Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6128/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı2, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə1 Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2022 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Mübahisəli “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomobil X5 mülkiyyətində olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə borc avtomobilə yönəlmiş və hərracdan Cavabdeh1 tərəfindən alınmışdır. X9 hərracı mübahisələndirmiş və hərrac etibarsız hesab edilmişdir. Buna baxmayaraq mübahisəli avtomobil etibarnamə əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 etibarnamə əsasında avtomobili İddiaçı2 satmış, daha sonra İddiaçı2 həmin etibarnamə əsasında mübahisəli avtomobili qardaşı X6 mülkiyyətinə keçirilmiş və rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı - “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X1 dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara ödənilmiş 20.000 manat, avtomobilə təmir üçün xərclənmiş 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “GMC TERRAİN” markalı (hazırda Tural Nuriyevin mülkiyyətində olan) avtomobil daha öncə X5 mülkiyyətində olmuşdur. Avtomobil bankın girovunda olduğundan Namiq Qafarov tərəfindən bank qarşısında olan öhdəliklər icra olunmadığı üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsilə 32.006 ABŞ dolları borc X9 və qeyrilərindən tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X8 məxsus və banka ipoteka qoyulmuş “GMC TERRAİN” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitin N.Qafarovun borcuna yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Nizami rayon İcra və Probasiya Şöbəsində xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı icra sənədi üzrə icra icraatı başlanmış, “GMC TERRAİN” markalı avtomobil hərraca çıxarılmış, “X4” MMC-nin keçirdiyi hərracda Hərracın Yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 saylı protokolu ilə həmin avtomobil hazırki iş üzrə Cavabdeh1 satılmışdır. Əldə edilmiş vəsait borclu Namiq Qafarovun borcuna yönəldilmişdir, icra icraatına xitam verilmişdir. Lakin, Namiq Qafarov qeyd olunan hərracla razılaşmamış, 2019-cu ildə cavabdehlər "xxxx" MMC, “X4” MMC, "xxxx" ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-497/2020 saylı qətnaməsilə “GMC TERRAİN” markalı avtomobilin satılmasına dair hərracın nəticələri etibarsız hesab edilmiş, avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil edilməsi və sair qət edilmişdir. Mübahisəli avtomobillə bağlı məhkəmə icraatının getməsinə, hərracın nəticələrinin ləğv edilməsi, avtomobilin yenidən hərrac yolu ilə satılması barədə məhkəmə aktının olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və onun adından çıxış edən nümayəndəsi Cavabdeh2 bu barədə iddiaçılara məlumat vermədən onları aldadaraq avtomobili xx.xx.2020-ci il tarixdə İddiaçı2 baş etibarnamə verməklə etibarnamə əsasında 20.000 manata satmışdır. İddiaçı2 xx.xx.2021-ci il tarixdə avtomobili Tural Nuriyevin adına keçirmişdir. Lakin, əvvəlki iş üzrə tələbkar X9 ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı avtomobilin üzərinə həbs qoyulmasına və axtarışa verilməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək həmin “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsi təqdimatı qismən təmin etmiş, Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli qərardad çıxarılmışdır. Həmin qərardaddan T.Nuriyev şikayət vermişdir. Şikayət Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayətə baxıb şikayəti təmin etmədi. Onlara məlum oldu ki, avtomobil 2018-ci il tarixdə hərracdan satılıb, avtomobili Cavabdeh1 almış, 2019-cu və 2020-ci ildə məhkəmələrin qətnaməsi əsasında həmin hərrac etibarsız hesab edilib, avtomobilin yenidən hərrac yolu ilə satılması qət edilib lakin, buna baxmayaraq cavadehlər avtomobili yenidən hərrac yolu ilə satılması üçün İcra şöbəsinə təqdim etmək əvəzinə 2020-ci ildə avtomobili 20.000 manata iddiaçılara sataraq onları zərərə salıblar. Hazırda T.Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququ məhdudlaşdırılıb, həmçinin avtomobilin hərracdan yenidən satılması haqqında məhkəmə aktı var. Bundan başqa, cavabdehlər avtomobili onlara İddiaçı2 adına verdikləri etibarnamə əsasında satıblar, bu zaman alğı-satqı qaydalarına riayət olunmayıb. Odur ki, mübahisəli avtomobilin onlara satılması barədə alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdehlərdən ödədikləri 20.000 manat tutularaq iddiaçılara qaytarılmalıdır. Onlar avtomobili alandan sonra onu saz vəziyyətə gətirmək üçün zərurət olduğundan avtomobilə 5.000 manat pul xərcləmişdir, həmin pul da cavabdehlərdən tutulmalıdır. Cavabdehlərin onlara qarşı bu cür aldadıcı hərəkətlər etməsi, gözlənilən zərərlərini onların üzərinə yönəltmələri, bunun nəticəsində məhkəmə və icra şöbələrində qalmağı onlarda stres, əsəb gərginliyi yaratmışdır. Onların bu hərəkətləri iddiaçılara mənəvi zərər yetrimişdir, mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirirlər. Odur ki, cavabdehlərdən 10.000 manat mənəvi zərərin əvəzi tutulmalıdır. İddiaçı iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X6 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20.000 manat, avtomobilə təmir üçün xərclənmiş 5.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, ümumilikdə 35.000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq, 10000 (on min) manat İddiaçı1, 10000 (on min) manat İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2021 saylı, 23 fevral 2022-ci il tarixli qərardadı ilə qətnaməyə düzəliş edilərək qətnamənin nəticə hissəsində Cavabdeh1 sözləri Cavabdeh2 sözləri ilə əvəz edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1092, 1097-ci maddələri, MPM-nin 14.2, 77.1-ci maddələri, həmçinin Konstitusiya Məhkəməsinin Pleneum qərarına istinad edərək onunla əsaslandırmışdır ki, iddia tələbi “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğısatqısının əsasını təşkil edən müqavilə məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmışdır. İddiaçıların izahatlarına əsasən müəyyən edilmişdir ki, avtomobilə görə verilmiş 20000 manat vəsaitin yarısı İddiaçı1 və yarısı isə İddiaçı2 məxsusdur. Odur ki, Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi hissəsində araşdırmış və təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 götürdüyü 20.000 manat pulu ona əlbəəl vermiş, məhkəmə iclasında tərəflər bu halı etiraf etmiş, məhkəmə iclas protokolunda bu barədə qeyd edilmişdir. Lakin qətnamə çıxarılandan iki ay sonra naməlum səbəblərdən hakim qətnaməyə düzəliş edərək onu borclu çıxarmışdır. Apellyator həmçinin onun Konstitusiyada təsbit olunan hüquqlarının pozulduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı2 izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, məhkəmənin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı X6 nümayəndəsi-vəkili Vəkil oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdehlərdən Cavabdeh2 apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi nəzərdə tutulduğundan qətnamə təmin edilmiş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X4” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokol, "xxxx" MMC tərəfindən verilmiş QR1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyi etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbləri təmin edilməsi, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X4” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokol, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyi etibarsız hesab edilsin. “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir. İşin materiallarından görünür ki, "X4" MMC-nin açıq hərracın yekunları barədə 353 nömrəli, 21 dekabr 2018-ci il tarixli protokolunun surətinə əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin və Nizami rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və X5 mülkiyyətində olan ** NB *** dövlət qeydiyyat nişanlı, "GMC TERRAİN" minik markalı nəqliyyat vasitəsi 8.888 manata Cavabdeh1 satılmışdır. Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2020-ci il tarixli ƏN-Vİİ seriyalı 103512 nömrəli, 1 il müddətinə verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 AD 389867 nömrəli xx.xx.2019-cu il tarixl qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus **- RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 143120 nömrəli, 1 il müddətinə verilmiş etibarnamədən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli etibarnamə üzrə, Cavabdeh1 AD 389867 nömrəli xx.xx.2019-cu il tarixl qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus **-RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müaviləsindən görünür ki, **-RZ- *** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobil Cavabdeh1 adından etibarnamə əsasında 25.000 manata X2. İş materiallarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 497/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən "GMC TERRAİN" markalı, **- NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edilmiş, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsi yenidən təşkil olunmalı olduğu qərara almışdır. İş materiallarında olan AD 794441 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RZ-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı avtomobilin sahibi İddiaçı1dur. Şəhadətnamənin verilmə tarixi xx.xx.2020-ci il tarixidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq hazırda Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi ev 29, mənzil 89 qeydiyyatda olan İddiaçı1 məxsus "GMC TERRAİN" markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın 8(103)-160/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, müəyyən edilmişdir ki mübahisəli avtomobilin mülkiyyətçisi İddiaçı1 olsa da, həmin avtomaşına görə və digər iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomaşının alınmasına görə ödədikləri 20000 manat pul və sair tələblər qaldırmış, tələbin əsası kimi avtomobil 2018-ci il tarixdə hərracdan satılmasını, avtomobili Cavabdeh1 almasını, 2019-cu və 2020-ci ildə məhkəmələrin qətnaməsi əsasında həmin hərrac etibarsız hesab edilməsini, avtomobilin yenidən hərrac yolu ilə satılması qət edilib lakin, buna baxmayaraq cavadehlər avtomobili yenidən hərrac yolu ilə satılması üçün İcra şöbəsinə təqdim etmək əvəzinə 2020-ci ildə avtomobili 20.000 manata iddiaçılara sataraq onları zərərə salması ilə əsaslandırmışlar. Cavabdeh2 iddianı etiraf etməyərək mübahisəli avtomobili Cavabdeh1 almış, həmin avtomobili İddiaçı2 sataraq 20000 manat məbləğində pul almasını göstərsə də, apellyasiya şikayətində avtomaşını iddiaçıya satdıqdan sonra, ondan götürdüyü 20.000 (iyirmi min) manat pulu Cavabdeh1 əlbəəl verməsini və bunu Cavabdeh1 özünun də məhkəmə baxışı zamanı etiraf etməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun birinci instansiya məhkəməsinin ona münasibətdə iddianın təmin olunmasından narazı olması məlum olur. Başqa sözlə, apellyatorun bildirdikləri özlüyündə iddiaçıların tələb etdiyi pulun ondan deyil, Cavabdeh1 tutulmalı olmasını ehtiva edir. Məhkəmə kollegiyası "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edilməsi, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsi yenidən təşkil olunmalı olmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasının mütləq olmasını, eləcə də bununla əlaqədar Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmasını da nəzərə alaraq hesab edir ki, mübahisəli avtomaşın hazırda İddiaçı1 mülkiyyətində olsa da, avtomaşının əvvəlki sahibinin iddiası təmin edildiyindən faktiki olaraq maşın formal olaraq iddiaçının mülkiyyəti hesab edilir və avtomaşının sözügedən icra vərəqəsinin icrası ilə bağlı icra şöbəsinə təhvil verilməsi labüddür və gözləniləndir. İşin göstərilən halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1092, 1097.1-ci maddələrini hazırki düzgün mübahisəyə tətbiq edərək işin araşdırılmış hallarına əsasən Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsinə dair qənaəti ilə razılaşır və Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pulun ondan alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməli olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə onun iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması nəticəsinə gəlsə də, bu hal Cavabdeh2 ona qarşı iddia qaldırmaq hüququndan istifadə etməyə mane olmur. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək Cavabdeh2 satmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, Cavabdeh2 20000 manat pulun Cavabdeh1 verməsi birinci instansiya məhkəməsinin iclas protokolunda əksini tapsa da, həmin protokoldan sonuncunun bu faktı təsdiq etməsi görünmür. Həmçinin Cavabdeh2 mübahisəli avtomaşını Cavabdeh1 alaraq İddiaçı2 satandan sonra əldə etdiyi pulun hamısını Cavabdeh1 hansı səbəblərdən verməli olmasını, nə üçün verməsinin səbəblərini məhkəmə instansiyalarında işə baxılan zaman izah edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra qəbul etdiyi qərardadla onun Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, həmin qərardaddan şikayət verilməmiş və bu qərardad hazırki apellyasiya baxışının predmeti deyildir. Lakin apellyasiya şikayətinin məzmunu bu qərardadla da əlaqələndirildiyindən məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri sayır ki, qətnamədəki yanlışlığın düzəldilməsi Azərbayjan Respublikasının MPM-nin 228.2-ci maddəsində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsi və Cavabdeh1 münasibətdə onun iddiaçıların hesabına əsassız varlandığı halın məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması göstərildiyi halda qətnamənin nəticə hissəsində pulun Cavabdeh1 tutulmasının yanlış göstərilməsi açıq-aydın aşkardır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsinin apelyatorun Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2022 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6128/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6128/2022
01.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver