Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6165/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X12, Cavabdeh2, X2, Cavabdeh4 Teymur oğluna və X8 (3-cü şəxs Bakı şəhəri, 28 saylı Notariat Ofisi cəlb edilməklə) qarşı “avtomobilin qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2020 saylı işi üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh4 Teymur oğlunun və X7 cavabdeh qismində cəlb edilərək cavabdehlər Cavabdeh1 X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Teymur oğlundan və X5 "Cavabdeh1» X1 alqı-satqı müqaviləsinə əsasən, buraxılış ili 2015-ci il olan (mühhərrik- nömrəsi A6S1397. BAN nömrəsi XTA2İ2140F22497İ) «VAZ 21214» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona qaytarılması, bu mümkün olmadığı halda avtomobilin alınması üçün verdiyi 8980 manat, təmir edilməsi üçün tərəfindən xərclənmiş 5500 manat, mənəvi zərərə görə 5000 manat, iddia ərizəsini təqdim etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 510 manat məbləğində vəkilin xidmətlərinə görə ödədiyi pul vəsaitinin, ümumilikdə cəmi 20020 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, -Bakı şəhəri 28 saylı Notariat ofisində Cavabdeh2 tərəfindən 30.06.2019-cu il tarixdə İddiaçı adına verilmiş «nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» etibarnamədən (ƏN-İVN789815, reyestr nömrəsi 7E- 6197) görünür ki, mülkiyyətçi «VAZ 21214» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair iddiaçıya 3 ay müddətinə, yəni 30.09.2019-cu il tarixə kimi nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə etibarnamə vermişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz (iş.səh.54), Bakı şəhəri 28 saylı Notariat ofisində Cavabdeh2 tərəfindən 22.08.2019-cu il tarixdə Cavabdeh4 Teymur oğlunun adına verilmiş «nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» 7E-8066 reyestr nömrəli etibarnamədən (təsdiq edilməmiş nümunə formasında) görünür ki, mülkiyyətçi «VAZ 21214» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair ona 3 ay müddətinə, yəni 22.11.2019-cu il tarixə kimi nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə etibarnamə vermişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz (səh.53), - Bakı şəhəri 28 saylı Notariat ofisində Cavabdeh2 tərəfindən 27.11.2018-ci il tarixdə Cavabdeh5 adına verilmiş «nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında» 7E-15447 reyestr nömrəli etibarnamədən (təsdiq edilməmiş nümunə formasında) görünür ki, mülkiyyətçi «VAZ 21214» markalı, 10- LU-424 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair ona 2 ay müddətinə,yəni 27.01.2019- cu il tarixə kimi nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə etibarnamə vermişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz (səh.52), AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətininBakı şəhəri, kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin 29.10.2020-ci il tarixli məktubundan görünür ki, həmin tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən Cavabdeh1 adlı hüquqi şəxsin vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir (səh.176), - AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 04.11.2020-ci il tarixli məktubundan görünür ki, reyestrdə Cavabdeh1 X15 adlı kommersiya qurumu aşkar edilməmişdir (səh.177), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2020 saylı işi üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 80, 106.1, 119.1, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, avtomobilinin mülkiyyətçisi Cavabdeh2 avtomobilinin idarə edilməsi üçün 27.11.2018-ci il tarixdə Cavabdeh5 adına 2 ay müddətinə, 30.06.2019-cu il tarixdə İddiaçı adına 3 ay müddətinə, 22.08.2019-cu il tarixdə Cavabdeh4 Teymur oğlunun adına da 3 ay müddətində etibarnamələr vermişdir. İddiaçı minik avtomobilini Cavabdeh1 X1 alqı-satqı müqaviləsinə əsasən ilkin olaraq 8500 manat pul vəsaitini X7 vasitəsi və iştirakı ilə ödəməklə kreditlə aldığını, hətta ödəniş qrafiki tərtib olunmasını göstərsə də, bu halları təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.Halbuki, iddiaçı ərizəsində də qeyd etdiyi kimi, Bakı şəhəri, 28 saylı Notariat ofisində Cavabdeh2 tərəfindən onun adına etibarnamə verilmişdir. Etibarnamənin məzmununda yalnız avtomobilin idarə edilməsi göstərilmişdir.Beləliklə də iddiaçının Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərin olması, eləcə də mübahisəli avtomaşının da iddiaçıya məxsus olması sübuta yetirilməmişdir Bundan başqa, iddiaçı mübahisəli avtomobilin təmir edilməsi üçün tərəfindən 5500 manat pul xərclənməsinə dair də məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. İddiaçı ərizəsində 8980 manat pul vəsaitini X7 vasitəsi və iştirakı ilə Cavabdeh2 ödəməsini göstərsə də, məhkəmə baxışı zamanı verdiyi izahatında o bu pulu məhz X8 ödəməsini göstərmiş, bunun təsdiqi olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəs. Mərkəzi küçə kor. 224 ev 1-də yaşayın Həsənov Aydın adlı və Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəs. ev 5E, m.105-də yaşayan Əhmədov Ayaz adlı şəxslərin, həmçinin imzası notarial və ya lazımi qaydada təsdiq edilməyən Biləsuvar rayon sakini Cavabdeh5 adlı şəxsin ərizələrini təqdim etmişdir. Qeyd edilən ərizələrdə 2019-cu ilin iyul ayında İddiaçı 114 Kars Avtomobil satış mərkəzində ** LU *** Niva markalı avtomobili almaq üçün Cavabdeh5 onların yanında 8500 manat verməsi göstərilsə də, ərizələrdə olan imzalar notarial və ya lazımi qaydada təsdiq edilməmiş, ərizə müəlliflərinin ata adları belə göstərilməmişdir. Belə olan halda Həsənov Aydın və Əhmədov Ayaz adlı şəxslərin ərizələrini məhkəmə ümumiyyətlə sübut növü kimi qiymətləndirmir. Məhkəmə iddiaçının imzası notarial və ya lazımi qaydada təsdiq edilməyən Biləsuvar rayon sakini Cavabdeh5 adlı şəxsin adından təqdim etdiyi ərizəyə də qiymət verərək onu da mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, əgər həqiqətən də iddiaçı həmin şəxsə hazırda bütün cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etdiyi məbləği vermişsə (təqdim edilmiş bütün ərizələrin məzmununda isə bu məbləğ 8500 manat göstərilib) belə olan halda Cavabdeh5 adlı şəxsin göstərilən qaydada ərizəsini alıb məhkəməyə təqdim etmək əvəzinə özünün iddiasının əsası kimi istinad etdiyi halları sübut etmək baxımından həmin şəxsin və ona pul verilməsində iştirak edən şəxslərin iştirakını təmin etməsi daha məqbul olardı. Belə ki, onun və pul verilməsində şahidlik etmələri güman edilən şəxslərin məhkəmə iclasında verəcəkləri izahatlar digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı N25657/94, §282). Hazırki mövcud vəziyyətdə iddiaçının iş üzrə cavabdehlərdən avtomobilin alınması üçün verdiyi 8980 manat məbləğin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsinə dair tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsaslar müəyyən edilməmiş iddiaçının cavabdehlərəqarşı minik avtomobilinin ona qaytarılması, bu mümkün olmadığı halda avtomobilin alınması üçün verdiyi 8980 manat, təmir edilməsi üçün tərəfindən xərclənmiş 5500 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə iddiasının əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissəsi olan mənəvi zərər üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələbə də hüquqi qiymət verilməsinə zərurət görmür. iddianın əsassız sayılması, ona göstərilən məqsədlə iddia etdiyi məbləği verdiyi yalnız konkret şəxsə qarşı mötəbər və tutarlı sübutların mövcudluğu şərti ilə iddia qaldırmaq hüququnu istisna etmir və eyni məbləği konkret şəxsə münasibətdə gələcəkdə tələb etməklə məhkəmə qaydasında mübahisələndirmək hüququndan da məhrum etmir. Belə ki, o hazırki iddiasında eyni məbləğin konkret şəxsə münasibətdə deyil, bütün cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. İddiaçı apellyasiya şikayəti verərək, İddiaçı apellyasiya şikayətinin təmin olunması və qətnaməsinin ləğv edilərək cavabdehlər Cavabdeh1 X1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 Teymur oğlundan və X5 (3-cü şəxs qismində Bakı şəhəri, 28 saylı Notariat Ofisi cəlb edilməklə) «114 Cars Badamdan) X1 alqı-satqı müqaviləsinə əsasən, buraxılış ili 2015-ci il olan (mühhərrik nömrəsi 0681397, BAN nömrəsi XTA212140F224971) «VAZ 21214» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qaytarılması, bu mümkün olmadığı halda avtomobilin alınması üçün verdiyim 8980 manat, təmir edilməsi üçün tərəfimdən xərclənmiş 5.500 manat, mənəvi zərərə görə 5000 manat, iddia ərizəsini təqdim etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 510 manat məbləğində vəkilin xidmətlərinə görə ödədiyim pul vəsaitinin, ümumilikdə comi-20020 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 360, 372.1, 372.2.2, 372.7, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işin mahiyyəti üzrə lazımınca tam, hərtərəfli araşdırılmamasının, cavabdehlərin və şahidlərin məhkəmə proseslərində iştiraklarının təmin olunmamasının nəticəsidir. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1115/2020 saylı 06.11.2020-cu il tarixli qətnaməsi ləğv edilməli, tərəflərin iştirakı ilə araşdırılma aparılmalı və bundan sonra qərar verilməlidir.İşin faktiki halları iddia ərizəsində düzgün şərh olunmuşdır. İş üzrə iddia tələbləri Azərbaycan Respublikasının qanunlarına və normativ hüquqi aktlarında təsbit olunan tələblərə uyğun əsaslandırılmışdır. Tərəflərin iştirakı təmin olunmadığından iddia ərizəsində göstərilən halların sübuta yetirilməsi çətinlik yaratmışdır. Məhz bu səbəbdən məhkəmə yanlışlığa yol vermiş və düzgün olmayan nəticəyə gəlmişdir. Əslində iddia ərizəsində qeyd olunanlar tam reallığı əks etdirir. Cavabdehlərlə danışıqları başqa formada olmuşdur. Tərəfindən onlara başqa ödənişlər də aparılmışdır və müəyyən razılıqları da var idi. Məhkəmənin düzgün nəticəyə gələ bilməsinə əsas verə biləcək mötəbər sübutların məhkəməyə təqdim etmək hüququndan əsassız olaraq məhrum edilmişdir. Bu da hakimin qərar qəbul edərkən düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə, prosesdə izahatını, təqdim etdiyi sübutları və işdə olan digər materialları müəyyən dərəcədə araşdırsa da iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirir. İddianın təmin edilməməsinə səbəb məhkəmənin (hakimin) həmin tələblərlə bağlı, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyət kəsb edən faktiki halları, subutları lazımınca tədqiq etməməsi və ya pandemiya ilə bağlı bu imkanın məhdudluğu olmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh2 ilə olan razılaşmaya əsasən cavabdeh olaraq üzərinə götürdüyü bütün öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam, vaxtında və layiqincə yerinə yetirmişdir. Lakin buna baxmayaraq mülki iş üzrə Cavabdeh2 və digərləri müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri ciddi şəkildə pozmuşlar. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 2019-cu ildə avtomobili kreditlə götürdüyünü, buna dair müqavilənin mövcud olduğunu, 14000 manatdan 8500 manat ödəniş etdiyini qalan məbləği ödəmədiyini, avtomobili 2 ay istifadə etdiyini, daha sonra ödəniş etməkdə çətinlik yaşadığından avtomobili satmaq qərarına gəldiyini, avtomobilin Cavabdeh4 satıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, avtomobilin daxili kredit müqaviləi ilə 114 cars X14 Mərkəzindən alındığını, lakin həmin müqavilənin satış mərkəzi tərəfindən silindiyini, 700 manat beh verməklə Əlisahib adlı şəxs vasitəsilə Məhəmmədə satıldığını, həmin pulun iddiaçıya verilmədiyini, avtomobilin verilməsinən iddiaçının xəbərsiz olduğunu, bu barədə Nəsimi Rayon Polis şöbəsinə müraciət etdiklərini, lakin orada məsələnin mülki xarakterli olduğunun bildirildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 X15, Cavabdeh2, X4, Cavabdeh4 Teymur oğlu və X11, üçüncü şəxs Bakı şəhəri, 28 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-388, 1091-1097; "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə qeyd edilən avtonəqliyyat vasitəsinin mülki dövriyyəsi və digər iddia edilən əsaslara dair sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının daxil olduğu mülki münasibətlərin səciyyəsi lazımi qaydada sənədləşdirilməsi zəruri olan sübutlarla (alqı-satqı, kredit, ipoteka, maliyə dövriyyəsinə aid mədaxil və məxaric sənədləri və s.) təsdiq edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddaçya aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1115/2020 saylı işi üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6165/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6165/2021
05.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver