Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5984/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, cavabdeh İddiaçı və X16 arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən – tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında X21 adına qeydə alınması Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, X19 dəymiş 450000 manat məbləğində real zərərin və 50000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-268/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 08 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı (vəkili X17) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 08 sentyabr 2010-cu il tarixli qətnaməsi qismən – Afət Əliyevanın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2144/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadına əsasən, Afət İsi qızı X3 Rüstəmova, X14, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak X10 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X2 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 may 2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu, Zığ və SuraxanıQaraçuxur yolunun kəsişməsində yerləşən daşınmaz dövlət reyestrində 6 nömrəli reyestr kitabının 609 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəli **********105-12301, xüsusi mülkiyyət hüquqları Cavabdeh1 adına ümumi sahəsi 972.5 kv.m olan (inzibati bina 928.5 kv.m, yardımçı bina 44 kv.m) və MA seriyalı, ******* saylı, 30 aprel 2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin İddiaçı adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxaırşın verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməməsi qərara alınmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 500000 ABŞ dollarının günə olan manata məzənnəsi ilə 850000 manat maddi zərərin və 150000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2144/2011 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddiaçı X21 cavabdehlər İddiaçı, X12, 22 saylı Dövlət Kontoruna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yeni qeydiyyat vəsiqəsinin verilməsi barədə ilkin, İddiaçı X25 qarşı “real və mənəvi zərərin tutulması barədə” qarşılıqlı iddia tələbinə dair iş üzrə cavabdeh İddiaçı icrada dönüş haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən, X4nun Cavabdeh3 Şahbaz qızına və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması iddiası təmin edilərək, Cavabdeh3 Şahbaz qızı ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, 177.968 manat məbləğində pul vəsatinin Cavabdeh1 alınaraq X7 ödənilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh3 Şahbaz qızının və Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinin əldə edilməsində X4nun üstünlük hüququnun tanınması qət edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2(001)- 699/2016 saylı qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, X4nun Cavabdeh3 Şahbaz qızına və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 Şahbaz qızının cavabdehlər X1 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsidə dair” ilkin iddia ərizəsinin təmin edilməməsi, X4nun Cavabdeh3 Şahbaz qızına, Cavabdeh1 və qeyrilərinə qarşı “daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4845/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2413/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. X4nun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2413/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 6333/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X4nun Cavabdeh1 qarşı pul tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3842/2018 saylı işi üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı X4nun nümayəndəsi-vəkili Firudin Hüseynbəylinin apellyasiya şikayəti də təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3842/2018 saylı işi üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh1 şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12175/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs(özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir.
15. 23 fevral 2011-ci il tarixli Barışıq razılaşması haqqında müqaviləyə əsasən, müqavilə imzaladığı andan, tərəflərin qarşılıqlı razılığı əsasında – Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m sahəsi olan daşınmaz əmlak (MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən – reyestr nömrəsi**********05 – 12301, qeydiyyat nömrəsi – ********** və xx.xx.2010-cu il tarixli) üzərində hüquqlar mütənasib olaraq olan Cavabdeh1 və İddiaçı arasında bölünür. X18 adından etibarnamə ilə çıxış edən Rüstəmov X5 rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, X21 ona olan borcunun, vərəsəsi – Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cavabdeh1 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1.45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m sahəsi olan daşıınmaz əmlak üzərində sahiblik və sərəncam vermək hüquqlarını X4 ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı X4 tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600000 ABŞ dolları Cavabdeh1 və 500000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh1 – 37.5 %, İddiaçı – 37.5 %, X1 – 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə X1 verilir.
16. 11 aprel 2011-ci il tarixli Barışıq razılaşması haqqında Müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında – X6 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTKnin Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh1 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qaydada 25 faiz həcmində müəyyən edilir. X6 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh1, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. "xxxx" MTK-nin istifadə hüququna malik olduğu 20ha torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. "xxxx" MTK-də təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən əmlak kompelski xx.xx.2003-cü il tarixindən X9 adına, xx.xx.2004cü il tarixli 4Ə-1/169 və 4Ə-1/170 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin ½ hissəsi İddiaçıoviçin, ½ hissəsi isə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)- 67/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixində əmlak kompleksi (tam) X15 adına, xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına, xx.xx.2012-ci il tarixli 4Ə/726 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində Cavabdeh3 Şahbaz qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-699/2016 nömrəli qərarına əsasən qeyd edilən daşınmaz əmlakın üzərinə Cavabdeh3 Şahbaz qızının və Cavabdeh1 mülkiyyət hüquqlarına xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
18. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əəmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri 11 saylı Notariat Ofisi üçüncü şəxs qismində qeyd olunmaqla) qarşı vərəsəlik şəhadətnaməsinin, hüquqverici sənədlərin, əqdin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi və maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixində əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə X13 adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin ona İddiaçı) aid hissəsində etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Şahmar qızı arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binasına dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçıya (İddiaçı) aid hisssində etibarsız hesab edilməsi; həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavadeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100000(yüz min) manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Tələbdə göstərilir ki, cavadehlərdən Cavabdeh1 və Cavabdeh2 anası X28 ilə şərikli münasibətlərdə biznes fəaliyyətləri olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Bu müraciətlərdən biri də Afət Əliyevanın iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı, 06 may 2010-cu il tarixli qətnaməsi ilə, onun ilkin iddiası təmin edilmiş, cavabdeh-İddiaçı və X16 arasında 22 saylı dövlət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş; həmin müqavilə əsasında verilmiş 357 "a" saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən-tikilinin A hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi-A tikilinin-945,5 kv.m., B-tikilinin-44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında X21 adına qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldilmiş və qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, X21 adına reyestrdən çıxarış da verilmişdir. Məhkəmənin həmin qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3512/2010 saylı, 08.09. 2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə verilmiş kassasiya şikayətinə əsasən isə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Mülki Kollegiyanın 21 fevral 2011-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə kassasiya qaydasında baxılarkən iş üzrə iddiaçı X28 vəfat etmiş və kassasiya instansiya məhkəməsi onun oğlu Cavabdeh1 iş üzrə hüquqi varis kimi işə cəlb etmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçının hüquqi varisi Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmişdir və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin İddiaçı adına sənədləşməsi barədə razılığa gəlimişlər. Göstərilənlərlə əlaqədar olaraq bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli qərardadı ilə, Afət İsi qızı X3 Rüstəmova, X14, Bakı şəhəri 22 saylı Dövlət notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X2 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddiası üzrə mülki işdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. X28 ilə arasında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, X28 ona zəng edərək, ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əlindən alınmış əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra X28 vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri Cavabdeh1 və Cavabdeh2 ilə aralarında müvafiq müqavilələr də bağlanmışdır. Qeyd olunan iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin onun adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmiş, hətta məhkəmə qaydasında da bu məsələ öz həllini tapmamışdır. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu mübahisə, əmlak hüquqlarının dövlət qeydiyyatını aparan Reyestr Xidmətinin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə onun Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır. Lakin bunun da heç bir nəticəsi olmamışdır. 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. Uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh1 və Cavabdeh2 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmış, dərhal da iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmış və həmin məhkəmədə ona məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi- A tikilisinin- 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m olan qeyri yaşayış binası, Cavabdeh1 tərəfindən, ünvan 3 ünvanda yaşayan Cavabdeh3 177968 manata satılmış və onlar arasında bu əmlakın alqısatqısına dair müqavilə, xx.xx.2012-ci il tarixdə, 11 saylı Dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa, bu şəxslər arasında, xx.xx.2012-ci il tarixdə həmin Dövlət notariat kontorunda daha bir alqı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, Cavabdeh3 mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahəsi 40000 manata Cavabdeh1 satılmışdır. Bu cür müəmmalı alqı-satqı müqavilələri bağlamaqla cavabdehlər aralarındakı alqı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, o, həbs olunmamışdan əvvəl, mübahisəli qeyri yaşayış binasının bazar qiyməti 600-800 ABŞ dolları məbləğində müəyyən edilmiş və bu əmlakın, həmçinin, şərikli olduğu digər əmlakların satışından əldə ediləcək gəlirdən onun payına düşən məbləğin miqdarı 500 min ABŞ dolları miqdarında müəyyən edilmişdir. Beləliklə, Cavabdeh1 tərəfindən 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda xx.xx.2012-ci il tarixdə, alqı-satqı yolu ilə qanunsuz olaraq ünvan 5 ünvanda yaşayan Cavabdeh3 Şahmar qızının adına özgəninkiləşdirilmişdir. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A- tikilisinin 945,5 kv.m, Btiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası üzrə tam mülkiyyət hüququnun 50 faizi onun adına yenidən qeydiyyata alınmaqla, bu barədə ona reyestrdən çıxarışın verilməsi təmin edilməlidir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Günel Abbasova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
21. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alqı-satqı müqaviləsindən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, xeyli müddət keçdikdən sonra iddia qaldırmışdır. Bununla da iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı izahat (etiraz) təqdim olundu.
23. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil yazılı izahat şəklində etiraz verərək apellyasiya şikayətinin təmin edlməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
24. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Daşınmaz Əəmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
32. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
33. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
34. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
35. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. 37.F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 38.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. ...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
39. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
40. Bu mənada hazırki iddia tələbləri irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etmə və hüquqdan sui-istifadəyə yol verməmə tələb olunurdu. Belə ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu mənada, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və buna görə də şikayətin dəlillərinin əsaslı olması təsdiq edilmədiyindən qətnamənin ləğv edilməsi üçün də əsas yoxdur. 41.Buna baxmayaraq məhkəmə tərkibi apellyasiya şikayətinin hər bir dəlili ilə bağlı aşığıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin əqdlərin etibarsızlığını nəzərdə tutan normaları nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.
42. Hazırki iş üzrə iddiaçının yekun tələbi dörd hissədən ibarət olmuşdur. Tələbin birinci və ikinci hissəsi şərti olaraq əsas tələb kimi qiymətləndirildiyi halda üçüncü və dördüncü hissələr onlardan asılı, yəni törəmə tələb kimi qiymətləndirilməlidir. Ona görə də birinci və ikinci tələb əsassız olduğu halda digər tələblər üzrə əlavə araşdırma aparılmasına da lüzum qalmır.
43. Əvvəla, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə iddiaçının tələbinin birinci və ikinci hissəsində nəzərdə tutulan hissəlləri ilə tam olaraq eyni iddiaya X4nun qarşılıqlı iddiası əsasında başqa məhkəmənin icraatında iş olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7678/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Şahbaz qızının cavabdehlər X1 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsidə dair ilkin iddiası və X4nun Cavabdeh3 Şahbaz qızına, Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında qarşılıqlı iddiası rəd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2413/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4845/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə X4nun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2413/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarında, o cümlədən kassasiya instansiyası məhkəməsinin qərarında açıqaşkar qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən hazırki mübahisənin də predmetini təşkil edən qeyri-yaşayış sahəsinin X15 məxsusluğu təsdiq olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2010-cu il tarixində təkrarən Afət Abdullayevanın adına qeydiyyat aparılmış və müvafiq çıxarış verilmişdir. Afət Abdullayevanın ölümü ona məxsus əmlak hüquqlarının xitamına deyil, həmin əmlakın miras aktivi kimi onun vərəsələrinə keçməsinə səbəb olmuşdur, miras aktivi ilə bağlı Afət Abdullayevaya qarşı mübahisələndirilə bilməyən faktlar onun vərəsələrinə qarşı da mübahisələndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli əmlaka dair mərhum Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixdə aparılmış qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Qeyd olunan məhkəmə aktlarında Cavabdeh1 ilə Cavabdeh3 Şahmar qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi rədd edilərkən Cavabdeh3 mübahisə predmeti olan əmlakı vicdanlı əldə etməsi təsdiq olunmuş, hətta Afət Abdullayevanın adına aparılmış qeydiyyat və çıxarış, onun əsasında Cavabdeh1a verilmiş vərəsəlik haqqında şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat və çıxarış əsassız olsa idi belə, bu hallar əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi.
44. Düzdü, hazırki iş üzrə iddiaçı həmin işdə iştirak edən şəxs olmadığından qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş faktlar bu iş üzrə MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Lakin nə qədər ki, hazırki iddianın birinci və ikinci hissələri ilə qeyd olunan işdə olan tələbin eyni hissələri ilə tam olaraq eynidir, yəni eyni predmet və eyni əsas sayılır, demək ki, müəyyən edilmiş bu faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə də lüzum qalmır.
45. Bundan əlavə, işin hallarında göstərilən məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, iddiaçı hələ 23 fevral 2011-ci ildə cavabdehlər Ceyhun və Cavabdeh2lərlə, həmçinin Poladxan Məmmədkərimovla barışıq razılaşması haqqında müqavilə bağlamış və həmin müqavilənin predmetində hazırkı mübahisənin predmeti olan daşınmaz əmlakın mərhum Afət Abdullayevanın tam mülkiyyətində olmasını və miras əmlak kimi cavabdehlər Ceyhun və Cavabdeh2lərə keçəcəyini bilib bununla razılaşmışdır. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından da görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin vərəsəlik qaydasında Cavabdeh1 adına 30 aprel 2011-ci il tarixdə qeydə alınmasından məlumatlı olub və məhz buna görə daşınmaz əmlaka dair Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin onun adına, 50 faizinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxarışın verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Hətta, bundan sonra da, Cavabdeh1 və Cavabdeh2 qarşı 500000 ABŞ dollarının günə olan manata məzənnəsi ilə 850000 manat maddi zərərin və 150000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) xeyrinə tutulması tələbi ilə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olmuş əmlakın Cavabdeh1 adına keçəcəyindən və ya keçməsindən 2011-ci ilin fevral və aprel aylarında tam məlumatlı olmuşdur. Bütün bunlardan sonra, yəni 11 il keçdikdən sonra 2022-ci ilin may ayında hazırki iddia ilə məhkəməyə müraciət etməsi də anlaşılan olmamışdır.
46. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Göründüyü ki, hətta qəbul edilsə belə ki, iddiaçı mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasından, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsindən, daha sonra isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbərsiz olmuş, yuxarıda qeyd olunan məhkəmə aktlarından və digər sənədlərdən bəlli olur ki, məlumatlı olduğu halda 11 il ərzində etibarsızlığını tələb etdiyi qeydiyyaıtı, vərəsəlik şəhadətnaməsini və alqı-satqı müqaviləsini mübahisələndirməmiş, bu da faktiki olaraq mübahisə predmeti olmuş əmlakın mərhum Afət Əliyevanın tam mülkiyyət hüququ əsasında adına qeydə alınmasını, sonradan vərəsəlik qaydasında Cavabdeh1 mülkiyyətinə keçməsini, daha sonra isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçməsinə razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir. Çünki, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
47. Qeyd olunduğu kimi, tələbin üçüncü və dördüncü hissələri bilavasitə birinci və ikinci hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki, təmin edilib-edilməmələri sırf birinci və ikinci hissələrdən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
48. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə ünvan 6 ünvanda yerləşən əmlak kompeksinin əvvəldən hal-hazıradək kimlərin mülkiyyətində olması, hansı razılaşma, vərəsəlik və müqavilələr əsasında hüquq sahiblərinin dəyişməsi barədə məlumat verilməsi, eləcə də həmin əmlak kompleksi barədə məlumatda göstəriləcək bütün hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanda yeriəşən əmlak kompleksi xx.xx.2003-cü il tarixində X9 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 22 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə-1/169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/2 hissəsi İddiaçıoviçin, 4Ə-1/170 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1/2 hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-67/2010 nömrəli qətnaməsinə əsasən sözügedən əmlak tam olaraq xx.xx.2010-cu il tarixində X13 adma qeydiyyatdan keçmişdir; Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir; Bakı şəhərinin xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/726 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində Cavabdeh3 Şahbaz qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-699/2016 nömrəli icra vərəqinə əsasən Cavabdeh3 Şahbaz qızının və Cavabdeh1 mülkiyyət hüquqları ləğv edilmişdir. Bununla əlaqədar qeyd olunur ki, həqiqətən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən, X4nun Cavabdeh3 Şahbaz qızına və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması iddiası təmin edilərək, Cavabdeh3 Şahbaz qızı ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, 177.968 manat məbləğində pul vəsatinin Cavabdeh1 alınaraq X7 ödənilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh3 Şahbaz qızının və Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinin əldə edilməsində X4nun üstünlük hüququnun tanınması qət edilmişdir. Lakin sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2(001)-699/2016 saylı qiyabi qətnaməsi Cavabdeh3 Şahbaz qızının ərizəsinə əsasən ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. Bundan sonra isə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, X4nun Cavabdeh3 Şahbaz qızına və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh3 Şahbaz qızının və Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları ləğv edilsə sonradan həmin qətnamə ləğv edildiyindən qiyabi qətnamənin icrasında dönüş məsələsi öz həllini tapmamışdır. Lakin həmin məsələ hazırki icraatın predmetinə aid olmadığından bu icraat çərçivəsində icrada dönüş məsələsinə baxıla bilməz. Bununla əlaqədar, maraqlı şəxslərin qeyd olunan qətnamənin icrasında dönüşlə bağlı birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları mövcuddur.
49. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, əqdin etibarsızlığının əsası və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
50. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.