Məhkəmə qərarları › İş №2(103)-6299/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6299/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6299/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi Tural Alıyevin, cavabdehin vəkili Mətləb Qasımovun iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından ididaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)- 305/2019 nömrəli qətnaməsi ilə İddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edilərək, cavabdehdən 27006,83 manat əsas borc, 5859,81 manat faiz borcu, 1350,34 əldən çıxmış fayda və 2000 manat cərimə borcu olmaqla, cəmi 36216,98 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün rüsumun iddiaçının xeyrinə tutulması, tələbin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1K ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 225000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin cavabdehə qaytarılması, qeyd olunan əmlakın açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə qətnamədən Cavabdeh tərəfdən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən daha öncə apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə qətnamədən şikayət verilmə müddətinin ötürülməsinə əsasən apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdə olan sənədlərdən görünür ki, mübahisələndirilən qətnamə xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə göndərilmişdir. Həmin göndərişi müşayiət edən xəbərnaməyə müvafiq poçt məntəqəsinin xx.xx.2019-cu il tarixli möhürü vurulsa da, qətnamənin kim tərəfindən və hansı tarixdə qəbul edilməsi müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin təqdim olunmasını xahiş etmiş və həmin aktı xx.xx.2019-cu il tarixdə qəbzə imza edərək almışdır. Cavabdeh tərəfin apelyasiya şikayəti xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bununla yanaşı, cavabdeh müddətin bərpasına dair ərizə də vermişdir. Müvafiq qətnamənin xx xxxxxxx 2019-cu il tarixdə (xəbərnamədə müvafiq poçt məntəqəsinin xx xxxxxxx 2019-cu il tarixli möhürü vurulsa da, qətnamənin kim tərəfindən və hansı tarixdə qəbul edilməsi müəyyən edilməmişdir) həmin ünvanda kim tərəfindən alınması qeyri-müəyyəndir. Qeyd edilənlərə əsasən, mübahisələndirilən qətnamənin xx xxxxxxx 2019-cu ildə cavabdehin ünvanında rəsmi şəkildə qəbul edilməsinə baxmayaraq, cavabdeh tərəfdən apelyasiya şikayətini vermək üçün müddət həmin tarixdən deyil, məhz onun nümayəndəsi və vəkili tərəfindən qeyd edilən qətnamənin rəsmi qaydada qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixdən hesablanması, apelyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Buna görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-305/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar