Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6217/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və x1 ibarət tərkibdə, Məhkəmə iclas katibi x2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsinə görə pul tələbinə və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair illkin iddia tələbi, cavabdeh “xxxxxxxxxxx” MMC-nin qarşılıqlı İddiaçı qarşı “ödənilmiş icarə haqqının geri qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-3366/19 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş N 2(006)-3366/19) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxxxxxxxxx” MMC-nə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsinə görə pul tələbinə və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, ünvan 1 evi 256 B ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-yə icarəyə verilən 25 kv.m torpaq sahəsinin betonunun sökülərək əvvəlki vəziyyətə qaytarılması, cavabdeh “xxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində əlavə icarə haqqının, vəkil xidmətinə görə 200 (iki yüz) manatın, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ödənilmiş icarə haqqının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bu qətnamədən İddiaçı və cavabdeh “xxxxxxxxxxx” MMC ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakim E.Nəbiyev, iş N 2(103)-13064/19) İddiaçı apelyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş № 2(006)-3366/19) cavabdeh “xxxxxxxxxxx” MMC-nin apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC bu qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov, iş № 2(006)-3366/19) şikayət təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərardadı ləğv olunmuş və cavabdeh “xxxxxxxxxxx” MMC-nin Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim E.Nəbiyev, iş №2(103)-3100/20) cavabdeh “xxxxxxxxxxx” MMC-nin apelyasiya şikayəti mümkün hesab edilmişdir. İddiaçı 26.02.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayətində həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş №2(006)-3366/19) şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinin məzmununa görə işdə iştirak edən şəxslər birinci instansiya məhkəmələrinin qərardadlarından iki halda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində apelyasiya şikayətinin geri qaytarılmasına dair qərardadın ləğv edilməsi və şikayətin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsinə dair (dolayısı ilə apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə) qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, işdən də göründüyü kimi, mübahisələndirilən məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər. Həmçinin, nəzərə alınmalıdır ki, Cavabdeh MMC-nin qətnamədən verdiyi apelyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan və şikayət verilməyən qərardadı mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi 17 yanvar 2020-ci il tarixli qərardaddan verilmiş şikayəti geri qaytarmalı olduğu halda baxaraq təmin etməmiş və bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-3366/19 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6217/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6217/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver