Məhkəmə qərarları › İş №2(103)-6041/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6041/2020

28.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6041/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1894/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə ½hissədə iddiaçıya, qalan ½ hissədə cavabehə verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. X2 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, avtomobil üzərində mülkiyyət hüququnun tanınaraq, cavabdehə ½ payı ilə bağlı çatan pulun ödənilməsi və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2001-ci il buraxılışlı, qara rəngli, “BMW 540” markalı, **-XR-*** nömrə nişanlı avtomobilin alınması ilə bağlı Cavabdeh pulunu tam ödəyərək etibarnamə əsasında rəsmiləşdirildiyindən avtomobilə dair alqı-satqı müqaviləsinin aralarında bağlanmış hesab edilərək, həmin avtomobil üzərində mülkiyyət hüquqlarının tanınmasına dair, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş “BMW 540” markalı, **-XR-*** nömrə nişanlı avtomobilin ümumi bazar qiymətinin müəyyən olunaraq, həmin bazar qiymətinə münasib olaraq cavabdehin payına uyğun şəkildə ½ hissədə pulunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılması və **-XR-*** nömrə nişanlı, “BMW 540” markalı avtomobilinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1894/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmişsənədlərgeriqaytarılmışdır. Həmin qərardaddanX2 şikayət verərək qərardadın ləğv edilməsini, X1 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “avtomobilə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” barədə iddia tələbinin bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1894/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X1 iddia ərizəsinin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, 3-cü şəxs X.Mehdiyev iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmiş, iddia ərizəsinin “xahiş etdi” hissəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbini birləşdirmişdir. İddia ərizəsində göstərilən tələb qeyri-müəyyən və anlaşıqsızdır. Eyni zamanda, Xəyal Mehdiyev iddia ərizəsində iki ayrı cavabdehi qeyd etsə də, hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü aydınşəkildəgöstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ı iddianın icraata götürülməsi üçün üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. İkincisi, X2 tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi pozulmuş, iddia ərizəsinin formasına və məzmununa riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən də, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Demək qarşılıqlı iddiada Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olmalıdır. Üçüncüsü, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Xəyal Mehdiyev iddia ərizəsində özünün prosessual statusunun iddiaçı kimi qeyd etsə də o, ilkin iddia üzrə cavabdeh olmadığından qarşılıqlı iddia irəli sürmək hüququna malik olmamışdır. Eyni zamanda iddia ərizəsinin məzmunundan onun müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəməyə müraciət etməsi də müəyyən olunmur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1894/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar