Məhkəmə qərarları › İş №2(103)-6280/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6280/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6280/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Murat Alyarın, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı Şəhəri 24 saylı Notariat Kontoruna qarşı “müqavilələrin ləğv edilməsi və sair tələbləri barədə” iddia ərizəsi, həmçinin Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddia ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(004)-3253/2019 saylı qətnaməsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı Şəhəri 24 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 02.06.2017-ci il (qeyri notarial), 04.06.2017-ci il və 12.09.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi, 12.09.2017-ci il tarixli qeyri-notarial qaydada bağlanmış müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi cavabdeh Şirkətin tanınması, həmin Şirkətin xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 29.11.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçı MMC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.09.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə ******* manat dəymiş ziyan, təmir bərpa işlərinə görə ödənilmiş 360000 manat, əldən çıxmış faydaya görə dəymiş maddi ziyana görə 240000 manat olmaqla, cəmi ******* manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 il müddətinə icarəyə verilməsinə dair 12.09.2017-ci il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə üzrə aylıq icarə haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən iddiaçı MMC tərəfindən təmir bərpa işlərinin sürətləndirilməsi üçün 9 dəfəyə cəmi 360000 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Sonuncu 34000 manat ödəniş 06.06.2018-ci il tarixdə edilmişdir. Bu müddət ərzində dəfələrlə Cavabdeh1 müqavilə şərtlərinə əməl edərək, obyekti istismar üçün iddiaçı MMC-ya təhvil verilməsini istəsələr də, Cavabdeh1 öhdəliklərini yerinə yetirməmişdir. Sonuncu dəfə MMC-nin nümayəndələri, qeyd olunan qeyri-yaşayış sahəsində təmir işlərinə baxmaq istəsələr də, Cavabdeh1 nümayəndələri tərəfindən obyektə buraxılmamışlar. Hazırda isə MMC-yə məlum olmuşdur ki, aralarında notarial qaydada bağlanmış icarə müqaviləsi olmasına baxmayaraq, Cavabdeh1 başqa şəxs ilə danışıqlar apararaq obyekti həmin şəxsə icarəyə vermək istəyir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. Bu səbəbdən də, MMC pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə araşdırması zamanı əlavə sübutlar müəyyən edildiyindən iddia ərizəsinə əlavə vermək zərurəti yaranmışdır. İşin faktiki hallarını müəyyən etməkdən ötrü ilk növbədə aşağıdakı ardıcıllığa diqqət yetirilməlidir: Belə ki, iddiaçı MMC qeyri-yaşayış sahəsini otel kimi icarəyə götürmək məqsədilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 14.06.2006-cı il tarixli çıxarışa əsasən icarə müqavilələri bağlamışdır. 02.06.2017-ci il, 04.06.2017-ci il, 12.09.2017-ci il tarixdə 2 müqavilə olmaqla 4 icarə müqaviləsi bağlanmışdır. 04.06.2017-ci il tarixli və 12.09.2017-ci il tarixli icarə müqavilələri notarial qaydada bağlanmışdır. 12.09.2017-ci il tarixli icarə müqaviləsinin 2-ci səhifəsində qeyd edilmişdir ki, tərəflərin razılaşmasına əsasən təmir bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən otel təhvil verilənədək (aprelin 20-dək, 6 aylıq) hər ayın 20-si 50000 manat icarədar olan MMC tərəfindən icarəyə verənə verilməlidir, bu ödənişlər sonradan icarə haqqından çıxılacaq. Qeyd olunan öhdəliyə əsaslanaraq iddiaçı MMC tərəfindən 9 dəfəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbz vasitəsilə 360000 manat pul ödənilmişdir. 12.09.2017-ci il tarixli, reyestr nömrəsi 3M-302 olan ikinci notarial icarə müqaviləsi bağlanan zaman notarius tərəfindən yüklülük barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış üçün sorğu verilməmiş və həmin arayış notariat işində mövcud deyil. Bu onunla əlaqəlidir ki, həmin vaxt artıq Cavabdeh1 adına olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 14.06.2006-cı il tarixli çıxarışda qeyd olunmuş daşınmaz əmlak cavabdeh olan Şirkətə (“Pallant Group MMC-yə) satılmışdır. Yəni, Cavabdeh1 mövcud olmayan daşınmaz əmlakı iddiaçı MMC-ya icarəyə vermiş və notarius isə daşınmaz əmlakın yüklülüyü ilə bağlı müvafiq orqana heç bir sorğu vermədən həmin icarə müqaviləsini təsdiq etmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X5” daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Göründüyü kimi, notariusun qeyd olunan təlimatdan kənara çıxması etibarsız icarə müqaviləsinin bağlanması ilə nəticələnmişdir ki, nəticədə iddiaçıya küllü miqdarda maddi ziyan dəymişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini etibarsız icarə müqaviləsi bağlanan ərəfədə, yəni 29.11.2017-ci il tarixdə cavabdeh Şirkətin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçirməklə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişlər. Həmin Şirkət barədə məhkəməyə təqdim edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31.07.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, “Pallant Group" MMC-nin dövlət qeydiyyatına alındığı tarix 27.07.2011-ci il tarixdir, təsisçiləri Cavabdeh1 (50%), Abbasov X9 (21,4%) və Cavabdeh2dur (28,6%), qanuni təmsilçisi Cavabdeh2dur. Bu halda cavabdehlər tərəfindən bağlanmış icarə müqaviləsinin faktiki tərəfi, yəni icarəyəverən cavabdeh Şirkət olduğundan 12.09.2017-ci il tarixli icarə müqaviləsi qismən etibarsız hesab edilməklə icarəyəverən kimi həmin şirkət hesab edilməlidir. Cavabdehlər tərəfindən icarə müqavilələri üzrə əhəmiyyətli pozuntu nəticəsində heç bir öhdəlik yerinə yetirilməmişdir: Belə ki, "xxxx" təhvil-təslim aktı əsasında icarədar MMC-ya təhvil verilməli idi (müqavilənin 2-ci bəndi). Müqavilənin qüvvəyə minməsi təhvil-təslim aktının imzalanması ilə şərtləndirilmişdir ki, bu halda da icarəyəverən tərəfindən icarə obyekti razılaşdırılmış 6 aylıq müddətdə (2018-ci ilin aprelin 20-dək) təhvil verilməmişdir. (12.09.2017-ci il tarixli müqavilənin 2-ci səhifəsi). Bunun əksi olaraq iddiaçı MMC tərəfindən 6 aylıq 50000 manat icarə ödənişi etmək öhdəliyi yerinə yetirilmişdir. Bütün bu hallar onu sübut edir ki, cavabdehlər tərəfindən icarə müqaviləsinin bağlanması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin 10 il müddətinə iddiaçı MMC-ya icarəyə verməsi niyyəti olmuşdursa da, bu da ancaq həmin əmlakın hazırkı mülkiyyətçisi olan icarəyəverən kimi cavabdeh şirkət ilə rəsmiləşdirilməli idi. Həmçinin, Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən təmirbərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş qalan 917180,66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə əldən çıxmış fayda olaraq ******* manat, icarədar olan MMC-nin hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə onunla iddiaçı MMC-nin təsisçisi və direktoru olan Murat Alyar arasında bağlanmış 04.06.2017-ci il tarixli müqavilə üzrə ******* manat, 12.09.2017ci il tarixli müqavilə üzrə isə ******* manat olmaqla, cəmi ******* manat məbləğində cərimənin, ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50000 manat, cəmi isə 9717180,66 manat, Cavabdeh1 iddiasının verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi, iddiaçı MMC-nin təsisçisi və direktoru olan Murat Alyarla onun arasında bağlanmış icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiası onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru olan Murat Alyar ilə Cavabdeh1 ilk tanışlıqları 2017-ci ilin yay aylarına təsadüf edir. Murat Alyar uzun illər otel işlətməsi ilə məşğul olduğunu və iddiaçı MMC-nin direktoru olaraq Azərbaycanda bir çox otelləri icarəyə götürürərək işlətdiyini və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirmişdir. Murat Alyar Cavabdeh1 məxsus olan və Bakı şəhəri, B.Səfəroğlu 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi işlətməyi təklif etmişdir. Həmin təklif Cavabdeh1 maraqlandırmış, lakin M.Alyara bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin otel kimi fəaliyyət göstərməsi üçün təmir tikinti işləri aparılmalıdır. M.Alyar Cavabdeh1 qeyri-yaşayış sahəsini təmir edərək otel səviyyəsinə çatdırmaq üçün tələb olunan vəsaiti hissə-hissə verə biləcəyini və gələcəkdə otel fəaliyyətə başladıqdan sonra təmir üçün qoyacağı pulu hissə-hissə icarədən çıxa biləcəyini demişdir. Razılaşmalarına əsasən binanın ilk dörd mərtəbəsinin icarə haqq 75000 manat təşkil edirdi. Lakin M.Alyarın istəyinə əsasən 2 müqavilə imzalanmalı, yəni ki, öz aralarında bağlanan müqavilədə icarə haqqı olaraq 65000 manat göstərilməli, notarial müqavilədə isə 10000 manat göstərilməli idi. M.Alyara məxsus MMC ilə Cavabdeh1 arasında 02.06.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin tələblərinə əsasən, Cavabdeh1 qeyri-yaşayış sahəsini iddiaçı MMC-ya otel kimi işlətmək üçün icarəyə vermişdir. 02.06.2017-ci və 04.06.2017-ci il tarixlərində bağlanmış icarə müqavilələri qeyri-yaşayış sahəsinin ilk 4 mərtəbəsinin icarəyə verilməsi məqsədilə bağlanmışdır. M.Alyarın təklifi ilə 2 ayrı müqavilə imzalanmışdır. Bu müqavilələrin hər ikisi eyni hüquqi qüvvəyə malikdir, yalnız icarə haqqları fərqlidir. İddiaçı MMC ilə aralarında 02.06.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, aylıq icarə haqqı 65000 manat təşkil edir və hər ayın 10-na kimi nağd şəkildə ödənilməli idi. Bundan başqa, 04.06.2017-ci il tarixdə 24-cü Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən ********** nömrəli sorğu verilərək daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış alınaraq, MMC ilə Cavabdeh1 arasında 3M-107N reyestr nömrəli notarial müqavilə imzalanmışdır. “İcarə müqaviləsinin” tələblərinə əsasən, aylıq icarə haqqı 10000 manat təşkil edir və icarə haqqı hər ayın 10-na qədər köçürmə yolu ilə ödənilməli idi. Cavabdeh1 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini otel kimi icarəyə vermişdir. İddiaçı MMC hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin şərtlərinə əsasən, icarə müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən 10 il təşkil edir. Müqavilənin şərtlərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödənilməlidir. Daha sonra, iddiaçı həmin qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi arzusunu bildirmişdir. İddiaçı ilə aralarında olan danışıqlara əsasən, icarə obyektinin təmirbərpa işlərinin aparılması üçün yetərli vəsaitinin olmadığını bildirmiş və icarə haqqı barədə danışıqları olmuşdur. Həmçinin, icarədə olan əmlaklarını təmir-bərpa işlərinin aparılması üçün Badamdar qəsəbəsində yerləşən iki torpaq sahəsini və üç qeyri-yaşayış sahəsini 2017-ci ilin avqust ayında 14-cü Notariat Kontorunda rəsmiləşdirilmiş beş alqı-satqı müqaviləsi əsasında sataraq satışdan əldə etdiyi ******* manat vəsaiti binanın təmirinə yönəltmişdir. Danışıqlarının sonunda M.Alyar təmir-bərpa işlərinin sürətləndirilməsi üçün müəyyən ödənişlər edəcəyini və bu barədə müqavilədə də üzərinə öhdəlik götürəcəyini bildirmişdir. Razılığa əsasən təmir-tikinti işlərinin sürətləndirilməsi üçün müqavilə ilə nəzərdə tutulan vəsaiti M.Alyar otel təhvil verilənə qədər Cavabdeh1 ödəməli idi. Həmçinin razılığa gəlmişlər ki, otel fəaliyyətə başladığı gündən iddiaçı MMC tərəfindən aylıq icarə haqqı olaraq 250000 manat pul ödəniləcəkdir. Lakin ilkin olaraq təmir üçün onun tərəfindən sərf olunacaq məbləğ icarə haqqından çıxılacaqdır. Görüşlərinin sonunda təmirbərpa işlərinin sürətləndirilməsi üçün Cavabdeh1 ödənişlər edəcəyi barədə öhdəlik götürmüşdür. M.Alyarın tələbi ilə onunla Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də MMC-yə icarəyə verilməsi ilə bağlı danışıqlar aparılmış və razılıq əldə olunmuşdur. Nəticədə 12.09.2017-ci il tarixdə 24-cü Notariat Kontorunda aylıq icarə haqqısı 15000 manat olan (reyestr nömrəsi 3M-302) və həmin tarixdə aralarında bağlanmış və notariat kontorunda təsdiqlənmiş (reyestr nömrəsi 1S-2866) aylıq icarə haqqısı 130000 manat təşkil edən 2 müqavilə imzalanmışdır. Öz aralarında bağlanmış və xüsusi notarius Zərifə Nəcəfəli tərəfindən təsdiq olunmuş (reyestr nömrəsi 1S-2866) müqavilənin şərtlərinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən (aprelin 20-nə qədər, 6 aylıq) hər ayın 20-si 50.000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 12.09.2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış (aylıq icarə haqqı 15000 manat), reyestrdə 3M-302 nömrə ilə qeydə alınmış İcarə Müqaviləsinin şərtlərinə (İcarədarın hüquq və öhdəlikləri) görə, cavabdeh təmirbərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Müqavilələrin şərtlərinə əsasən icarə müqaviləsinin müddəti tərəflər bu müqavilələri imzaladığı andan 10 il təşkil edir. Müqavilənin tələblərinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə aşağıdakı kimi cərimə verməyi öhdəsinə götürmüşdür: İcarənin birinci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. 25.05.2018-ci il tarixdə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, həmin qeyri-yaşayış sahəsinin mənfi 1, mənfi 2 və 1-ci mərtəbələri də MMC-ya icarəyə verilmiş, MMC isə bunun müqabilində 01.06.2018-ci il tarixindən otel binası təhvil verilənə kimi təmir-bərpa işlərinin sürətləndirilməsi üçün hər ay 30000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Qeyriyaşayış sahəsinin bütün mərtəbələrinin aylıq icarə haqqısı 250000 manat təşkil etmişdir. Belə ki, MMC ilə aralarında 02.06.2017-ci il tarixdə bağlanmış "xxxx" görə MMC aylıq 10000 manat, 04.06.2017-ci il tarixdə bağlanmış "xxxx" görə aylıq 65000 manat, 12.09.2017-ci il tarixdə imzalanan birinci müqaviləyə görə aylıq 15000 manat, həmin tarixdə bağlanmış digər müqaviləyə görə aylıq 130000 manat və aralarında olan şifahi razılaşmaya görə həmin qeyri-yaşayış sahəsinin mənfi 1, mənfi 2 və 1-ci mərtəbələrinə görə aylıq 30000 manat olmaqla, icarə haqqı 250000 manat ödəməyi öhdəsinə götürmüşdür. 12.09.2017-ci il tarixdə bağlanmış İcarə müqavilələrinin şərtlərinə əsasən, cavabdeh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən otel təhvil verilənə qədər hər ayın 20-ə kimi 50000 manat olmaqla, 01.05.2019-cu il tarixinə kimi 916.666,66 manat (20.10.2017-ci ildən 01.05.2019-cu ilədək 18 ay 10 gün) ödəniş etməli olsa da, bu müqavilə üzrə heç bir ödəniş etməmişdir. 12.09.2017-ci il tarixdə cavabdehin təkidi ilə öz aralarında bağlanmış icarə müqaviləsinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixindən 6 ay müddətində hər ayın 20-ə kimi 50000 manat, 6 ay ərzində cəmi 300000 manat ödəməli olsa da, cavabdeh yalnız 299486 manat ödəniş etmişdir. Bundan əlavə, binanın mənfi 1, mənfi 2 və 1-ci mərtəbələrinin icarəsi barədə aralarında olan razılığa əsasən, 01.06.2018-ci il tarixdən bu günə kimi aylıq icarə haqqı olaraq 30000 manat olmaqla, 01.05.2019-cu il tarixinə kimi (11 ay üçün) cəmi 330000 manat ödəməli olduğu halda, cavabdeh tərəfindən cəmi 30000 manat ödəniş edilmişdir. MMC-nin “İcarə müqavilələr” üzrə öhdəliklərinin yerinə yetirilməməsi həmin qeyri-yaşayış binasının təmirbərpa işlərinin bitməməsinə səbəb olmuşdur. Bunun nəticəsində M.Şükürlüyə əldən çıxmış fayda olaraq ******* manat məbləğində ziyan dəymişdir. Belə ki, əgər MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmiş olsa idi, otel binasının təmir-bərpa işləri 2018-ci ilin iyun ayında bitmiş olacaqdı; MMC-in təqsiri üzündən otelin təmir-bərpa işləri vaxtında bitmədiyindən ötən 11 ay müddətində (1 aylıq icarə haqqı 250000 manat) ümumi ******* manat əldən çıxmış fayda edir. Aralarında olan son görüşlər zamanı onlar bu barədə M.Alyar ilə dəfələrlə söhbət edərək ona vurduğu ziyan barədə bildirmişlər. Həmin görüşlərin birində M.Alyar özü tərəfindən öz xətti ilə “Para makbuzu” adlı qəbz yazaraq 20.05.2018-ci il tarixdə 50000 manat, 20.06.2018-ci il tarixdə 50000 manat, 20.07.2018-ci il tarixdə 150000 manat, 20.08.2018-ci il tarixdə isə 150000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin yazılı öhdəlik götürməsinə baxmayaraq M.Alyar həmin puldan heç bir məbləğ ödəməmişdir. Məhz M.Alyarın təmsil etdiyi MMC icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində M.Şükürlü fiziki və mənəvi sarsıntılar keçirmiş, MMC-nin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində Cavabdeh1 gəlirindən məhrum olmuş, bunun da nəticəsində başqa şəxslər qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, onun işgüzar nüfuzuna da zərər dəymişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qərardadı ilə qeyd edilən hər iki iddia ərizəsi ilə bağlı mülki işlər bir icraatda birləşdirilmişdir. Həmin məhkəmənin 19 dekabr 2019-cu il tarixli, 2(004)-3253/2019 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360000 manat pulun Cavabdeh1 alınaraq iddiaçı MMC-yə ödənilməsi, Cavabdeh1 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə MMC arasında bağlanmış 04.06.2017-ci il tarixli müqavilə üzrə ******* manat və 12.09.2017-ci il tarixli müqavilə üzrə ******* manat cərimə olmaqla, cəmi ******* manat pulun MMC-dən tutularaq, Cavabdeh1 ödənilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 40 faizinin onun özünə, 60 faizinin MMC-yə aid edilməklə, MMC-dən 18 manat pulun Cavabdeh1 xeyrinə tutulması, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2017-ci il, 04.06.2017-ci il və ayrı-ayrılıqda bağlanmış 12.09.2017-ci il tarixli icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsini, hər iki iddianın qalan hissələrdə təmin edilməməsini qət edilmişdir. Qətnamə ilə razılaşmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və MMC-nin iddiasının tam təmin olunmasını, Cavabdeh1 iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq işin hallarının düzgün araşdırılmadığı, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədiyi, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edildiyi qeyd edilmişdir. Cavabdeh1 də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia üzrə iddiaçının iddiasının tam rədd edilməsini, özünün iddiasının isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onun iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq məhkəmə tərəfindən ilkin iddiaçının iddiasının bir qisminin təmin edilməsinin, Cavabdeh1 iddiasının isə bir qisminin rədd edilməsinin maddi və prosessual hüquq normalarının pozulmasına, həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul edilməsinə səbəb olduğu qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2020-ci il tarixli, 2(103)- 3865/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh1 xeyrinə tutulmalı olan cərimə pulu məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimənin azaldılaraq ******* (bir milyon) manat, 12 sentyabr 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimənin azaldılaraq ******* (iki milyon) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 bir-birinin xeyrinə tutulmalı olan məbləğlərin əvəzləşdirilməsi və son nəticədə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* (iki milyon altı yüz qırx min) manatın tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(102)-2205/2021 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilmiş, iddiaçı MMC-nin Cavabdeh1 ilə bağlanmış 02.06.2017-ci il (qeyri notarial), 04.06.2017-ci il və 12.09.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi və.s. tələbləri, Cavabdeh1 iddiaçı MMC-ə qarşı pul və.s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3865/2020 nömrəli iş üzrə 02.10.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya icraatına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlərin vəkili öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında 02 iyun 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə görə icarəyə verən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 14.06.2006-cı il tarixli çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarədara otel kimi icarəyə verir. Aylıq icarə haqqı 65000 manat müəyyən edilmişdir. Həmin müqavilənin tələblərinə görə (icarənin müddəti), müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında 04 iyun 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş icarə müqaviləsinə görə icarəyə verən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 14.06.2006-cı il tarixli çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarədara otel kimi icarəyə verir. Aylıq icarə haqqı 10000 manat müəyyən eilmişdir. Həmin müqavilənin tələblərinə görə (İcarənin müddəti), müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 sentyabr 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş icarə müqaviləsinə görə icarəyə verən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 14.06.2006-cı il tarixli çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarədara otel kimi icarəyə verir. Aylıq icarə haqqı 130000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin şərtlərinə (icarədarın hüquq və öhdəlikləri) görə, təmir-bərpa işlərinin surətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50000 manat (əlli min) məbləğində pul vəsaiti icarədar tərəfindən icarəyə verənə ödənilməlidir. Bu ödənişlər sonradan icarə haqqından çıxılacaq. Həmin müqavilənin tələblərinə görə (İcarənin müddəti), müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1- ci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 sentyabr 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş icarə müqaviləsinə görə icarəyə verən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı, 14.06.2006-cı il tarixli çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarədara otel kimi icarəyə verir. Aylıq icarə haqqı 15000 manat müəyyən eilmişdir. İcarə müqaviləsinin şərtlərinə (icarədarın hüquq və öhdəlikləri) görə, təmir-bərpa işlərinin surətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50000 manat (əlli min) məbləğində pul vəsaiti icarədar tərəfindən icarəyə verənə ödənilməlidir. Həmin müqavilənin tələblərinə görə (İcarənin müddəti),müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda, yaxud icarədarın vaxtından əvvəl bu müqaviləyə xitam verildiyi təqdirdə icarədar icarəyə verənə icarənin 1-ci ilində xitam verildiyi təqdirdə ******* manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hər iki tərəf - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (nümayəndəsi Murat Alyar) və Cavabdeh1 müqavilə bağlayarkən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən 16 mərtəbəli qeyri-yaşayış sahəsini hotel kimi istifadə edilməsi üçün icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər. Bu faktı hər iki tərəf öz iddialarında təsdiq edirlər. Birinci instansiya məhkəməsi icarə müqaviləsindən irəli gələn maddi hüquq normalarına, o cümlədən müqavilə öhdəlikləri və müqavilənin ləğv edilməsi ilə bağlı maddi hüquq normalarına istinad edərək yekun nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəflərin razılaşdığı əmlakın Cavabdeh1 məxsus olan əmlak olub-olmaması, onu (16 mərtəbəli binanı) icarəyə verməyə səlahiyəti olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmamışdır. Hansıki, mübahisəni həll etmək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrin etibarlı icarə müqavilələri olması halına qiymət verilməmiş, bunun üçün icarəyəverənin hansı əşyanı icarə verməsi, həmin əşyanı icarəyə verməyə onun hüququnun olub-olmaması, bağlanmış müqavilələrin analoji əqdləri (icarə müqavilələrini) tənzimləyən normaların tələblərinə uyğun bağlanıb-bağlanmaması, əqdlərin forma və məzmununa riayət edilib-edilməməsi yoxlanmamış, belə yoxlamadan sonra müqavilələrin etibarlılığı təsdiq olunduğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin kimin tərəfindən pozulması halına qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən edilməsidir. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermiş və onlar arasında icarə münasibətləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri etibarlı müqavilələr olmamışdır. Belə ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən 16 mərtəbəli qeyri-yaşayış sahəsinin hotel kimi istifadə olunması ilə bağlı razılığa gəlmişlər. Birinci instansiya məhkəməsinin istinad etdiyi və icarə müqavilələrində göstərilən əmlak həmin əmlak olmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 14.06.2006-cı il tarixli, ******* nömrəli çıxarışla (müqavilələr bağlanarkən təqdim edilmiş çıxarış) Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsinin predmetini təşkil edən əmlak deyildir. Cavabdeh1 iddia ərizəsində ətraflı olaraq öz adına olan çıxarışda qeyd edilən əmlakı deyil, 16 mərtəbəli binanın müxtəlif mərtəbələrini hotel kimi istifadə üçün icarəyə verdiyini şərh edir. Müqavilələrin bağlanması zamanı təqdim edilən həmin çıxarışda nəzərdə tutulan əmlak məhv olmuşdur. Çıxarışda qeyd olunan əmlakın cəmi sahəsi 567.4. kv.m təşkil edir (mülki iş 1-ci cild 276-cı səhifə) və bir mərtəbədən ibarədir. Həmin əmlak bir neçə il əvvəl məhv edilərək yerində 16 mərtəbəli bina inşa edilmişdir. İcarə müqavilələri bağlananda çıxarışda qeyd olunan əmlak mövcud olmamışdır. Tərəflərin razılığa gəldiyi əmlak hal-hazırda “Pallant Group" MMC-nin mülkiyyətindədir və sahəsi 15964.9 kv.m təşkil edir. Həmin əmlak tərəflər arasında icarə müqaviləsi bağlandıqdan iki ay sonra şirkətin mülkiyyətinə keçmişdir. Özü də Cavabdeh1 ona məxsus olan əmlakın məhv olması barədə ərizəsi əsasında əmlak bütövlükdə şirkətin mülkiyyətinə keçmişdir. Ona görə də icarə müqavilələri əhəmiyyətsiz əqd olaraq heç bir hüquq və nəticələr yaratmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəf mübahisə başlayan vaxtdan dəfələrlə vəsatət verərək icarəyə verilən əmlakın kimə məxsus olmasına dair sənədlərin tələb olunaraq götürülməsini xahiş etmiş, icarəyəverənin mülkiyyətçi olmamasını bildirsə də, məhkəmə buna diqqət yetirməmiş, zəruri sənədləri reyestr xidmətindən tələb edib götürməmiş, sonradan həmin idarədən daxil olan məlumtalarla əmlakın mülkiyyətçisinin icarəyəverən olmaması təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yenə də sorğuya cavabı tam verməmiş, Cavabdeh1 ona məxsus olan əmlakın məhv olması barədə ərizəni həmin xidmətə nə vaxt təqdim etməsi ilə bağlı məlumatı göstərməmişdir. Lakin, hər bir halda həmin ərazidə 16 mərtəbəli bina inşa edilib başa çatmışdırsa, deməli Cavabdeh1 məxsus olmuş bir mərtəbəli qeyri-yaşayış sahəsi icarə müqaviləsi bağlanandan xeyil müddət (bir neçə il) əvvəl məhv olmuşdur. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Göründüyü kimi əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulan əmlaka yuxarıda qeyd olunan hüquqlardan hər-hansına sahib olmadığından həmin əmlakı (16 mərtəbəli qeyri-yaşayış sahəsini) icarəyə verməyə səlahiyyətli olmamışdır. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. və.s. nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış icarə müqavilələrində qeyd olunan əsas şərtlərin əksəriyyəti barədə qeyd yoxdur. Məsələn, təkcə obyektin icarəyə götürənə təhvil verilməsi tarixinin konkretləşdirilməməsi həmin müqavilənin etibarlı olmamasına dəlalət edir. Müqavilədəki anlaşılmaz şərtlərin nəticəsidir ki, cavabdeh tərəf iddia edir ki, obyektin nə vaxt təhvil verilməsinin göstərilməməsinə baxmayaraq iddiaçı tərəf obyekt təmir olunub qurtarana qədər hər ay ona 50000 manat pul ödəməlidir. Amma, obyektin təmirini nə vaxt başa çatacağını bildirmir. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İddaçı qeyd olunan icarə müqaviləsi üçün özünün icarə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməzdi. Ona görə ki, onun icarə müqaviləsi bağladığı əmlak mövcud olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Göründüyü kimi icarəyə götürən həmin müqavilələrlə özünün icarə hüquqlarını dövlət qeydiyatına aldırmaq imkanından da məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə qeyd edilən əqdlər əhəmiyyətsiz olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Həmin müqavilələrin şərtlərini rəhbər tutaraq hansısa cərimə məbləği hesablanması, müqavilə öhdəliyinin kimin tərəfindən pozulması halının yoxlanılması üçün əsaslar olmamışdır. Məhkəmə kollegiyası “Pallant Group" MMC-nin və onun səhmdarının Cavabdeh1 bağlamış olduğu müqavilənin şərtlərinə qarşı tərəfin əməl edəcəyi halda müqaviləni bəyənərək davam etdirməyə hazır olmaları barədə izahatlarına münasibətdə qeyd edir ki, hazırkı halda müqavilə bağlamağa səlahiyyəti olan şəxslərin bağlanmış müqaviləni bəyənməsindən söhbət gedə bilməz. Həmin müqavilələri tərəflərin nəzərdə tutduğu qaydada bərpası mümkün deyil. Əvvəla, ilk iddiaçının tələblərindən biri Cavabdeh X3 ilə bağlanmış 12.09.2017-cil tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi -“Pallant Group" MMC-nin tanınması, “Pallant Group" MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 123 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № 1190478, qeydiyyat nömrəsi-********** olan 29.11.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi barədədir və qarşı tərəf iddianı qəbul etmir. Qarşı tərəf icarə münasibətlərini o şərtlə davam etdirmək istəyir ki, müqavilədə nəzərdə tutulan qeyri-müəyyən şərtlər onların xeyrinə şərh edilsin (məs: obyekt hazır olan vaxta qədər hər ay 50000 manat pul ödənilsin). Digər tərəfdən qeyri-müəyyən şərtlərlə bağlanmış müqavilə əsasında icarə münasibətlərinin davam etdirilməsi istisnadır, tərəflər bunu ancaq yeni müqavilə bağlamaq yolu ilə aradan qaldıra bilərlər və bu müqavilənin “Pallant Group" MMC-nin səlahiyyətli nümayəndəsi həyata keçirə bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddiaçının vermiş olduğu (təmirə görə) pulun qaytarılması iddiasını təmin edərkən zidiyyətli mövqe nümayiş etdirmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş, müqavilələrin ilk iddiaçının təqsiri üzündən pozulması halına istinad etmişdir. Bu zaman ilk iddiaçının müqavilə şərtlərini pozması halına, müqavilələrin etibarlı müqavilə olması və ləğvi ilə bağlı əsaslandırılmadan kənarlaşılmalı, əqdlərin etibarsızlığı ilə bağlı normaları tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış hər dörd müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanıldığından etibarsız əqdlər hesab olunduğu üçün hər iki apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilələr üzrə təmirbərpa işlərinə görə ödənilmiş 360000 (üç yüz altmış min) manat pul Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməli, "xxxx" MMC-nin iddiası qalan hissədə, Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddia ərizəsi isə tam rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(004)- 3253/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı Şəhəri 24 saylı Notariat Kontoruna qarşı “müqavilələrin ləğv edilməsi və sair tələbləri barədə” iddia ərizəsi qismən təmin olunsun. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360000 (üç yüz altmış min) manat və ödənilmiş dövlət rüsumuna görə 6,75 (altı manat yetmiş beş qəpik) manat pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilsin. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddia ərizəsi təmin olunmasın. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar