Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6178/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin tutulması” barədə qarşılıqlı iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X17 Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə olan avtoservisdə olan “Avtoyuma” sexində və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də quraşdırılmış 2 komplekt su nasosu, hidrofor, su sayğacı və mühərrikləri; 13-16-cı boksda yerləşən Reysmus dəzgahı; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də quraşdırılmış elektrik sayğacı, su qızdırıcısı – kombi, su nasosu və su çəninin; avtoyuma məqsədilə quraşdırılmış 60 tonluq su çənini; bokslarda və avtoyuma sexində olan 15 ədəd (2 və 3 fazalı) elektrik sayğacları; vulkanizasiya sexində olan Apollo-sidik markalı aparat və 3 fazalı sayğacı; avtoyuma sexində olan Omax markalı aparatı; mebel şəklində yerləşdirilmiş elektrik sayğacları, dörd funksiyalı kombinasiya edilmiş Universal markalı taxta doğramaq üçün dəzgahı; ambarda saxlanılmış 5 ədəd taxta qapı və 25 ədəd taxta pəncərələr; avtomaşınların mühərriklərini yüksək dəqiqliklə diaqnostika edən aparatı;bokslarda yerləşdirilmiş 2 komplekt 3 ton 900 kq hidravlik avtoqaldırıcıları; avtoservisin giriş və çıxışında quraşdırılmış 3 ədəd dəmir darvaza və boksların qapılarında quraşdırılmış 18 ədəd dəmir qapıların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əri X33 vəfatından sonra (Rasim Həsənov xx.xx.2008-ci ildə vəfat etmişdir) X40 və X46 tərəfindən Buzovna- Maştağa yolunun sağ tərəfindəki ərazidə 20 sot torpaq sahəsində avtoservis inşa edilmiş, bundan sonra X40 ilə Cavabdeh birlikdə həmin avtoservisi idarə etməyə başlamış, sonradan X40 həmin avtoservisdən uzaqlaşdırılmışdır. Cavabdeh əvvəlcə Bayram Bayramovu, sonra isə eyni üsulla onları şərləyərək, əsassız varlanmaq, mülkülərinə (pullarına) yiyələnmək istəyir. Belə ki, məhz bundan sonra o, Cavabdeh maddi-mənəvi və hüquqi yardım göstərərək, problemlərinin həllində birbaşa iştirak etmiş, bununla bağlı Cavabdeh 145.139,0 manat vəsait xərcləmişdir. Belə ki, Cavabdeh onun (həmçinin həyat yoldaşının) külli miqdarda vəsaitini mənimsədikdən sonra bu dəfə onu şərləyərək həmin avtoservisdən uzaqlaşdırmış, iddia ərizəsində qeyd olunan obyektlərin tikintisinə qeyd etdiyi məbləğdə pullar xərcləməyinə baxmayaraq, Cavabdeh başqa şəxslərlə əlbir olub xərclədiyi vəsaitləri qanunsuz üsullarla ələ keçirməyə cəhd etmişdir. O, Cavabdeh ilə həmin avtoservisi 2015-ci ilin noyabr ayından 2016-ci ilin iyun ayına qədər, cəmi 8 ay birlikdə işlətmişlər. Həmin dövrdə avtoservisdən ümumilikdə 4.680,0 manat qazanc götürmüşlər. Belə ki, tərəflərindən işə əlavə edilən Xəzər RPİ İŞ-nin baş müstəntiqi Knyaz Rəhimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.11,2017-ci il tarixli qərarının surətindən göründüyü kimi, Cavabdeh özü izahatında etiraf etmişdir ki, avtoservisdən izafi xərclər çıxılmaqla Sevərə hər ay orta hesabla 300-600 manat pul vermişdir. Göründüyü kimi, hətta Cavabdeh özünün izahatına inanılsa belə, o halda da avtoservisdən gələn gəlirin, demək olar ki, hamısının Sevərə verildiyi müəyyən olunur. Əslində də avtoservisdən gələn gəlirin hamısı cavabdehə verilmişdir. Avtoservisi birlikdə işlətməklərinin 2015-ci ilin noyabr ayından 2016-ci ilin iyun ayına qədər olması, həmin dövrdə avtoservisdən ümumilikdə 4.680,0 manat qazanc götürməklərini avtoservisi işlədən icarədarların hamısı təsdiq edə bilər və təsdiq edir. Bundan başqa, Cavabdeh tərəfindən Bayram Bayramov həmin avtoservisdən uzaqlaşdırıldıqdan sonra, avtoservisin təmirtikintisinə xərclənmiş bütün vəsait məhz ona - İddiaçı aiddir. Bu faktı da avtoservisi işlədən icarədarların hamısı təsdiq edə bilər. Bu faktı həmçinin Xəzər RPİ İŞ-də araşdırma zamanı Cavabdeh özü də izahatında qismən etiraf etmişdir Bundan başqa, indi müəyyən olunur ki, əslində nə mübahisəli torpaq sahələrinə, nə də həmin torpaq sahəsinin üzərində olan Avtomobillərin təmiri obyektinə dair Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bayram Bayramov ilə aralarında problem yaranan zaman Cavabdeh özü onlardan xahiş etmişdi ki, maddi-mənəvi və hüquqi yardım göstərsinlər, problemlərinin həllində iştirak etsinlər, obyektə əlavə vəsait qoyub dirçəldib, bundan sonra obyekti bərabər hüquqlarla şərikli işlətsinlər. Onlar da bir qohum, kimsəsiz qadın olduğunu nəzərə alıb, razılaşmışlar. Onlar özlərinə aid məsələni həll etdikdən, yəni problemləri həll edib, obyektə əlavə vəsait qoyub dirçəltdikdən sonra, müvafiq müqavilənin layihəsini tərtib edib, onu özləri imzalamadan Cavabdeh təklif etmiş, Sevər isə müqavilənin şərtlərini qəbul etməmiş, başqa sözlə, onlara aldatmışdır. İndi məlum olur ki, Cavabdeh əsl məqsədi onların etibarından sui-istifadə edib aldatmaq olmuşdur. Bundan başqa, Bayram Bayramov ilə Cavabdeh arasında olan həmin mülki işin baxışı zamanı Cavabdeh tərəfindən Bayram Bayramova barışıq sazişi təklif edilmiş, bununla bağlı Cavabdeh tərəfindən Bayram Bayramova ilkin olaraq 110.000 manat, sonra 100.000 manat, sonda isə 85.000 manat təklif edilmişdir. Hətta xx.xx.2016-cı il tarixdə 100.000 manat məbləğində razılaşdırılmış barışıq sazişini tərəflər imzalamış, lakin həmin barışıq sazişi məhkəməyə təqdim edilən zamanı Cavabdeh vaxtilə mərhum əri ilə Bayram Bayramovun dost və şərik olduğunu, həmçinin özünün qadın və himayəsində atasız uşağının olmasını nəzərə alıb, sonuncudan 85.000 manata razılaşmasını təkidlə xahiş etmiş, Bayram Bayramov da bir insan kimi onunla razılaşmışdır. Beləliklə, Cavabdeh və onun nümayəndələri tərəfindən məhkəməyə barışıq sazişi, həmçinin tərəflər barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilmiş, həmin ərizə şəxsən Cavabdeh özü tərəfindən imzalanmışdır. Nəticədə, Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər arasında barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Əslində həmin mülki iş üzrə Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadının ləğv edilməsi haqqında ərizənin (şikayətin) verilməsində Cavabdeh əsl məqsədi üzərinə götürdüyü öhdəliyin icrasını süni surətdə uzatmağa hesablanmışdı, belə ki, Cavabdeh yaxşı anlayırdı ki, həmin qərardadla həmin barışıq sazişi üzrə üzərinə götürülmüş öhdəlik xx.xx.2016-cı il tarixədək icra edilməli idi. Məhz həmin müddətin uzadılması məqsədilə şikayət verilmişdi. Həmin şikayətin verilməsində Cavabdeh əsas məqsədi barışıq sazişinin icrasını süni surətdə uzatmaqla eyni vaxtda, həmin obyektin satılması və bununla da Bayram Bayramovu fakt qarşısında qoymaq idi və bu məqsədlə “Tap.Az” saytında Cavabdeh tərəfindən həmin obyektin 400.000 satılması barədə elan da yerləşdirilmişdi. Bu faktı cavabdehin indiki nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu da yaxşı bilir. Məhz həmin müddətin uzadılması məqsədilə xx.xx.2016-cı il tarixdə Cavabdeh indiki nümayəndəsi Səfərov Rövşən Hətəməli oğluna etibarnamə verildi. Hətta yeni nümayəndə Səfərov Rövşən Hətəməli oğlunu da o tapmış, etibarnamə onun iştirakı, Cavabdeh təklifi ilə verilmiş və etibarnamənin bir nüsxəsinin əsli, həmçinin Səfərov Rövşən Hətəməli oğlunun şəxsiyyət vəsiqəsinin surəti bu gün də ondadır və işə əlavə edilib. xx.xx.2016-cı il tarixdə Cavabdeh indiki nümayəndəsi Səfərov Rövşən Hətəməli oğluna etibarnamə verildikdən sonra, onlar Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadının ləğv edilməsinə nail olmuşlar. Məhz həmin iş üzrə yekun qərar qəbul edilən anda, yəni iş Ali Məhkəmədə olanda Cavabdeh onlara verilmiş etibarnamələri ləğv etdirmişdir. Göründüyü kimi, Cavabdeh onlara verilmiş etibarnamələri ona görə ləğv etdirmişdi ki, artıq istəyinə nail olmuşdu. Başqa sözlə, Cavabdeh onlara verilmiş etibarnamələri tamamilə başqa əsasla və niyyətlə ləğv etdirmişdi. Təəccüb və təəssüf doğuran hal odur ki, Cavabdeh özünü kimsəsiz kimi təqdim edərək, onlar kimi (Mübariz Nəsibov, Bayram Bayramov və s.) ağsaqqal kişiləri hiyləgərcəsinə aldatmağa, bununla da himayə və vəsaitləri hesabına maddi nemətlər əldə etməyə nail olur. Nəticədə o, həmin avtoservisə qoyduğu vəsaitlərə (xərclərə) görə, o cümlədən obyektlərin tikintisinə, həmçinin dəzgah və avadanlıqların alınmasına xərclədiyi vəsaitləri və həmin əmlaka qoyulmuş vəsaitlər hesabına əldə olunmuş pulun alınıb ona verilməsi haqqında iddia qaldırmışdır. Belə ki, Xəzər rayon Məhkəməsində (sədrlik edən: hakim Əkrəm Qəhrəmanov) 2(003)-170/18 saylı iş üzrə iddiaçılar İddiaçı və X7 tərəfindən Cavabdeh qarşı “Cavabdeh iddiaçılar İddiaçı və X2 əmlaka qoyduğu vəsaitlərə (xərclərə) görə 130.139,0 manat, həmin əmlaka qoyulmuş vəsaitlər hesabına əldə edilən gəlirlərə görə 15.000,0 (on beş min) manat, cəmi 145.139 manat pulun alınıb iddiaçılara verilməsi” haqqında iddia qaldırılmış, Xəzər rayon Məhkəməsinin 2(003)-170/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən: hakim A.imanov) xx xxxxxx 2018-ci il tarixli 2(103)-8928/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Xəzər rayon Məhkəməsinin 2(003)-170/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış, həmçinin AR Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, həmin avtoservisdə qoyduğu vəsaitlər hesabına alınmış dəzgah və avadanlıqların (bu fakt tərəflər arasında qanuni qüvvəyə minmiş Xəzər rayon Məhkəməsinin 2(003)-170/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə şahid ifadələri və digər sübutlar ilə müəyyən edilmişdir) cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmalıdır. Bundan əlavə, qarşılıqlı iddia tələbinə dair qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş maddi ziyanın hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)- 6850/18 saylı xx.xx.2018-ci il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə Cavabdeh şikayəti təmin edilməyərək, Xəzər rayon Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qarşılıqlı iddianın dövlət rüsumuna görə ödənilən vəsait ilə bağlı hissəsi də tamamilə əsassızdır. Belə ki, hər bir halda, məhkəmə yekun qərar qəbul edərkən qətnamədə rüsumla bağlı məsələyə münasibət bildirir. Digər tərəfdən, mülki işdə vəkilin iştirakı məcburi deyildir. Bu səbəbdən, qarşılıqlı iddianın vəkilə görə ödənilən vəsait ilə bağlı hissəsi də tamamilə qanunsuzdur. Beləliklə, işin həqiqi hallarından göründüyü kimi, qarşılıqlı iddianın maddi ziyanla bağlı hissəsi tamamilə əsassız və qanunsuzdur. Qarşılıqlı iddianın mənəvi ziyana görə tələb hissəsi isə guya onun Cavabdeh həyat yoldaşının ölümündən istifadə edərək, əmlakını ələ keçirmək istəməsi və bu səbəbdən hər gün həyacan keçirməsi, bu səbəblərə görə iztirab çəkərək,psixoloji vəziyyətinin kritik həddə çatması ilə əlaqələndirilmişdir. Qarşılıqlı iddianın həmin dəlilləri də formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. Əslində Cavabdeh ilə onun işgüzar münasibətləri Cavabdeh həyat yoldaşının ölümündən dərhal sonra deyil, bundan 5 il 8 ay sonra yaranmışdır. Belə ki, Cavabdeh Xəzər RPİ-nin 2-ci PB-nin təhqiqatçısı Rövşən Xanbabayevə ünvanlanmış xx.xx.2015-ci il tarixli izahatının surətindən görünür ki, əri Rasim Həsənov xx.xx.2009-cu ildə vəfat etmiş, 2014-cü ilin sentyabr ayında Cavabdeh yaxın qohumu kimi İddiaçı müraciət etmşdir ki, ona köməklik etsin. Məhz həyat yoldaşının ölümündən 5 il 8 ay sonra sonra Cavabdeh özünün saysızhesabsız problemlərinin həll edilməsi, mülki işlərinin aparılması, o cümlədən hazırkı iş üzrə mübahisə predmeti olan obyektlə bağlı digər şəxslərlə yaranmış mübahisə üzrə işlərinin aparılması üçün ona bir neçə dəfə etibarnamə vermiş, o da Cavabdeh nümayəndəsi olmuş, məhkəmədə və istintaq orqanlarında işinin aparılmasını, əmlakının, o cümlədən evinin və hazırkı iş üzrə mübahisə predmeti olan obyektin inşa edilməsi, orada sexlərin və avadanlıqların quraşdırılması və s. bu kimi işlərin görülməsini təmin etmiş, başqa sözlə, bütün köməklik göstərmiş, hətta bu işlərə külli miqdarda şəxsi vəsaitini xərcləmişdir. Məhz onun maddi və mənəvi dəstəyi ilə istədiklərinə nail olduqdan sonra Cavabdeh özü onunla işgüzar münasibətləri pozmuş, bunun nəticəsində isə onun etibarından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirməyə nail olmuşdur. Belə ki, hətta Cavabdeh adamları (Vüqar adlı şəxs) ona Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə olan “Avtoservis"də xəsarət yetirməkdən belə çəkinməmişlər. Bunun nəticəsində isə o, aidiyyəti orqanlara müraciət edilmiş, Xəzər RPİnin 2-ci PB-nin təhqiqatçısı tərəfindən araşdırma aparılmış, həmin araşdırma zamanı ona xəsarət yetirilməsini təsdiq edən Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X55-Təcrübi və Tədris Birliyinin 1108 saylı xx.xx.2016-cı il tarixli ekspert rəyi verilmişdir. Bundan sonra isə onun tərəfindən Cavabdeh ona qarşı qanunsuz hərəkətləri barəsində yenə də aidiyyəti orqanlara müraciət edilmiş, Xəzər RPİnin 2- ci PB-də araşdırma aparılmış, Xəzər RPİ-nin 2-ci PB-nin təhqiqatçısı Cavid Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərar qəbul edilmiş, daha sonra isə Xəzər RPİ İŞ-də araşdırma aparılmış, Xəzər RPİ İŞ-nin baş müstəntiqi Knyaz Rəhimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərar qəbul edilmiş, həmin araşdırmalar zamanı Cavabdeh özü izahatında bəzi xüsusatları etiraf etmişdir. Göründüyü kimi, əslində Cavabdeh özü onun ahıl yaşından istifadə edərək, əmlakını ələ keçirmək istəmişdir. Cavabdeh həyat yoldaşının ölümündən istifadə edərək, əmlakını ələ keçirmək istəməsi və bu səbəbdən hər gün həyacan keçirməsi, bu səbəblərə görə iztirab çəkərək, psixoloji vəziyyətinin kritik həddə çatması ilə əlaqədar iddiaçı ondan 10000 manatməbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, onun təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu məhkəməyə ünvanladığı sənədlərdə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmış, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi əsassızdır və həmin iddia tələbində qeyd olunan əmlaklarının iddiaçıya heç bir aidiyyatı yoxdur. Belə ki, ilk iddia üzrə İddiaçı ilkin olaraq Xəzər rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, adı gedən torpaq sahəsində inşa edilən tikililərə və qurğulara 145139 manat pul vəsaiti sərf etmişlər və həmin pul vəsaitini o, Poladxana qaytarmalıdır. Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində şikayət araşdırılmış, tərəflər və şahidlər dindirilmiş və sübut olunmuşdur ki, iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinə və yaşayış evinə heç bir məbləğdə pul vəsaiti sərf edilməmişdir. Bundan başqa, İddiaçı qanunsuz əməllərindən əl çəkməyərək, Xəzər rayon Məhkəməsinə müraciət edərək ondan 145139 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı vəsatəti əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 6850/2017 saylı xx xxxx 2018-ci il tarixli Qərardadı ilə əmlaklarının üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-170/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən Apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8928/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8928/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı əsassız olaraq Xəzər rayon Polis İdarəsinə və Məhkəmələrə müraciət etmiş, əmlaklarının üzərinə qanunsuz olaraq həbs qoydurmuşdur. Beləliklə, İddiaçı heç bir əsas olmadan ona qarşı iddialar qaldıraraq ona 10 000 (on min) manat maddi ziyan vurmuş, əsassız olaraq əmlaklarının üzərinə həbs qoydurmaqla 5000 (beş min) manat ziyan vurmuşdur. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli əmlakların ona məxsus olması və həmin əmlakların İddiaçı heç bir aidiyyətinin olmaması müəyyən edilsə də və iddia tələbi rədd edilsə də İddiaçı özünün qanunsuz və əsassız tələblərindən əl çəkməyərək hazırkı iddia tələbini də irəli sürmüşdür. Bundan başqa, İddiaçı onun xəstə olduğunu bilmiş və həyat yoldaşının ölməsindən istifadə edərək onun əmlaklarını ələ keçirtməyə çalışmış və buna görə də o, hər gün həyəcan içində yaşamış və mənəvi iztirablar keçirtmişdir. Belə ki, cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heçə enmiş, bu sarsıntılar onun və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışdır. Ona görə də, cavabdehdən onlara vurduğu mənəvi zərərə görə 10000 manat tutulmalıdır. İddiaçı ona qarşı əsassız iddia qaldırmış və o, məcburən vəkillə müqavilə bağlayaraq 100 manat vəsait ödəmiş və hazırda da 31 manat dövlət rüsumu ödəmişdir. Ona görə də hesab edir ki, İddiaçı 15000 manat maddi ziyana görə, 131 manat çəkdiyi xərc və mənəvi zərərə görə 10000 manat tutuluraq ona ödənilməlidir. Qeyd olunanlara əsasən, cavabdehdən 15000 manat maddi ziyana görə, 131 manat çəkdiyi xərc və mənəvi zərərə görə 10000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X40 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh iddiaçı Cavabdeh ilə onun arasında Xəzər rayon Məhkəməsində 2(003)-2305/18 saylı iş üzrə əmlak tələbinə dair mülki iş olmuş, həmin iş üzrə Bayram Bayramovun iddiası təmin edilməmiş, bu səbəbdən pul tələbinə dair iddia qaldırılır. Cavabdeh hazırkı iş üzrə ilk İddiaçı daha əvvəl onu aldatmağa nail olmuş, daha sonra isə eyni ssenari ilə İddiaçı aldadaraq, onun kimi M.Poladxanın da külli miqdarda əmlakını ələ keçirməyə nail olmuşdur. Belə ki, Xəzər rayon Məhkəməsində 2(003)-2305/18 saylı iş üzrə iddiaçı Bayram Bayramov tərəfindən Cavabdeh qarşı «Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 153 saylı sərəncamı Bayram Bayramova ayrılmış və həmin sərəncama əsasən Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli AKT ilə sonuncuya satılmış 1000 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsindən (ticarət obyektindən) onun Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi barədə pozuntulara son qoyulması; həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Bayram Bayramova təhvil verilməsi haqqında” ilk iddia qaldırılmışdır. Həmçinin cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçıcavabdeh Bayram Bayramova qarşı “cavabdeh X15 90.250 manat pul vəsaitinin tutulması haqqında” qarşılıqlı iddia qaldırılmışdır. Xəzər rayon Məhkəməsinin 2(003)-2305/18 saylı xx.xx.2018ci il tarixli qətnaməsi ilə ilk iddia tam təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, «cavabdeh Bayram Bayramovdan 52.000 manat pulun cavabdeh-iddiaçı Cavabdeh xeyrinə tutulması» qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 11371/2018 saylı qətnaməsi ilə Bayram Bayramov və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilərək, Xəzər rayon Məhkəməsinin 2(003)-170/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Hazırda həmin iş üzrə Bayram Bayramov tərəfindən kassasiya şikayəti verilmiş və iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən: hakim Əhməd Nurməmmədov, 2(102)-4085/2019) icraatındadır və xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 153 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə 1000 kv.m. torpaq sahəsini bağ evinin tikintisi üçün alqısatqı qaydasında almışdır. Alqı-satqıya görə xx.xx.2007-ci il tarixli 064925 nömrəli kassamədaxil orderinin qəbzi ilə 800 manat pul vəsaiti Buzovna Bələdiyyəsinin hesabına tərəfindən ödənilmişdir. Həmin vaxt Bakı şəhəri Buzovna qəsəbə sakini X53 da onun torpağının yanında, yəni Bakı şəhəri Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə, magistral yolun kənarında ümumi sahəsi 2000 kv.m. olan 2 torpaq sahəsini almışdı. Bakı şəhəri Buzovna qəsəbə sakini X53 ilə aralarında uzun illərdən bəri yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh yaxın dostu olmuş mərhum X33 həyat yoldaşıdır. X33 aldığı həmin 2 torpaq sahəsinin hər biri 1000 kv.m.-dən ibarət olmaqla, özünün və sonuncunun qaynı, yəni arvadı Cavabdeh qardaşı X25 adına sənədləşdirilmişdi. Həmin ərəfədə, yəni 2007-ci ildə yaxın dostu Rasim Həsənovun ona 10000 (on min) ABŞ dolları borcu var idi. Həmin vaxt Rasim Həsənov ona bildirmişdir ki, 10000 (on min) ABŞ dolları borcunun əvəzində qaynı Sudeif Seyidovun adına sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsini onun adına sənədləşdirəcək və bununla da ona olan borcu ödənmiş olacaqdır. O, Rasim Həsənovun həmin təklifi ilə razılaşmışdır. Daha sonra, Rasim Həsənov ona həmin torpaq sahəsində obyektlər tikmək istədiyini, lakin bundan ötrü pulunun olmadığını bildirmişdir. Ona təklif etmişdir ki, pulu o qoysun, şərikli obyektləri tiksinlər, sonra da obyektlərdən gələn qazanca şərik olarlar. O, Rasim Həsənovun bu təklifi ilə də razılaşmışdır. Rasim Həsənov ilə aralarında olan şifahi razılaşmaya əsasən obyektlərin tikintisinə başlamaq istəyirdilər ki, bu zaman uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Rasim Həsənovun xəstəliyi daha da şiddətlənmişdir. Hətta R.Həsənov bir müddət Almaniyada müalicə olunmuşdur. Bu səbəbdən də orada qeyd edilən torpaq sahəsində obyektlərin tikintisinə başlaya bilməmişlər. xx.xx.2008-ci ildə isə Rasim Həsənov vəfat etmişdir. Bu səbəbdən də R.Həsənovun qaynı Sudeif Seyidovun adına olan torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. Rasim Həsənov ilə münasibətlərinin çox yüksək səviyyədə olması səbəbindən həmin torpaq sahələrinin hansının kimin adına olması o qədər də əhəmiyyət kəsb etmirdi. X73 vəfat etdikdən sonra da, yəni mərhumun qaynı Sudeif Seyidov ilə münasibətlərinin davam etdiyi 5 il müddətində də, yəni Sudeif Seyidov xx.xx.2014-cü il tarixdə vəfat edənə qədər və bundan bir neçə ay sonra da torpaq sahələrinin hansının kimin adına olması elə bir əhəmiyyət kəsb etmirdi. Yalnız bundan sonra Cavabdeh ilə münasibətləri kəskinləşmişdir. Rasim Həsənov vəfat etdikdən bir müddət sonra Cavabdeh qardaşı Sudeif Seyidovla o həmin torpaq sahəsində avtomobillərin təmiri obyektinin tikintisinə başlamağı qərara almışlar. Sudeif Seyidov əslində mərhum Rasim Həsənovun işlərini davam etdirmək istəyirdi. Məqsədləri həm özlərinin müvafiq gəlir əldə etməyi, həm də mərhum Rasim Həsənovun ailəsinin maddi cəhətdən təminatının təmin olunması idi. Əlbəttə, bu həm də mərhum Rasimin ruhu qarşısında bir dost kimi, onların mənəvi borcları idi. Beləliklə, bundan bir müddət sonra, 1000 kv.m. torpaq sahəsində ticarət obyektlərinin tikintisinə dair Bakı şəhəri Əzizbəyov (indiki - Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən Sudeif Seyidovun adına xx.xx.2009-cu il tarixli 418 saylı sərəncam verildi, lakin torpaq sahəsinin magistral yolun kənarında olan 500 kv.m. olan hissəsində tikinti aparıldı. Həmin sərəncama əsasən avtomobillərin təmiri obyektinin tikilməsinə adambaşına, yəni mərhum Rasim Həsənovun adından vəsait xərcləyən Sudeif Seyidov ilə onun tərəfindən bərabər olmaqla hər biri 26000 manat, cəmi isə 52000 manat pul vəsaiti qoyulub. Bundan sonra isə obyektin arxa hissəsində yerləşən sahəsi 1500 kv.m. olan hissəsində avtomobillərin təmiri üçün obyektin tikintisi aparılmışdır. Həmin obyektin tikilməsinə 2011-ci ilin axırlarından başlanıb davam etdiyi 2014-cü ilin əvvəllərinə qədər, müxtəlif vaxtlarda, ümumilikdə Sudeif Seyidov tərəfindən 25300 manat, onun tərəfindən isə 78800 manat, cəmi isə 104.800 manat vəsait xərclənmişdir. Sudeif Seyidov tərəfindən quyulmuş ümumilikdə 52000 manat pul vəsaitinin 4000 manat hissəsi Rasim Həsənova aid magistral yoldan sonuncu 10,0 sot torpaq sahəsinin 2,5 sot hissəsinin Sudeif Seyidov tərəfindən Könül Cavanşir qızı Allahverdiyevaya satılmasından (bu fakt işdə olan makler X21 notariat qaydada təsdiq olunmuş ərizəsi ilə təsdiq olunur və həmin vəsait torpaq sahəsinin məhz Sudeif Seyidovun özünə aid hissəsinə qoyulmuşdur), 10000 manat hissəsi isə Rasim Həsənova aid torpaq sahəsinin 4,0 sot hissəsinin Sudeif Seyidovun göstərişi əsasında onun tərəfindən satılmasından (həmin vəsait də torpaq sahəsinin məhz Sudeif Seyidovun özünə aid hissəsinə qoyulmuşdur) əldə edilmiş, Rasim Həsənova aid 10,0 sot torpaq sahəsinin 4,0 sot hissəsi isə bu gün də boşdur və Cavabdeh istifadəsindədir. O, hər dəfə Sudeif Seyidova deyəndə ki, 1000 kv.m. olan torpaq sahəsini onun adına sənədləşdirsinlər, sonuncu ona deyirdi ki, bundan ötrü heç bir problem yoxdur, hesab eləsin ki, mərhum Rasim Həsənovun adında olan torpaq sahəsi onunkudur. O da S.Seyidovun dediklərinə inanıb, bu məsələni mərhum Rasimin həyat yoldaşı Cavabdeh da bilmişdir. Əlbəttə, Rasim Həsənov hələ sağlığında həmin torpaq sahəsinin 10000 ABŞ dollar borcunun əvəzinə ona verdiyini bildirməsəydi və bunu mərhumun qaynı Sudeif Seyidov təsdiq etməsəydi, o heç vaxt həmin torpaq sahəsinə bu qədər maliyyə vəsaiti xərcləməzdi. Tərəflər arasında eyni predmetlə bağlı yuxarıda qeyd edilən işin məhkəmə baxışı zamanı da müəyyən olunub ki, vəsait xərclədiyi torpaq sahəsinin 1/2 hissəsi, yəni magistral yolun kənarında olan 1000 kv.m. olan hissəsi özünə məxsus sahədir. Bütün gündəlik xərclər, onların tarixləri və təyinatı göstərilməklə, mühasibatlığını aparan X47 tərəfindən müvafiq qeydiyyat dəftərində aparılmışdır və həmin dəftər hazırda saxlanılmışdır. Hamıya məlumdur ki, sahibkarlıq fəaliyyətində görülən işlərin bu qaydada uçotunun aparılmasına dair işgüzar adətlər çoxdan mövcuddur və onların münasibətləri də həmin işgüzar adətlərə tam uyğun olmuşdur. Beləliklə, sahə, avtomobillərin təmiri obyekti kimi əsasən tam inşa edilmiş, istismara verilmiş və təyinatı üzrə fəaliyyət göstərməyə başlamışdır. Həmçinin, orada təmir-tikinti işlərini aparan ustalar da şəxsən onun tərəfindən gətirilmişdir. Qeyd edildiyi kimi, 2014-cü ilin əvvəllərində Sudeif Seyidov dünyasını dəyişib. Lakin bundan sonra da mərhum dostu Rasim Həsənovun arvadı, hazırda Cavabdeh ilə işgüzar münasibətləri davam etdirildi. Artıq obyektdən tədricən gəlir əldə etməyə başlamışlar və əldə olunan gəlir tam ədalətli bölünmüşdür. Eşitmişdir ki, onun və mərhum dostu Rasimin ümumi tanışı olan Çingiz adlı şəxslə Cavabdeh arasında narazılıq yaranmışdır. Bu səbəbdən də Cavabdeh ona demişdir ki, ikisi birləşib Çingizin üzünə durub desinlər ki, onların adına olan hər biri 1000 kv.m. olan torpaq sahəsini Rasim Həsənov alıb. Cavabdeh bildirmişdir ki, əgər onlar belə desələr, onda Çingiz fakt qarşısında qalacaq və onların bu hərəkətləri inandırıcı görünəcəkdir. Cavabdeh dedikləri həqiqətə uyğun olmadığına görə o şərtinə razılaşa bilməzdi. Ona görə də Cavabdeh bu şərti ilə razılaşmadığını bildirmişdir. Bundan narazı qalan Cavabdeh artıq ona qarşı müxtəlif orqanlara əsassız müraciətlər etməyə və onunla münasibətlərini pozmağa başlamışdır. Onun müraciəti əsasında, “AYAN-A Yaradıcılıq İstehsalat” firması tərəfindən həmin torpaq sahəsinin müvafiq hissəsində ona, yəni X26 məxsus “Avtomobillərin təmiri obyekti”nin Eskiz layihəsi tərtib olunmuşdur. Obyektin mənə aid hissəsi qiymətləndirici şirkət olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müəyyən olunmuş qaydada xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş, obyektin ümumi sahəsi 557,7 kv.m. təşkil etmiş, obyektin inventar qiyməti 234234 manata müəyyən edilmiş, obyektin inventar qiymətinin 112900 manat məbləğində hissəsi isə tərəfindən sığortalanmışdır. Belə ki, tərəfindən “xxxxxxxxx” ASC-yə müraciəti əsasında xx.xx.2014-cü il tarixli BA 421856 nömrəli sığorta müqaviləsi ilə həmin obyektin ona məxsus hissəsi sığortalanmış və həmin obyektin sığortalanmasına dair “Daşınmaz əmlakın icbari söğortası” Şəhadətnaməsi verilmişdir. Torpaq sahəsindən və əmlakdan qanunvericiliklə müəyyən olunmuş qaydada təyinatı üzrə istifadə edilir. Buzovna Bələdiyyəsinə əmlak və torpaq vergisi də 2015-ci ilin əvəllərinə qədər, yəni Cavabdeh ilə münasibətləri pozulana qədər bütünlüklə onun tərəfindən ödənilmişdir,sonuncu dəfə tərəfimdən xx.xx.2015-ci il tarixli 003544 nömrəli tədiyyə bildirişi qəbzi ilə 54 manat torpaq vergisi də Buzovna Bələdiyyəsinin hesabına ödənilmişdir. Bu gün də özünə aid hissənin vergisini özü ödəyir. Həmin obyektin tikintisinə xərclənmiş pulların xeyli hissəsi «xxxxxxxxxxx» QSC-in Xırdalan filialından götürülmüşdür. Belə ki, ona «xxxxxxxxxxx» QSC tərəfindən xx.xx.2011 -ci il tarixdə 7800.00 ABŞ dolları kredit verilmiş, xx.xx.2012-ci il tarixdə kreditin ödənişi başa çatmış, xx.xx.2012-ci il tarixdə 7800.00 ABŞ dolları kredit verilmiş, xx.xx.2012-ci il tarixdə kreditin ödənişi başa çatmış, xx.xx.2012-ci il tarixdə 30.000.00 ABŞ dolları kredit verilmiş, xx.xx.2013-cü il tarixdə kreditin ödənişi başa çatmış, sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 10.000 ABŞ dolları kredit verilmiş, iddia qaldırılan vaxt əsas məbləğ üzrə qalıq borcu 1323.39 ABŞ dolları təşkil edirdi və hal-hazırda borc qalmamışdır. Yuxarıda qeyd olunan obyektlərin tikintisinə qeyd etdiyi məbləğdə pullar xərcləməyinə baxmayaraq, Cavabdeh başqa şəxslərlə əlbir olub obyektin tikintisinə xərcləndiyi vəsaitləri və torpağını qanunsuz üsullarla ələ keçirməyə, mənimsəməyə cəhd edir. Təbii ki, həmin torpaq sahəsinin onun olmadığı halda, həmin torpaq sahəsinin üzərində obyektin tikintisinə tərəfindən 104.800 manat vəsait xərclənməzdi. Göründüyü kimi, qarşı tərəflə müqayisədə obyektin tikintisinə onun tərəfindən 2 dəfədən də çox vəsait xərclənmişdir, Sudeif Sevidov tərəfindən qoyulmuş ümumilikdə 52000 manat pul vəsaitinin hamısı S.Seyidovun özünə aid torpaq sahəsindəki tikintiyə xərclənmiş və tərəfindən qovulmuş 104.800 manat vəsaitin bir hissəsi də Sudeif Seyidova aid torpaq sahəsindəki tikintiyə xərclənmişdir. Eyni zamanda, onun çəkdiyi xərclər yalnız qeydiyyatı aparılmış xərclərdir. Cavabdeh və onun qarşılıqlı ərizələri əsasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırılma aparılmış, araşdırma zamanı izahat vermiş şəxslər - X48, mərhum Rasim Həsənovun uşaqlıqdan yaxın dostu olan X47, mərhum Rasim Həsənovun mərhum qardaşı Heydər Həsənovun və mərhumun öz dostu olmuş X54, 2005-ci ildən bu günə qədər Buzovna Bələdiyyəsində işləmiş X41 izahat verərək, həmin obyektin əsasən onun vəsaiti hesabına tikildiyini, ümumiyyətlə həmin torpaq sahəsinin alınması, onun üzərində aparılmış tikinti işləri ilə bağlı bütün xüsusatları ətraflı və hərtərəfli göstərmişlər. Belə ki, həmin araşdırma zamanı Buzovna bələdiyyəsinin kassa mədaxil qəbzlərində, tədiyyə bildirişlərində, banka ödəniş qəbzlərində 2007-2015-ci illər ərzində torpaqın alqı-satqısı, torpaq vergisi üçün ödənişlər X46, X53, X48 və X40 tərəfindən ödənilməsi öz əksini tapmışdır. Lakin həmin araşdırma zamanı Cavabdeh Mail qızının sözügedən torpaq sahəsinin və onun üzərində tikilmiş obyektlərin mülkiyyətçisi olmasını özündən başqa təsdiq edə biləcək konkret əsaslı sübutlar, şahid bazası və heç bir hüquqi sənədlərdə öz əksini tapmamışdır. Həmin araşdırma zamanı Cavabdeh sözügedən torpaq sahəsini «Balta» ləqəbli “Zakir” adlı şəxsdən öz şəxsi vəsaiti hesabına aldığını bildirsə də, bununla bağlı izahat vermiş həmin şəxs X10 Həsənov, Sudeif Seyidov və Cavabdeh adlı şəxsləri tanımadığını, Cavabdeh ərizəsində onun adını hallandırmasını anlamadığını, Bakı şəhəri BuzovnaMaştağa yolunda torpaq sahəsinin olmadığını, “Rasim Həsənov” adlı şəxsə və digər şəxslərə torpaq sahəsi satmadığını, ümumiyyətlə, həmin şəxsləri tanımadığını, Cavabdeh onun barəsində göstərdiklərinin tam yalan və böhtan olduğunu bildirmişdir. Həmçinin Cavabdeh izahatında 40 sot torpaq sahəsinin 10 sotunu Bayrama və 10 sotunu isə “Çingiz” adlı şəxsin adına mərhum əri Rasim Həsənov tərəfindən keçirilməsini Buzovna bələdiyyənin işçisi “Dilqəm” adlı şəxsdən eşitdiyini bildirmişdir. Bununla bağlı Buzovna bələdiyyəsinin işçisi X41 izahatında 2005-ci ildən Buzovna bələdiyyəsində işlədiyini, Cavabdeh mərhum əri Rasim Həsənovun adına torpaq sahəsi olması barədə onun heç bir məlumatının olmadığını, onun ünvanına göstərilən xüsusatların tam yalan və böhtan olduğunu, Sevərə belə bir söz demədiyini, əksinə Sevər bir dəfə onun iş yerinə gələrək, ondan polis orqanlarında onun xeyrinə, yəni torpaq sahələrinin “Bayram” və “Çingiz” adlı şəxslərə mərhum əri Rasim tərəfindən pay verilməsində şahid kimi izahat verməsini xahiş etdiyini, lakin onun bu xahişini rədd etdiyini bildirmişdir. Həmin araşdırma zamanı Cavabdeh özü də izahat verərək etiraf etmişdir ki, 2009-cu ildə əri Rasim rəhmətə getdikdən sonra qardaşı Sudeif onunla, yəni Bayram Bayramovla şərikliyini davam etdirmişlər, 2014-cü ilin yanvar ayının 24-də qardaşı rəhmətə getmişdir, bundan sonra Bayramla birlikdə özü şərikliyini 2014-cü ilin oktyabr ayınadək davam etdirmişdir.Torpaq sahəsi mərhum həyat yoldaşı Rasim və qardaşı Sudeifin adına olmuşdur, obyektlərin tikilişinə o, yəni Bayram və qardaşı Sudeif xərc qoymuşlar. Lakin Bayram tərəfindən obyektin tikintisinə nə qədər məbləğdə xərc qoyulmasını dəqiq bilmir, ancaq qardaşının sağlığında Bayram özü demişdir ki, 25.000 manat xərcləmişdir. Həmin araşdırma zamanı Buzovna bələdiyyəsinin sərəncamı ilə sənədləşdirilmiş 2000 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş, sahəsi 557,7 kv.m. olan ticarət obyektinin mənim - Bayram Bayramovun faktik sahibi olması müəyyən edilmişdir. Cavabdeh mərhum əri X45 və onun qardaşı X3 torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onların adına mülkiyyət hüququ ilə qeydə alınmamışdır, həmin torpaq sahələri indiyədək Buzovna bələdiyyəsinin mülkiyyətindədir və təbii ki, Cavabdeh həmin sahəyə hər hansı bir hüququ yoxdur və bunu təsdiq edən heç bir sənəd də yoxdur. Qeyd etdiyi obyektlərin tikintisinə 2011-ci ilin axırlarından başlayıb 2014-cü ilin əvvəllərində başa çatdırdığı müddət ərzində həmin torpağın mülkiyyətçisi olan Buzovna bələdiyyəsi tərəfindən ona heç bir etiraz, narazılıq və ya tikintinin dayandırılmasına dair müraciət daxil olmamışdır. Başqa sözlə, o həmin obyektlərin tikilməsini həm də torpağın mülkiyyətçisi olan bələdiyyənin məlumatının olduğu və tikinti işlərinin aparılmasına etiraz etmədiyi şəraitdə həyata keçirmiş və faktiki sahibi olmuş, vergiləri də, o cümlədən torpaq və əmlak vergisini özü ödəmişdir. Baxmayaraq ki, 2014-cü ilin son aylarından Cavabdeh onun qanuni sahibliyində olan sahədən istifadə etməyə süni maneələr yaradır. Baxmayaraq ki, işin məhkəmə baxışı zamamı da müəyyən olundu ki, vəsait xərclədiyi torpaq sahəsinin 1/2 hissəsi, yəni magistral yolun kənarında olan 1000 kv.m. olan hissəsi özümə məxsus sahədir. Belə ki, yuxarıda qeyd edilən, tərəflər arasında digər məhkəmədə baxılmış mülki iş üzrə müəyyən edilmişdir ki, vəkili tərəfindən Buzovna Bələdiyyəsinə verilmiş sorğuya Buzovna Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 243 saylı cavab məktubundan və X23 rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 046 saylı məktubundan da görünür ki: “Buzovna Bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli 153 saylı sərəncamı ilə X26, xx.xx.2007-ci il tarixli 154 saylı sərəncamı ilə X34, xx.xx.2007- ci il tarixli 155 saylı sərəncamı ilə X35 və xx.xx.2007-ci il tarixli 156 saylı sərəncamı ilə X43 ayrılmış torpaq sahələri BuzovnaMaştağa yolunun sağ tərəfindəki ərazidə aşağıdakı ardıcıllıqla verilmişdir. 1. X40. 2. X46. 3. X48. 4. X53". Beləliklə, Buzovna Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 243 saylı vəkil sorğusuna cavab məktubu və Xəzər rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 046 saylı məktubu ilə müəyyən edilmişdir ki: Buzovna Maştağa yolunun sağ tərəfindəki ərazidən birinci torpaq sahəsi X26 məxsusdur, başqa sözlə, “Avtomobillərin təmiri obyekti” və ticarət obyektinin (qeyri-yaşayış sahəsinin) əksər hissəsi faktiki olaraq məhz X26 məxsus torpaq sahəsinin üzərində tikilmişdir. Bundan başqa, Buzovna Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli iclasında eyni məzmunlu izahat vermişdir. Bundan başqa, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Xəzər rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 252 saylı məktubundan da görünür ki: “...Buzovna Bələdiyyəsi tərəfindən mərhum X34 Buzovna qəsəbəsində bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.2007-ci il tarixli 154 saylı sərəncam verilmişdir. Həmçinin Buzovna qəsəbəsi Buzovna Maştağa yolunun sağ tərəfində mərhum X34 məxsus həyətyanı torpaq sahəsindəki mövcud tikilini rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunması barədə Xəzər (keçmiş - Əzizbəyov) Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 418 saylı sərəncam verilmişdir”. Beləliklə, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 252 saylı məktubu və işdə olan Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 418 saylı sərəncamı ilə müəyyən edilmişdir ki: həmin sərəncam yalnız X36 məxsus 1000 kv.m torpaq sahəsinə aiddir. Başqa sözlə, Cavabdeh tərəfindən nəinki Bayram Bayramova məxsus 1000 kv.m torpaq sahəsi, hətta əlavə olaraq 2800 kv.m torpaq sahəsi də qanunsuz zəbt edilərək istifadə edilir. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, Cavabdeh hasara alınmış 4800 kv.m torpaq sahəsinin özünə məxsus olduğunu bildirir, lakin işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin hətta 1 kv.m-nə belə sənəd təqdim edə bilməmişdir. Bundan başqa, işdən göründüyü kimi, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli iclasında mübahisəli sahəyə yerli baxış keçirilməsi qərara alınmış və xx.xx.2016-cı il tarixdə mübahisəli sahəyə yerli baxış keçirilmişdir. Həmin yerli baxış zamanı X24 İdarəetmə və Planlaşdırma şöbəsinin müdiri X44 iştirak etmiş və həmin şəxs də Buzovna Bələdiyyəsinin nümayəndəsinin Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli iclasında verdiyi izahata uyğun izahat vermişdir. Bundan başqa, müvafiq vəsatətlə məhkəməyə təqdim edilmiş Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olan X30, Ağdam rayonu, Böyükbəyli kəndində qeydiyyatda olan Elçin Zöhrab oğlu Tağıyev, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olan X22 tərəfindən Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki: Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazidə, Abşeron küçəsində, magistral yolun kənarında ümumi sahəsi 2000 kv.m olan torpaq sahəsindəki avtomobillərin təmiri obyektinin tikintisində həmin şəxslər iştirak etmiş; onlar həmin obyektin tikintisinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbə sakini X40 tərəfindən dəvət edilmiş, tikinti işlərinə görə xərcləri, əmək haqqı X40 tərəfindən ödənilmiş; həmin obyektin tikintisinə istifadə olunan tikinti materialları da X40 tərəfindən alınıb gətirilmiş; gündəlik xərclərin siyahısı isə mühasibatlığı aparan Mahir adlı şəxs tərəfindən onda olan qeydiyyat dəftərində aparılmışdır. Bundan başqa, xx.xx.2008-ci il tarixdə Sultanova (Allahverdiyeva) Könül Cavanşir qızına etibarnamə verilmiş, 2014-cü ildə isə Sultanova (Allahverdiyeva) Könül Cavanşir qızı da başqa şəxsə etibarnamə vermişdir. xx.xx.2008-ci il tarixli etibarnamə Bayram Bayramov tərəfindən verilsə də, Sultanova Könül Cavanşir qızından həmin 250 kv.m torpaq sahəsinə görə alınmış vəsait X34 verilmiş və obyektin tikintisinə xərclənmişdir. Bu faktı həmin vaxt prosesdə iştirak etmiş şəxslər də təsdiq edir. Belə ki, xx.xx.2016-cı il tarixli vəsatətlə işə əlavə edilən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15, ev 13-də qeydiyyatda olan X37 tərəfindən Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanlanmış xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə göstərilir ki: “Bildirirəm ki, mən kirvəmiz Allahverdiyeva Könül Cavanşir qızına 2.5 sot torpaq sahəsi axtarırdıq. Vasitəçi (makler) işləyən Mahir adlı şəxs (hal-hazırda rəhmətə gedib) bizə Buzovna - Maştağa yolunun sağ tərəfində X5 torpağı olduğunu bildirdi. Öz aramızda razılıq olandan sonra X25 göstərişinə əsasən X40 mnprnpUHdnH verilmiş etibarnamə əsasında Allahverdiyeva Könül Cavanşir qızına 250 kv.m torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin alqı-satqısından əldə edilmiş vəsait mənim iştirakımla Mahirin əli ilə X34 verilmişdir. Həmin vaxt X46 bildirmişdir ki, həmin torpaq sahəsinin alqı-satqısından əldə edilmiş vəsait həmin ünvanda yerləşən avtomobillərin təmiri obyektinin tikintisinə xərclənəcəkdir". Bundan başqa, xx.xx.2016-cı il tarixli vəsatətlə işə əlavə edilən Bakı şəhəri, Albalılıq day.keçid - 1349, 4 saylı yataqxanada qeydiyyatda olan X51 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə göstərilir ki: “Bildirirəm ki, Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazidə, Abşeron küçəsində, magistral yolun kənarında ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi xx.xx.2008-ci ildə X25 göstərişinə əsasən X40 tərəfindən verilmiş etibarnamə əsasında Allahverdiyeva Könül Cavanşir qızına satılmış, həmin Jorpaq sahəsinin alqı-satqısından əldə edilmiş vəsaitdən mənə 100 AZN pul verilmişdir. Daha təfsilatı ilə desək, mən X18 pul istəyəndə mənə bildirdi ki, bu gün Əkrəmin qohumu torpaq alır, alqı-satqı olacaq gedək pulu alım sənə 100 AZN verəcəm. Çünki Sudeif mənim yaxın dostum idi, lazım olanda birbirimizə əl tuturduq. Birlikdə gəldik, mən maşında gözlədim, Sudeif pulu aldı və mənə 100 AZN verdi”. Hesab edir ki, məhkəmə zəruri hesab edərsə, həmin şəxslər şahid qismində cəlb edilərək dindirilməlidir. Bununla belə hesab edir ki, hətta hazırkı vəsatət təmin edilməsə belə, həmin şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələri də yazılı sübutdur və ilk iddianın əsaslı olduğunu bir daha təsdiq edir. Beləliklə, işin həqiqi hallarından göründüyü kimi, həmin torpaq sahəsi Allahverdiyeva Könül Cavanşir qızına X46 tərəfindən satılmış, həmin torpaq sahəsinin alqı-satqısından əldə edilmiş vəsait X34 verilmiş və həmin torpaq sahəsinin alqısatqısından əldə edilmiş vəsait həmin ünvanda yerləşən avtomobillərin təmiri obyektinin tikintisinə xərclənmişdir. Bundan başqa, tərəflər arasında yuxarıda qeyd edilən digər mülki iş üzrə işin halları, o cümlədən Cavabdeh özünün etirafı ilə müəyyən edilir ki, “Avtomobillərin təmiri obyekti” və ticarət obyektini (qeyri-yaşayış sahəsi) məhz X17 və Cavabdeh mərhum əri X33 vəsaiti hesabına inşa edilmiş və həmin sahə məhz bu iki şəxsin şərikli obyekti olmuşdur. Bu hal işdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən edilmişdir. Torpaq sahəsi alınan vaxt Rasim Həsənov ona olan 10000 ABŞ dolları borcun əvəzində qaynı Sudeif Seyidovun adına 154 saylı sərəncamla sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsinin onun olduğunu bildirmiş və o da bir dost kimi həmin təkliflə razılaşmışdır. Aralarında olan hədsiz səmimiyyətin və inamın nəticəsi idi ki, o həmin vaxt həmin torpaq sahəsini Sudeifin adından öz adına sənədləşdirməmişdir. Başqa sözlə, əslində Sudeif Seyidovun adına 154 saylı sərəncamla sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsi də faktiki olaraq onun olmuş, lakin hər iki şəxsin dünyasını dəyişməsi səbəbindən o bu barədə sübut təqdim etməkdə çətinlik çəkir. Bundan başqa, tərəflər arasında yuxarıda qeyd edilən digər mülki iş üzrə Cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişindən şikayətinə baxılan dövrdə, yəni xx.xx.2017-ci il tarixdə “Tap.Az” saytında Cavabdeh tərəfindən həmin obyektin 400.000 satılması barədə elan yerləşdirilmiş və özünə məxsus ((055) 588- 40-23 Seva Xanim) mobil telefon nömrəsini də əlaqə saxlamaq üçün qoymuşdur. Halbuki. Cavabdeh Mavıl qızı qərardaddan verilmiş həmin şikayətində göstərir ki. “mənim həmin torpaq sahələrinin bir hissəsi ilə bağlı barışıq sazişi bağlamaq səlahiyyətim yoxdur; cünki həmin torpaq sahəsinin və orada yerləşən tikililərin çox hissəsi X34 məxsusdur”. Əvvəla, orada yerləşən tikililərin əksəriyyəti X34 deyil, məhz Bayram Bayramova məxsus yol kənarında yerləşən birinci, yəni Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 153 saylı sərəncamı ilə X31 ayrılmış və həmin sərəncama əsasən Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli AKT ilə satılmış 1000 kv.m torpaq sahəsində yerləşir. Bundan başqa, Buzovna Bələdiyyəsinin xx.xx.2015ci il tarixli 243 saylı vəkil sorğusuna cavab məktubu və məhkəməyə ünvanlanmış xx.xx.2016-cı il tarixli 046 saylı məktubu ilə müəyyən edilmişdir ki: Buzovna Maştağa yolunun sağ tərəfindəki ərazidən birinci torpaq sahəsi X26 məxsusdur, başqa sözlə, “Avtomobillərin təmiri obyekti" və ticarət obyektinin (qeyri-yaşayış sahəsinin) əksər hissəsi faktiki olaraq məhz X26 məxsus torpaq sahəsinin üzərində tikilmişdir. Digər tərəfdən, əgər Cavabdeh hesab edirsə ki, həmin torpaq sahələrinin bir hissəsi ilə bağlı səlahiyyəti yoxdur və həmin torpaq sahəsinin və orada yerləşən tikililərin çox hissəsi X34 məxsusdur, onda hansı əsas və məntiqlə həmin torpaq sahəsini və orada yerləşən tikililəri 400.000 satılması barədə elan yerləşdirmiş və həmin elanda öz rekvizitlərini telefon, ünvan və s. əlaqə vəsitəsi kimi qoymuşdur? Beləliklə, isin təkzibedilməz halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsinin balans sahibi olan Buzovna Bələdiyyəsinin məktubları ilə Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazidən birinci torpaq sahəsinin məhz X26 məxsusdur, “Avtomobillərin təmiri obyekti” və ticarət obyektinin (qeyri-yaşayış sahəsi) əksər hissəsinin də məhz X26 məxsus torpaq sahəsinin üzərində tikilmiş; Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 252 saylı məktubu ilə Buzovna qəsəbəsində bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsi tərəfindən mərhum X34 xx.xx.2007-ci il tarixli 154 saylı verilmiş sərəncam ilə yalnız X34 məxsus 1000 kv.m həyətyanı torpaq sahəsindəki mövcud tikilini rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunması barədə Xəzər (keçmiş Əzizbəyov) Rayon icra Hakimiyyəti tərəfindən xx.xx.2009-cu il tarixli 418 saylı sərəncam verilmişdir və həmin sərəncam yalnız X34 məxsus 1000 kv.m torpaq sahəsinə aiddir; Cavabdeh özünün etirafı, qeyri-yaşayış sahəsinin tikintisini aparmış şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələri ilə, həmin obyektin məhz X17 və Cavabdeh mərhum əri X33 vəsaiti hesabına inşa edilməsi və həmin sahənin məhz bu iki şəxsin şərikli obyekti olması, X33 2008-ci ildə vəfat etdikdən sonra, qaynı Sudeif Seyidov xx.xx.2014-cü il tarixdə vəfat edənə qədər X17 münasibətlərinin Sudeif Seyidov ilə davam etməsi və bundan sonra bir neçə ay isə Cavabdeh ilə davam etməsi, həmin torpaq sahəsindəki avtomobillərin təmiri obyektinin tikinti işlərinə görə xərclərin və əmək haqqının X40 tərəfindən ödənilməsi, həmin obyektin tikintisinə istifadə olunan tikinti materiallarının da X40 tərəfindən alınıb gətirilməsi, torpaq sahələrinin hansının kimin adına olmasının elə bir əhəmiyyət kəsb etməməsi, yalnız bundan sonra, yəni 2014-cü ilin son aylarında Cavabdeh ilə X17 münasibətlərinin kəskinləşməsi, həmin tarixdən, yəni 2014-cü ilin son aylarından hal-hazıra qədər X1 1000 kv.m torpaq sahəsindən və onun üzərindəki tikilidən yalnız Cavabdeh tərəfindən, özü də qanunsuz olaraq istifadə edilməsi və həmin tarixdən həmin torpaq sahəsindən Bayram Bayramovun Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi, həmin torpaq sahəsinin üzərində tikilmiş ticarət obyektinə görə ilkin iddia ərizəsində tələb edilən məbləğin faktiki olaraq Bayram Bayramovun özünə aid hissəyə qoyulması müəyyən edilmiş; mübahisəli torpaq sahələrinə dair Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş; Bayram Bayramov tərəfindən tələb edilən məbləğin əksər hissəsi sonuncunun özünün istifadəsinə verilmiş torpaq sahəsinə xərclənmiş; Sudeif Seyidov tərəfindən qoyulmuş ümumilikdə 52000 manat pul vəsaitinin hamısı onun özünə aid torpaq sahəsindəki tikintiyə xərclənmiş, həmin məbləğin 14000 manat hissəsi Rasim Həsənova aid magistral yoldan sonuncu 10,0 sot torpaq sahəsinin 6,0 sot hissəsinin Sudeif Seyidov tərəfindən satılmasından əldə edilmiş, Rasim Həsənova aid 10,0 sot torpaq sahəsinin 4,0 sot hissəsi isə bu gün də boşdur və Cavabdeh istifadəsindədir; Bayram Bayramov tərəfindən qoyulmuş 104.800 manat vəsaitin bir hissəsi də Sudeif Seyidova aid torpaq sahəsindəki tikintiyə xərclənmişdir; torpaq sahəsi alınan vaxt Rasim X19 10000 ABŞ dolları borcun əvəzində qaynı Sudeif Seyidovun adına 154 saylı sərəncamla sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsinin Bayram Bayramovun olduğunu bildirmiş və o da bir dost kimi həmin təkliflə razılaşmış, aralarında olan hədsiz səmimiyyətin və inamın nəticəsində o vaxt həmin torpaq sahəsini Sudeifin adından öz adına sənədləşdirməmiş, nəticədə Sudeif Seyidovun adına 154 saylı sərəncamla sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsi də faktiki olataq Cavabdeh qalmış, bu səbəbdən Rasim X11 10000 ABŞ dolları borcu da bu günə qədər qaytarılmamışdır; nəhayət, yuxarıda qeyd edilənlərə əsasən, Bayram Bayramov tərəfindən obyektin tikintisinə xərclənmiş 104.800 manat vəsait və Rasim Həsənovun həmin obyektin yerləşdiyi və Sudeif Seyidovun adına 154 saylı sərəncamla sənədləşdirilmiş 1000 kv.m. torpaq sahəsinə görə Bayram Bayramova olan 10000 ABŞ dolları borcu da Cavabdeh alınaraq Bayram Bayramova qaytarılmalıdır. Beləliklə, işdə olan təkzibedilməz sübutlardan da göründüyü kimi, iddia əsaslıdır, Bakı şəhəri Buzovna - Maştağa yolunun sağ tərəfindəki ərazidə, Abşeron küçəsi ilə Əliağa Vahid küçəsinin kəsişməsində yerləşən 2000 kv.m. torpaq sahəsinin müvafiq hissəsində “AYAN-A Yaradıcılıq İstehsalat” firması tərəfindən tərtib olunmuş Eskiz layihəsinə əsasən tikilmiş, sahəsi 557,7 kv.m olan “Avtomobillərin təmiri obyekti”nin (qeyri-yaşayış sahəsinin) tikintisinə X38 tərəfindən xərclənmiş 10000 ABŞ dollarının ödəniş gününə manatla və 104.800 manat manat pulun, mənəvi ziyana görə 10.000 manat pulun Cavabdeh tutularaq X31 ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmış, öz iddia tələbi üzrə Bakı şəhəri Buzovna- Maştağa yolunun sağ tərəfindəki ərazidə, Abşeron küçəsi ilə Əliağa Vahid küçəsinin kəsişməsində yerləşən 2000 kv.metr torpaq sahəsinin müvafiq hissəsində “AYAN-A Yaradıcılıq İstehsalat” firması tərəfindən tərtib olunmuş eskiz layihəsinə əsasən tikilmiş, sahəsi 557.7 kv.metr olan “Avtomobillərin təmiri obyekti”nin (qeyri-yaşayış sahəsinin) tikintisinə onun tərəfindən xərclənmiş 10000 ABŞ dollarının ödəniş gününə manatla və 104.800 manat pulun, mənəvi ziyana görə 10.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əri X33 vəfatından sonra (Rasim Həsənov xx.xx.2008-ci ildə vəfat etmişdir) X40 və X46 tərəfindən Buzovna- Maştağa yolunun sağ tərəfindəki ərazidə 20 sot torpaq sahəsində avtoservis inşa edilmiş, bundan sonra X40 ilə Cavabdeh birlikdə həmin avtoservisi idarə etməyə başlamış, sonradan X40 həmin avtoservisdən uzaqlaşdırılmışdır. Cavabdeh əvvəlcə Bayram Bayramovu, sonra isə eyni üsulla ilkin iddiaçını şərləyərək, əsassız varlanmaq, mülkə (pula) yiyələnmək istəyir. Məhz bundan sonra ilkin iddiaçı Cavabdeh maddi-mənəvi və hüquqi yardım göstərərək, onun problemlərinin həllində birbaşa iştirak etmiş, bununla bağlı Cavabdeh 145.139,0 manat vəsait xərcləmişdir. Belə ki, Cavabdeh ilkin iddiaçının (həmçinin həyat yoldaşının) külli miqdarda vəsaitini mənimsədikdən sonra bu dəfə onu şərləyərək həmin avtoservisdən uzaqlaşdırmış, iddia ərizəsində qeyd olunan obyektlərin tikintisinə qeyd etdiyi məbləğdə pullar xərcləyinə baxmayaraq, Cavabdeh başqa şəxslərlə əlbir olub ona xərclədiyi vəsaitləri qanunsuz üsullarla ələ keçirməyə cəhd etmişdir. İşə əlavə edilən Xəzər RPİ İŞ-nin baş müstəntiqi Knyaz Rəhimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.11,2017-ci il tarixli qərarının surətindən göründüyü kimi, Cavabdeh özü izahatında etiraf etmişdir ki, avtoservisdən İddiaçı ona hər ay orta hesabla 300-600 manat pul vermişdir. Cavabdeh özünün izahatına inanılsa belə, o halda da avtoservisdən gələn gəlirin, demək olar ki, hamısının ona verildiyi müəyyən olunur. Əslində də avtoservisdən gələn gəlirin hamısı ona verilmişdir. Avtoservisin birlikdə işlədilməsinin 2015-ci ilin noyabr ayından 2016-ci ilin iyun ayına qədər olması, həmin dövrdə avtoservisdən ümumilikdə 4.680,0 manat qazanc götürülməsini avtoservisi işlədən icarədarların hamısı təsdiq edə bilər və təsdiq edir. Cavabdeh tərəfindən Bayram Bayramov həmin avtoservisdən uzaqlaşdırıldıqdan sonra, avtoservisin təmir-tikintisinə xərclənmiş bütün vəsait məhz İddiaçı aiddir. Bu faktı da avtoservisi işlədən icarədarların hamısı təsdiq edə bilər. Bu faktı həmçinin Xəzər RPİ İŞ-də araşdırma zamanı Cavabdeh özü də izahatında qismən etiraf etmişdir (bax: qərarda Cavabdeh izahatı). Nə mübahisəli torpaq sahələrinə, nə də həmin torpaq sahəsinin üzərində olan Avtomobillərin təmiri obyektinə dair Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bayram Bayramov ilə Cavabdeh arasında olan həmin mülki işin baxışı zamanı Cavabdeh tərəfindən Bayram Bayramova barışıq sazişi təklif edilmiş, bununla bağlı Cavabdeh tərəfindən Bayram Bayramova ilkin olaraq 110.000 manat, sonra 100.000 manat, sonda isə 85.000 manat təklif edilmişdir. Hətta xx.xx.2016-cı il tarixdə 100.000 manat məbləğində razılaşdırılmış barışıq sazişini tərəflər imzalamış, lakin həmin barışıq sazişi məhkəməyə təqdim edilən zamanı Cavabdeh vaxtilə mərhum əri ilə Bayram Bayramovun dost və şərik olduğunu, həmçinin özünün qadın və himayəsində atasız uşağının olmasını nəzərə alıb, sonuncudan 85.000 manata razılaşmasını təkidlə xahiş etmiş, Bayram Bayramov da bir insan kimi onunla razılaşmışdır. Beləliklə, Cavabdeh və onun nümayəndələri tərəfindən məhkəməyə barışıq sazişi, həmçinin tərəflər barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilmiş, həmin ərizə şəxsən Cavabdeh özü tərəfindən imzalanmışdır. Nəticədə, Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər arasında barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin mülki iş üzrə Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadının ləğv edilməsi haqqında ərizənin (şikayətin) verilməsində Cavabdeh əsl məqsədi üzərinə götürdüyü öhdəliyin icrasını süni surətdə uzatmağa hesablanmışdı. Məhz həmin müddətin uzadılması məqsədilə xx.xx.2016-cı il tarixdə Cavabdeh indiki nümayəndəsi Səfərov Rövşən Hətəməli oğluna etibarnamə verildi. xx.xx.2016-cı il tarixdə Cavabdeh indiki nümayəndəsi Səfərov Rövşən Hətəməli oğluna etibarnamə verildikdən sonra, Xəzər rayon Məhkəməsinin 2(003)-187/16 saylı xx.xx.2016-cı il tarixli qərardadının ləğv edilməsinə nail olunmuşdur. Məhz həmin iş üzrə yekun qərar qəbul edilən anda, yəni iş Ali Məhkəmədə olanda Cavabdeh verilmiş etibarnamələri ləğv etdirdi. Göründüyü kimi, Cavabdeh bizə verilmiş etibarnamələri ona görə ləğv etdirmişdi ki, artıq istəyinə nail olmuşdu. Kollegiya iclasında iştiral edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh X27 xx xxxxxx 2019-cu il və xx xxxx 2016-cı il, X4 xx xxxx 2015-ci il, İddiaçı xx xxxx 2015 və xx xxxx 2015-ci il, X9 xx xxxx 2015-ci il, X49 xx xxxx 2015 və xx xxxx 2015-ci il, Səfərov Rövşən Hətəməli oğluna xx xxxx 2016-cı il tarixdə etibarnamələr vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 268/2015 saylı xx xxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X40 bilə-bilə hüquq verən saxta sənəddən istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının hissəvi rədd olunması və materialın aidiyyəti üzrə göndərilməsi barədə xx xxxxxx 2015-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialada cinayət tərkibi olmadığından material üzrə cinayət təqibinin başlanması hissəvi rədd edilmiş, tərəflərə məhkəmə orqanlarına iddia ilə müraciət etmək hüququ izah edilmiş, X28 ilkin təhqiqat materialında olan imza fərqi və Buzovna bələdiyyəsində ərazi idarəetmə və planlaşdırma şöbəsinin müdiri X20 əməlinə hüquqi qiymət verilməsi üçün material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Xəzər Rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və X56-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 1108 saylı ekspert rəyinin surətindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələrə təyin edilmir. Eyni zamanda, iş materiallarına nümayəndəsi İddiaçı xəsarət alması barədə Cavabdeh izahatı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Mail qızı tərəfindən Bakı şəhəri Xəzər RPİnin 2-ci Polis Bölməsində verilmiş izahatdan görünür ki, o, Bayramov Bayramın cinayət törətdiyi əməllərin araşdırılmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialada cinayət tərkibi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2016-cı il tarixli qərarın surətindən görünür ki, X29 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibinin olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli barışıq razılaşma haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh Mail qızı və İddiaçı arasında bağlanmış sazişə əsasən təqsirli şəxsin əmlakı hesabına digər şəxsə 10000 manat məbləğində cərimə ödənilir. İş materiallarına əlavə edilmiş notariusda xx.xx.2016-cı il tarixdə yazılmış ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx xxxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material aidiyyəti üzrə Xəzər RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, X8 və İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 170/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X13 və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8928/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-170/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-292/19 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8928/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(102)-4085/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilərək, Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 153 saylı sərəncamı ilə X26 ayrılmış və həmin sərəncama əsasən “torpaqların alqı-satqısı”na dair xx.xx.2007-ci il tarixli akt ilə satılmış 1000 kvadrat metr torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsi (ticarət obyekti) üzərində X17 Cavabdeh tərəfindən sahiblikdən özbaşına məhrum edilməsi barədə pozuntulara son qoyulması, Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 153 saylı sərəncamı ilə X26 ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsinin (ticarət obyekti) Cavabdeh tərəfindən boşaldılaraq X26 təhvil verilməsi, həmçinin qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, X14 52000 manatın Cavabdeh xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, X17 Cavabdeh qarşı “sahibliyin müdafiəsi, torpaq sahəsinin və tikilinin boşaldılması” barədə ilkin, Cavabdeh X26 qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı X40 və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçı keçmiş şərikinin vəfatından sonra sonuncunun həyat yoldaşı Cavabdeh işlərinin idarə edilməsində köməklik elədiyi müddətdə öz vəsaiti hesabına aldığı, Bakı şəhəri, Buzovna-Maştağa yolunun sağ tərəfindəki ərazidə olan avtoservisdə olan “Avtoyuma” sexində və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də quraşdırılmış 2 komplekt su nasosu, hidrofor, su sayğacı və mühərrikləri; 13-16-cı boksda yerləşən Reysmus dəzgahı; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də quraşdırılmış elektrik sayğacı, su qızdırıcısı – kombi, su nasosu və su çəninin; avtoyuma məqsədilə quraşdırılmış 60 tonluq su çənini; bokslarda və avtoyuma sexində olan 15 ədəd (2 və 3 fazalı) elektrik sayğacları; vulkanizasiya sexində olan Apollosidik markalı aparat və 3 fazalı sayğacı; avtoyuma sexində olan Omax markalı aparatı; mebel şəklində yerləşdirilmiş elektrik sayğacları, dörd funksiyalı kombinasiya edilmiş Universal markalı taxta doğramaq üçün dəzgahı; ambarda saxlanılmış 5 ədəd taxta qapı və 25 ədəd taxta pəncərələr; avtomaşınların mühərriklərini yüksək dəqiqliklə diaqnostika edən aparatı; bokslarda yerləşdirilmiş 2 komplekt 3 ton 900 kq hidravlik avtoqaldırıcıları; avtoservisin giriş və çıxışında quraşdırılmış 3 ədəd dəmir darvaza və boksların qapılarında quraşdırılmış 18 ədəd dəmir qapıların cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, qeyd olunan əmlakın iddiaçıya məxsus olmasını, eləcə də həmin əmlakın cavabdehə verilməsini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunan halı kifayət əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda, kollegiya hesab edir ki, ilkin iddia tələbinin hər hansı sübutla təsdiq edilməməsi səbəbindən rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Beləliklə, iddia tələbinin əsaslı və mötəbər sübutlarla əsaslandırılmaması səbəbindən iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə iddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6178/2020
18.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver