Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6288/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Ərizəçinin nümayəndəsi X8 və digər nümayəndəsi X2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi "xxxx" MMC Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ərizə təmin edilmiş, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir.
3. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, ƏrizəçiMMC ilə onun arasında xx.xx.2021-ci il tarixdə daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, məhəllə3141, Mirəli Seyidov küçəsi, 10 saylı evin 35 saylı mənzili (bundan sonra– Mənzil) ərizəçi tərəfindən ona lizinqə verilmişdir. Lakin bir çox üzrlü səbəblərdən mənzilin aylıq ödənişlərində gecikmə yarandığından, məsələnin barışıq ilə həlli üçün ərizəçi tərəfindən Bakı Şəhəri 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. O, sıravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olmadığından ərizəçinin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuş, xx.xx.2022ci il tarixli Barışıq sazişinin şərtlərinə görə mənzil onun istifadəsində qalmaqla, xx.xx.2022-ci il tarixinə qədər borcun ödənilməsi üçün 29764 ilkin ödəniş edildikdən sonra qalıq borc 249833 manat müəyyən edilmiş və illik 26% lizinq mükafatı olmaqla, xx.xx.2022-ci ilədək tam ödənilməsinə möhlət verilməsi razılaşdırılmışdır. Qeyd edir ki, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə işə baxılarkən o, məhkəmə iclasında Barışıq Sazişinin şərtlərinin onun vəziyyətini ağırlaşdırdığını və razılaşmadığını bildirsə də, məhkəmə tərəfindən onun mövqeyi nəzərə alınmamış və ərizəçinin xeyrinə qətnamə çıxarılmışdır. Qətnamədə yanlış olaraq “onun barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyi” qeyd olunmuşdur. Beləliklə, iş üzrə hallardan da aydın olduğu kimi barışıq sazişinin onun əsl iradə ifadəsi əks etdirməməsinə, həmçinin məhkəmədə bu şərtlərlə razılaşmadığını bildirməyinə baxmayaraq, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, bununla da qanunvericiliyin tələblərinə zidd qətnamə çıxarıldığı müəyyən edilməlidir. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, qanunvericilikdə əqdin formalaşdırılması üçün əsas şərt kimi iradə ifadəsinin mövcudluğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən qeyd olunan şərtlərin mövcud olmaması ilə bağlanan əqd etibarsız hesab olunacaqdır. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına əsasən tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. O, sıravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olmadığından Ərizəçi MMC-nin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi onun bu sahədə biliyinin olmamasından sui-istifadə edilərək bağlanıldığından etibarsız hesab olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi sübutlara qeyriobyektiv, qərəzli baxmış, qətnamə çıxararkən onun məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razılaşmamağını nəzərə almamışdır. Məhkəmə, barışıq sazişinin şərtlərinin onun iradə ifadəsinə zidd olmaqla razılaşdırılmasına baxmayaraq, onun təsdiq edilməsi barədə qətnamə çıxararaq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi vəya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi N.Sadıqova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, ilkin olaraq onlar 2021-ci il oktyabr ayında Elvin Məmmədli ilə lizinq müqaviləsi bağlamışlar. Daha sonra ödəmələrdə çətinlik yarandığı üçün o, öhdəliyinin mənzilin mülkiyyətçisi olan Maraqlı şəxs ötürülməsini xahiş etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır, lakin ödəniş olmadığı üçün mediasiyaya müraciət etmişlər. Maraqlı şəxs dedi ki, barışıq sazişi bağlaya, prosesin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə onunla barışıq sazişi bağlanmışdır. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etməli olmuşlar. Nümayəndə lizing müqaviləsini digər sənədləri kollegiyaya təqdim edərək, şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, müqavilə bağlananda lizinq məbləği 250.000 manat müəyyən edilmiş, qrafikə əsasən lizinq alan 11 ay 10073,00 manat, 12-ci ayda isə 197.037,00 manat olmaqla, cəmi 307840,00 manat ödəniş etməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə görə isə 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat müəyyən olunaraq illik 26 % lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ona vaxt verilmişdir.
6. Məhkəmə kollegiyasının iclasında ərizəçinin digər nümayəndəsi A.İsmayılov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Bununla belə, ərizəçinin nümayəndələri lizinq müqaviləsi üzrə öhdəliklərini icra edə bilməyən borcluya qarşı ümumu qaydada məhkəmədə iddia qəladırmaq əvəzinə, borclu üçün müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə ağır öhdəlikləri nəzərdə tutan barışıq müqaviləsinin bağlanmsı səbəblərini ağlabatan şəkildə izah edə bilməmişlər.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onun nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası 376.2-ci maddəsinə əsasən şikayətə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Süutların tədqiqi:
8. "xxxx" MMC və X5 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən 11 ay 10073,00 manat, 12-ci ayda isə 197.037,00 manat olmaqla, cəmi 307840,00 manat ödəniş edilməlidir.
9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, bundan sonra “Tələbkar” adlanan Ərizəçi MMC iş üzrə nümayəndəsi X6 şəxsində bir tərəfdən və bundan sonra “Borclu” adlanan Maraqlı şəxs digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq öz aramızda 9 saylı Mediasiya təşkilatının X1 iştirakı ilə baxılan işin predmetini müzakirə edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddəsinin tələblərini rəhbər tutaraq mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar:
10. Tələbkar 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 08 oktyabr 2022-ci il tarixinə qədər möhlət verir. Borclu bu müddət ərzində borcu Tələbkara tam ödəyir.
11. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəh. Yasamal ray. məhəllə 3141. Mirəli Seyidov küç. ev 10. mənzil 35 saylı mənzili Borclunun istifadəsində qalır.
12. Tərəflər razılaşırlar ki, 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat müəyyən olunur və illik 26 % lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər vaxt verilir.
13. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 08 oktyabr 2022-ci il tarixə qədər hesablanacaq lizinq mükafatını 08 oktyabr 2022-ci il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ilə ödənilməlidir.
14. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərər qədər olan müddətdə təmin edilməməsivə ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.
15. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırlaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludadır tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.
16. Bu Sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.
17. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
18. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarıda qeyd edilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
21. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə tələbi təmin edilməməlidir.
23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.
24. Hazırkı halda Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı tələb müqaviləyə əsasən irəli sürülən tələb yox, birbaşa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi olduğundan, həmin əqdin etibarlı olub-olmaması məsələsi də yoxlanmalıdır. Belə ki, MPM-in 355-26.1.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
25. Ərizəni təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.
26. Həmin qətnamə ilə razılaşmayan maraqlı şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, o, sıravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olmadığından Ərizəçi MMC-nin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi onun bu sahədə biliyinin olmamasından sui-istifadə edilərək bağlanıldığından etibarsız hesab olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli baxmış, qətnamə çıxararkən onun məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razılaşmamağını nəzərə almamışdır. Məhkəmə, barışıq sazişinin şərtlərinin onun iradə ifadəsinə zidd olmaqla razılaşdırılmasına baxmayaraq, onun təsdiq edilməsi barədə qətnamə çıxararaq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
27. Kollegiya qeyd edir ki, "xxxx" MMC və X5 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən ardıcıl 11 ay ərzində hər ay 10073,00 manat, 12-ci ayda isə 197.037,00 manat olmaqla, cəmi 307840,00 manat ödəniş edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin olaraq ərizəçi 2021-ci il oktyabr ayında Elvin Məmmədli ilə lizinq müqaviləsi bağlamış, daha sonra ödəmələrdə çətinlik yarandığı üçün o, öhdəliyinin mənzilin mülkiyyətçisi olan Maraqlı şəxs ötürülməsini xahiş etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır, lakin Maraqlı şəxs ödəniş edə bilmədiyindən mediasiyaya müraciət etməklə xx.xx.2022-ci il tarixdə onunla barışıq sazişi bağlanmışdır "xxxx" MMC və E.Məmmədli arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən 11 ay ardıcıl olaraq hər ay 10073,00 manat, 12-ci ayda isə 197.037,00 manat olmaqla, cəmi 307840,00 manat ödəniş edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə görə isə 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat müəyyən olunaraq illik 26 % lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ona vaxt verilmişdir.
28. Göründüyü kimi aylıq 10.000 manat ödənişi edə bilməyən maraqlı şəxsin üzərinə xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə ilkin olaraq 29764 manat ödəniş etmək, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manata illik 26 % lizinq mükafatı olmaqla məbləği isə 08 oktyabr 2022-ci il tarixə qədər ödəmək üçün üç ay vaxt verilmişdir. Başqa sözlə desək, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə mövcud lizinq müqaviləsi üzrə qrafikə uyğun aylıq 10.000 manat ödəyə bilməyən maraqlı şəxsin üzərinə cəmi üç ay müddətdə 29764 manat ilkin ödənişin, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat isə illik 26 % lizinq mükafatı da hesablanmaqla ödəmək öhdəliyi qoyulmuşdur.
29. Sadə riyazi hesablama ilə müəyyən olunur ki, aylıq lizinq ödənişlərini icra edə bilməyən E.Adıgözğlov, ilkin olaraq 29764 manat və üç ay ərzində də, hələ illik 26% lizinq mükafatı nəzərə alınmadan 249833 manat (249833:3=83.277), yəni hər ay 83.277 manat ödəməlidir. Bunun isə inandırıcı və ağlabatan olmadığı, demək ki, borclunun üzərinə belə bir öhdəliyin qoyulmasının da həmin şəxsin sərbəst iradəsinə uyğun gəlmədiyi aşkar şəkildə görünür.
30. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:
31. əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
32. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Beləliklə də hazırki işin müəyyən olunmuş faktiki halları və istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə, borclunun həqiqi iradə sərbəstliyinin olmaması baxımından qanuna uyğun deyildir.
33. MPM-in 355-26.1.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Nəticə:
34. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçidən alınaraq maraqlı şəxsə verilməlidir.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçi "xxxx" MMC-dən alınaraq Maraqlı şəxs verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov