Məhkəmə qərarları › İş №2(103)-613/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-613/2022

05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-613/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi X6, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus bir ədəd noutbuk-5000 manat, 3 ədəd fotoalbom, 5 ədəd video disk alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X9 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə oğlu X9 10 oktyabr 2020 il tarixində Füzuli rayonunda həlak olmuşdur. Oğlunun həlakından sonra onun arvadı Cavabdeh yaşadıqları evi tərk etmişdir və gedəndə özü ilə onlara məxsus bəzi əşyaları aparmışdır. Belə ki, onun evlərindən getməsi özünün qərarı olmuş və ailə üzvlərinin ona heç bir təzyiqi olmamışdır. Cavabdeh özü ilə apardığı əşyalar bir ədəd noutbuk, ailə fotoşəkillər albomları- 3 ədəd və 5 ədəd video disklər olmuşdur. Cavabdeh özünə məxsus əmlakını evdən çıxaran zaman, onlardan xəbərsiz göstərilən həmin əşyaları aparmışdır. Nəticədə oğlundan yadigar evdə heç bir foto şəkil və video disk qalmamışdır. Noutbuku o, ABŞ-da yaşayan qohumlarına sifariş etmişdir və onun dəyərinin ödənişini 5 000 beş min manatı ABŞ dollarına çevirərək şəxsən etmişəmdir. Cavabdeh İddiaçı və X2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X1 ona məxsus qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, komod 2 güzgülü, künc divanı masa, 6 oturacaq)-2500 manat, yataq otağı dəsti (yataq, dolab, komod, 2 tumba)-2500 manat, mətbəx mebeli (yerli istehsal)-2500 manat, mətbəx üçün masa oturacaq dəsti-300 manat, mətbəx üçün divan- 200 manat, Samsung markalı paltaryuyan-850 manat, Samsung markalı soyuducu-1200 manat, Samsung markalı televizor-1200 manat, Samsung markalı DVD 60 manat 10 TCL markalı televizor-600 manat, mətbəx üçün Hoffman markalı televizor- 250 manat, soba- 350 manat, qaz plitəsi300 manat, aspirator-120 manat, mətbəx üçün Kran-60 manat, bir ədəd şirəçəkən-60 manat, elektrikli samovar-80 manat, bir ədəd Panasonic markalı mikser-80 manat, qranit qazan dəsti 5 ədəd-330 manat, sadə güllü qazan dəsti 60 manat, 3 ədəd sadə qazan dəsti 60 manat, 5 ədəd, 2 qutu qaşıq dəsti-130 manat, 3 mərtəbə şirniyyat qabı-25 manat, tort qabı-25 manat, komod üstü üçün büllur qab dəsti- 220 manat, büllur stəkanlar 11 ədəd böyük, 12 ədəd armudu-150 manat, büllur konfet qabları 6 ədəd- 200 manat, yemək dəsti6 dəst-120 manat, çay dəsti 12 dəst- 2 ədəd-400 manat, şirniyyat qabı-25 manat, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəstləri, təktək çuqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri- 600 manat, xalça 8 ədəd (6 ədəd 2x3 ölçüdə, 2 ədəd 1.5x2 ölçüdə)-1420 manat, bir ədəd Gəncə xalçası- 500 manat 2x3 ölçüdə, çilçıraqlar 3 ədəd -920 manat, qonaq otağı, yataq otağı üçün pərdələr 580 manat, uşaq otağı üçün 120 manat, mətbəx üçün jalüz-70 manat, ona məxsus şəxsi geyim əşyaları, ayaqqabıları, paltarları-2000 manat, ona məxsus nikah haqqında şəhadətnamənin əsli, həyat yoldaşına məxsus Redmi markalı mobil telefon-900 manat, yataq dəstləri -4 dəst hər biri 25 manat olmaqla 100 manat, 2 ədəd 50 manat olmaqla 100 manat, bir ədəd 90 manat, bir ədəd taxt döşəyi-150 manat, 30 ədəd dəsmal- 300 manat 4 ədəd yastıq-süfrələr 10 ədəd- 400 manat, bir ədəd masaüstü ev telefonu modemlə birlikdə-100 manat, bir ədəd noitbuk çantası-50 manat, kitabları, dərs ləvazimatları və s., həyat yoldaşının hədiyyə aldığı ağ çərçivəli 3 aynalı güzgü-70 manat, həyat yoldaşının hədiyyə aldığı qırmızı qutuda daraq dəsti-60 manat, hərbi şəhərcikdə onların evinlərindən götürülən noutbuk stolu-50 manat, həyat yoldaşınının yadigar qoyduğu döyüş boyunbağısı, hərbi şəhərcikdə yerləşən evin açarından ibarət əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin, həyat yoldaşı X9 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X17 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06.08.2017-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə gətirmişdir. Həyat yoldaşı X9 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olmuşdur. Həyat yoldaşı şəhid olduqdan sonra cavabdehlər İddiaçı və X4 ona təzyiq edərək, yaşadığı evdən çıxmağa məcbur etmişlər. O, isə özünə məxsus cehiz əşyalarını və digər şəxsi əşyalaraı götürməyə imkanı olmadığından, həmin əşyalar hal-hazırkı vaxtadək həyat voldaşı X9 ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Həmin evdə hal-hazırda heç kim yaşamasa da, cavabdehlərə məxsus evin həyətində yerləşir və cavabdehlərin sahibliyində və istifadəsindədir. Cavabdehlərdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdeh polis çağıraraq, əşyaları götürməsinə maneçilik törətmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ondan tələb etdiyi noutbuku özünə məxsus Azərbaycan Bevnəlxalq Bankdan verilmiş debet kartı vasitəsilə 14.08.2019-cu il tarixdə Amazon.com internet saytı vasitəsilə almış və məbləği 2293.16 ABŞ dolları məbləğində pulu öz şəxsi vəsaiti hesabına kartından ödəmişdir. Cavabdeh noutbuku onun üçün özünün aldığını bildirsə də, hesabdan çıxarışda 2293.16 ABŞ dollarının onun tərəfindən ödənilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, həyat yoldaşı X9 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X17 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manat cavabdehlər tərəfindən onun razılığı və icazəsi olmadan alınaraq, geri qaytarılmamışdır. Lakin şəhid ailəsi o olmaqla, yalnız ona ödənilməli idi. Yalnız o, imza edərək həmin məbləği qəbul etsə də, cavabdehlər həmin 5000 manatı onun kartından onun icazəsi olmadan çıxararaq bölmüş və qalan 5000 manatı ona vermişlər. Hesab etmişdir ki, həmin 5000 manat da cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 əd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çüqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr, geyim, ayaqqabılar, paltarlar, yataq dəstləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarından ibarət məişət və şəxsi əşyalar İddiaçı və X1 alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüqııq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qətnamə çıxartmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24.08.2021-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edildiyindən dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz əsassız və işin taktiki hallarına uyğun olmayan, yalnız cavabdehlərin sözlərinə istinad etməklə yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Qarşı tərəfin iddiası tamamilə əsassızdır. Çünki qarşı tərəfin onlara toydan heçbir xatirə şəklinin qalmadığını qeyd edib, iddiasında 3 toy albomu və toy diskləri tələb etdiyini qeyd etsə də, bəy və gəlinin sadəcə 1 ədəd toy albomu olur və o albom da orada təkcə bəy və gəlinin şəxsi şəkilləri olduğu üçün yalnız bəy və gəlinə təqdim olunur. Toy diskləri isə əşya həbsi qoyularkən bizdə aşkar olunmamışdır. Çünki disklər elə Cavabdeh həyat yoldaşı ilə yaşadığı evdə qalmışdır. Qarşı tərəf onlara toydan heç bir xatirə şəklinin qalmadığını qeyd etsə də əslində onlarda açıq aşkar şəkildə çox sayda toy şəkillərinin olduğunun sübutu da vardır. Daha sonra qarşı tərəfin iddiada tələb etdiyi noutbuk Cavabdeh bank kartı ilə şəxsən özü tərəfindən alınmışdır. Buna dair sübut olaraq Cavabdeh bank kartının çıxarışı da məhkəmədə təqdim olunmuşdur. Babayeva X8 və inşaat universitetinin memarlıq fakulətsinin məzunudur və işi ilə əlaqədar olaraq həmin noutbuku almışdır. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən ona məxsus əşyaların güya onlar tərəfindən alınmasını bildirsələr də, həmin əşyaların məhz onlar tərəfindən alınmasını təsdiq edən heç bir sübutu məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla yanaşı, cavabdehlərin yalnız sözü izahatında göstərdikləri iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir və bu səbəbdən də, iddia tələbi bu hissədə təmin edilməli idi. Hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi işə baxarkən qanunverciliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, müdafiə mövqeyini üzərinə götürərək, yalnız cavabdehin göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbində təmin edilməyən əşyaların alınmasında bilavasitə iştirak edən şahidləri dindirməkdən əsassız olaraq imtina elmiş, cavabdehlərin istədiyi kimi qətnamə qəbul etmişdir. Cavabdehlə şəhidin atası və anası olduğunu bildirməklə, məhkəməyə təzyiq edərək, öz xevrinə qətnamə çıxarılmasına nail olmuşdur. Lakin məhkəmə onun şəhidin ailəsi olmağını, daha çox onun mənəvi sarsıntı keçirməyini nəzərə almamış, işə formal yanaşmışdır. Hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24.08.2021-cu il tarixli qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən dəyişdirilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əlavə verərək, qeyd etmişdir ki, ilkin apellyasiya şikayətinə bəzi əlavələr edilməsini zəruri sayır və xahiş edirəm hissəsinin apellyasiya şikayətinə əlavədə qeyd etdiyi kimi oxunmasını, qəbul edilməsini istəyir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 5-ci və 8-ci abzaslarında qeyri-dəqiqliyə yol verildiyini bildirir. Belə ki, 5-ci abzasda məhkəmə qeyd edir ki, hazır ki, iddia tələbi üzrə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ilk iddia ərizəsində göstərilən noutbuk, fotoalbom və video disk Cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmənin bu qənaəti ilə razı deyil. Əvvala toy mərasimində bir fotoalbom, bir dənə də disk olur. O, evdən çıxmağa məcbur olanda yalnız fotoalbomu, noutbuku və həyat yoldaşının bir neçə geyim əşyasının odan yadigar olaraq götürmüşdür. Digər əşyaları kimi, disk də mərhum həyat yoldaşı ilə birgə yaşadıqları, onlara məxsus evdə qaldığını bildirmişdir. Xəzər rayon icra məmuru X5 tərtib etdiyi 02 iyun 2021-ci il tarixli aktda da yalnız fotoalbom və noutbukun evlərində olması və onların üzərinə həbs qoyulması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnamənin 4-cü səhifəsinin 8-ci abzasında göstərilir ki, ilk iddia üzrə cavabdeh disk və şəkillərin surətlərinin iddiaçıya təqdim olunmasına etiraz etmədiyi frazasını da həqiqətə uyğun olmayan hesab edir. Birincisi disklə bağlı bildirir ki, qeyd olunan diski götürməmişdir. Disk digər əşyaları kimi yaşadığı evdə qalıb. Onda olmayan əşyanı necə verə bilər? Şəkillərə gələndə isə həmin şəkillərin hamısından iddiaçılarda mövcud olduğunu və həmin şəkillərin iddiaçılara lazım olmadığını qeyd etmişdir. Sadəcə olaraq onlar qərəzli olaraq şəkillərlə bağlı iddianı noutbuku ondan almaq üçün əlavə bir əsas kimi fikirləşib ərizələrində qeyd ediblər. Odur ki, birinci instansiya məhkəməsinin ilk iddia üzrə iddiaçıların ona qarşı iddialarının qismən təmin edilməsini də əsassız və qanunsuz hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də ləğv olunmalı və ilk iddiaçıların ona qarşı iddia tələbləri təmin edilməməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin (və əlavənin) məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin (və əlavənin) təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin olunmuş, qarşılıqlı iddia tələbinin isə rədd olunmuş hissəsində ləğv olunmasını və qarşılıqlı iddianın tam təmin eilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi X10 iddia ərizəsinin dəlillərinə istinad edərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və qarşılıqlı iddia ərizəsinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.Apellyasiya baxışı zamanı 24 noyabr 2021-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, nikah haqqında şəhadətnamə Rəşadın anasındadır (hazırkı iş üzrə digər cavabdeh Təranə Babayeva), əgər toy kasetini qaytararsa, o halda o da nikah şəhadətnaməsini Cavabdeh qaytarar, güzgü-daraq dəstini isə gəlib apara bilər, mətbəx üçün divanı, Samsunq markalı DVD-ni də verməyə razıdır, mikserdən xəbəri yoxdur, Redmi markalı telefonu Rəşadın anası işlədir, kimin aldığını bilmir, noutbuk masasını da Nigar alıb və qaytarmağa razıdır. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq tərəflərin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi qismənqarşılıqlı iddianın rədd olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin olunmuş, qarşılıqlı iddia tələbinin isə rədd olunmuş hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin olunmuş hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 04.06.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 10.10.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 14.08.2019-cu il tarixdə Amazon.com şirkətinin hesabına 2293.16 ABŞ dolları köçürülmüşdür. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı 07 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı "xxxx" MMC-nin Qiymətləndirmə Rəyindən görünür ki, mübahisə predmetinə daxil olan mətbəx mebelinin, mətbəx üçün divanın, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı suyuducunun, “Samsung” markalı televizorun, “Samsung” markalı DVD-nin, mətbəx üçün “Hoffman” markalı televizorun, sobanın, qaz sobasının, aspiratorun, mətbəx üçün krantın, noutbuk masasının bazar qiyməti 06 aprel 2022-ci il tarixinə: 5 080,00 (beş min səksən) manat təşkil edir. Beləliklə, hazırkı işin faktiki hallarına görə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 06.08.2017-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə gətirmişdir. Həyat yoldaşı X9 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olmuşdur.Əri şəhid olduqdan sonra cavabdehlər keçmiş qaynata və qaynanası İddiaçı və X4 ilə münasibətləri normal olmamış, yaşadığı evdən çıxmağa məcbur olmuşdur. O, isə özünə məxsus cehiz əşyalarını və digər şəxsi əşyalaraı götürməyə imkanı olmadığından, həmin əşyalar halhazırkı vaxtadək həyat voldaşı X9 ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Həmin evdə hal-hazırda heç kim yaşamasa da, cavabdehlərə məxsus evin həyətində yerləşir və cavabdehlərin sahibliyində və istifadəsindədir. Cavabdehlərdən ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdehlər əşyaları götürməsinə maneçilik törətmişlər.Bu səbəbdən Cavabdeh məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, əvvəldə qeyd edildiyi kimi, İddiaçı ilk iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Noutbuk, fotoalbom və diskin verilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin olunmuş hissəsində də mübahisələndirir və həmin əşyalar disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması ilə bağlıdır.Cavabdeh həmin disk və fotoşəkillərin onda olmadığını bildirir və bunun sübutu kimi i/v- 147-148-də olan Xəzər rayon İcra Probasiya şöbəsinin 02.06.2021-ci il və 02.07.2021-ci il tarixli Aktlarına istinad edir.Belə ki, 02.06.2021-ci il Akta əsasən ancaq noutbukun və bir ədəd fotoalbomun üzərinə həbs qoyulmuş, 02.07.2021-ci il tarixli Akta əsasən isə “Samsung” markalı DVD, TCL markalı televizor, şirəçəkən, “Panasoninq” markaklı mikser, nikah haqqında şəhadətnamə, Redmi markalı telefon, üç aynalı güzgü və qırmızı qutuda daraq dəsti istisna olmaqla icra sənədində göstərilən digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Kollegiya qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində əsassız hesab edir.Belə ki, Cavabdeh apellyasiya şikayətində həmin əşyaların onda olmamasını bildirməklə bunun sübutu kimi i/v- 147-148-də olan Xəzər rayon İcra Probasiya şöbəsinin 02.06.2021-ci il və 02.07.2021-ci il tarixli Aktlarına istinad etsə də, i/v- 108-də olan Məhkəmə iclas protokoldan görünür ki, ilk iddia üzrə Cavabdeh və onun vəkili Nümayəndə disk və fotoalbomun surətinin çıxarılıb verilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, fotoalbom və video disklər şəxsi əşya olmamaqla onlar hər iki tərəfə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1155.1-ci maddəsinə əsasən ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Beləliklə, məhkəmə kolleiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia tələbinin təmin olunmuş hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Bundan başqa, birinci instansiya məhkəməsində ilk iddia üzrə Cavabdeh və onun vəkili Nümayəndə iştirak etdiyndən apellyasiya mərhələsində verilmiş iş materiallarında olan şahidlərin dindirilməsi barədə Vəsatət təmin olunmamışdır. Həmçinin, məhkəmə kolleiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddia tələbinin təmin olunmamış hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, Apellyasiya baxışı zamanı 24 noyabr 2021-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, nikah haqqında şəhadətnamə Rəşadın anasındadır (hazırkı iş üzrə digər cavabdeh Təranə Babayeva), əgər Nigar toy kasetini qaytararsa, o halda o da nikah şəhadətnaməsini Cavabdeh qaytarar, güzgü-daraq dəstini isə gəlib apara bilər, mətbəx üçün divanı, Samsunq markalı DVD-ni də verməyə razıdır, mikserdən xəbəri yoxdur, Redmi markalı telefonu Rəşadın anası işlədir, kimin aldığını bilmir, noutbuk masasını da Nigar alıb və qaytarmağa razıdır. Odur ki, nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti, mətbəx üçün divan, Samsunq markalı DVD və noutbuk masasının cavabdehlərdən alınıb iddiaçı Cavabdeh veilməsi ilə bağlı tələb təmin edilməli olduğundan iddiaçı Cavabdeh apellyasiya şikayəti bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın etiraf olunan hissəsində əlavə araşdırma aparılmasına lüzum yoxdur. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırki qarşılıqlı iddia tələbinin digər hissəsi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından tərəflərin tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 5000 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərə həmin pulu öz razılığı ilə verməklə (bağışlamaqla) bunu hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Əks halda, məhkəməyədək həmin pulu cavabdehlərdən tələb etmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən mübahisə predmetinə daxil olan və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmlakların bazar dəyərinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə edilmiş və sonuncunun 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı rəyində mətbəx mebelinin - 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divanın - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı suyuducunun – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizorun – 1150,0 (bir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizorun - 150,0 (bir yüz əlli) manat, sobanın – 300,0 (üç yüz) manat, qaz sobasının – 120,0 (bir yüz iyirmi) manat, aspiratorun - 100,0 (bir yüz) manat, mətbəx üçün krantın - 30,0 (otuz) manat, noutbuk masasının - 30,0 (otuz) manat olduğu göstərilmişdir.(Digar əşyaların mövcud olmadığı qeyd edilmişdir.) Göstərilən xüsusatların müəyyən edilməsi xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı rəylə razılaşmamaq üçün əsas yoxdur və o, məhkəmənin gəldiyi nəticə üçün həlledici rol oynayır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarına görə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 06.08.2017-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə gətirmişdir. Həyat yoldaşı X9 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olmuşdur.Əri şəhid olduqdan sonra cavabdehlər İddiaçı və X4 ilə münasibətləri normal olmamış, yaşadığı evdən çıxmağa məcbur olmuşdur. O, isə özünə məxsus cehiz əşyalarını və digər şəxsi əşyaları götürməyə imkanı olmadığından, həmin əşyalar hal-hazırkı vaxtadək həyat voldaşı X9 ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Həmin evdə hal-hazırda heç kim yaşamasa da, cavabdehlərə məxsus evin həyətində yerləşir və cavabdehlərin sahibliyində və istifadəsindədir. Cavabdehlərdən ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdehlər əşyaları götürməsinə maneçilik törətmişlər.Bu səbəbdən Cavabdeh məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Kollegiyası "xxxx" MMC-nin 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı rəyində mövcud olduğu göstərilən əşyaların yaxud onların dəyərinin (mətbəx mebelinin - 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divanın - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı suyuducunun – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizorun – 1150,0 (bir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizorun - 150,0 (bir yüz əlli) manat, sobanın – 300,0 (üç yüz) manat, qaz sobasının – 120,0 (bir yüz iyirmi) manat, aspiratorun - 100,0 (bir yüz) manat, mətbəx üçün krantın - 30,0 (otuz) manat, noutbuk masasının - 30,0 (otuz) manat ) qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb iddiaçı Cavabdeh verilməli olması qənaətinə gələrkən, həmin əşyaların Cavabdeh cehiz apardığı evdə olduğunu, həmin əşyaların cavabdehlərə məxsus olmasına dair sübutlar iş materiallarında müəyyən olunmadığını, həmçinin, birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə cavabdehlər iddiaçının olmadığını bildirdiyi halda, apellyasiya mərhələsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bir qism əşyaların Cavabdeh məxsus olmasına dair etirafını nəzərə alır.Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, nikah haqqında şəhadətnamə Rəşadın anasındadır (hazırkı iş üzrə digər cavabdeh Təranə Babayeva), əgər toy kasetini qaytararsa, o halda o da nikah şəhadətnaməsini Cavabdeh qaytarar, güzgü-daraq dəstini isə gəlib apara bilər, mətbəx üçün divanı, Samsunq markalı DVD-ni də verməyə razıdır, mikserdən xəbəri yoxdur, Redmi markalı telefonu Rəşadın anası işlədir, kimin aldığını bilmir, noutbuk masasını da Nigar alıb və qaytarmağa razıdır. Məhkəmə Kollegiyası qarşılıqlı iddia tələbində qeyd edilən digər əşyaların, yəni "xxxx" MMC-nin 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı Rəyində, həmçinin i/v- 147-148də olan Xəzər rayon İcra Probasiya şöbəsinin 02.06.2021-ci il və 02.07.2021-ci il tarixli Aktlarında müəyyən olunmayan bir qism əşyaların (bir qismi cavabdeh tərəfindən etiraf olunmuşdur) qarşılıqlı iddiaçı Cavabdeh məxsus olmasını və mövcudluğunu qarşılıqlı iddiaçı sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia həmin əşyalara münasibətdə əsaslı sayılmamalıdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mətbəx mebeli - 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divan - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı suyuducu – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizor – 1150,0 (bir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizor - 150,0 (bir yüz əlli) manat, soba – 300,0 (üç yüz) manat, qaz sobası – 120,0 (bir yüz iyirmi) manat, aspirator - 100,0 (bir yüz) manat, mətbəx üçün krant - 30,0 (otuz) manat, noutbuk masası- 30,0 (otuz) manat )-həmin əşyalar olmadıqda onların dəyəri, həmçinin nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti cavabdehlər İddiaçı və X1 alınaraq iddiaçı Cavabdeh veilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizanın xərci olaraq 100 (bir yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə VÖEN **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. Mətbəx mebeli – dəyəri 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divan - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı suyuducu – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizor – 1150,0 (bir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizor - 150,0 (bir yüz əlli) manat, soba – 300,0 (üç yüz) manat, qaz sobası – 120,0 (bir yüz iyirmi) manat, aspirator - 100,0 (bir yüz) manat, mətbəx üçün krant - 30,0 (otuz) manat, noutbuk masası- 30,0 (otuz) manat)-həmin əşyalar olmadıqda onların dəyəri, həmçinin nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti cavabdehlər İddiaçı və X1 alınaraq iddiaçı Cavabdeh verilsin. Qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizanın xərci olaraq 100 (bir yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə VÖEN **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar