Məhkəmə qərarları › İş №2(103)-6023/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6023/2020

07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6023/2020 07.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı borc tələbi və ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 359/2018 saylı işi üzrəxx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Sabunçu rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı borc tələbi və ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir( iş səh.144). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli (buraxılmış prosessual müddətin bərpasına dair) qərardadının tərəflərə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə göndərilməsi barədə məktubun olmasına baxmayaraq (iş səh.154,157), qərardadın aidiyyəti üzrə göndərilməsinə (çatmasına) dair heç bir sənəd iş materiallarına əlavə olunmamış və göndərildiyi tarix nəzərə alınmaqla, birinci instansiya məhkəməsi məzmun tələblərinə cavab verən apellyasiya şikayətini (ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə) şikayətin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, işdə iştirak edən digər şəxslərin qərardaddan şikayət vermək hüququnu nəzərə almayaraq şikayət vermə (hüquqlarını təmin etməmiş) müddətini gözləməmişdir. Ona görə də, məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətləri və müvafiq gözləntiləri səlahiyyəti həddində həyata keçirməli və işdə iştirak edən bütün şəxslərin məhkəmə aktından şikayət vermə hüquqlarını təmin etməlidir. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların (baxılmanın hədlərinin) qəti olaraq müəyyən edilməsi mümkün deyil və bu prosessual qeyri-müəyyənlik sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amildir. Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindənverilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar