Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5913/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əmlak) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1383/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)- 2723/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X5 arasında 23 iyul 2010-cu il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 1105 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllülü X3 İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.
2. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixində Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.
3. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 52- 2/2- 4354 saylı məktubundan görünür ki, Cavabdeh1 barəsində Nizami RPİ-nin 24-cü PŞnə daxil olmuş HK-1-3566 saylı təhqiqat materialı əsasında toplanmış “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qəbul edilmiş qərar və materialda olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.
4. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 52- 2/2- 7140 saylı məktubundan görünür ki, İddiaçı Nəsimi RPİ-dən Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş müraciəti əsasında toplanmış HK-1-3566 saylı materialda olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.
5. İddiaçı Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ilkin elektron müraciətindən görünür ki, o, keçmiş həyat yoldaşı (cavabdeh) Cavabdeh1 şikayət edərək, onun başqa şəxslə münasibətini əks etdirən fotoşəkil və videoları yaymaqla hədə-qorxu gələrək, uşağı ondan almaq istəməsini, onun və ailə üzvlərinin həyatının təhlükə altında olmasını əsas gətirərək təcili qanuni tədbir görülməsini xahiş etmişdir.
6. İddiaçı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, 2015-ci ildə məhkəmənin qərarı ilə Rasimdən boşandığını, buna baxmayaraq övladlarını ata qayğısından məhrum etməmək üçün onunla bir evdə yaşmağa davam etdiyini, Rasimin 2023-cu ilin dekabr ayında ona zor tətbiq edərək telefonunu əlindən aldığını, çılpaq fotoları və qeyri-rəsmi münasibətdə olduğu şəxslə intim videosunu gördükdən sonra onu mütəmadi olaraq narahat etməyə başladığını, bundan əlavə yaşadığı mənzilə videomüşahidə kameraları yerləşdirib onu izlədiyini, bu hallardan bezib atasıgilin evinə köçdüyünü, atasının evində olarkən də Rasimin onu narahat etdiyini bildirmişdir.
7. Cavabdeh1 Nizami RPİ-nin 24-cü Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı ilə 2010-cu ildə ailə qurduğunu, iki uşaqlarının olduğunu, 2014-cü ildə rəsmi boşandıqlarını, ancaq boşandıqdan sonra həmin mənzildə yenə qismən biryerdə yaşamağa davam etdiklərini, bu qayda ilə 10 il biryerdə yaşadıqlarını qeyd etmişdir.
8. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
9. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(003)-17/2025 saylı qərardadınan görünür ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında toyda, nişan mərasimi və xına mərasimində və onlardan sonra hədiyyə şəklində verilən, iddia tələbində qeyd edilmiş əşyaların siyahıya alınaraq həmin əşyaların özgənikiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qərara alınmışdır.
10. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru, iddiaçı və bir hal şahidi Xəzər Rayon Məhkməsinin e-16(003)-17/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, 67 saylı mənzilin qarşısında olmuş, qapı döyülsə də açan olmamış, borclu Cavabdeh1 ilə telefon vasitəsi ilə əlaqə saxlanılsa da, o, ünvana gəlməkdən imtina etmişdir.
11. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmurları, borclu və hal şahidi Xəzər Rayon Məhkəməsinin e-16(003)-17/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq ünvan 2 ünvanda olan zaman icra vərəqəsində göstərilən əşyalara baxış keçirilmiş və qızıl-zinət əşyaları, iri küzə, kofedəmləyici və parfümlər (aksessuarlar, laklar, kremlər) istisna olmaqla digər əşyalar siyahıya alınaraq, həmin əşyaların özgəninkiləşdirilməsi borclu Cavabdeh1 qadağan edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qab-qaşıq- (boşqab, qazan dəstləri, stəkan və nəlbəki dəstlər, çəngəl, qaşıq, bıçaq dəstləri) və ya dəyəri olan 5000 AZN; yorğan döşək adyal yataq dəstləri dəsmal, süfrə, hamam dəstləri və ya dəyəri - 1500 AZN; 5 ədəd lüstür və ya dəyəri -1200 AZN; Qlobus suvenir və iri kuzə - və ya dəyəri 500; Xalça - 6 ədəd və ya dəyəri - 2000 AZN; divar saatı – 150 AZN, Yataq mebeli – yataq otağı mebeli (termo, şfaner, iki tumba, taxt, stul, şkaf) ümumilikdə dəyəri 5000 AZN; qonaq otağı (divan, kreslo, jurnal masası, kamot, qorka,bar, stol, 8 ədəd stul və ya dəyəri 8000AZN; Televizor və televizor altlığı, kalonkalar 4 ədəd, DVD - və ya dəyəri 900 AZN; Mətbəx mebeli - stol, stul daxil olmaqla və ya dəyəri 1300 AZN; Soyuducu - 500 AZN; Paltaryuyan - 500 AZN; Soba - 150AZN; Ətçəkən - 150 AZN, Sokçəkən - 80 AZN; Mikser- 40 AZN; Toster - 40 AZN; Kofedəmləyici - 30 AZN; Blender-30 AZN; Tozsoran - 250 AZN; Fen - 100 AZN; Ütü - 70 AZN; Ütü masası - 30 AZN; Fınıqçəkən - 30 AZN; Çaynik dəsti - 90 AZN; Parfumeiya - əşyaları (parfümlər, aksessuarlar, laklar, kremlər) - 700 AZN; Afrodita-(sırğa, sep, üzük və qolbaq) cəmi 4000 AZN; Zəncir - (qolbaq və sep) - 3800 AZN; İlbiz (sırğa və üzük) - 4000 AZN; Tək üzük - 800 AZN; Nişan üzüyü - 1000 AZN cavabdehlərdən alınaraq qaytarılması və ya həmin əmlaklar olmadıqda pul əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 23 iyul 2010-cu il tarixdə nikaha girərək ailə qurmuş, nikahları Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-2723/2015 saylı qətnaməsi ilə pozulmuş, lakin iddiaçı nikahın pozulmasından sonra da gəlin köçdüyü Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 (ünvan 3 ünvanında yaşamağa davam etmiş, faktiki olaraq özünə məxsus əşyalardan istifadə etmiş, lakin aralarında olan münaqişələr zəminində 2023-cü ilin mart ayında mənzildən birbaşa ailəsinin də köməyi ilə (ata və ana) uşaqlarla birlikdə Polis Şöbəsinə yaxınlaşıb şikayət etməklə evdən çıxmışdır.
14. Daha sonra evin açarları dəyişdirilmiş və nəticədə iddiaçı həmin mənzilə daxil olub əşyalarını götürə bilməmiş, iddiaçıya məxsus siyahıda qeyd edilən əşyalar həmin mənzildə qalmışdır.
15. Daha sonra iddiaçı əlavə cavabdehin işə cəlb edilməsi barədə vəsatət təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olaraq Cavabdeh1 anası xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2 cavabdeh olaraq mülki iş üzrə əlavə edilməsini xahiş etmişdir.
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ərizədə göstərilən əşyaların heç biri cavabdehdə yoxdur. Ona görə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş şahid X4 (iddiaçının xalası) izahatında, mənzilin cavabdeh tərəfindən alındığını, evin təzə təmir olunmuş və boş olduğunu, toydan əvvəl bütün əşyaların iddiaçı tərəfindən alınıb evə yerləşdirildiyini, evdə istifadəsi lazım olan bütün mebel, elektrik əşyaları, qab-qacağın iddiaçının atası və anası tərəfindən alındığını, özü mebel və digər əşyaların alınması prosesində iştirak etməsə də, el adətinə uyğun olaraq iddiaçının bacısı, bibiləri və əmisinin həyat yoldaşı ilə birlikdə mebellərin və əşyaların açılıb, yerləşdirilməsində iştirak etdiyini, hətta ev təmirdən sonra təmzilənmədiyi üçün evi onların təmzilədiyini, tərəflərin toydan sonra həmin evə köçüb yaşadıqlarını bildirmişdir. Qızıl-zinət əşyalarına münasibətdə isə həmin qızılların nişan, toy və sair mərasimlərdə iştirak etdiyi zaman cavabdehlər tərəfindən idiaçıya hədiyyə edildiyinin şahidi olduğunu, lakin həmin qızılların indi kimdə olması barədə məlumatının olmadığın qeyd etmişdir.
18. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş şahid X8 (iddiaçının bacısı) izahatında, evdə olan bütün mebel, elektrik avadanlığı və digər əşyaların bacısına məxsus olduğunu, həmin cehiz əmlakın ana və atası tərəfindən bacısı üçün nikahdan əvvəl cehiz olaraq alındığını, qab-qacaqların alınmasında özünün də iştirak etdiyini, həmin evin toydan əvvəl təmizlənməsində və cehiz əşyaların açılıb yerləşdirilməsində özünün, xalasının, bibilərinin və əmisinin həyat yoldaşının iştirak etdiyini, bacısıgilin (iddiaçının) toydan sonra həmin evə köçüb, yaşadıqlarını bildirmişdir.
19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1383/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi (Natiq Əsgərov) ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus cehiz əşyalar – Qab-qaşıq (boşqab, qazan dəstləri, stəkan və nəlbəki dəstlər, çəngəl, qaşıq, bıçaq dəstləri); Yorğan döşək adyal yataq dəstləri dəsmal, süfrə, hamam dəstləri; 5 ədəd lüstür; Qlobus suvenir; Xalça - 6 ədəd; divar saatı; Yataq mebeli yataq otağı mebeli (termo, şifoner, iki tumba, taxt, stul, şkaf); qonaq otağı (divan, kreslo, jurnal masası, kamot, qorka, bar, stol, 8 ədəd stul; Televizor və televizor altlığı; kalonkalar - 4 ədəd, DVD; Mətbəx mebeli - stol, stul daxil olmaqla; Soyuducu; Paltaryuyan; Soba; Ətçəkən, Sokçəkən; Mikser; Toster; Blender; Tozsoran; Fen; Ütü; Ütü masası; Fınıqçəkən və Çaynik dəstinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması və İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, 225.3cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.2, 217.4, 218.3, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
21. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən əşyaların yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 8 saylı evin 67 saylı mənzili X6 məxsusdur. Həmin mənzildə yerləşən əşyalar da mənzilin mülkiyyətçisinə məxsusdur. Bakı şəhəri, Nizamirayonu, Cəmşid Naxçıvanski küçəsi 8 saylı evin 67 saylı mənzilində yerləşən əşyaların iddiaçıya məxsus olması, onun tərəfindən sübut olunmamışdır. İş üzrə dindirilmiş şahidlər də əşyaların bilavasitə iddiaçı və onun valideynləri tərəfindən alınmasını məhkəməyə bildirməmişlər.
23. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməmiş qızıllarla bağlı olan hissəsi ilə əlaqədar bildirir ki, nişan və toy əsnasında əldə olunmuş qızılları tələb etmək hüququdur. Bu hissədə iddianın təmin edilməməsi isə hesab edir ki, əmlak hüquqlarının pozulmasıdır. Qızıllara dair fotoşəkillər də məhkəməyə təqdim edilmiş və eyni zamanda şahidlər də məhkəmə iclasında həmin qızılların olmasını bildirmişdir. Bunu cavabdeh də qəbul etmiş, hər bir toy nişan mərasimlərində olduğu kimi burada da qızılların olmasını bildirmişdir. Belə olan halda guya qızılların iddiaçı tərəfindən aparılması bildirilmişdir. Lakin bunu sübutetmə yükü cavabdehin üzərində olsa belə bu barədə heç bir sübut məhkəməyə təqdim etməmiş, buna baxmayaraq məhkəmə tərəfindən həmin hissədə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Sübutetmə yükü cavabdehin üzərində olsa belə məhkəmə tərəfindən qeyri-müəyyən formada iddia həmin hissədə rədd edilmişdir. Bundan əlavə isə dövlət rüsumu hissəsində ən azından iddianın qismən təmin olunmasına baxmayaraq dövlət rüsumu tam şəkildə iddiaçıya aid edilmişdir. Bu da prosessual qanun pozuntusudur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
26. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
28. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
32. 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
33. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34. 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırki halda, qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1383/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmədə müəyyən edilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.
46. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya iddiası)
47. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
48. İşin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 23 iyul 2010-cu il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından iki uşaqları doğulmuş və Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisəli əmlakın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, 67 saylı mənzil 2017-ci ildən etibarən Cavabdeh2 mülkiyyətindədir. və o, digər cavabdeh (iddiaçının keçmiş əri) Cavabdeh1 anasıdır.
49. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər 2010-cu ildə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yaşamış, 2015-ci ildə onların nikahı pozulduqdan sonra da iddiaçı cavabdehin razılığı ilə uşaqları ilə birlikdə 2023-cü ilin mart ayına kimi həmin evdə yaşamağa davam etmiş və 2023-cü ilin mart ayında iddiaçı həmin mənzildən çıxıb getmişdir. O, mənzildən zorakılıqla və ya məcbur şəkildə çıxarılmamış, öz istəyi ilə evi tərk etmişdir.
50. Kollegiya iddiaçının apellyasiya şikayətinin cehiz əşyaları ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, tərəflərin və şahidlərin izahatları, cavabdehlərin nümayəndəsinin etirazı, icra məmurunun siyahıya alma aktı ilə iddiaçı tərəfindən tələb olunan əşyalardan hazırda yalnız Nizami rayon İcra şöbəsi tərəfindən Xəzər Rayon Məhkəməsinin e-16(003)- 17/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib etdiyi xx.xx.2025-ci il tarixli akt əsasında aşkar edilən əşyaların (iri küzə, kofedəmləyici və parfümlər (aksessuarlar, laklar, kremlər) istisna olmaqla digər əşyalar) cavabdehin sahibliyində olduğu sübuta yetirilir. Yalnız akt əsasında aşkar edilən cehiz əşyalarına münasibətdə tələb qanuni və əsaslı hesab edilir. Qalan (müəyyən edilməyən) cehiz əşyalarının isə həqiqətən mövcudluğu, onların iddiaçının mülkiyyətində olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması sübuta yetirilmir.
51. Kollegiya cavabdehlərin apellyasiya şikayətinə münasibətdə hesab edir ki, qeyd edilən əşyaların iddiaçı tərəfindən nikaha girənədək alındığı birinci instansiya məhkəməsində iddiaçı tərəfin izahatları və şahid ifadələri ilə tam təsdiq olunur və bu ifadələrin həqiqiliyinə, mötəbər və mümkün sübut olmamasına dəlalət edən heç bir əks sübut müəyyən olunmur. Qeyd edilən əşyalar iddiaçının nikahdan əvvəl əldə etdiyi cehiz əmlak olduğundan, onlar qanunvericiliyin tələbinə əsasən iddiaçının şəxsi mülkiyyəti hesab edilir. Cavabdehlərin həmin əşyalar üzərində hazırda hər hansı əşya hüququ olmadığı halda onlara faktiki sahiblik edərək qaytarmamaları qanunsuzdur.
52. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf ziddiyətli ifadələr verərək etirazını sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi əvvəlcə məhkəməyə ünvanladığı yazılı etirazda “iddia ərizəsində göstərilən heç bir əşyanın cavabehdə olmadığını” qeyd etsə də, icra məmuru tərəfindən akt tərtib edildikdən sonra izahatını dəyişdirərək, həmin əşyaların mövcud olduğunu, ancaq onların Cavabdeh1 deyil, Cavabdeh2 məxsus olduğunu deməklə ziddiyətli fikir bildirməsi, Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququnun yalnız tərəflərin boşanmasından sonra, 2017-ci ildə dövlət qeydiyyatına alınması, cavabdehlərin birinci dəfə icra məmurunun əmlakı siyahıya almasından yayınması və yalnız bir ay sonra buna şərait yaratması, digər tərəfdən cavabdehlərin nümayəndəsinin “iddiaçı tərəfindən ümumiyyətlə heç bir cehiz əşyası gətirilmədiyini” qeyd etməsi mövcud şəraitə uyğun və inandırıcı olmaması cavabdehlərin etirazının əsassız olduğuna dəlalət edir.
53. Göstərilənlərə əsasən kollegiya cehiz əşyalarına münasibətdə hesab edir ki, yalnız icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında siyahıya alınmış cehiz əşyalar cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır.
54. Kollegiya iddiaçının apellyasiya şikayətinin qızıl-zinət əşyalarının qaytarılması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarının mövcud olduğunu, onların iddiaçının şəxsi mülkiyyətində olduğunu və hazırda cavabdehin qanusuz sahibliyində olduğunu təsdiq edən əsaslı, mümkün və mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı ziddiyətli fikirlər bildirərək, iddia ərizəsində bütün əmlakının, o cümlədən qızıl-zinət əşyalarının hazırda Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzildə olduğunu qeyd etsə də, izahatlarında həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən 2023-cü ilin dekabr ayında evdən götürüldüyünü bildirmişdir. Əgər qızıllar həqiqətən də 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən götürülmüşdüsə, o zaman 2024-cü ilin mart ayında (iddiaçı evdən çıxarkən) onların hələ də evdə olması və onların iddia ərizəsində qeyd edildiyi kimi hazırda da evdə olması mümkün deyildir. Qızılların cavabdehlər tərəfindən götürülməsi hər hası bir sübutla təsdiq olunmur və bu barədə iddiaçının da bugünədək nə cavabdehlərə, nə də hansısa orqana müraciət və ya şikayət etdiyi müəyyən olunmur. Belə ki, iddiaçı hər nə qədər 2023-cü ilin mart ayında mənzildən birbaşa ailəsinin də köməyi ilə (ata və ana) uşaqlarla birlikdə Polis Şöbəsinə şikayət üçün getdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmiş, (hətta iddiaçının vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən də bir neçə dəfə sorğu verilməsinə baxmayaraq belə bir materialın olması müəyyən edilməmiş), əksinə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatlarında evdən zorakılıqla, məcburi şəkildə çıxarılmadığını, öz istəyi ilə hazırlaşaraq evi tərk etdiyini, hətta evi tərk etdiyi gün və ondan əvvəlki günlər cavabdehləri görmədiyini bildirmişdir. Eləcə də, iş materiallarından görünür ki, o ilk dəfə yalnız 28 sentyabr 2024-cü il tarixində elektron qaydada şikayət vermişdir, ancaq nə şikayətində, nə də polis şöbəsində verdiyi izahatında qızıl-zinət əşyalarının cavabdehlərdə olmasına dair heç bir fikir qeyd etməmişdir. Habelə, sübut kimi təqdim edilən fotoşəkillərdə iddiaçı tərəfindən tələb olunan bütün qızıl-zinət əşyaları əks olunmur. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatda da qızılların bir hissəsinin nikahdan əvvəl, bir hissəsinin isə nikah dövründə alındığını bildirərək, təqdim etdiyi fotoşəkillərdə olan qızıl-zinət əşyaların nikahdan sonra verildiyini, nikahdan əvvəl verilənlərin isə fotoşəkillərdə olmadığını etiraf etmişdir. Bunlar hətta şərti olaraq doğru hesab edilsə belə, qanunvericiliyə əsasən nikah dövründə alınmış qızıl-zinət əşyaları ümumi (birgə) mülkiyyət təşkil etdiyindən onların iddiaçı tərəfindən şəxsi mülkiyyət kimi ona qaytarılmasının tələb edilməsi qanuna uyğun sayıla bilməz, ancaq sübut olunduğu halda bölünməsi tələb edilə bilər. Bundan başqa, icra məmuru tərəfindən siyahıya alma zamanı da həmin qızıl-zinət əşyalarının evdə olması faktı təsdiqini tapmamış və cavabdehin nümayəndəsi də onların cavabdehlərdə olmasını etiraf etməyərək, həmin əşyaların iddiaçının özündə olduğunu bildirmişdir.
55. Kollegiya hesab edir ki, tələb olunan qızıl-zinət əşyalarının həqiqətən mövcudluğu, onların iddiaçının şəxsi mülkiyyətində olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması əsaslı, şübhədənkənar, mötəbər və mümkün sübutlarla sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbini təmin etməməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir.
56. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə haqlı olmuşdur.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
59. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Kollegiya hesab edir ki, məhkəmə xərclərinə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
61. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1383/2025 saylı, 11 avqust 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.