə məhkəməyə müraciət etmiş, bununla da həmin tələb üzrə də iddia müddətini ötürmüşdür. İşin faktiki halları ilə cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(003)-73/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov