Məhkəmə qərarları › İş №2(103)-6214/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6214/2020

11.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6214/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, X1 oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə ilk, Cavabdeh X1 oğluna, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı hərracın və alqı-satqının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası tələbi üzrə, həmçinin X2 oğlunun Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılması barədə qarşılıqlı iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1510/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9 ünvanında yerləşən binanın zirzəmisindəki 230,8 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdehlər X1 oğluna, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi,9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında binanın zirzəmisindəki, 230,8 kv.m. olan qeyri-yaşayış sahəsini hərracda satılması barədə xx.xx.2019-cu il tarixli, 4329 saylı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli X1 oğlunun adına verilmiş çıxarışın da etbarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında binanın zirzəmisindəki 230,8 kv.m. olan qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1510/2019 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi X3 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.RƏsulzadə küçəsi, 8 ünvanda yerləşən binanın zirzəmisindəki 230,8 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9, M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən 230,8 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi; iddiaçı Cavabdehlər X1 oğluna, Əmlak Məsələləri Dövlət Komitəsinə, Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9, M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən 230,8 kv.m. qeyriyaşayış sahəsinə dair keçirilmiş xx.xx.2019-cu il tarixli hərracın, həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixdə bağlanımlış alqı-satqı müqaviləsinin və X1 oğlunun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın eitbarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi və X1 oğlunun qarşılıqlı iddiasının təmin edilərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9, M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən 230,8 kv.m. qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X1 oğluna təhvil verilməsi qət edilmişdir. X3 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9, M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən 230,8 kv.m. qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə onu cəlb etmədən və onun iştirakı olmadan işə bıxmış, bununla da onun mülki prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı X1 oğlu şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasın digər tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). Məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (maddə 158.1.1). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (maddə 162.2). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (maddə 162.3). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Prosessual qanunvericiliyin mənasına görə iddia tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehə və digər şəxslərə müəyyən hərəkətlərin edilməsi qadağan oluna bilər. Lakin iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə üzərinə həbs qoyulmuş əmlaka dair tələb təmin edilmədəyindən iddianı təmin etmə tədbirinin qüvvədə qalmasına zərurət aradan qalxmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1510/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar