Məhkəmə qərarları › İş №2(103)-6139/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6139/2024

18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6139/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iş üzrə (açar sözlər:əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-2546/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AD N seriyalı, 49*366 nömrəli 2*.05.20*9-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Renault Clio” minik markalı, 90-SU-62* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. *7.08.20*9-*4.09.2023-cü il tarixləri aralığında tərtib olunmuş EQ*0**6*87, EQ*0070239, EQ9985463, EQ9879722, EQ9678244, EQ947*558, EQ9*06792 və s. nömrəli protokollardan müəyyən olunur ki, 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 müxtəlif vaxtlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində (327.*, 339.*-*, 339.*-*, 346.*, 469.3 və s.) nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində müxtəlif məbləğlərdə inzibati cərimə növündə inzibati tənbeh cəzaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *8.03.2023-cü il tarixli, 3-*3-54/2A-3392/**/23 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, müraciət araşdırılması üçün “Renault Clio” markalı, 90-SU-62* dövlət nömrə nişanlı avtomaşını 3*.*2.202*-ci ildən 0*.04.2025-ci ilədək etibarnamə əsasında idarə edən X2 qeydiyyatda olduğu ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, mülkiyyətində olan “Renault Clio” markalı, 90-SU- 62* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərtib olunan və qərarsız saxlanılan cərimələrin idarə etmək üçün etibarnamə əsasında verdiyi X3 tətbiq edilməsi, avtomobilin üzərinə qoyulan həbsin götürülməsi və cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Binəqədi Rayon Polis İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən müəyyən olunur ki, o, mülkiyyətində olan “Renault” markalı 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış 3*.07.2023-cü il tarixli, 3-*3-46/2-282*4/2023 nömrəli məktubun surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlandığı müraciət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *8.09.2023cü il tarixli, 3-*3-54/2-20382/23 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, müraciət üzrə BDYPİ-nin X* baxış keçirilərək “Renault Clio” markalı, 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməyən cərimə borclarının olması müəyyən olunmuş və bu səbəbdən qeyd olunan nəqliyyat vasitəsi Suraxanı rayonunda cərimə meydançasına yerləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin üzərində olan cərimə borcları ödənilmədən, həbsdən çıxarılması mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan “Renalut Clio” markalı, AZ 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi vəzifəsinin Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması, avtomobilin cərimə meydançasında qanunsuz saxlanmasına görə cavabdehdən *8.02.2022-ci il tarixdən başlayaraq hər gün üçün * manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, *8.02.2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək, mülkiyyətində olan “Renalut” markalı, AZ 90- SU62* dövlət qeydiyyat nişanlı avtomobilə tərtib olunan və qərarsız cərimələrin idarə etmək üçün etibarnamə əsasında verdiyi X3 tətbiq edilməsi, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin *8.03.2023-cü il tarixli, 3-*3-54/2-A-3392/**/23 saylı cavab məktubunda bildirilmişdir ki, “mülkiyyətinizdə olan avtomaşın 3*.*2.202*-ci ildən 0*.04.2025-ci ilədək etibarnamə əsasında idarə edən X2 qeydiyyatda olduğu ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir və nəticəsi barədə onlar tərəfindən sizə əlavə məlumat veriləcəkdir”. O, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. 3*.07.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən mesaj göndərilərək xx.xx.2023-cü il tarixdə AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törədən şəxs X2 barəsində İXP5605433 nömrəli protokol tərtib edilərək, sürücülük hüququndan müəyyən müddətə məhrum edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətində olan avtomobil Suraxanı Rayon Polis İdarəsi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Bu səbəbdən Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsinin *8.09.2023-cü il tarixli, 3- *354/2-20382/23 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan “Renalut Clio” markalı, 90SU62* dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməyən cərimə borclarının olması müəyyən olunmuşdur. Bu səbəbdən qeyd olunan nəqliyyat vasitəsi Suraxanı rayonunda cərimə meydançasına yerləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi üzərində olan cərimə borcları ödənilmədən həbsdən çıxarılması mümkün deyildir. Göstərilən səbəbdən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi tərəfindən avtomobili etibarnamə əsasında idarə edən şəxs barəsində inzibati protokol tərtib edilməklə cəzalandırılmışdır. Həmin səbəbdən də mülkiyyətçi olaraq onun tələbinin cavabdeh tərəfindən təmin edilməməsi qanunsuz və əsassızdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-2546/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi, ödənilməmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanılmasının hüquqi əsasını ödənilməyən cərimə borclarının olması təşkil edir. Belə ki, həmin nəqliyyat vasitəsinin üzərində olan cərimə borcları, həmçinin nəqliyyat vasitəsinin duracağa gətirilməsi və avtomobilin orada saxlanılması üçün müəyyənləşdirilmiş haqq ödənilmədən nəqliyyat vasitəsinin mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, həmin nəqliyyat vasitəsi qanuni əsaslarla cərimə meydançasına yerləşdirilmişdir. Həmçinin məhkəmə izah edir ki, törədilmiş inzibati xətalarla bağlı tətbiq edilmiş cərimələr və dəbbə pulu iddiaçı tərəfindən ödənildiyi təqdirdə nəqliyyat vasitəsi cərimə meydançasından çıxarılaraq ona qaytarılmalıdır. Daha sonra iddiaçı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsdən ödənilən cərimə və dəbbə pulunu geri tələb etmək hüququna malikdir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu *00 manat məbləğində müəyyən edilmişdir. İddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli və ödənilməmiş 70 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İV hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında *-ci maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin *52.*, *52.5, *57.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 88, *07, **9.*, 2*7.3, 2*7.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.3, *22.7, *27-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2546/2024 saylı. xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2546/2024 saylı, xx.xx.2024 saylı qətnaməsi ilə şikayətçinin cavabdeh Suraxanı rayon Polis İdarəsinə qarşı “əmlakın qaytarılması və avtomobilin qanunsuz cərimə meydançasında saxlanmasına görə pul tutulması və ödənilmiş 30 manat rüsumun alınaraq ona ödənilməsi” barədə tələbi rədd edilmişdir. Hesab edir ki, qətnamə qanunsuz və əsassız çıxarılmışdır. Ona görə də ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, şikayətçi *8.02.2023-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinə müraciət edərək mülkiyyətində olan “Renalut” markalı AZ 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomobilə tərtib olunan və qərarsız cərimələrin idarə etmək üçün etibarnamə əsasında verdiyi X3 tətbiq edilməsi, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və cərimə meydançasından çıxarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Polis İdarəsinin *8.03.2023-cü il tarixli, 3-*3-54/2-A-3392/**/23 saylı cavab məktubunda bildirilmişdir ki, “mülkiyyətinizdə olan avtomaşını 3*.*2.202*-ci ildən 0*.04.2025-ci ilədək etibarnamə əsasında idarə edən X2 qeydiyyatda olduğu ərazi üzrə X6 İdarəsinə göndərilmişdir. Nəticəsi barədə onlar tərəfindən Sizə əlavə məlumat veriləcəkdir”. Şikayətçi xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. 3*.07.2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsi ona və Suraxanı rayon Polis İdarəsinin rəisinə 3-*3-46/2-282*4/2023 saylı məktub göndərərək ərizənin aidiyyatı üzrə baxılması üçün Suraxanı rayon Polis idarəsinə göndərildiyini bildirmişdir. Eyni zamanda onun telefonuna Binəqədi Rayon Polis İdarəsi tərəfindən mesaj göndərilərək Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törədən şəxs X2 barəsində İXP5605433 nömrəli protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə sürücülük hüququndan müəyyən müddətə məhrum edilməsi bildirilmişdir. Eyni zamanda ona bildirilmişdir ki, mülkiyyətində olan avtomobil Suraxanı Rayon Polis İdarəsi tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Bu səbəbdən o Suraxanı Rayon Polis İdarəsinə müraciət etmiş, Suraxanı Rayon Polis İdarəsinin *8.09.2023-cü il tarixli, 3-*3-54/2-20382/23 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan Renalut Clio markalı, 90-SU-62* dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməyən cərimə borclarının olması müəyyən olunmuşdur. Bu səbəbdən qeyd olunan nəqliyyat vasitəsi Suraxanı rayonunda cərimə meydançasında yerləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin üzərində olan cərimə borcları ödənilmədən həbsdən çıxarılması mümkün deyildir. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanılmasının hüquqi əsasını ödənilməyən cərimə borcunun olması təşkil edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.3cü, *22.7-ci, *26.* və *27-ci maddələrinə istinad edərək onun tələbini təmin etməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət səhvdir. Məhkəmənin gəldiyi səhv qənaət şikayətçini mülkiyyətində olan əmlakdan məhrum etmişdir. Mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanması üçün məhkəmənin qərarı yoxdur. Etibarnamə əsasında mülkiyyətində olan avtomobili idarə edən şəxs məhkəmə qaydasında cəzalandırılmış, avtomobilin cərimə meydançasında saxlanması barədə məhkəmə tərəfindən qərar qəbul edilməmişdir. Yol hərəkət qaydalarını pozan şəxs cəzalandırılırsa, tətbiq edilmiş cərimələr də onun tərəfindən ödənilməlidir. Mülkiyyətçi həmin cərimələrə görə cavabdehlik daşıya bilməsi sualı məhkləmə tərəfinədn araşdırılmamışdır. İnzibati xətanı törədən şəxsin hesabına mülkiyyəçi mülkiyyət hüququndan məhrum oluna bilməz. Halbu ki, o mülkiyyət hüququndan iki ilə yaxındır ki. məhrum olmuşdur. 29.*0.2022-ci il tarixdən hal-hazıra qədər avtomobil cavabdehin təqsirindən cərimə meydançasında saxlanılır. Həmin avtomobilin çəkisi 3 tona qədərdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 05.04.20*6-cı il tarixli, 3 saylı Qərarına əsasən nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda hər gün üçün *,0 manat təşkil edir. Avtomobilin cərimə meydançasında saxlanılması tarixi 22.*0.2022-ci il tarixdən bu günə qədərdir. Məhkəmənin qənaətinə görə o, avtomobilindən mülkiyyətçi kimi məhrum olunmaqla yanaşı bu dövr ərzində hər günə *.0 manat cərimə ödəməlidir və bundan başqa əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2546/2024 saylı. xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə **.*. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Maddə 97.*. Bu Məcəllənin 346.*, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.*-ci və 346-*.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Maddə 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Maddə 97.2-*. Bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqq ödənildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Maddə 97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına, habelə bu Məcəllənin 346-*.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.* – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Maddə 97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Maddə *25.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: *25.2.*. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Maddə *26.*. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Maddə *26.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Maddə *22.7. Barəsində bu Məcəllənin *22.*-ci, *24.5-ci və ya *24.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin *26.*-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*- 259.0.5-ci və 259.0.8-259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.**-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-2546/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması və s.” tələbinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, hazırkı mübahisəyə dair işdə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan nəqliyyat vasitəsinin törədilmiş inzibati xəta nəticəsində cərimə meydançasına yerləşdirilməsinə dair qərarın ləğv edilərək avtomobilin ona qaytarılmasına nail olmaqdan ibarət olsa da, o, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisə ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası mülki iş üzrə sübutları tədqiq edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyindən, iddiaçının hazırkı tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-2546/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “əmlakın geri qaytarılması və s.” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə, xitam verilsin. İddiaçı hazırkı tələbləri ilə inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar