Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5962/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan evin paylara uyğun naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 7ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdehlərin, yəni Cavabdeh2 1 otaq-17,6 kv.m, Cavabdeh3 2 otaq-46.7 kv.m, Cavabdeh1 1 otaq-14,7 kv.m, eyni zamanda onun 2 otaq-54,2 kv.m daşınmaz əmlakın dövlət reyestr kitabında çıxarışa əsasən, mülkiyyət hüququ üzrə hər birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi əmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq naturada bölünməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2, 5 manatının Cavabdeh3 tutularaq iddiaçıya ödənilmsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 manatın 25 (iyirmi beş) manatının İddiaçı, 25 (iyirmi beş) manatının Cavabdeh1, 25 (iyirmi beş) manatının Cavabdeh3, 25 (iyirmi beş) manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(VÖEN**********,AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. (sədrlik edən: Şəhla Süleymanova). Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq fərdi yaşayış evinə dair bölgü-sxeminin verilməsi ilə bağlı 23.10.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 230,6 kv.m (yerləşdiyi 0,01898 ha torpaq sahəsi üzərində mülkiyyət növü — dövlət, hüququn növü — istifadə) olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2 otaq - 46,7 kv.m hissəsi Cavabdeh3, 1 otağı — 17,6 kv.m hissəsi Cavabdeh2, 2 otaq — 54,2 kv.m hissəsi İddiaçı və 1 otaq — 14,7 kv.m hissəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların paylı mülkiyyətindədir. Bundan əlavə müvafiq ünvanda 20.04.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus hissə "A” tikilisində, 2-ci mərtəbədə (2-ci mərtəbənin hamısı) yerleşir. "A” tikilisi 2 mərtəbəlidir və 1-ci mıərtəbədə digər payçılara məxsus hissələr yerləşir. Bundan başqa, müvafiq fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsinin müvafiq qətnaməsində 12.11.2020-ci il tarixli, 10/1592 saylı ekspert rəyinə istinad edilməklə müvafiq fərdi yaşayış evinin naturada bölünməsinin mümkünlüyü qeyd olunmuşdur. Lakin müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Bele ki, müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlerinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış evlerində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evinin naturada ayrılması ilə bağlı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Macellesinin 135.6-cı maddesinə əsasən əşyalar bölünən ve bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölüne bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Qeyd olunanlardan əlavə, birinci instansiya mehkəməsi idarəyə məhkəməyə iclasının vaxtl və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verildiyini, lakin İdarənin nümayəndəsinin məhkəmə iclasnda iştirak etmədiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, idarənin nümayəndəsinin məlumatına əsasən idarənin səlahiyyətli nümayəndəsi qeyd olunan vaxtda məhkəmə zalında olsa da, lakin hakim məhkəmə iclasında iştirak etmemiş, lakin sonradan idarənin nümayəndəsinin iştirakı olmadan məhkəmə tərəfindən iş üzre iddianın temin edilmesi ile bağlı qətnamə qebul edilmişdir. Qeyd olunan halların düzgün ve qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş tikililərə və texniki pasporta uyğun deyil, sonradan özbaşına inşa edilmiş əlavə sahələri də nəzərə almaqla keçirilmiş və ekspert rəyi də əlavə sahələri nəzərə almaqla verilmiş və ya köməkçi sahələrin ölçüləri ekspert rəyində düzgün qeyd olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı Apleyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(103)-5962/2021 saylı qərardadı ilə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətindən imtinası qəbul edilmiş və Cavabdeh3 münasibətdə apleyasiya icraatına xitam verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 nömrəli xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1 otaq-14.7 kv.m (********** qeydiyyat nömrəsi, 25.06.2013), İddiaçı 2 otaq-54.2 kv.m (********** qeydiyyat nömrəsi, 11.07.2019), Cavabdeh3 2 otaq-46.7 kv.m (110668660 qeydiyyat nömrəsi, 10.01.2007), Cavabdeh2 1 otaq-17.6 kv.m (********** qeydiyyat nömrəsi, 21.05.2008) hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 12.11.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanına bölgü sxeminin tərtib edilməsinə dair ərizəyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina cavabı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2020-ci il tarixli, 10/1592 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tərəflərin hər birinin faktiki təcrid mənzillər kimi istifadə etdikləri tikililər (faktiki bölünmüş sahələr) onların istifadəsində saxlanıla bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə mübahisələndirilən məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallara dair konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Kollegiya qeyd edir ki, şikayətçi mübahisələndirmək istədiyi məhkəmə aktının onun hər hansı maraqlarına toxunduğuna dair heç bir sübut və əsaslandırma verməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apelyasiya şikayətində fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşməsini və konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmadığını bildirsə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ekspert rəyinə əsasən ünvan 2 nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tərəflərin hər birinin faktiki təcrid mənzillər kimi istifadə etdikləri tikililər (faktiki bölünmüş sahələr) onların istifadəsində saxlanıla bilər. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kim iistifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi Mülki qanunvericiliyin tələblərinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi aktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5962/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5962/2021
25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver