Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6275/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Mayis qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinyət və cehiz əşyalarının, habelə birgə nikah dövründə alınmış əmlakın dəyərinin yarısının tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindənverilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mayis qızı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toy günü ona hədiyyə alınmış qızıl-zinyət və cehiz əşyalarının, əşyalar olmadıqda onların dəyərinin cavabdehlərdən alınıb ona verilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri “BMW X5” markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün xərclənmiş 16 000 manat pulun yarısının Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxx 2020ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı halları təsdiq edən sənədlər əlavə olunmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birincisi, iddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçının iddia tələbini əsaslandırdığı sənədlər məhkəmənin baxılmamış saxladığı mülki işin materiallarında mövcuddur; ikincisi isə, Mülki Prosessual Məcəllənin “İddia ərizəsinin qaytarılması” başlıqlı 152-ci maddəsində, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin ərizəyə əlavə olunmamasının iddia ərizəsinin qaytarılmasına səbəb təşkil etdiyi nəzərdə tutulmamışdır. Qanunvericiliyin mənasına görə bu hal, iddia tələblərinin təmin edilməməsinə əsas ola bilər. Bununla belə kollegiya qeyd edir ki, şikayətin “iddia ərizəsinin icraata qəbul edilməsi barəsində qərar qəbul edilməsi”nə dair hissəsi təmin edilə bilməz, çünkü, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2329/2020 saylı iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6275/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6275/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver