Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-63/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-69/2021 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 35000 ABŞ dolları məbləğdə kredit verilmiş, ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə aylıq ödəniş 1448 ABŞ dolları müəyyən edilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Y.Səfərov 25 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m. 5 otaqlı 14 nömrəli mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 28 avqust 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
3. 16 sentyabr 2019-cu il tarixli Maliyyə arayışına əsasən, cavabdehin əsas borc üzrə 26303,83 ABŞ dolları, faiz borcu üzrə 14812,14 ABŞ dolları, dəbbə pulu 1517,96 ABŞ dolları, 949 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 43582,93 ABŞ dolları məbləğdə borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Ləğv prosesində olan İddiaçı ASC cavabdehlərə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 26303,83 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22 dekabr 2018-cı il tarixinə faiz borcu 14812,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 949 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1517,96 ABŞ dolları cəmi isə 43582,93 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə ödənilməsi, tutmanın ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2375 nömrəli reyestr kitabının 221110 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.m ibarət olan 5 otaqlı 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Eyуubova Xədicə Nəriman qızı, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh1 arasında 22 dekabr 2015ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsi bağlanaraq, borcalana 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 35000 ABŞ dolları məbləğdə kredit verilmişdir. 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış 22 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2375 nömrəli reyestr kitabının 221110 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 219.5 kv.m ibarət olan 5 otaqlı 14 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 Karim qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 qeydiyyatdadırlar. 22 dekabr 2015-ci il tarixli İPK 01 nömrəli kredit müqaviləsinə əsəsən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazıradək kredit rnüqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 22 dekabr 2015-ci ii tarixli İPK 01 nömrəli kredit müqaviləsi üzrə hazırda cavabdehin banka olan əsas borcu 26303,83 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22 dekabr 2018-ci il tarixə faiz borcu 14812,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 949 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanma cərimə borcu 1517,96 ABŞ dolları, cəmi isə 43582,93 ABŞ dolları təşkil edir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2696 nömrəli ekspert rəyinə əsasən, müqavilə müddətinin bitdiyi 22 dekabr 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 37871,01 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 26362,65 ABŞ dolları; faiz borcu üzrə 11508,36 ABŞ dolları; 22 dekabr 2018-ci il tarixdən 12 sentyabr 2019-cu il tarixədək olan müddətdə illik 5% dərəcə ilə hesablanan faiz borcu nəzərə alınmaqla Cavabdeh1 12 sentyabr 2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 38239,8 ABŞ dolları məbləği müəyən edilir, o cümlədən: əsas borc üzrə 26303,83 ABŞ dolları; faiz borcu üzrə 11935,97 ABŞ dolları müəyyən edilmiş, bank tərəfindən 22 dekabr 2015-ci il tarixli İPK 01 nömrəli kredit müqaviləsi hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları tələb edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi cərimə hesablanmadığı göstərilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci tarixli, 2(011)-69/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 22 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 26303,83 ABŞ dolları, faiz borcu üzrə 11508,36 ABŞ dolları, 150 ABŞ dolları dəbbə pulu, və 949 ABŞ dolları məbləğdə əldən çıxmış fayda olmaqla, ümumilikdə 38911,19 ABŞ dolları məbləğdə pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə və 27 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiymətinin 200000 manat (ilkin satış qiyməti 210000 manat) məbləğdə olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 3 manat hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərcin 135 manat hissəsinin Cavabdeh1, 15 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün çəkilmiş ekspert xərci üzrə 300 manatın İddiaçı ASC-dən, 300 manatın Cavabdeh1 tutularaq “X3” MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir, iddia tələbi əsas borcunun tələb edilməsi hissəsində tam, faiz borcun tutulması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının 08 sentyabr 2020-ci il tarixli, 9/2696 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 12 sentyabr 2019-cu il tarixə Cavabdeh1 iddiaçıya 26303,83 ABŞ dolları əsas, 11935,97 ABŞ dolları məbləğdə faiz borcu vardır. Məhkəmə həmçinin, hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu tələb olunan əsas və faiz borcuna qeri-mütənasibdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 1517,96 ABŞ dolları məbləğində deyil, 150 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli saymışdır. Məhkəmə həmçinin iddianın kredit müqaviləsi üzrə əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 949 ABŞ dolları məbləğində pulun tutulması hissəsində iddia tələbini əsaslı hesab etmişdir. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməlidir və mənzil açıq hərracdan satılmalıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 210000 manat müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası zamanı borc düzgün hesablanmamışdır. Şikayətə əlavə edilən çeklərdən də görünür ki, o, banka 48824 ABŞ dolları pul ödənilmiş və həmin pul vəsaitləri hesaba alınmamışdır. Həmçin “Buta Qiymətləndirmə” mərkəzinin verdiyi rəy üzrə mənzilin qiyməti kifayət qədər az hesablanmışdır. Bütün bunlar məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Həmçinin məhkəmə qərar qəbul edərkən cavabdehin iştirakını təmin etməmiş və bu barədə bildiriş məhkəmə iclasında sonra təqdim edilmişdir. Həmin ünvan üzrə mənzilin kvadrat metri ümumi bilinən bir məsələdir və qiyməti 2000 ABŞ dolları təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. İddiaçının nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Cavabdeh4, digər Cavabdeh1 nümayəndəsi Vəkil iştirak etdikləri məhkəmə iclasında hesablanmış borcun məbləği və ipoteka predmetinin qiymətləndirilməsi ilə razı olmadıqlarını bildirdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – İlham Kərimli, hakimlər - Akif İsgəndərov və Elşən Kazımov) 12 oktyabr 2021-ci il tarixli, 2(103)- 7762/2021 saylı qərardadına əsasən ipoteka predmeti olan yaşayış sahəsinin likvid dəyərinin müəyyən olunması üçün “X7 və Ekspertiza Mərkəzi” MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır.
17. “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli, 67 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 630000 manat təşkil edir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – İlham Kərimli, hakimlər - Akif İsgəndərov və Elşən Kazımov) 07 dekabr 2021-ci il tarixli, 2(103)- 7762/2021 saylı qərardadına əsasən ipoteka predmeti olan yaşayış sahəsinin likvid dəyərinin müəyyən olunması üçün "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır.
19. "xxxx" MMC tərəfindən təqdim olunmuş 27 yanvar 2022-ci il tarixli, MB 15/0055 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 438000 manat təşkil edir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – İlham Kərimli, hakimlər - Akif İsgəndərov və Elşən Kazımov) 22 fevral 2022-ci il tarixli, 2(103)- 366/2022 saylı qərardadına əsasən ipoteka predmeti olan yaşayış sahəsinin likvid dəyərinin müəyyən olunması üçün təkrar məhkəmə tikinti – texniki ekspertizpasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Y.Səfərov 25 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m. 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 439000 manat məbləğdə müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti (ilkin satış qiyməti) ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
28. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 22 dekabr 2015-ci il tarixli İPK 01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 28% olmaqla 35000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
29. İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzil borc alanın öhdəliklərinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas, faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təmininatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir. Şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə və iddianın rəddinə əsas vermir.
31. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi birinci məqam ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onun iştirakı təmin edilməmişdir. Halbu ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərin rəsmi qeydiyyat ünvanlarına məhkəmə bildirişləri göndərilmişdir. Bundan əlavə, iş materiallarında cavabdehin ailə üzvləri Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsinə ünvanlanmış ərizələri mövcuddur. Bu da onu deməyə əsas verir ki, cavabdehlər mülki iş barədə məlumatlı olmuşlar.
31. Şikayətin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası zamanı borc düzgün hesablanmaması ilə bağlıdır.
32. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, iş üzrə 08 sentyabr 2020-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi alınmış, rəydən sonra cavabdeh tərəfindən hər hansı ödəniş aparılması müəyyən edilməmişdir. Cavabdeh özü də razılaşmadığı borcun hansı məbləğdə olmalı olduğunu, onun tərəfindən aparılmış hər hansı bir ödənişin ekspertiza keçirilərkən nəzərə alınmadığını və ya ekspert hesablamalarından kənar hər hansı ödənişin aparılması əsaslandırılmamış və bu barədə sübut təqdim olunmamışdır.
33. Belə olan halda, kollegiya ekspert rəyini mötəbər sübut hesab etməklə, rəydə müəyyən edilmiş borc məbləği ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin borcun məbləği ilə bağlı gəldiyi nəticə düzgündür.
34. Şikayətin ipoteka predmeti əmlakın dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərini bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bir neçə dəfə ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır.
35. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli, 67 saylı mütəxəssis rəyinə əsasən 630000 manat, "xxxx" MMC tərəfindən təqdim olunmuş 27 yanvar 2022-ci il tarixli, MB 15/0055 saylı mütəxəssis rəyinə əsasən 438000 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən 439000 manat müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, likvid dəyər müəyyən olunarkən ekspert rəyi mütəxəssis rəyinə əsasən daha mötəbər sübut hesab olunduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuş 439000 manat məbləğ əsas götürülməklə, ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən olunmaqla qətnamə həmin hissədə dəyişdirilməlidir.
37. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə alınmış mütəxəssis və ekspert rəylərinin verilməsinə sərf olunan vəsait tərəflərdən tutulmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-69/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-69/2021 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 saylı mənzilin ilkin satış qiyməti 439000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. 29 oktyabr 2021-ci il tarixli, 67 saylı mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı kimi 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq “X7 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 27 yanvar 2022-ci il tarixli, MB 15/0055 saylı mütəxəssis rəyinin verilməsi üçün xidiət haqqı kimi 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə tikinti – texniki ekspertizanın keçirilməsinə sərf olunmuş 200 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev