Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6302/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, onun təhvil verilməsi və maneələrin aradan qaldırılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4733/19 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 3-cü mərtəbəsinin girişinin sağ tərəfinin 2-ci hissəsində 40 m2 qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsinin cavabdeh “Cavabdeh1" X1 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 3-cü mərtəbəsinin girişinin sağ tərəfinin 2-ci hissəsində 40 m2 qeyri-yaşayış sahəsinə giriş-çıxışa və orada təmir işlərin aparılmasına cavabdehlər “Cavabdeh1" MMC və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və belə hərəkətlərin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, “İddiaçı cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddi; tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarix alqı-satqı müqaviləsində nəzərdə tutulmuş ünvan 2 ünvanda yerləşən binanın 3-cü mərtəbəsinin girişinin sağ tərəfinin 2-ci hissəsindi 40 m2 qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, həmin əmlakı boşaldılaraq ona təhvil verilməsi, habelə əmlaka giriş-çıxışa və təmir aparılmasın cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və belə hərəkətləri cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqları Bakı şəhəri, Binəqəı rayonu, 267 saylı orta məktəbdə təhsil aldığından yaşadığı mənzili sataraq həmin məktəbi yaxınlığında mənzil almaq qərarına gəlmiş, bu məqsədlə həmin məktəbin yaxınlığında - yər ünvan 3 ünvanda Cavabdeh1 MM tərəfindən inşa olunmuş yeni yaşayış binasına getmiş, binanın birinci mərtəbəsində yerləşə ofisə daxil olaraq həmin cəmiyyətin direktoru Cavabdeh2 ilə tanış olmı və sonuncuya bir otaqlı mənzil almaq istədiyini bildirmişdir. Cavabdeh2 binanın 2- mərtəbəsində 59 m2 sahəsi olan 1 otaqlı 8 saylı mənzili almağı məsləhət görmüş və həm mənzili 59 000 manata sata biləcəyini demişdir. Həmin mənzili almağa razılaşmış, ilk ödəniş kimi 40.000 manat ödəyib qalan 19.000 manat pulu hissə-hissə ödəməyi öhdəsir götürmüş, beləcə Cavabdeh2 ilə razılaşmışdır. xx xxx 2017-ci il tarixdə qeyd olun? binanın birinci mərtəbəsində yerləşən ofisə gələrək Cavabdeh2 40 000 manat p ödəmiş, sonuncu isə onun şəxsiyyət vəsiqəsinin surətini alaraq onun adına mənzil müqavilə və kassa mədaxil orderinin qəbzini tərtib etmiş və ona vermişdir. 2018-ci ilin aprel ayınt Cavabdeh2 tərəfindən aldadıldığını, aldığı 8 saylı mənzilin ondan əvvəl başqa şəx; satıldığını öyrənmiş və buna görə hüquq mühafizə orqanlarına müraciət etmiş, nəticəc Cavabdeh2 qarşı Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 213.3 və 313-c maddələri ilə cinayət işi başlanılmış və həbs olunmuşdur. Bundan sonra Cavabdeh2ı kürəkəni Rahib Şükürov ilə xx xxxx 2018-ci il tarixdə 8 saylı mənzilin əvəzinə başqa mənzi dair alqı-satqı müqaviləsi bağlanmış və məhkəmə zamanı Cavabdeh2 qarşı heç t şikayəti və tələbinin olmadığını bildirmişdir. Sözügedən xx xxxx 2018-ci il tarixli alqı-sat müqaviləsinin 11 və 12-ci bəndlərində göstərilmişdir ki, mübahisəyə səbəb olmuş ev alq satqısı müqaviləsinə əsasən İddiaçı xx xxx 2017-ci il tarixc verilmiş mənzil alıcıya tam təhvil verildikdən sonra, ona 3 ay müddətinə saxlanca verilm qeyri-yaşayış sahəsi MMC tərəfindən qəbul edilir və bu müqavilənin şərtləri avtomatik xita olunmuş hesab edilir. MMC tərəfindən üzərinə götürülmüş öhdəlik icra olunduqdan son Alıcı bu mübahisə ilə bağlı şikayət və ya tələb irəli sürə bilməz. Cəmiyyət 3 ay müddətinc öhdəliyini yerinə yetirməzsə, alıcı ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində ta sahiblik və sərəncam vermək hüququna malikdir. Müqavilənin bağlanmasından 9 г keçməsinə baxmayaraq MMC tərəfindən ona nə mənzil, nə də ki, müqavilədə nəzərc tutulan qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Cavabdehə hər dəfə müraciət edən zarric müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ona saxlanca verildiyi, yaxın vaxtlarc mənzilinin təhvil veriləcəyi bildirilmişdir. Bu günədək dəfələrlə olunan xəbərdarlıqla baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozmaqla götürdüyü öhdəliyi icra etməkd? boyun qaçırmışdır. Cavabdehlər ona nə evini, nə də saxlanca verilən qeyri-yaşayış sahəsi qaytarmaq niyyətində deyil və qaytarmayacaqlar. Belə ki, dəfələrlə edilən şifahi müraciətlə və telefon zənglərinə baxmayaraq, cavabdehlər öhdəliyi icra etməkdən boyun qaçırmış, bur Cavabdeh2 maddi vəziyyətinin pisləşməsi ilə izah etmişlər. Hazırkı iddia ilə 15 iy 2018-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi cavabdehlərdən tələb edir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdehlər Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 Bakı şəhəri Bnəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 ollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə, dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “xxxxxxxxxx” MMC-nin direktoru X3 ilə İddiaçı (alıcı) arasında bağlanmış xx xxx 2017 il tarixli “alqı-satqı haqqında” müqaviləyə əsasən, “xxxxxxxxxx” MMC ünvan 4 ünvanda tikilən yaşayış binasında 2-ci mərtəbə, 8 saylı, (bır) otaqlı, ümumi sahəsi 59 kv.metr, ümumi dəyəri 59.000 (əlli doqquz min) man məbləğində olan mənzili inşa edib alıcıya verməyi, alıcı İddiaçı iı mənzili qəbul etməyi və müqavilə bağlanan günü mənzilin müəyyən olunmuş ümuı dəyərinin 40.000 (qırx min) manat hissəsini dərhal, qalan 19.000 (on doqquz min) man hissəsini isə 4 ay müddətində hər ay 4750 (dörd min yeddi yüz əlli) manat olmaqla icraçr ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxxxxxxxx” MMC-nin xx xxx 2017-ci il tarixli kassa mədaxi orderindən aydın olur ki, İddiaçı “xxxxxxxxxx" MMC-nin ünvan 5 ünvanda tikilən yaşayış binasında 2-ci mərtəbə, 8 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 59 kv.metr, ümumi dəyəri 59.000 (əlli doqquz min) manat məbləğində olan mənzilin dəyərinin 40.000 (qırx min) manat hissəsini tam ödəmişdir. İş materiallarında olan “xxxxxxxxxx" MMC-nin direktoru Cavabdeh2 nümayəndəsi X4 ilə İddiaçı (alıcı) arasında bağlanmış xx xxxx 2018-ci il tarixli “kooperativ binada qeyri-yaşayış sahəsinin alqı- satqı" müqaviləsinə əsasən, “xxxxxxxxxx” MMC ünvan 6 ünvanda yerləşən tikilməkdə olan binada qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağı və qabaqcadan müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin..2-ci bəndinə görə qeyri-yaşayış sahəsi ünvan 1 ünvanda yerləşən “Cavabdeh1" MMC-yə məxsus binanın 3-cü mərtəbəsinin girişinin sağ tərəfinin 2-ci hissəsində yerləşir və sahəsi 40 m2-dir.4.2-ci bəndinə görə qeyri-yaşayış sahəsinin dəyəri 80.000 manat təşkil edir.10-cu bəndinə görə bu müqavilənin 3 ay müddəti ərzində hər iki tərəf qeyd edilmiş qeyri-yaşayış sahəsini sata, bağışlaya və kirayə verə bilməz. 11-ci bəndinə görə mübahisəyə səbəb olmuş ev alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx xxx 2017-ci ildə verilmiş mənzil alıcıya tam təhvi verildikdən sonra, ona 3 ay müddətinə saxlanca verilmiş qeyri-yaşayış sahəsi MMC tərəfindən qəbul edilir və bu müqavilənin şərtləri avtomatik xitam olunmuş hesab edilir. 12-ci bəndinə görə MMC 3 ay müddətində öhdəliyini yerinə yetirməzsə Alıcı ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində tam sahiblik və sərəncam vermək hüququna malikdir. Mülki işin materiallarında olan “xxxxxxxxxx” MMC-nin xx xxxx 2018-ci il tarixi arayışından aydın olur ki, İddiaçı “xxxxxxxxxx” MMC-nin ünvan 7 ünvanda tikilən yaşayış binasında 3-ci mərtəbə, girişin sağ tərəfinin 2-ci hissəsində yerləşən, ümumi sahəsi 40 kv.metr, ümurr dəyəri 80.000 (səksən) manat məbləğində olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsi razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən müqavilənin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələ öhdəliklərə öhdəliklər haqqında ümumi müəddəalar tətbiq edilir. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başq kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bai qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əld edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsin dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarında qey edilmişdir ki, kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativi üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Bununla da, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirər orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə ve sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan ve qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyir hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydal təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə cavabdeh “Cavabdeh1 MMC arasında xx xxx 2017-ci il tarixdə “alqı-satqı haqqında" müqavilə bağlanmış, həmiı müqaviləyə əsasən Cəmiyyət ünvan 8 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59 m2 olaı 1 otaqdan ibarət 8 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzilin 59000 mans təşkil edən ümumi dəyərindən 40.000 manat hissəsini ilkin ödəniş kimi, qalan 19.000 manatlıq hissəsini isə hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüş və müqaviL bağlanan günü İddiaçı Cavabdeh1 MMC-nin hesabın 40.000 manat ilkin ödəniş etmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdeh “xxxxxxxxx” MMC ünvan 1 ünvanda yerləşə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59 m2 olan 1 otaqdan ibarət saylı mənzili xx.xx.2015-ci il tarixli müqavilə əsasında başqa şəxsə satmasına baxmayara bu faktı gizlətməklə xx.xx.2017-ci il tarixdə yenidən İddiaçı satıb sonuncunun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Buna görə “xxxxxxxxx” MMC-nin direktoru Cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci 308.2-ci, 213.3-cü və 313-cü maddələri ilə bilinərək müəyyən müddətə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmşdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsin əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəy minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisən olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessu Məcəllənin 82.4-cü maddəsinin tələblərini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmiş iddiaçının Cavabdeh1 MMC tərəfindən aldadılmasına dair faktlar hazır mülki iş üzrə məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmaqla tərəflər arasında mübahisə predmeti ola bilməz. Ona görə də işə baxan birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-n nümayəndəsinin İddiaçı xx xxx 2017-ci il tarixli “alqı-satqı haqqında” müqavilədən irəli gələn öhdəliklərini tam icra etmədiyinə görə mənzilin ona təhvil verilməməsi barədə dəlillərini haqlı olaraq əsassız hesab etmişdir. Tərəflər arasındakı münasibətlərin sonra gedişatı göstərir ki, onlar arasında yeni - xx xxxx 2018-ci il tarixli “kooperativ binada qeyri-yaşayış sahəsinin alqısatqı”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Avro-Qran MMC ünvan 6 ünvanda yerləşən tikilməkdə olan binada qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı isə həmin qeyriyaşayış sahəsini almağı və qabaqcadan müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürmüş, tərəflər əlavə olaraq razılaşmışlar ki, Cavabdeh1 MMC mübahisəyə səbəb olmuş ünvan 9 ünvanında yerləşən yaşayış binasının 2- mərtəbəsində yerləşən, ümumi sahəsi 59 m2 olan 1 otaqdan ibarət 8 saylı mənzili 3 ay müddətində İddiaçı tam təhvil verə bilməzsə sonuncunun ünvan 6 ünvanda tikilən yaşayış binasında 3-cü mərtəbə, girişin sağ tərəfinin 2-ci hissəsində yerləşən, ümumi sahəsi 40 kv.metr, ümum dəyəri 80.000 (səksən) manat məbləğində olan qeyri-yaşayış sahəsinin üzərində tam sahiblik və sərəncam vermək hüququna malik olacaqdır. İşin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, Cavabdeh1 MMC xx xxxx 2018-ci il tarixli “kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı” müqaviləsinin bağlandığı gündən iki ildən artıq vaxt keçsə də, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59 m2 olan 1 otaqdan ibarət 8 saylı mənzili İddiaçı təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məşəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Kollegiya hesab edir ki, iddiatələbini yuxarıda göstərilən qaydadatəmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6302/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6302/2020
27.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver