Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6296/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı LPO “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yöməldilməsi barədə iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1156/2020 saylı xx xxxx 2020-ci il tarixli ətnaməsi ilə "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı "İddiaçı" X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən 24 ay müddətində qaytarılmaq üzrə illik 27%-lə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit vəsaiti almışdır. Verilmiş kreditin təminatı olaraq cavabdehə məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, 1O-ZO-O11 dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 04/2729/TAG saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASCyə ipoteka (girov) qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyat orqanında qeydiyyata alınmış və bu barədə qeyd avtomobilin qeydiyyat şəhadətnaməsinə də işlənmişdir. Bundan başqa, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxx 2015-ci il tarixli, 04/2729/TAG saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən xx.xx.2017-ci il tarixinədək gecikmələrə yol verməklə həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə 2593, 52 ABŞ dolları faiz, 5,72 ABŞ dolları cərimə olmaqla, cəmi 2599,24 ABŞ dolları məbləğində borcu qalmışdır.Tərəflərindən pretenziya qaydasına riayət edilərək, xx xxxxx 2015-ci il tarixli, 04/2729/TAG saylı ipoteka müqaviləsi üzrə "ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş" ipoteka qoyana poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə Cavabdeh1 seriya AB № 830135 saylı Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair" ərizə ilə müraciət edilmişdir və həmin ərizə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilərək qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ilə bağlanılmış xx xxxxx 2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən 2593 (iki min beş yüz doxsan üç) ABŞ dolları 52 (əlli iki) sent faiz, 05 (beş) ABŞ dolları 72 (yetmiş iki) sent cərimə, cəmi 2599 (iki min beş yüz doxsan doqquz) ABŞ dolları 24 (iyirmi dörd) sent kredit borcunun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30,40 (30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqı) məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "İddiaçı" ASC- yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 kollegiyanın iclasına gəlməmişr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, Sədrlik edənin məruzəsini, apellysiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh1 izahatlarını dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 27 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 04/2729/TAG saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 04/2729/TAG №-li ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh1 ona məxsus olan “İnfinity G37” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. İşə əlavə edilmiş, "İddiaçı" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə Banka 2593,52 ABŞ dolları məbləğində faiz borcu, 5,72 ABŞ dolları cərimə borcu, ümumilikdə 2599,24 ABŞ dolları məbləğində borcu vardır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2345 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatlarına görə Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsi üzrə borcalanın “İddiaçı" ASC-yə ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixə əsas kredit borcu 3894,29 ABŞ dolları, faiz borcu 5,84 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas kredit borcu 3207,20 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 Banka olan və hazırkı iddia ilə tələb olunan faiz borcunu tam şəkildə qaytarmışdır. Hazırda Cavabdeh1 “İddiaçı" ASC qarşısında faiz borc öhdəliyi yoxdur. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən xx.xx.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsi üzrə faiz borc öhdəliyi olmadığı halda, iddianı haqlı olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" X4 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6296/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6296/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver