Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6040/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı X2 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış qapının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” barədə ilkin, X1 İddiaçı qarşı “zəbt olunmuş sahədə tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından Aytən Qədimalıyevanın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsi, bağlanmış qapının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də əlavə edərək həmin qeyri-yaşayış sahəsinin arxa və yan tərəfində hər hansı tikinti işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsini istəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 2 A ünvanında yerləşən 47.0 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin arxa və yan tərəfində tikinti işlərinin aparılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Aytən Qədimalıyevanın nümayəndəsinin verdiyi şikayət Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi (vəkili) X5 şikayətini müdafiə edərək müvafiq qərardad çıxarılmasını xahiş etmiş, İddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Aytən Qədimalıyevanın nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, habelə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növlərində iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olması etibarilə məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin arxasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar və talvarın sökülməsini, bağlanmış qapının açılmasını, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasınıistəməkdədir və kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi həmin qeyri-yaşayış sahəsinin arxa və yan tərəflərində tikinti işlərinin aparılmasının mübahisəni daha da gücləndirə biləcəyini nəzərə almaqla şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Bu səbəblə kollegiya hesab edir ki, Aytən Qədimalıyevanın nümayəndəsinin şikayəti əsassızdır və şikayətdə göstərilənlər qərardadın ləğvinə səbəb ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3262/2020 saylı iş üzrə iddianı təmin etmə tədbirinin görülməsinə dair xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6040/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6040/2020
23.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver