Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6083/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi X2, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4275/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ışraq̇ “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxanlması, mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi, ödənilmiş 10 manatdövlət rüsumunun və 11,5 manat notariat haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnamasi ilə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh X3 (üçüncü şəxs Cavabdeh1) tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş və həmin qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh3 məhkəmə qətnaməsi ilə ona təhvil verilməsi qət olunan 7 nömrəli mənzildə qanunsuz olaraq yaşamaqla həmin mənzildən qanunsuz istifadə etməməkdədir. Cavabdeh3 bu cür qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsi ilə pay qismində onun mülkiyyətinəverilmiş həmin mənzilə olan bütün hüquqlarından faktiki olaraq məhrum olunmuşdur. Hesab edir ki, Cavabdeh3 qanunsuz hərəkətləri 7 nömrəli mənzilin mənə təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneədir və yeni iddia tələbləri üzrə məhkəmə qaydasında mənzildən çıxarılmadan və mənzil boşaldılmadan istinad olunan məhkəmə qətnaməsinin icrası mümkün deyildir. İşin hallarından göründüyü kimi, Bakı Apeliyasiya Məhkəməsinin qətnaməsində iddia ərizəsində qoyulmuş tələblərə müvafiq olaraq iddia tələblərinin təmin edilərək mənzillərin təhvil verilməsi qət edilsə də, mənzillərin təhvil verilərkən boşaldılması məsələsinə toxunulmadığından məhkəmə qətnaməsinə əsasən təhvil verilməli 7 saylı mənzildə qeyriqanuni yaşayışın olması məhkəmə qətnaməsinin icrasına maneə yaratmış, cavabdehlər tərəfindən isə həmin maneənin aradan qaldırılmasına yönələn heç bir hərəkət edilməmişdir. Hazırkı iddia üzrə cavabdehin prosessual statusu araşdırılarkən nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş və iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh kimi müəyyən edilmiş şəxs X1 vəfat etmiş və ondan qalmış miras əmlak əvvəlki mülki iş üzrə cavabdehin tərəfində üçüncü şəxs qismində iştirak etmiş, mərhumun qanuni vərəsəsi (oğlu) Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Mübahisəli mənzillərin yerləşdiyi çoxmənzilli bina və həmin binanın yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4275/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ışraq̇ “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-582/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 7 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, iddia tələbi digər cavabdehlərə münasibətdə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh3 (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-2178/2021 saylı, 03 may 2021ci il tarixli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-582/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməsi hissədə ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi X5 barışıq sazişini və iddiada imtina haqqında ərizəni məhkəməyə təqdim edərək bildirdilər ki, hazırda İddiaçı Cavabdeh3 ilə bağladığı 18.08.2021-ci il tarixli barışıq sazişinə əsasən hazırkı mülki iş üzrə iddiadan imtina edir. Əlavə olaraq məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 İddiaçı ilə 18.08.2021-ci il tarixdə barışıq sazişi bağladığını bildirdi və məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasından iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları diləyib, iş materiallarını və iddiadan imtian barədə iddiaçının ərizəsinin araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4275/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh3 aid təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 18.08.2021 tarixli barışıq sazişindən və iddiadan imtina ərizəsindən görünür ki, hazırda İddiaçı Cavabdeh3 ilə bağladığı 18.08.2021-ci il tarixli barışıq sazişinə əsasən o, həmin mülki iş üzrə iddiadan imtina edir. İddiadan imtiannın prosessual nəticələri ona aydındır. Ona görə də iddiadan imtinanı nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4275/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh3 aid təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4275/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin Cavabdeh3 aid təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6083/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6083/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver