Məhkəmə qərarları › İş №2(103)-6031/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6031/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6031/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2 X6 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi) “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair 2(005)- 758/2020 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin açıq hərracdan satışına dair Cavabdeh1 Hərracın yekunlarına dair xx xxxx 2019-cu il tarixli protokolunun və Cavabdeh1 ilə Cavabdeh2 X8 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, o cümlədən onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinə dair Cavabdeh2 X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş hüquqların dövlət qeydiyyatı üzrə müvafiq çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin X3 və İddiaçı ümumi birgə mülkiyyətinə qaytarılması, bu barədə müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220, 12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsinin və bununla əlaqədar sənədləşdirmənin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 5663/2019 nömrəli qərardadına əsasən ərizə təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 758/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh2 X8 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri barədə qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-758/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə mübahisənin hələ məhkəmədə həll edilməsi başa çatmamışdır, qeyd olunan qərardadın ləğv edilməsi onun qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-758/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh2 X6 nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasın həmin şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, iddianı təmin etmək üçün hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək ilə tədbirlər görə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 162.3. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddia təmin edilməmişdir. Belə olan halda, gələcəkdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi ehtimalı, nəticə etibari ilə iddianı təmin etmə tədbirin tətbiqinə zərurət aradan qalxdığına dair qənaət qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-758/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar