Məhkəmə qərarları › İş №2(103)-6109/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6109/2024

30.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6109/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 2066/2024 №-li qərardadından Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi himayəsinə verilməsi, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Ərizəçi alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir. Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 saylı qərardadı ilə müddətin bərpası barədə ərizənin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 №-li qətnaməsindən Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdən görünür ki, Maraqlı şəxs üç azyaşlı uşağın mənafelərinin müdafiəsi baxımından, habelə valideynlər arasında hazırda razılıq olmadığından uşaqların kimin yanında qalması məsələsinin məhkəmə iclasında və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə həll edilməsi üçün də Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü səbəbdən buraxılmasını əsas gətirərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etsə də, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlarını ərizəyə əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya şikayəti geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, Maraqlı şəxs müddətin bərpa edilməsinə dair ərizəsində məhkəmənin nəzərinə çatdırmışdır: “Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini aldıqdan sonra əvvəlcə düşündü ki, bəlkə belə daha yaxşıdır, bəlkə uşaqların həqiqətən anaları ilə qalmaları daha münasibdir, hər halda ana anadır, azyaşlı uşaqların analarından ayrı yaşamaları doğru olmaz. Əslində mediasiya prosesi zamanı Barışıq sazişini imzalayarkən də eyni fikirlərlə imzalamışdır. Lakin sonradan aydın olur ki, Ərizəçi onun azyaşlı uşaqlarına analıq etmək iqtidarında, həvəsində olan biri deyildir. Ərizəçi birgə nikah dövründə məni və körpə uşaqlarını dəfələrlə yalnız buraxıb xarici ölkələrə gəzməyə getsə də, hesab edirdi ki, onlar bir ailədir, o, uşaqlarının yanındadır, ərizəçinin bu səfərlərinin ailəsinə bir ziyanı olmaz. Lakin hazırda onlar ayrı yaşayırlar. Ayrı yaşamağa başladıqları ilk aylarda uşaqlar onunla qalırdılar. Son dövrdə ərizəçi uşaqları öz yaşadığı evə aparmışdır və onları ona göstərmir. Onlara yaxınlaşarsa, onu şərləyib tutduracağı ilə hədələyir. Uşaqların ərizəçidə olduğu dövrdə o, uşaqlarını yalnız bir neçə dəfə görə bilmişdir. Bu görüşlər zamanı nə qədər təəccüblü olsa da, o, uşaqlarının bədənində şiddət izlərini müşahidə etmişdir. O, uşaqlardan soruşanda ki, bunları kim edib, uşaq cavab verdi ki, mama. Bu faktı təsdiq edən videogörüntünü məhkəməyə təqdim edəcək. Apellyasiya şikayətində ərizəçinin onun uşaqlarının qayğısına qala bilməyəcəyi ilə bağlı fikirlərini geniş yazmışdır. Uşaqlarının üzərində şiddət izlərini gördükdən sonra bir daha qəti qərara gəldi ki, azyaşlı uşaqlarını ərizəçiyə etibar edə bilməz. Bu səbəbdən azyaşlı uşaqlarının mənafelərinin müdafiəsi üçün Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək və hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Digər tərəfdən apellyasiya şikayətində də göstərildiyi kimi, ərizəçi ilə mediasiya prosesi nəticəsində bağlanmış sazişin 1.2-ci bəndinin tərəflərin birgə nikahından olan azyaşlı uşaqların maraqlarını pozmasına baxmayaraq, Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələbləri baxımından məhkəmə işə baxarkən uşaqların mənafeyinin müdafiəsi üçün hər hansı tədbir görməmişdir. Eyni zamanda ərizənin təmin edilməsinə Maraqlı şəxs etirazı o demək olmuşdur ki, uşaqların kimin yanında saxlanması ilə bağlı tərəflər razılığa gələ bilməmişdir. Bu səbəbdən məhkəmə Ailə Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri baxımından işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxmalı olduğu halda, həmin orqanının işdə iştirakını təmin etmədən, rəyini almadan ərizəni təmin etmişdir. Digər tərəfdən qoşmada məhkəməyə təqdim edilmiş və hazırda Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-2002/2024 saylı mülki iş üzrə iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı «barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsi, uşaqların cavabdehdən alınaraq atanın himayəsinə verilməsi və aliment tələbinə dair» iddia ərizəsindən görünür ki, həmin mülki iş üzrə iddiaçı Maraqlı şəxs məhkəmədən Ərizəçi ilə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə), Ərizəçi ilə birgə nigahlarından dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X6 Ərizəçi alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilmələrinə, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Ərizəçi onun xeyrinə, hər bir uşağa görə, hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə hər ay 705 (yeddi yüz beş) manat məbləğində alimentin tutulmasına, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 (bir yüz) manat məbləğinin Ərizəçi alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirik üç azyaşlı uşağın mənafelərinin müdafiəsi baxımından, habelə valideynlər arasında hazırda razılıq olmadığından uşaqların kimin yanında qalması məsələsinin məhkəmə iclasında və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə həll edilməsi üçün də Xəzər rayon məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü hesab edilməli, müddət bərpa edilməli və işə apellyasiya qaydasında yenildən baxılmalıdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 №li qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2066/2024 №-li qərardadından Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmılşdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, mübahisələndirdiyi məhkəmə aktından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilən müddəti ötürməsini etiraf edən maraqlı şəxs müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsinin səbəbləri kimi tərəflər arasında münasibətlərin, ərizəçinin uşaqlarına münasibətinin dəyişilməsi, özünün yeni iddia tələbləri ilə məhkəməyə müraciət etməsi və sair hallarla əsaslandırmışdır. Kollegiya qeyd edir ki, maraqlı şəxsin ərizəsində qeyd edilən hallar qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi qənatinə gəlmək üçün əsas ola biləz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Göründüyü kimi hazırkı işdə məhkəmə aktını vaxtında alan, ilk əvvəl həmin məhkəmə aktı ilə razılaşan maraqlı şəxsin qanunla müəyyən olunan müddətdə apellyasiya şikayəti verməsi üçün heç bir maneə mövcud olmamışdır. İstinad olunanlara əsasən kollegiya maraqlı şəxsin ərizəsində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2066/2024 №-li qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar