Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6123/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3, İkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7837/2019 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı cavabdehlər Cavabdeh1 və Hacıyev Rövşən Oqtay oğluna qarşı “əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X14 LTD” MMC tərəfındən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzilə olan pay haqqının və müqavilənin başqa şəxsə keçirilməsinə etiraz etməməsinə dair xx.xx.2019-cu il tarixli ərizənin və həmin ərizə əsasında MMC ilə Cavabdeh1 arasında eyni tarixdə bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 180 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh1 həmin mənzildən çıxanlması, onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, “X14 LTD” MMC tərəfindən Bakı şəhəri, Xətai rayönu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 845 nömrəli, sahəsi 105 kv. metr olan mənzil mərhu atası X6 məxsus olmuş, sonradan atası həmin mənzili ona bağışlayaraq mənzil adına rəsmiləşdirmişdir. Cavabdehlərdən Hacıyev Rövşən Oqtay oğlu onun keçmiş əridir. Birgə nikahdan iki uşaqları var. Digər Cavabdeh1 isə ərinin iş yoldaşıdır. 2019-cu ilin əvvəllərindən etibarən Cavabdeh1 ərinə, ona və uşaqlarına qarşı təzyiq və hədə qorxular gələrək, ərinin ona külli miqdarda borcunun olduğunu bildirmiş, həmin borcun tez bir zamanda qaytarılmasını tələb etmiş, əks təqdirdə onları ölümlə belə hədələmişdir. Həmin vaxtdan etibarən həyatları alt-üst olmuş, naməlum şəxslər tərəfindən güdülmüş, ona və oğlanlarına qarşı təhdidlər davam etmişdir. Cavabdeh1 ərinin borcundan məlumatı olmamasını, həmin pul vəsaitinin hara sərf edilməsi barədə heç nə bılmədiyini bildirməsinə baxmayaraq, o, dayanmadan ona hadə qorxular gələrək, tez bir zamanda pulun qaytarılmasını və yaxud həmin borc məbləğinin mənzillə əvəzləşdirilməsini tələb etmiş, əks təqdirdə, onu və oğlanlarını aradan götüzdürəcəyini bildirmişdir. Nəhayət oğlanlarının həyatı üçün çox narahat olduğundan xx.xx.2019-cu il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək ona məxsus mənzilə olan pay haqqının və müqavilənin cavabdehin adına dəyişdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş və həmin ərizə əsasında mənzilə dair müqavilə cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin mənzilin keçmiş ərinə heç bir aidiyyətı yoxdur. Sadəcə cavadehlərin öz aralarında pul məsələlərinə dair mübahisələri düşmüş, belə olan halda, Cavabdeh1 mübahisəli mənzilin ona məxsus olmasını öyrəndikdən sonra nəyin bahasına olursa-olsun həmin mənzili ələ keçirməyi planlaşdırmış, bu məqsədlə də ona və uşaqlarına qarşı hədə qorxu və təhdidlərə başlamışdır. Cavabdehlərdən borcun məbləği barədə soruşduqda, ona dəqiqməbləğ demədilər. Cavabdeh1 isə, mənzilə görə ona 80.000 manat verəcəyi təqciirdə borcun tam ödəniləcəyini bildirmişdir. Beləliklə, Cavabdeh1 mənzilin onun adına keçirilməsi üçün ona 80.000 manat məbləğində pul vəsaiti vermiş və mənzilin onun adına rəsmiləşdirilməsinə razı olmuşdur. Göründüyü kimi, notariat orqanında rəsmiləşdirdiyi ərizə hədə-qorxu, şantaj və təhdid nəticəsində yazılmış ərizə olduğundan etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 80000 manat maddi ziyanın və 20000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində qeyd olunanlar tamamilə qurma olmaqla həqiqəti əks etdirmir. Belə ki, İddiaçı ilə Cavabdeh2 ər-arvad olmaqla birlikdə yaşamış və bütün olanlardan xəbəri olmuşdur. Hacıyev Rövşən Oqtay oğluna xx.xx.2017ci il tarixində mətbəə işinə şərikli girişib pul qoyub gəlir əldə etmək üçün 18000 manat pul vermişdir. Həmin pula görə təxminən hər ay 1500-2500 məbləğində gəlir gətirməyi söz verirdi. Sonra yenə eyni məqsədlə 15500 ABŞ dolları da götürmüşdür. Sonradan 2019-cu ilin əvvəlinə bu adla qarşılıqlı iddia üzrə Hacıyev Rövşən Oqtay oğluna 195000 manat borc yaranmışdır. Həmin borcun mövcudluğundan İddiaçı xəbərdar olmuş və ona həmin borcun onların ailə borcu olmasını və borcun qaytarılmasında yoldaşı ilə birlikdə məsuliyyət daşımasını bildirmişdir. Sonradan Cavabdeh2 və onun həyat yoldaşı İddiaçı borcun qaytarılması üçün evlərini satıb pulu qaytaracaqlarını bildirmişlər. Onlar ilk öncə digər bir evi satıb pulunu ödəyəcəklərini deyirdilər. Sonradan onlar “X14 LTD” MMC tərəfındən Bakı şəhəri, Xətai rayonu, Xoca prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzili satıb bir hissəsi ilə borcu qaytaracaqları, digər hissə isə özlərinə daha aşağı qiymətə mənzil alacaqlarını dedilər. Bir müddət ərzində həmin mənzilin satılmadığını bildirdilər. Sonra İddiaçı bildirmişdir ki, həmin mənzili sata bilmirlər. Əgər istəsə mənzili borcun əvəzinə ona verə bilərlər. Lakin bunun əvəzində özlərinə mənzil alması üçün 80.000 manat da borc kimi əlavə pul vermək lazımdır. Daha az zərərə düşmək üçün bu təkliflə razılaşmış, İddiaçı 80000 manat borc pul vermiş və bundan sonra, İddiaçı adına olan, Bakı şəhəri, Xətai rayonu, Xoca prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzil onun adına rəsmiləşdirilmişdir. Qeyd etmək istərdi ki, mənzil onun adına İddiaçı adından könüllü olaraq sənədləşdirilmiş, ona hər hansı təzyiq göstəilməmişdir. Həmin mənzilin onun adına sənədləşdirilməsi üçün İddiaçı özünün, həyat yoldaşı Hacıyev Rövşən Oqtay oğlunun və həmçinin övladları Hacıyev Kənan Rövşən oğlunun razılıqları alınmışdır. Sonradan İddiaçı müxtəlif əsaslarla ona verdiyi 80000 manat pulun verilməsindən yayınmağa çalışmışdır. Hazırda da belə bir əsassız iddia irəli sürülməklə faktiki olaraq mülki məsuliyyətdən yayınmağa çalışır. Digər tərəfdən pulunun ödənilməməsi üçün, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri nəticəsində mənəvi istirablar keçirmiş, və “Obsessiv-kompulsiv pozuntulara aid olan xəstəliklərdən: Fobik nevroz panik atakları” xəstəliyi yaranmışdır. Belə olan halda 20000 manat mənəvi zərər də qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7837/2019 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan aşağıda göstərilən səbəblərə görə ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməli, ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin faktiki halı ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə Cavabdeh1 keçmiş həyat yoldaşı olan Cavabdeh2 iş yoldaşı olmuşdur. 2019-cu ilin əvvəllərindən etibarən Cavabdeh1 onlara hədə-qorxu gələrək Rövşənin ona külli miqdarda borcu olduğunu bildirmiş, həmin borcun qısa bir zamanda mübahisəsiz şəkildə qaytarılmasını tələb etmiş, əks təqdirdə onları ölümlə hədələmişdir. Tərəfindən Cavabdeh1 ərinin belə bir borcunun olmasından xəbərinin olmadığını, tələb elədiyi qədər pul vəsaitini hara və nəyə sərf etməsi barədə heç nə bilmədiyini bildirməyinə baxmayaraq, o, yenə də pulu qaytarmadıqları təqdirdə oğlanlarını öldürəcəyi ilə onu hədələmişdir. Hətta, tələblərində həmin borc məbləğini mənzillə əvəz etməyini də tələb etmişdir. O, oğlanlarının güdüldüyünün şahidi olandan sonra həqiqətən də qorxmuş və məbləği belə düşünməyə imkan verilmədən xx xxxx 2019-cu il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa edilmiş coxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı, 845 nömrəli, sahəsi 105 kv.metr olan mənzilə olan pay haqqının və müqavilənin cavabdehin adına dəyişdirilməsinə etiraz etməməyinə dair ərizə verdi. Bundan sonra mənzil Cavabdeh1 adına rəsmiləşdirildi. Qeyd edək ki, həmin mənzil mərhum atası X6 məxsus olmuş və sonradan hədiyyə şəklində ona bağışlanmışdır. Cavabdeh1 keçmiş ərindən belə bir mənzilinin olması barədə məlumat aldıqdan sonra nəyin bahasına olursa-olsun, onu ələ keçirməyə çalışmış və təbii ki, hər bir ana kimi onun da zəif yeri olan uşaqları ilə hədələməklə niyyətinə nail olmuşdur. Keçmiş ərindən nə qədər borcu olduğunu öyrənməyə çalışsa da, o bildirdi ki, Cavabdeh1 çoxlu faiz hesablayıb və ona bu barədə kağıza imza atdırıb. O, övladlarının həyatının təhlükədə olmasının təsiri altında notariat orqanına ərizə ilə müraciət etmək məcburiyyətində qalmış və elə bir vəziyyətdə olmuşdur ki, qorxudan borcun niyə bu qədər hesablanmasını qarşı tərəfdən tələb də edə bilməmişdir. Məhkəmə öz qətnaməsində bu hallara qiymət verərək belə hesab etmişdir ki, o, mübahisəli mənzilin atası tərəfindən bağışlanılmış əmlak olmasını sübut edə bilməmişdir. Əksinə, həmin mənzilin birgə nigah dövründə əldə olunması, məhkəmənin onun sərbəst ifadə hesab etdiyi xx.xx.2019-cu il tarixli ərizəsi olmuşdur ki, həmin ərizədə də mənzilə olan pay haqqının və müqavilənin Cavabdeh1 adına dəyişdirilməsinə etiraz etməməyi ifadə olunmuşdur. Həmçinin, məhkəmə Cavabdeh1 alınmış 80.000 manat pulun R. Kərimovun borclarına verilməsi halının ilkin iddianın əsassızlığının sübutu hesab edərək qeyd etmişdir ki, əgər hədə-qorxu olmuş olsaydı, o zaman, sonradan alınmış pul vəsaiti borclara verilməzdi. Belə olan halda da, məhkəmə ilkin iddiamın əsassız olduğundan rədd olunması qənaətinə gəlmişdir. Məhkəmənin iddianın əsassızlığına sadəcə bu qeydlərlə gəldiyini bir daha vurğulayaraq qeyd etmək istəyir ki, hazırki mübahisəli iş üzrə birgə nigah dövründə əldə olunmuş əmlakın mübahisəsi araşdırılmırdı, o, məhkəmədən atasından ona hədiyyə şəklində keçmiş olan, bir növ yadigar olan mənzilinin ona hədə-qorxu və təsir altına salınaraq, həm də əslində mövcud olmayan saxta bir borca əsasən əlindən alındığını əsas gətirmiş və məhkəmədən buna əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Bununla bağlı da ilkin olaraq məhkəməyə müvafiq müqavilələr təqdim olunmuşdur. İş üzrə də mübahisəli əmlakın atasının mənzili olması barədə sübut mövcud olmuşdur. Məhkəmənin onun notariat orqanına cavabdehə mübahisəli mənzilə olan pay haqqının verilməsinə etiraz etməməyi barədə verdiyi ərizəni mübahisəli əmlakın birgə nigah dövründə əldə olunmasının sübutu kimi qiymətləndirməsi düzgün olmayan bir haldır və hesab edir ki, məhkəmə tərəfindən iddianın əsassızlığının ifadə olunması məcburiyyətinin formal halıdır. Məhkəmənin bu mövqeyinin əksinə olaraq, düzgün məntiqlə fikirləşəcək olsaq, o zaman, mərhum atasından hədiyyə olaraq qəbul etdiyi və min əzab əziyyət çəkdiyi evini ərinin bilmədiyi və heç bir əsası olmayan bir “borcuna” könüllü olaraq verməyi heç də inandırıcı olmazdı. Demək ki, qarşı tərəfin - borc sahibinin hədə-qorxu təsirləri mövcud oİmuşdur ki, o, gözünü yumub belə bir ərizə vermişdir. Əgər məhkəmə iş üzrə qarşılıqlı iddia ərizəsini araşdırmış olsaydı, o zaman görərdi ki, Cavabdeh1 həmin iddiasında göstərir ki, keçmiş ərinə 2017-ci ildə 18.000 manat və 15500 dollar olmaqla iki dəfə pul verib. Guya, mətbəə işində şərik olmaq üçün verdiyi bu pullardan aya 1500-2500 manat məbləğində gəlir gətirməyi Cavabdeh2 ona söz verib. Amma Cavabdeh1 belə bir mətbəə işinin alınıb-alınmadığı barədə nə özü məhkəməyə məlumat verməmiş, nə də ki, məhkəmə bunu araşdırmamışdır. Belə olan halda, 2019-cu ilin əvvəlinə Cavabdeh1 bu borcu şişirdərək niyə 195000 manata çatdırmışdır. Əgər mətbəə işi uğurla mövcud olmuş olsaydı, o zaman, maksimum hesabla aylıq 2500 manat gəlir 24 aya (xx.xx.2017-ci il tarixdən-xx.xx.2019-cu il tarixədək) 60.000 manat etmiş olardı ki, Cavabdeh1 da göstərdiyi kimi, şərik olduqları üçün bölgüylə 30.0000 manatı onun olmuş olardı. Üzərinə də, vermiş olduğu əsas borcu gəlsək (18.000 manat və 15.500 dollar), cəmi 74.350 manat borc etmiş olardı. Yenə də qeyd edir ki, əgər Cavabdeh1 dediyi kimi hesablasaq, bu şəkildə borc alınır. Həmin mətbəə işi alınıbmı, alınmayıbmı və bu qədər gəlir hesablanmalı idimi, bütün bunlar artıq mübahisənin araşdırılmamış çoxsaylı tərəflərindəndir. Belə olan halda demək ki, Cavabdeh1 əsassız olaraq varlanmış, özünün də etiraf etdiyi kimi cəmi 44350 manat borca pul verdiyi halda əvəzinə 280.000 manat dəyərində qiymətləndirilmiş ev əldə etmişdir. Bunu da ona hədə-qorxu edərək, əldə etdiyi iş materiallarından gəlinən nəticədir. İş üzrə şahid qismində dindirilmiş X5 da öz ifadələri ilə bu halların hamısını təsdiqləmişdir. Göründüyü kimi, Cavabdeh1 öz yazdıqlarına əsasən, 44350 manat pul verdiyi halda, əvəzinə onun 280.000 manatlıq evini hədə-qorxu ilə əldə etməsi qanunun göstərilən tələblərinin təsiri altına düşür. Cavabdeh X1 nümayəndəsi və vəkili X8 qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin rədd olunması hissəsində ləğv edərək, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinin əsasları sadalanmışdır. Hesab olunur ki, Xətai rayon Məhkəməsinin 2(011)-7837/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin rədd olunması hissəsində qanunsuz və əsassız olduğundan, həmin maddədə nəzərdə tutulmuş aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün (MPM-nin 385.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması səbəbindən (MPM-nin 385.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən (MPM-nin 385.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq). Qətnamə qarşılıqlı iddia ərizəsinin rədd olunmasının əsası kimi qeyd olunur: .. “ Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 İddiaçı .Elşad qızının ona “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzili satıb bir hissəsi ilə borcunu qaytaracaqlarını, digər hissə ilə isə özlərinə daha aşağı qiymətə mənzil alacaqlarını, sonradan İddiaçı həmin mənzili borcun əvəzinə ona verə bilmələri, lakin bunun əvəzində Cavabdeh1 özləri üçün mənzil alması üçün 80.000 (səksən min) manat da borc kimi əlavə pul vermək lazım olduğunu bildirsə də, həqiqətən də 80.000 (səksən min) manat da borc kimi İddiaçı verməsini məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməsi məhkəməyə təqdim olunmuş sübutların məhkəmə tərəfindən araşdırılması və qiymətləndirilməsindən asılıdır. Məhkəmə tərəfindən araşdırılmış və məhkəmə qətnaməsinə daxil edilmiş hər bir sübuta hüquqi qiymət verilib, onun məhkəmə tərəfindən sübut kimi qəbul edilibedilməməsi, əgər sübut kimi qəbul edilmirsə, bunun səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qətnaməsinə daxil edilmiş sübutun nə üçün sübut kimi qəbul edilmədiyi məhkəmə tərəfindən qətnamədə göstərilmədikdə, məhkəmə qətnaməsi anlaşılmaz və ziddiyyətli məqamlara malik olur. Belə ki, 80.000 manat maddi zərər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri nəticəsində Cavabdeh1 mənəvi istirablar keçirmiş və “Obsessiv-kompulsiv pozuntulara aid olan xəstəliklərdən: Fobik nevroz panik atakları” xəstəliyi yaranmışdır. Belə olan halda, 20.000 (iyirimi min) manat mənəvi zərər də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X9 öz apellyasiya şikayətlərini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində qeyd olunanlara uyğun məzmunda izahat verərək, qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində qeyd olunanlara uyğun məzmunda izahat verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 nümayəndəsi və vəkili X8 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində qeyd olunanlara uyğun məzmunda izahat verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7837/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsindəgöstərmişdir ki, Rövşəni çoxdan tanıyır. Sitarəni sonradan tanımışdır. Sitarədən Rövşənə hədə-qorxugəlirdi. Borcun məbləğinin 193000 manat olduğunu bilirdi. Rövşən deyirdi ki, makler280000 manat qiymətləndirib. Sitarə isə deyirdi ki, “borcdan əlavə olaraq 80000 manat verim,bütün borcu mənzillə əvəzləşdirək.” Belə ki, iş materiallarında olan podratçı “xxxxxxxxxxxxxx” MMC-nin direktoruÇ.Ə.Məmmədov ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2013-ciil tarixli, 1233 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünürki, podratçı Bakı şəhəri, Xətai rayonu, Xoca prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilliyaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzili tikibsifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və haqqını vaxtında ödəməyiohdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, KərimovaMehriban Elşad qızı “X14 LTD” MMC-yə müraciət edərək xx.xx.2013-ci il tarixli,1233 saylı müqaviləyə əsasən, "xxxxxxxxxxxxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, XocalıProspektı ünvanda inşa etdiyi çcxmənzılli bınanın 24-cıı blok , 2/ıkı/ otaqlı, 105 kv.m. sahəsiolan 845 saylı mənzilin onun adına olan müqavılənin və pay haqqının istənilən şəxsin adınadəyişdırılməsınə etıraz etmədiyini, gələcəkdə "xxxxxxxxxxxxxx" MMC-yə qarşı hec bir maddıiradının və tələbinin olmayacağını bildirmişdir.mənzilin istənilən şəxsin adına sənədləşdirilməsiüçün Hacıyev Rövşən Oqtay oğlunun və Hacıyev Kənan Rövşən oğlunun notariat qaydadatəsdiqlənmiş razılıqları işə əlavə olunmuşdur. İş materiallarında olan iş materiallarında olan podratçı “X14 LTD” MMC-nindirektoru R.İ.Əkbərov ilə sifarişçi Cavabdeh1 arasında bağlanmışxx.xx.2019-cu il tarixli, 180 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqaviləninsurətindən görünür ki, podratçı Bakı şəhəri, Xətai rayonu, Xoca prospekti, 29 ünvanda inşaedilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metrolan mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və haqqınıvaxtında ödəməyi ohdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Hacıyev RövşənOqtay oğlu Cavabdeh1 həmin ilin iyul aynadək qaytarmaq şərti ilə18000 manat və 15500 ABŞ dolları borc aldığını göstərmişdir. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Hacıyev Rövşən Oqtay oğlu HacıbəyovaSitarə Əsədulla qızından almış olduğu 195000 manat pulu xx.xx.2019-cu il tarixlinədəkqaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli surətindən görünür ki, xxxxxxxxxxxxxxx MMC-ninarayışından.Görünür ki, Cavabdeh1 həqiqətən xx.xx.2019-cu il tarixində“xxxxxxxxxxxxxxx” MMC-də müayinə olmuşdur. Diaqnoz: “Obsessiv-kompulsiv pozuntulara aidolan xəstəliklərdən:Fobik nevroz panik atakları”. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçüniradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq vəvəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləriqoymaqda sərbəstdirlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxx 2005-ci il tarixli qərarının 8.1-ci bəndində görə işdə qarşılıqlı iddia verildikdəqətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqdaəsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunmasıaydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələbirəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərarqəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi qarşılıqlı iddia tələbiüzrə nəticənibilavasitə özündən asılı etdiyindən ilk öncə ilkin iddia tələbi üzrə dəyərləndirilməaparılmalıdır. İşdən görünündüyü kimi, İddiaçı “X14 LTD” MMCtərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xoca prospekti, 29 ünvanda inşa edilmişçoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olanmənzil ona atasından hədiyyə şəklində ona bağışlanmış əmlak olmasını, HacıbəyovaSitarənin dayanmadan ona hədə qorxular gələrək, tez bir zamanda pulun qaytarılmasını vəyaxud həmin borc məbləğinin mənzillə əvəzləşdirilməsini tələb etməsini, əks təqdirdə, onu vəoğlanlarını aradan götüzdürəcəyini, nəhayət oğlanlarının həyatı üçün çox narahat olduğundanxx xxxx 2019-cu il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək özünə məxsus Bakışəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasınınİİ mərtəbəsində 2 otaqlı, 845 nömrəli, sahəsi 105 kv. metr olan mənzilə olan pay haqqının vəmüqavilənin Cavabdeh1 adına dəyişdirilməsinə etiraz etməməyinə dair ərizəverməsini və həmin ərizə əsasında mənzilə dair müqavilənin Cavabdeh1 adınarəsmiləşdirilməsini iddia edir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı vəonlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 106.1, 77.1 və 14.2. maddələri). İş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiqedildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmətərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə görə, bu Məcəllədəmüəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisəedilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlınəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andanetibarsızdır. MM-nin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onunetibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarınınhamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadəolunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən görünür ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədənəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Bu səbəbdən, hazırda Məhkəməninqarşısında duran əsas vəzifə İddiaçı 06 mart2019-cu il tarixdə notariat orqanına ərizə ilə müraciət edərək özünə məxsus Bakı şəhəri, Xətairayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİmərtəbəsində 2 otaqlı, 845 nömrəli, sahəsi 105 kv. metr olan mənzilə olan pay haqqının vəmüqavilənin Cavabdeh1 adına dəyişdirilməsinə etiraz etməməyinə dair ərizəverməsi və həmin ərizə əsasında mənzilə dair müqavilənin Cavabdeh1 adınarəsmiləşdirilməsi zamanı əqdlərin etibarsızlığına əsas olan halların mövcud-olub olmamasınıaydınlaşdırmaqdır. Kollegiya ilkin iddia ərizəsinin bu dəlilinə münasibətdə bildirir ki, MM-nin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pisniyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsindəmüəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digərtərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsizşərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindənmübahisələndirilə bilər. MM-nin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindəntörədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və onaşəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdinetibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi,həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinəvə ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nəqanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyənhərəkətlər məcburetmə sayılmır. Qeyd olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, məcburetmənin(zorakılıq və ya hədələmə) üçüncü şəxs tərəfindən həyata keçirilməsi əqdin bilavasitəetibarsız hesab edilməsi üçün əsas deyildir, burada bu halların mövcud olduğunu hesab edənşəxsin əqdi yalnız mübahisələndirmək hüququ yaranır. Odur ki, ilkin iddiaçı hazırda ilkin iddiaüzrə Cavabdeh1 tərəfindən ona qarşı hədə-qorxu, zorakılıq və ya hər hansıformada təzyiq göstərilməsi kimi hərəkətlərin həyata keçirildiyini sübuta yetirməyə borcludur.Lakin iş materiallarından görünür ki, ilkin iddiaçı, Cavabdeh1 onu və oğlanlarınıaradan götüzdürəcəyini, nəhayət oğlanlarının həyatı üçün çox narahat olduğu üçünmübahisələndirilmiş ərizəni verdiyini iddia etsə də, təhlükənin aradan qaldırılması üçün hüquq-mühafizəorqanlarına müraciət etməmişdir. Sözügedən məcburetmə hallarının mövcudluğunutəsdiq edən hər hansı mötəbər sübut isə iş materiallarında mövcud deyildir. Kollegiya hesab edir ki, İddiaçı “X14 LTD”MMC tərəfındən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanda inşa edilmişçoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olanmənzilə olan pay haqqının və müqavilənin başqa şəxsə keçirilməsinə etiraz etməməsinə dairxx.xx.2019-cu il tarixli ərizəsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması hallarımüəyyən edilməmişdir. İddiaçı isə şüurlu səviyyədə öz iradə ifadəsini bildirməklə qeyd edilənərizəni vermişdir. İddiaçı bu ərizənin verilməsinə məcbur edilməmiş, əksinə müəyyən mənadatəşəbbüskarı olmuşdur. Həmçinin birinci instansiya məhkəməsində izahat verən ilkin iddia üzrə cavabeh Cavabdeh2mənzilin nikah dövründə təmir olunmasını, təmirinə külli miqdarda vəsait qoyulmasını,həmçinin mənzildə bahalı mebellərin olmasını və mebellərlə birlikdə mənzilin 280.000 (iki yüzsəksən min) manat qiymətləndirildiyini bildirmişdi. İddiaçı da məhkəmədə keçmiş həyat yoldaşı Cavabdeh2 müxtəlif şəxslərə ocümlədən Cavabdeh1 borclu olduğunu, sonuncudan aldığı 80.000(səksən min) manat pulu Cavabdeh2 borcuna verdiklərini bildirmişdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah dövründəər arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadınümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 ünvandainşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 845 nömrəli, sahəsi 105kv. metr olan mənzilin ona atası tərəfindən hədiyyə olunmasını iddia etsə də bununla bağlı hərhansı sübutu məhkəməyə təqdim edə bilməmişdi. Əksinə məhkəmədə həmin əmlakın birgənikah dövründə əldə olunması, onun sərbəst ifadəsi ilə yəni, xx xxxx 2019-cu il tarixdənotariat orqanına ərizə ilə müraciət olunaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2 otaqlı, 845 nömrəli,sahəsi 105 kv. metr olan mənzilə olan pay haqqının və müqavilənin Cavabdeh1adına dəyişdirilməsinə etiraz etməməsinə dair ərizə verməsi və həmin ərizə əsasında mənzilədair müqavilənin Cavabdeh1 adına rəsmiləşdirilməsi müəyyən olunmuşdur.Həmçinin Cavabdeh1 alınmış 80.000 (səksən min) manat puluCavabdeh2 borclarına verilməsi də bir daha ilkin iddianın əsassız olduğunu sübut edir.Əgər doğrudan da, İddiaçı dediyi kimi hədə-qorxu olmuş olsaydı ozamam sonradan alınmış pul vəsaiti borclara verilməzdi. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən ilkin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya 80.000 (səksən min) manat maddi zərər, 20.000 (iyirimi min) manat mənəvizərər olmaqla, cəmi 100.000 (yüz min manat) pulun qarşılıqlı iddia üzrə cavabdeh KərimovaMehriban Elşad Qızından tutularaq, ona ödənilməsi tələbinə dair Cavabdeh1 qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd edir. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassızvarlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsihalları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqaviləolmalıdır. MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabınaəmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman başverir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqiəsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyatakeçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrumolanın tələbi ilə ona qaytarmalıdır. MM-nin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmışşəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nəisə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqdaverdiyini geri tələb edə bilər. Qarşılıqlı iddia ərizəsində Cavabdeh1 İddiaçı ona “X14 LTD” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu,Xoca prospekti, 29 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının İİ mərtəbəsində 2otaqlı, 84 nömrəli, sahəsi 105 kv. metr olan mənzili satıb bir hissəsi ilə borcunuqaytaracaqlarını, digər hissə isə özlərinə daha aşağı qiymətə mənzil alacaqlarını, sonradanİddiaçı həmin mənzili borcun əvəzinə ona verə bilmələri, lakinbunun əvəzində Cavabdeh1 özləri üçün mənzil alması üçün 80.000 (səksən min)manat da borc kimi əlavə pul vermək lazım olduğunu bildirsə də, həqiqətən də 80.000(səksən min) manat da borc kimi İddiaçı verməsini məhkəmədə sübut edəbilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Hacıyev Rövşən Oqtay oğlunun ona 195000(yüz doxsan beş min) manat borcu olduğu halda, Cavabdeh1 yenidən 80.000(səksən min) manat da borc pulu heç bir müqavilə imzalamadan İddiaçıverməsi qeyri-realdır. Kollegiya hesab edirki, əksinə tərəflər mənzilin qiyməti barədə qarşılıqlırazılığa gəlmişlər və bu razılığa əsasən 80.000 (səksən min) manat pul vəsaiti qarşılıqlı iddiaüzrə iddiaçı Cavabdeh1 tərəfindən İddiaçıödənilmişdir. Qarşılıqlı iddianın 20.000 (iyirimi min) manat mənəvi zərərin qarşılıqlı iddia üzrəcavabdeh İddiaçı tutularaq Cavabdeh1ödənilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, MM-nin 21.1cimaddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onavurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və yamüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququpozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmışfayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinədair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixliQərarınnda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlakhüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəriolmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşaanadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf,ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ,müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarınıpozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonrazərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərərvətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri iləbirlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri,əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda beləzərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumuhesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşıtörədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyayasəbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fizikiəzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəbolan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərəbaxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkəninmənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsintəqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkəninbunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağaborcludur.” İddiaçı tərəfindən Cavabdeh1 hər hansı hüquqununpozulması müəyyən olunmadığı üçün qarşılıqlı iddia bu hissədə də düzgün olaraq rədd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia və qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 7837/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6123/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6123/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver