Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5924/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-633/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 Relman oğlu ilə X3 xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər, nigah bağlandıqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir.
2. “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KRONE” markalı, “SD27B” modelli tentli-furqon tipli, **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(003)-4478/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilənədək həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(002)-3787/2023 saylı mülki işin icraatı dayandırılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraiət edərək Cavabdeh1 xx.xx.2023-cü il tarixdə formal olaraq öz adına rəsmiləşdirdiyi, lakin onun pul vəsaiti hesabına alınmış və hazırda cavabdehin qanunsuz sahibliyində olan “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, SD27B modelli, tentli-furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 101 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun uzun illər ərzində dostluq münasibətləri olmuşdur. O, 2023-cü ilin əvvəllərində özünə “MAN TGX 18.480” yük markalı avtomobil almaq istəyirdi. O, Cavabdeh1lə bu barədə məsləhətləşmiş və Cavabdeh1 ona bu cür avtomobilləri gətirənləri tanıdığını deyərək ona kömək edəcəyini bildirmişdir. Mart ayının əvvəllərində həmin avtomobil Bakı şəhərinə gətirildiyi zaman o, həmin vaxt müvəqqəti olaraq kənarda olduğuna görə Zamindən avtomobili öz adına rəsmiləşdirməsini tələb etmişdir. Onlar qayıtdıqdan sonra avtomobili öz adına keçirəcəyi barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə cavadeh “MAN TGX 18.480” yük markalı avtomobili və onun “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu o, gələnə qədər formal olaraq öz adına rəsmiləşdirərək avtomobilə **-XP-*** dövlət qeydiyyat nişanı almışdır. Bir müddət sonra o, cavabdehdən avtomobili onun adına keçirməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh onun dostu olduğuna görə o, bunun üçün çox təkid etməmişdir. Sonuncu dəfə o, 2023-cü ilin oktyabr ayının əvvəllərində yenə cavabdehə müraciət edərək avtomobili onun adına keçirməsini xahiş edən zaman cavabdeh ona həyat yoldaşı Cavabdeh2 cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın yanında (himayəsində) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Müvəqqəti təminat tədbiri olaraq cavabdehə məxsus bütün əmlakın üzərinə həbs qoyulması barədə ərizəyə əsasən onların birgə nikah dövründə əldə etdikləri bütün əmlakın, həmçinin formal olaraq onların birgə nikah dövründə əldə etdikləri əmlak kimi görünən “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun da üzərinə həbs qoyulmuşdur. Cavabdehə qarşı həmin iddianı qaldırmış cavabdehin həyat yoldaşı həmin avtomobilin ona məxsus olduğunu biləbilə həmin avtomobilin formal olaraq ərinin adına qeydiyyata alınmasını əsas götürərək həmin əmlakı da birgə nikah dövründə əldə edilmiş əmlak kimi təqdim edib bölüşdürmək istəyir. Bu yolverilməzdir və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir.Həm cavabdeh və cavabdehin ailəsi, həmdə cavabdehə qarşı iddia qaldıran cavabdehin həyat yoldaşı Cavabdeh2 və həmin şəxsin valideynləri həmin avtomobilin onun pulu ilə alınaraq ona məxsus olmasını gözəl bilirlər. Həmin avtomobilin üzərində onun mülkiyyət hüquqları formal olaraq rəsmiləşdirilməsə də, həqiqətən həmin avtomobilin pulunu o, ödəmişdir. Həmin avtomobil onun mülkiyyətindədir və həmin avtomobil ona qaytarılmalıdır. Cavabdehin onun haqlı tələblərinə laqeyd yanaşması və öhdəliyini vaxtıda yerinə yetirməməsi nəticəsində o, hazırda mülkiyyətindən əsassız və qanunsuz məhrum edilmək təhlükəsi ilə üzləşmişdir.
6. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək 2(003)-4478/2023 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclasında hüquqlarnı müdafiə etdiyi Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı İddiaçı razılığının olub-olmaması məsələsinin müzakirə edilməsini, münasibətin müsbət olacağı halda şəxsin cavabdeh qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini, İddiaçı razılığının olmadığı halda Cavabdeh2 2(003)-4478/2023 saylı mülki iş üzrə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur.
9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 633/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
11. Məhkəmədə tərəflərin izahatları məzmun baxımından öz növbəsində iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə predmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində olmuş və daxili inam yaranması üçün müəyyən mənada əhəmiyyət kəsb edir.
12. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak" tələbinə dair iddiası rədd edilmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işi araşdırarkən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “nikahın pozulması, uşaqların iddiaçının himayəsində (yanında) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işi qeyd etmiş, eyni zamanda qanunvericiliyin bəzi normalarını sadalamaqla kifayətlənmişdir. Bəli, cavabdeh və onun ailəsi arasında mübahisə vardır və indiki iddianın ailə mübahisəsinə heç bir aiddiyyəti yoxdur və bir-biri ilə əlaqəli deyildir. Məhkəmə mübahisə edilən əmlakı birgə nikahları dövründə əldə edilmiş hesab etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, o əmlak birgə əmlak hesab edilə bilər ki, o tərəflərin birgə büdcəsi, ailəyə məxsus gəlir hesabına alınmış olsun, lakin mübahisəli nəqliyyat vasitəsi və qoşqu iddiaçının pulu əsasında alınmış və bunu təsdiq edən sənəd işə əlavə olunmuşdur. İşdə olan hallardan da göründüyü kimi, mübahisələndirilən nəqliyyat vasitələri cavabdehin birgə nikah dövründə qazandıqları pul vəsaiti hesabına alınmamışdır və birgə mülkiyyət hesab edilə bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ekspertin təmin edilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmiş, onda olan müqaviləni və kredit üzrə ödənişləri təsdiq edən sənədləri qəbul etməkdən imtina etmişdir. Məhkəmə əmlakların alınması üçün sərf olunan pulun ona məxsus olması faktını araşdırmamışdır. Halbuki, nəqliyyat vasitələri ölkəyə gətiriləndə həmin vaxt iddiaçı işlə bağlı Bakı şəhərində olmadığından məcbur olub, cavabdehdən öz adına sənədləşdirilməsini xahiş etmişdir. Cavabdehin iddianı etiraf etməsi, pul köçürmə haqqında qaimələrdən də görünür ki, mübahisəli əmlak iddiaçının vəsaiti hesabına alınmışdır. Göründüyü kimi, hakim işə tez-tələsik baxmış, araşdırma etmədən, onda olan sübutları araşdırmadan, vəsatəti qəbul etmədən qərar qəbul etmişdir. İşi mahiyyəti üzrə araşdıran hakim öz hakim mövqeyindən istifadə etməklə iş üzrə araşdırma apara, qeyd edilən müqavilə üzrə ekspertiza təyin edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o, iddiaçının sürücüsünə nəqliyyat vasitəsini idarə etmək üçün 2023-cü ilin mart ayında etibarnamə vermişdir. İddiaçı nəqliyyat vasitəsi alınan zaman Şuşa şəhərində işlər görürdü. Hamı bilir ki, iddiaçı bu işlə məşğuldur. Nəqliyyat vasitəsi onun vasitəsi ilə alınmışdır. Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi onun adına həyata keçirilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, nəqliyyat vasitəsinin və yarımqoşqunun alınmasına görə o, vasitəçiyə bütövlükdə 65.000 manat məbləğində pulu nağd qaydada ödəmişdir. Pul iddiaçının pulu idi. Gömrük rəsmiləşdirilməsi üçün əlavə pul ödənilmişdir. Üzeyir Kərimov adlı şəxsi tanımır. Özü bağban kimi fəaliyyət göstərir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, bu iddia birgə nikah dövründə əldə edilmiş əmlakı bölgüdən yayındırmaq məqsədilə qaldırılmışdır. Digər cavabdehin dostu iddia qaldırır, cavabdeh də iddianı məhkəmədə qəbul edir. Əgər iddiaçı digər cavabdehlə dostdularsa, onda necə olur ki, cavabdeh nəqliyyat vasitəsini iddiaçının adına rəsmiləşdirilməsindən yayınmışdır. İddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər cavabdeh ticarətlə məşğuldur, mağazası var. Belə çıxır ki, onun 15 il qazancı olmamışdır.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Hazırki iş üzrə iddiaçı iddia edir ki, mübahisəli nəqliyyat vasitəsi və yarımqoşqu onun vəsaiti hesabına alınmış, lakin xx.xx.2023-cü il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş və hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu əsasla həmin nəqliyyat vasitəsinin və yarımqoşqunun cavabdehdən alınaraq ona verilməsini tələb edir.
26. Halbuki, iddiaçı sözügedən nəqliyyat vasitəsinin və yarımqoşqunun onun vəsaiti hesabına alınmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
27. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Üzeyir Kərimov adlı şəxsə xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən 10.300 manat məbləğində vəsait ödəmişdir.
28. Lakin həmin vəsaitin mübahisəli nəqliyyat vasitəsinin və yarımqoşqunun alınması üçün ödənildiyi həmin sənəddən müəyyən edilmir. İddiaçı tərəfindən məhkəməyə hər hansı başqa sübutlar (sənədlər) təqdim edilməmişdir.
29. Cavabdeh1 isə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsi və yarımqoşqu onun vasitəsi ilə alınmış, onların alınmasına görə o, vasitəçiyə bütövlükdə 65.000 manat məbləğində pulu nağd qaydada ödəmiş, Üzeyir Kərimov adlı şəxsi isə tanımır.
30. Məhkəmə kollegiyası həmin cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
31. İşdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi digər cavabdehin hüquqlarını pozur və belə olan halda həmin etiraf məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, hazırda cavabdehlər arasında mübahisəli nəqliyyat vasitəsinin və yarımqoşqunun bölgüsü ilə bağlı məhkəmədə mübahisə var.
32. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı cavabdehin adına rəsmi reyestrdə qeydə alınmış nəqliyyat vasitəsini və yarımqoşqunu cavabdehlərdən tələb etsə də, həmin qeydin özünü mübahisələndirməmişdir. Bu əsasla da iddiaçının iddiası təmin edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-633/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.