Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6234/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Balamamməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Balamamməd oğluna qarşı «əmlak tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4025/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh Balamamməd oğluna (bundan sonra, cavabdeh) qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 21, 62-də yerləşən ona məxsus əşyalarının qaytarılması və ya onların dəyərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2000-ci il tarixində ailə qurmuş, birgə nikahdan iki uşaqları (xx.xx.2002-ci il təvəllüdlü Xəlilov Süleyman oğlu və xx.xx.2003-cü il təvəllüdlü Xəlilov Əli) vardır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, yetkinlik yaşına çatmayan övladlarının onun yanında qalması müəyyən edilmişdir. Nikahda olarkən yaşadıqları sonuncu mənzil Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21-də yerləşən 62 saylı mənzil olmuşdur. Mənzildən elə bir şəraitdə çıxmışdır ki, onun ora qayıtmaq imkanı olmamışdır. Çünki cavabdeh mənzilin açarlarını dəyişərək ona və övladlarına ora daxil olmağa imkan verməmişdir. xx xxxxxxx 2018-ci il tarixində evdə baş vermiş növbəti qalmaqal zamanı övladları onu müdafiə etmək istəyərkən cavabdeh oğlu Əlini vurmuş, nəticədə onun qolu sınmış, travmatologiya institutunda qoluna gips qoymuşlar. Həmin tarixdən sonra o və övladları öz mənzilinə daxil ola bilməmişlər. Halhazırda anasına məxsus mənzildə yaşayır. Mübahisəli mənzildən hətta gündəlik təlabat əşyalarını belə (pal-paltar, uşaqların dərs vəsaitləri və s.) götürə bilməmişdir. Ailə qurarkən onun cehiz olaraq gətirdikləri, o cümlədən onun və uşaqlarının şəxsi istifadə əşyaları, dərs vəsaitləri, pal-paltarı həmin mənzildə qaldığından onları götürə bilmir. Bütün cehiz və şəxsi istifadə əşyaları cavabdehin qanunsuz istifadə və sahibliyindədir. Həmin əşyalar bunlardır: yataq və qonaq otağı mebeli (qarnitur) - 3100 manat, kondisioner - Mitsubishi 3 ədəd - 2400 manat, mətbəxin divan və kreslo dəsti Yağmur - 1200 manat, xrustal lüstra 1 ədəd - 250 manat, duxovka AEG (Almaniya) - 100 manat, matras İstikbal 2 nəfərlik - 800 manat, çanaq anteni - 150 manat, mətbəx üçün stol və stullar Bellona - 1300 manat, divar mebeli - 2000 manat, televizoraltı - 250 manat, telefon Panasonic -150 manat, şirəçəkən maşın Bosch – 150 manat, ətçəkən maşın - 100 manat, blender - 100 manat, mikser - 100 manat, toster - 150 manat, qab-qacaq (çəngəl, bıçaq, qaşıq, qazanlar, boşqablar, çay servizi, nahar servisi) - 500 manat, vazalar 3 ədəd Rokoko - (250+250+300) 800 manat, xrustal vazalar 6 ədəd - (60x6) 360 manat, DVD pristavka - 50 manat, divar şəkilləri 4 ədəd - 150 manat, yağla işləyən radiator - 100 manat, fotoaparat Canon 2 ədəd - 300 manat, PSP 2 ədəd - 200 manat, yataq dəsti, pledlər, yorğan-döşəklər, ortopedik yastıqlar, dəvə tükündən, matras, dəsmallar, pərdələr – 700 manat, divanüstü çexollar - 400 manat, paltaryuyan maşın - 1000 manat, qabyuyan maşın – 500 manat, tozsoran Elektrolux - 150 manat, ütü - 50 manat, nərdivan - 120 manat, döşəmə yumaq üçün vedrələr 3 ədəd - 18 manat, 12 nəfərlik (72 ədəd) qab-qacaq dəsti - 1000 manat, stəkan və nəlbəkilər Lüminark 6 nəfərlik - 300 manat, 12 nəfərlik yemək dəsti və qab-qacaq Lüminark - 200 manat, 6 nəfərlik çay dəsti - 150 manat, boşqablar 24 ədəd - 100 manat, bokallar Lüminark 12 ədəd+6 ədəd - 150 manat, stolüstü süfrələr 2 ədəd - 120 manat, divar güzgüləri 3 ədəd - 50 manat, şuba Norka - 2000 manat, kimono ABŞ - 150 manat, eynəklər 10 ədəd - 500 manat, paltarlar 10 ədəd – 1500 manat, uşaq botinkası - 170 manat, krossovkalar 2 cüt - 100 manat, ayaqqabılar – 105 manat, ketalar - 80 manat, uşaqların paltarları: şalvarlar - 200 manat, kurtka – 100 manat, futbolkalar - 100 manat, kubik-rubik 6 ədəd - 200 manat, toplar 4 ədəd – 100 manat, boks üçün məşq «qruşası» - 100 manat, boks əlcəkləri 2 cüt - 40 manat, stolüstü oyun (morskoy boy) - 50 manat, qol saatları 4 ədəd - 200 manat, yekə saat (azan verən) - 80 manat, idman rükzakları 4 ədəd - 100 manat, təyyarə maketi - 50 manat, uşaq otağındaki aksessuarlar - 350 manat, iddiaçıya məxsus paltarlar: şalvarlar - 4 ədəd, koftalar -10 ədəd, futbolkalar 1 ədəd, palto, yaylıqlar - 10 ədəd, idman formaları 3 ədəd - 800 manat, planşet Android2 ədəd - 200 ABŞ dolları, telefon Blackberry - 120 ABŞ dolları, qol saatı X6 - 100 manat, tanometr 2 ədəd + elektron qradusnik – 200 manat, fitness üçün xalça və top - 80 manat, qantellər - 50 manat, uşaq kitabları, uşaq ensiklopediyası, lüğətlər və s. - 500 manat, disklər və kassetlər - 300 manat, həmçinin nikaha daxil olarkən qohumlarının və anasının nişan zamanı hədiyyə etdikləri, həmçinin anasından, nənəsindən yadigar qalan qızıl-zinyət əşyaları: qızıl komplekt afrodita - 500 ABŞ dolları, qızıl sep 2 ədəd İtaliya istehsalı - 2000 manat, qızıl braslet İtaliya - 1000 manat, göy daşı olan brilliant üzük (sapfir) - 1000 manat, gül formalı brilliant üzük (32 daşlı) 2000 manat, paxlava formalı 24 daşlı brilliant üzük - 1500 manat, brilliant daşlı qol saatı - 1500 manat, kulon afrodita - 800 manat, qızıl kulon (göz yaşı formasında) - 300 manat, komplekt üzük və sırğalar (5 bril. daşlı) - ağ qızıl, romb formalı qızıl sırğalar (brill) - 1000 manat. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Vəkil birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşisnki küçəsi ev 21-də yerləşən 62 saylı mənzildə əmlaklar siyahıya alınarkən iddiaçının mənzildən «Canon» markalı iki ədəd fotoapparatı, 2 ədəd «PSP», 10 ədəd eynəyi, həmçinin kimono, 5 ədəd «kubik-rubik», «FlikFlak» saatı, o cümlədən özünə məxsus 10 ədəd paltarı götürdüyünü bildirərək, onları tələb etməmiş, digər əmlaklara münasibətdə iddia tələbini müdafiə etdiyini və həmin əşyaların qaytarılmasını və ya onların dəyərinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4025/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin olunmuş, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus: - Yataq və qonaq otağı mebeli (qarnitur) – 3100 azn, - Kondisioner - Mitsubishi – 3 ədəd – 2400 azn, - Mətbəxin divan və kreslo dəsti – Yağmur – 1200 azn, - Xrustal lüstra – 1 ədəd – 250 azn, - Duxovka – AEG (Almaniya) – 100 azn; -Matras – İstikbal 2 nəfərlik – 800 azn - Çanaq anteni – 150 azn; - Mətbəx üçün stol və stullar – Bellona – 1300 azn - Divar mebeli – 2000 azn; - Televizoraltı- 250 azn - Telefon Panasonic -150 azn; - Şirəçəkən maşın Bosch – 150 azn - Ətçəkən maşın – 100 azn; - Blender – 100 azn; - Mikser – 100 azn - Toster – 150 azn; - Qab-qacaq (çəngəl, bıçaq, qaşıq, qazanlar, boşqablar, çay servizi, nahar servizi) – 500 azn,Vazalar 3 ədəd Rokoko – (250+250+300) 800 azn,Xrustal vazalar – 6 ədəd – (60x6) 360 azn - DVD pristavka – 50 azn; - Divar şəkilləri 4 ədəd – 150 azn - Yağla işləyən radiator – 100 azn - Yataq dəsti, pledlər, yorğan-döşəklər, ortopedik yastıqlar, dəvə tükündən matras, dəsmallar, pərdələr – 700 azn, - Divanüstü çexollar – 400 azn; - Paltaryuyan maşın – 1000 azn; - Qabyuyan maşın – 500; - Tozsoran Elektrolux – 150 azn - Ütü – 50 azn; - Nərdivan – 120 azn; - Döşəmə yumaq üçün vedrələr 3 ədəd – 18 azn; 12 nəfərlik (72 ədəd) qab-qacaq dəsti – 1000 azn - Stəkan və nəlbəkilər Lüminark – 6 nəfərlik - 300 azn, 12 nəfərlik yemək dəsti və qab-qacaq Lüminark – 200 azn, 6 nəfərlik çay dəsti – 150 azn; Boşqablar 24 ədəd – 100 azn, Bokallar Lüminark 12 ədəd+6 ədəd – 150 azn, - Stol üstü süfrələr 2 ədəd – 120 azn; - Divar güzgüləri – 3 ədəd – 50 azn - Şuba – Norka – 2000 azn; - Uşaq botinkası- 170 azn; - Krossovkalar – 2 cüt – 100 azn; - Ayaqqabılar – 105 azn; - Ketalar – 80 azn - Uşaqların paltarları: şalvarlar – 200 azn, kurtka – 100 azn, futbolkalar – 100 az, - Toplar – 4 ədəd – 100 azn; - Boks üçün məşq «qruşası» - 100 azn, - Boks əlcəkləri – 2 cüt – 40 azn; - Stolüstü oyun (morskoyboy) – 50 azn, - Qol saatları – 4 ədəd – 200 azn; - Yekə saat (azanverən) – 80 azn, - İdman rükzakları – 4 ədəd – 100 azn;- Təyyarə maketi – 50 azn, - Uşaq otağındaki aksessuarlar – 350 azn; - İddiaçıya məxsus paltarlar: şalvarlar – 4 ədəd, futbolkalar 10 ədəd, palto, yaylıqlar – 10 ədəd; - Telefon Blackberry – 120 ABŞ dolları; - Tanometr 2 ədəd + elektron qradusnik – 200 azn; Fitness üçün xalça və top – 80 azn; Qantellər – 50 azn; Uşaq kitabları. Uşaq ensiklopediyası, lüğətlər və s. – 500 azn; - Disklər və kassetlər – 300 azn. Həmçinin nikaha daxil olarkən qohumlar və anam nişan zamanı hədiyyə etdiyi, həmçinin anadan, nənədən yadigar qalan qızıl-zinyət əşyaları: - Qızıl komplekt – afrodita – 500 ABŞ dolları - Qızıl sep 2 ədəd– İtaliya istehsalı – 2000 azn - Qızıl braslet – (İtaliya) – 1000 azn - Göy daşı olan brilliant üzük (sapfir) – 1000 azn - Gül formalı brilliant üzük (32 daşlı) -2000 azn - Paxlava formalı 24 daşlı brilliant üzük – 1500 azn - Brilliant daşlı qol saatı – 1500 azn - Kulon afrodita – 800 azn - Qızıl kulon (göz yaşı formasında) – 300 azn - Komlekt üzük və sırğalar (5 bril. daşlı) – ağ qızıl - Romb formalı qızıl sırğalar (brilliant) – 1000 azn. Cavabdeh alınaraq idddiaçı İddiaçı verilsin və ya onların dəyəri cavabdehdən tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13308/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qızıl-zinət əşyaları tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissədə ləğv edilərək yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, iddiaçı ilə xx.xx.2000-ci il tarixdə ailə qurması, həmin tarixdən hazırda yaşadıqları mübahisəli mənzilə köçənədək, yəni 2012-ci ilədək müxtəlif ünvanlarda kirayədə yaşamaları, tələb olunan əşyaların birgə nikah dövründə əldə olunması, yəni təzə mənzillərinə köçən zamanı alınması, həm onun, həm də cavabdeh tərəfindən işə əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddia ərizəsində göstərilən bəzi əşyalırın (yataq və qonaq otağı mebelləri, kondisioner, məxtəx divanı və kreslo dəsti, duxovka və s.) birgə nikah dövründə əldə olunması, həmin əşyaların, xüsusilə boks əlcəklərinin, topların, idman rukzaklarının gəlin tərəfindən cehiz kimi gətirilməsinin mümkün olmaması, onların iki oğlu idmançı olduğu üçün onun tərəfindən alınması, mətbəx mebelinin təzə evə uyğun quraşdırılması, bu səbəbdən də mətbəx mebelinin gəlin gələrkən gətirilməsinin mümkün olmaması, eləcə də yataq dəstinin, yorğan-döşəklərin, ortopedik yasdıqların, matrasların, dəsmalların, pərdələrin, divan üstü çexolların da onun tərəfindən sonradan alınması, iddia ərizəsində göstərilən «İndezit» markalı paltaryuyan maşının onun tərəfindən 2012-ci ildə alınması, həmçinin icra məmurları tərəfindən əşyalar sıyahıya alının zamanı iddiaçı tərəfindən bəzi əşyalırın, yəni «Canon» markalı iki ədəd fotoapparatı, 2 ədəd fotoaparatın, 2 ədəd «PSP»-in, 10 ədəd eynəyin, həmçinin kimononun, 5 ədəd «kubik-rubik»in, «FlikFlak» saatının, o cümlədən özünə məxsus 10 ədəd paltarın götürülməsi və bununla bağlı məhkəməyə ərizə təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin əşyaların da qaytarılmalı olmasının qət edilməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək,şikayətin dəlillərinə və əvvəllər verdiyi izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qızıl-zinət əşyaları tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissədə ləğv edilərək yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (qızıl-zinət əşyaları istisna olmaqla, iddianın digər təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə qismən ləğv olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxxxx 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaları, birgə nikahdan 2 uşaqlarının olması, nikahlarının məhkəmə qaydasında pozulması, uşaqların iddiaçının yanında saxlanılması, tərəflərin ayrı yaşaması işin mübahisə edilməyən hallarıdır. Həmçinin, işdə olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)- 3591/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21, məhəllə 955-də yerləşən binanın 1-ci blokunda yerləşən 62 saylı mənzilin 1\2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüquqları müəyyən edilmiş, tərəflərin ümumi birgə əmlakı olan «Range Rover» markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil və «Mercedes Benz ML 350» markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bölünərək, həmin avtomobillərdən 1\2 pay İddiaçı, 1\2 pay isə Cavabdeh payının müəyyən olunması qət edilmişdir. İşdə olan «Mebelin» Mebel Evinin 482 saylı xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, 2017-ci ilin iyununda İddiaçı anası X3 qonaq otağı, yataq otağı mebeli, stol və stullar almışdır. İşdə olan xx xxxx 2017-ci il tarixli mebel sifariş formasından görünür ki, «Kapadokya» yataq dəsti və qonaq dəsti Səbahi Xəlilov tərəfindən xx xxxx 2017-ci il tarixdə 3100 manata alınmışdır. İşdə olan xx xxx 2015-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, «Mitsubişhi» markalı, 2015-ci il buraxılışlı, 35 ZM-S inventer model 3 ədəd kondisioner X2 alınmışdır. İşdə olan xx xxx 2014-cü il tarixli sifariş qəbzindən görünür ki, 3 ədəd 8333 Foto 150 manata alınmışdır. İşdə olan qəbzlərdən (etiketlərdən) görünür ki, mətbəx üçün böyük masa və 6 ədəd stullar (Bellona) 2012-ci ildə, divar mebeli isə 2011-ci ildə alınmışdır. Həmçinin qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi ünvan 2 ünvanında yerləşən, iddiaçının iddia etdiyi əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə bağlı olaraq icra məmuru tərəfindən əşyaların olduğu ünvanda qeyd olunan əşyalara baxış keçirilmiş və xx xxxx 2019-cu il tarixli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, cavabdeh əmlakların bir hissəsinin olduğu otağın açarının iddiaçıda olduğunu, sonuncu açarı özü ilə gətirdiyini bildirmişdir. Uşaqların yaşadığı həmin otağın qapısı tələbkarın gətirdiyi açarla açılmış və icra sənədində göstərilən siyahıdakı əmlakların mənzildə mövcudluğuna baxış keçirilməsinə başlanmışdır. İddiaçının iddia etdiyi əşyaların bir qismi siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. İcra sənədində göstərilən siyahıdakı digər əmlaklar, həmçinin qızıl-zinət əşyaları mənzildə aşkar edilməmişdir. Cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyalarını və digər əmlakları tələbkar özü ilə evdən köçərkən aparmışdır. Protokol tərtib olunarkən, iddiaçı mənzildə olan bəzi əşyaları özü ilə götürmüş, protokol icra məmuru, iddiaçı, cavabdeh və digər şəxslər tərəfindən imzalanmışdır. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmlaklar siyahıya alınarkən mənzildən «Canon» markalı iki ədəd fotoaparatı, 2 ədəd «PSP»i, 10 ədəd eynəyi, həmçinin kimono, 5 ədəd «kubik-rubik», «Flik Flak» saatı, o cümlədən özünə məxsus 10 ədəd paltarı apardığından qeyd olunan əmlakları tələb etmədiyini, digər əmlaklara münasibətdə isə iddia tələbini müdafiə etdiyini və həmin əşyaların qaytarılması və ya onların dəyərinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən götürülmüş həmin əşyaların yenidən onun tərəfindən qaytarılmalı olması qət edilməsini göstərsə də, qətnamədən görünür ki, göstərilən əşyaların cavabdehdən tutulması nəticə hissədə konrket olaraq göstərilməmişdir (halbuki, həmin əşyaların adları iddia ərizəsində konkret olaraq qeyd edilmişdir). Bununla yanaşı, protokoldan görünür ki, siyahıya alma zamanı iddiaçı 10 ədəd paltar götürmüşdür. İddia tələbində iddiaçı digər paltarlarla yanaşı, 10 ədəd koftanı da tələb etmiş, lakin məhkəmə onların götürülməsini nəzərə alaraq qətnamənin nəticə hissəsində 10 ədəd koftanın qaytarılmalı olmasını qət etməmişdir. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən əşyaların siyahıya alınması zamanı iddiaçı tərəfindən götürülmüş əşyaları nəzərə almışdır. Cavabdehin mövqeyinə görə iddiaçı ümumiyyətlə cehiz əşya gətirməmiş, tələb olunan bütün əşyalar birgə nikah dövründə alınmışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, əksi sübuta yetirilməyincə, hər bir qız gəlin köçərkən ona müəyyən qədər cehiz əmlak hədiyyə verilir və bu adət-ənənə uzun illərdir ki, mövcuddur. Eyni zamanda, tərəflərin əvvəllər müxtəlif ünvanlarda kirayədə yaşamaları, yalnız 2012-ci ildə yeni mənzilə köçmələri faktı da (iddiaçı əvvəllər müxtəlif ünvanlarda kirayədə yaşamalarını mübahisələndirir) vəziyyətidəyişdirmir. Çünki, şəxslər bir qayda olaraq yaşadıqları ünvanları dəyişdiyi halda əvvəllər özlərinə məxsus əşyalarını da həmin ünvana aparır (cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Həmçinin, qeyd edilməlidir ki, iddianın rədd olunması barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qismən ləğv edib, həmin hissədə işi yeni apellyasiya baxışına qaytararkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, iddia ərizəsində iddiaçı digər əşyalarla yanaşı, özünə və uşaqlara məxsus gündəlik təlabat əşyalarını da əvvəllər yaşadıqları mənzildən götürə bilmədiyini xüsusi qeyd etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tələb olunan əşyaları ümumi əşyalara, uşaqların paltarlarına, iddiaçıya məxsus paltarlara və qızıl-zinət əşyalarına bölmüşdür. Apellyasiya instansiya məhkəməsi də öz qətnaməsində tələb edilən əşyaların bir hissəsinin tərəflərin övladlarının şəxsi əşyalarına, o cümlədən idman əşyaları, bir hissəsinin isə iddiaçının özünə məxsus fərdi istifadə əşyaları olduğunu təsdiq etsə də, həmin tələblərə münasibətdə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Aİlə Məcəlləsinin 34.2-ci maddəsi zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeylərinin (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsus olduğunu, 36.6-cı maddəsi isə yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmədiyini və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verildiyini müəyyən etmişdir. Baxılan iş üzrə tərəflərin artıq ayrı yaşadıqları işin mübahisə olunmayan halıdır. Eyni zamanda tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. İddianı təmin tədbiri barədə qərardadın icrası qaydasında iddia ərizəsində qeyd olunan və tərəflərin əvvəllər yaşadıqları ünvanda aşkar edilən əşyalar siyahıya alınaraq aktlaşdırılmışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəflərin övladlarının şəxsi əşyaları barədə mübahisə olmadığı, iddiaçının özünə məxsus hansı əşyaları tələb etdiyinin iddia ərizəsindən və dəqiqləşmədən aydın olmadığı barədə qənaətə gəlmişdir. Bununla məhkəmə MPM-in 88-ci maddəsinin tələbini pozmuş, işdə olan sübutlara hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Qeyd edilməlidir ki, AM-nin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. AM-nin 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmçinin yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Qeyd edilməlidir ki, tərəflər arasında olan nikah pozulduqdan sonra uşaqların iddiaçının (ananın) yanında saxlanılması müəyyən olunduğundan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) uşaqları ilə birgə yaşayan valideynə, yəni iddiaçıya verilməlidir. Eyni zamanda, iddiaçı özünə məxsus fərdi istifadə şeylərini (geyim, ayaqqabı və s.) də tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, cavabdehin qeyd edilən əşyaların birgə nikah dövründə əldə olunması ilə bağlı dəlilləri iddianın həmin hissədə rədd olunması üçün yetərli və əsaslı deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əşyaların bəziləri icra məmuru tərəfindən yerində baxış zamanı müəyyən edilmiş və siyahıya alınmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bəzi əşyaların iddiaçıya məxsus olması və ya tərəflərin birgə nikah dövründə əldə olunması istiqamətində tam və hərtərəfli araşdırma aparmamış, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdeh məhkəməyə sübutlar təqdim edərək, 3 ədəd «Mitsubişhi» markalı kondisionerin, yataq və qonaq dəstinin sonradan, yəni birgə nikah dövrundə alınmasını bildirmişdir. Yuxarıda qeyd edilmiş həmin sübutlardan (xx xxxx 2017-ci il tarixli mebel sifariş forması, xx xxx 2015-ci il tarixli, ******* nömrəli qaimə faktura) görünür ki, qeyd edilən əşyalar tərəflərin birgə nikahda olduqları müddətdə cavabdehin adına alınmışdır. İddiaçı yalnız anasının adına verilmiş arayışı təqdim etmişdir ki, bu hal da iddianın həmin hissədə əsaslı olması qənaətinə gəlməyə yetərli deyildir. İddiaçı anası tərəfindən alınmış mebelin həqiqətən mübahisəli mənzildə olan mebel olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı mebellərin (yataq və qonaq dəsti) qiymətini də cavabdehin təqdim etdiyi arayışda göstərilən qiymətə uyğun 3100 manat göstərmişdir ki, bu hal da bir daha mebellərin cavabdehin təqdim etdiyi sübutda göstərilən əşya olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, işdə olan digər sübutlara əsasən mətbəx üçün böyük masa və 6 ədəd stullar (Bellona) 2012-ci ildə, divar mebeli isə 2011-ci ildə alındığından iddiaçı həmin əşyaların da yalnız ona məxsus olmasını sübut edə bilməmişdir. Həmçinin, iddiaçı dəyəri 150 manat olaraq divar şəkillərini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etmişdir. Lakin, cavabdeh tərəfindən təqdim edilmiş xx xxx 2014-cü il tarixli sifariş qəbzindən görünür ki, 3 ədəd 8333 Foto 150 manata alınmışdır. Göründüyü kimi, qeyd edilən şəkillər 2014-cü ildə tərəflərin birdə nikahda olduqları dövrdə alınmış, iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilən əşyaların tərəflərin birgə nikah dövründə alınması ilə bağlı cavabdehin dəlillərini əsaslı hesab edir. Belə olan halda isə iddia tələbi qeyd edilən əşyalara dair hissədə təmin oluna bilməz. Lakin, məhkəmə kollegiyasının hazırki mövqeyi iddiaçının həmin əşyaların birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi tələbini irəli sürmək hüquqlarını istisna etmir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində mətbəx mebelinin yaşadıqları yeni mənzilə uyğun yığılmasını, bu səbəbdən də həmin mebelin iddiaçı tərəfindən gəlin gələn zamanı gətirilməməsini göstərmişdir. Halbuki, iddiaçı tələbində mənzilə quraşdırılmış mətbəx mebelini tələb etməmiş, birinci instansiya məhkəməsi tərəfindən də belə bir əmlakın cavabdehən alınması qət olunmamışdır (iddia tələbi - məxbəxin divan, kreslo, stol, stulu ilə bağlı olmuşdur). Qeyd edilməlidir ki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, müəyyən əşyalara dair hissədə səhv nəticəyə gəlmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin yoxlanılan hissədə qismən ləğv edilməsi üçün tam əsasdır. Qeyd edilənlərə əsasən,məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti qismən təminolunmalı,birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən (yəni,«yataq və qonaq otağı mebeli (qarnitur) – 3100 AZN, Kondisioner Mitsubishi 3 ədəd – 2400 AZN, Mətbəx üçün stol və stullar Bellona – 1300 AZN, Divar mebeli – 2000 AZN, Divar şəkilləri 4 ədəd – 150 AZN» hissələrdə)ləğv edilməli,iddia həmin hissələrdə təmin olunmamalı,qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh Balamamməd oğluna qarşı «əmlak tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4025/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4025/2019 saylı qətnaməsi yoxlanılan hissədə qismən (yəni,«yataq və qonaq otağı mebeli (qarnitur) – 3100 AZN, Kondisioner Mitsubishi 3 ədəd – 2400 AZN, Mətbəx üçün stol və stullar Bellona – 1300 AZN, Divar mebeli – 2000 AZN, Divar şəkilləri 4 ədəd – 150 AZN» hissələrdə)ləğv olunsun, iddia həmin hissələrdə təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6234/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6234/2020
28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver