Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6027/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Həsənov Rafil Abasət oğluna, Cavabdeh2, Həsənov Xəyal Rafil oğluna, İddiaçı və X1 qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi» və qarşılıqlı olaraq İddiaçı Cavabdeh1 ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1ASC-nin cavabdehlər Həsənov Rafil Abasət oğluna, Cavabdeh2, Həsənov Xəyal Rafil oğluna, İddiaçı və X1 qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi» və qarşılıqlı olaraq İddiaçı Cavabdeh1 ASC-ə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Həsənov Rafil Abasət oğluna, Cavabdeh2, Həsənov Xəyal Rafil oğluna, İddiaçı və X1 qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilməsi, xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsinə əsasən 115.493 manat 62 qəpik əsas borc, 8.736 manat 40 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 124.430 manat 02 qəpiyin Cavabdeh2 Havəsət oğlundan Cavabdeh1 ASCnin xeyrinə tutulması, xx.xx.2012-ci il tarixli AS № 002/R-05 saylı kredit müqaviləsinə əsasən 107.922 manat 60 qəpik əsas borc, 8.015 manat 49 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 116.138 manat 09 qəpiyin Həsənov Rafil Abasət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, xx.xx.2014-cü il tarixli İK № 1041-05 saylı kredit müqaviləsinə əsasən 226.710 manat 87 qəpik əsas borc, 37.893 manat 11 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 265.003 manat 98 qəpiyin Həsənov Rafil Abasət oğlundan Cavabdeh1 ASCnin xeyrinə tutulması, xx.xx.2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsinə əsasən 166.630 manat 84 qəpik əsas borc, 29.863 manat 72 qəpik faiz, 400 manat cərimə olmaqla, cəmi 196.894 manat 56 qəpiyin Həsənov Rafil Abasət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, xx.xx.2016-cı il tarixli İK № 1595-05 saylı kredit müqaviləsinə əsasən 500.000 manat əsas borc, 51.667 manat 07 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 552.167 manat 07 qəpiyin Həsənov Rafil Abasət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində rüsum, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 Havəsət oğlundan və Həsənov Rafil Abasət oğlundan müştərək qaydada Cavabdeh1 ASC-nin xeyrinə tutulması, 13 dekabr 2012-ci il tarixli AS № 002/N-05 saylı və 13 dekabr 2012-ci il tarixli AS № 002/R-05 saylı kredit müqavilələri üzrə ümumi borc məbləğinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq, əldə olunmuş məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-ə ödənilməsi, 08 yanvar 2014-cü il tarixli İK № 1041-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına və X1 məxsus ünvan 2 ünvanda istifadəsində olan 0,06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılaraq, əldə edilən məbləğ borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi, 17 oktyabr 2014-cü il tarixli İK № 1382-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin Həsənov Xəyal Rafil oğluna məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi, 11 yanvar 2016-ci il tarixli İK № 1595-05 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləğinin İddiaçı məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 111,1 m2 yaşayış, 80,7 m2 köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə, İddiaçı məxsus olan ünvan 1 ünvanda istifadəsində olan 0,02447 ha torpaq sahəsində yerləşən 212,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X1 məxsus olan ünvan 2 ünvanda istifadəsində olan 0.06907 ha torpaq sahəsində yerləşən 583,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə və Həsənov Xəyal Rafil oğluna məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən, xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq, əldə edilən məbləğin borc məbləği həddində Cavabdeh1 ASC-yə ödənilməsi, ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin aşağıdakı kimi müəyyən olunması (Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi – 520.000 manat. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 3 ünvanda yerləşən 80 nömrəli fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə – 520.000 manat. ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası – 230.000 manat. ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası – 432.000 manat.Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsində yerləşən 0,12 ha torpaq sahəsi – 405.000 manat). Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda xx.xx.2012-ci il tarixli AS № 002/N-05 saylı kredit müqaviləsi qalan borc məbləğinin Cavabdeh2 Havəsət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, digər müqavilələr üzrə qalan borc məbləğinin Həsənov Rafil Abasət oğlundan Cavabdeh1 ASC-nin xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 Havəsət oğlundan və Həsənov Rafil Abasət oğlundan müştərək qaydada tutularaq MEM-in təqdim etdiyi müvafiq hesab üzrə ödənilməsi, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Həsənov Rafil Abasət oğluna, Cavabdeh2, Həsənov Xəyal Rafil oğluna, İddiaçı və X1 qarşı «müqavilə üzrə borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi» tələbinə dair iddiasının qalan hissəsinin rədd edilməsi, İddiaçı Cavabdeh1 ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddiasının rədd edilməsi, qeyd olunan iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Həsənov Rafil Abasət oğlu apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1002/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsi Həsənov Rafil Abasət oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-744/2019 saylı qərarı ilə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti (sonuncunun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi səbəbindən) kassasiya baxışından çıxarılmış və həmin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1002/2018 saylı qərardadı ilə cavabdeh İddiaçı kassasiya şikayəti (yuxarıda qeyd olunan qərara əsasən) geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tutmanın onun mülkiyyətində olan ipoteka predmetinə predmetinə yönəldilməsi, ona qarşı olan iddianın rədd edilməsi, onun özünün iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 7247/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)-222/2017 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 7247/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı kassasiya şikayəti (şikayətə vəkil orderi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən) geri qaytarılmışdır. Cavabdeh İddiaçı kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə vermiş, Məhkəmə Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7247/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2368/2020 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, iddia ərizəsində Cavabdeh2 Abasət oğlunun ünvanı Masallı rayonu, Qızılağac kəndi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə elektron məhkəmə sistemindən əldə olunan məlumata əsasən Cavabdeh2 Abasət oğlu hal-hazırda da məhkəmə qətnaməsi ona göndərilən ünvanda-ünvan 5 135.3 və 135.5-ci maddələri ilə əsaslandıraraq, birinci instansiya məhkəməsinin qətnaməsinin şikayətçi tərəfə çatdırılmış hesab olunduğunu qeyd etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti (yuxarıda qeyd olunan qərara əsasən) geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsindən cavabdeh Həsənov Xəyal Rafil oğlu apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmiş, həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə də təqdim etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə cavabdeh Həsənov Xəyal Rafil oğlunun prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdeh Həsənov Xəyal Rafil oğlu tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2560/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan cavabdeh Həsənov Xəyal Rafil oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5195/2021 saylı qərarı ilə cavabdeh Həsənov Xəyal Rafil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 2560/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(002)- 222/2017 saylı qətnaməsindən Cavabdeh2, yenidən, apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmiş, həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə də təqdim etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-222/2017 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş və həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı Cavabdeh1 ASC tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Cavabdeh1 ASC tərəfindən təkrarən şikayət verilmiş və prosessual müddətin bərpa edilməsi barədə ərizə də təqdim edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həm qarşı tərəfin izahatında, həm də məhkəmənin qərardadında göstərilir ki, Cavabdeh2 hələ qətnaməni rəsmi qaydada xx.xx.2019-cu ildə almış, xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi şikayəti mümkünsüz sayaraq şikayəti geri qaytarmışdır. Səbəb kimi prosessual müddətin bərpa olunması haqqında ərizənin verilməməsi əsas olmuşdur. Yəqin işə baxarkən iş materiallarına əsasən apellyasiya məhkəməsi qətnamənin ona vaxtında çatdığını müəyyən etmiş və buna görə müddətin bərpa olunması haqqında ərizənin olmadığını əsas götürmüşdür. Məhkəmə öz qərardadında qeyd edir ki, hələ qətnamə qəbul edilərkən qətnamənin Cavabdeh2 çatması haqqında poçt qəbzi yoxdur. Qanunvericiliyə əsasən kredit müqaviləsi üzrə və tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı məhkəmə tərəfindən hələ 2017-ci ildə qətnamə qəbul olunmasına baxmayaraq borc ödənilmir, tələbin ipoteka əmlaklara yönəldilməməsi üçün cavabdeh (cavabdehlər) tərəfindən iş süni olaraq uzadılır. Bundan başqa Ali Məhkəmənin 2020-ci ildə bu tipli işlərin tənzimlənməsi üzrə Qərardadı qəbul olunmasına baxmayaraq qanunsuz şəkildə Qaradağ Rayon Məhkəməsi tərəfindən əsassız Qərar verilmişdir. Qeyd edilir ki, bu mülki iş üzrə əvvəllər bütün ipoteka qoyanların şikayətlərinə apellyasiya və kassasiya məhkəmələrində baxılıb və şikayətlər təmin olunmayıb. Bununla yanaşı 2022-ci ilin yanvar ayından işin icraya yönəldilməməsi məhkəmə qərarının əsassızlığı sübut edir. Nəticədə iddiaçı olaraq qanuni hüquq və mənafeləri pozulmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-222/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Cavabdeh1 ASC tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin eyni tarixli, eyni nömrəli digər bir qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qətnamədən şikayət vermə müddətini buraxmasının səbəbini üzrlü hesab edərək, buraxılmış prosessual müddəti bərpa etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında qətnamənin cavabdehə çatdırılmasına dair poçt qəbzi olmasa da, həm işdə olan digər sübutlardan, həm də ərizəçinin özünün apellyasiya şikayətindən qətnamənin xx.xx.2019-cu il tarixdə qəbul edilməsi müəyyən edilmişdir. Həsənov Rafil Abasət oğlu ilə Cavabdeh2 bir ünvanda qeydiyyatda olmuşlar və məhkəmə sənədləri həmin ünvana, yəni ünvan 6 məhkəmə qətnaməsini əldə etmiş və qətnamədən vaxtında apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbinə borcun tutulması hissəsində hüquqi qiymət verilmişdir. Baxmayaraq ki, həmin qətnamə Həsənov Rafil Abasət oğluna münasibətdə yoxlanılmışdır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” qərardadına əsasən, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh qətnaməni aldıqdan sonra Rusiya Federasiyasına köçüb yaşaması, 2019-2020-ci illərdə onun barəsində qəbul edilmiş qərardadlardan xəbərdar olmaması ərizəçi Cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasına üzrlü səbəb hesab edilə bilməz. Belə ki, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi digər cavabdehlər tərəfindən mübahisələndirilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən şikayətlərə hüquqi qiymət verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən isə Cavabdeh2 özü xx.xx.2021-ci il tarixdə ölkədən çıxmışdır. Kollegiya qeyd edir ki, keçən müddət ərzində Cavabdeh2 qəbul edilmiş məhkəmə aktlarından və məhkəmənin çəkişmələrinin gedişatından məlumatlı olmuş, hətta mübahisələndirmişdir. Bundan başqa Kollegiya qeyd edir ki, “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” Avropa İnsan Hüquqları Məhkəməsini xx.xx.2017ci il tarixli qərarında göstərilmişdir ki, “Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X4rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıbqazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38).” Belə olan halda, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasını təsdiq etmir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayəti təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. Belə ki, “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bundan əlavə, «X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin cavabdehdən asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. Cavabdeh2 qanunla müəyyən edilmiş prosessual hüquqlarından prosessual müddətlər daxilində həyata keçirilməməsi üçün hər hansı üzürlü səbəb olmadığından, onun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardad ləğv edilməli və buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qaəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6027/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6027/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver