Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6297/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 99- HJ-560 dövlət nömrə nişanlı, “MAN F2000 YÜK” markalı avtomobilin cavabdehlər Cavabdeh1 və“xxxxxxxxxxxxxxxxxxx” MMC-dən tələb edilərək, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1, qiyabi qətnamənin ləğvi barədə ərizə ilə verərək, həmin qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, ərizədən imtina olunmuşdur. Cavabdeh1, həmin qərardaddan şikayət verərək, ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmədiyindən Nihad Qasımov məhkəmə iclasında üzrlü səbəbə görə iştirak edə bilməmişdir. O, məhkəmə iclasında iştirak etsəydi, qarşılıqlı iddia ərizəsi verib aldatma yolu ilə mülkiyyətində olmuş avtomobilin yenidən geri qaytarılmasını xahiş edərdi. Məhkəmə qətnaməsinin mövcudluğu barədə icra şöbəsindən məlumat almış, dərhal məhkəməyə gələrək ərizə verib qətnamənin təqdim olunmasını xahiş etmiş və qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ərizənin rədd edilməsi barədə qərardad qəbul etməklə onun məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Binəqədi Rayon Məhkəməsi, xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nihad Qasımovun nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi də, şikayəti müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddiaçı isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsini xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qiyabi icraatın əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra tərəflərə mülki iş üzrə dəfələrlə təyin olunan məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh1 məhkəmə bildirişlərini qəbul etmiş, xx.xx.2019cu il tarixli məhkəmə iclasında iştirak etmiş, bundan sonra məhkəməyə mülki işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə və ya inzibati-iqtisadi məhkəməyə göndərilməsinə, mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətlər, habelə məhkəmə iclasının təxirə salınması barədə teleqram təqdim etmişdir. Göründüyü kimi, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsinə baxmayaraq, iclasa gəlməmişdir. Cavabdeh1, qiyabi qətnamənin ləğvi barədə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasına gəlmədiyini bildirsə də, bu barədə vaxtında məhkəməyə bildirməyə imkanının olmamasınıtəsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, qiyabi qətnamənin ləğvi barədə ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır. Şikayətin dəlilləri onun ləğvi üçün əsas təkil etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6001/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6297/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6297/2020
29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver