Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5968/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Ərizəçi Abdulova X4 Nailə Ramiz qızını maraqlı şəxs qismində işə cəlb etməklə xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesinin nəticəsi olaraq, Maraqlı şəxs1 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0575 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-8206/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs1 (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6- 0575 nömrəli Barışıq Sazişi “Maraqlı şəxs1 450.000 manat məbləğində pulu Ərizəçi 10 gün müddətində ödəməyi öhdəsinə götürür” məzmununda təsdiq edilmiş, ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs1 tutularaq, dövlət nəfinə ödənilmişdir. Maraqlı şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-8206/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə Maraqlı şəxs2 ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Maraqlı şəxs2 şikayət verərək, qərardadın ləğv edilməsini və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8206/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs1 arasında 2000ci ildə nikah bağlanmışdır. O, zəhmətkeş insan olmuş, müxtəlif şirkətlərdə çalışaraq daim yüksək gəlirə malik olmuş, ailəsinə və uşaqlarına yaxşı baxmışdır. Birgə nikah dövründə çox saylı daşınmaz əmlaklar əldə olunmuşdur. Lakin hazırda onların münasibətləri kəskin dərəcədə pisləşərək, dözülməz həddə çatdığından və birgə yaşamaqları qeyri-mümkün olduğundan cavabdehlə faktiki olaraq ayrılmışdır. Birgə nikah dövründə əldə olunmuş bütün əmlaklara dair sənədlər cavabdehdə qalmışdır və cavabdeh artıq bir neçə əmlakı gizli və qanunsuz yollarla özgəninkiləşdirməyə çalışır. Ona indi məlum olmuşdur ki, cavabdeh görüntü yaratmaq və qanunsuz əməllərini pərdələmək məqsədilə tanımadığı Ərizəçi adlı bir şəxslə qanunsuz bir borc müqaviləsi bağlamış, həmin əqdi barışıq sazişi və məhkəmə vasitəsi ilə“qanuniləşdirmişdir” və icra mərhələsində birgə nikah dövründə əldə edilmiş iki əmlakı artıq ələ keçirmək mərhələsindədir. Belə ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov birgə nikah dövründə əldə edilmiş və Maraqlı şəxs1 adına olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54, M19, m1 saylı mənzil və Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədovküçəsi, 346 D saylı torpaq sahəsi üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İşə baxılarkən də məhkəmə araşdırması zamanı, sorğular verilmiş və borclu Maraqlı şəxs1 xx.xx.2000-ci il tarixdən rəsmi nikahda olduğu, həmçinin, birgə nikahdan 2005-ci il təvəllüdlü uşağının olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən borclu Maraqlı şəxs1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54, M19, m1 saylı mənzilə mülkiyyət hüququnu xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədovküçəsi, 346 D saylı torpaq sahəsinə mülkiyyət hüququnu xx.xx.2023-cü il tarixdə, yəni birgə nikahda olduğu dövrdə əldə etməsi bir daha təsdiqlənmişdir. Məhz bu əsasla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlİ, 8(011)-542/2024 saylı qərardadı ilə təqdimat təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 8(103)-292/2024 saylı qərardadı ilə tələbkar Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-8206/2023 nömrəli icra sənədi üzrə borclu Maraqlı şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54, M19, m1 saylı mənzilin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 346D saylı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, məhkəmənin bu hallarla bağlı sərgilədiyi mövqe əsassızdır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, e-2(011)-8206/2023 saylı qərardadı qeyd olunan normaların tələblərinə və bu qəbildən olan ərizələr üzrə oturuşmuş məhkəmə praktikasına ziddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8206/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, ərizəçi Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında 2000-ci ildə nikah bağlanmışdır. X5 Ərizəçi Şıxbala qızı tərəfindən 500.000 manat məbləğində pul borc verilmiş və tərəflər bu münasibətlərini xx.xx.2022-ci il tarixdə bağlanmış borc müqaviləsi ilə rəsmiləşdirmişdilər. Həmin məbləğin 50.000 manat hissəsi qaytarılmış, lakin qalan hissəsinin ödənilməsi təmin edilməmişdir. Bununla bağlı tərəflər arasında yaranmış mübahisə nəticəsində Ərizəçi Şıxbala qızı mediasiya təşkilatına müraciət etmişdir. Həmin proses çərçivəsində tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış Barışıq sazişinə əsasən X7 qeyd edilən məbləği 10 gün müddətində ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin həmin müddət ərzində ödəniş təmin edilmədiyindən Ərizəçi Şıxbala qızı bu sazişin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticədə saziş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-8206/2023 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Bununla belə, ərizəçi Şadiyev X3 Dinara Şıxbala qızı ilə Maraqlı şəxs1 arasında yaranmış borc münasibətlərinin tərəfi olmamış, borc müqaviləsinin predmetini təşkil edən məbləğin qaytarılması ilə bağlı onun da Ərizəçi Şıxbala qızı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Həmin münasibətlərin Maraqlı şəxs2 hər hansı aidiyyətinin olması ümumiyyətlə müəyyən edilmir. Bu baxımdan qeyd edilən qətnamə hər hansı bir hal üzrə ərizəçi Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunmur. Artıq müəyyən edildiyi ki, məhz xx.xx.2022-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış mübahisə üzrə tərəflər mediasiya prosesində iştirak etmişlər və nəticədə onların arasında barışıq sazişi bağlanmışdır. Bu sazişin təsdiq edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-8206/2023 saylı qətnaməsinin icrası ilə bağlı həyata keçirilmiş məcburi icra tədbirləri çərçivəsində Maraqlı şəxs1 mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması da (bu əmlakların birgə nikah dövründə əldə edilməsi öz təsdiqini tapdığı təqdirdə belə) həmin qətnamənin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunması halı kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs2 ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən onun şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8206/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5968/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5968/2024
18.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver