Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6312/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət elektron kabinet vasitəilə verilmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət elektron kabinet vasitəilə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh sonuncu qərardaddan şikayət vermiş, şikayət müddət ötürülməklə verildiyindən Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə geri qaytarlmışdır. Cavabdeh həmin qərardaddan da şikayət vermiş, həmçinin 16 iyun 2022-ci il tarixli qərardaddan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin olunaraq, ötürülmüş prosessual müddət bərpa edilmiş 16 iyun 2022-ci il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5695/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 iyul 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş 03 iyun 2022-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi 16 iyun 2022-ci il tarixli qərardadı qəbul edərkən 03 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayətin elektron qaydada verilməməsinə və prosessual müddətin buraxılmasına əsaslanmışdır. Halbuki, xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayət elektron qaydaya əməl olunmaqla verilmiş və prosessual müddət ötürülməmişdir. İşdən göründüyü kimi, mübahisələndirilən qərardad xx.xx.2022-ci il tarixdə qəbul edilməklə elektron kabinetə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə şikayət verilmişdir. Məhkəmə şikayət vermə müddətinin bir gün ötürüldüyünü əsas gətirərək şikayəti qaytarmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh 14.06.22-ci il tarixdə şikayət verərkən şikayət vermə müddətini ötürməmişdir. Belə ki, MPM-in 128.3-cü maddəsinin tələbinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Hazırkı işdə də müddətin axımı xx.xx.2022-ci ildən başlanmış və şikayət müddətin sonuncu günü, yəni xx.xx.2022-ci ildə verilmişdir. Göründüyü kimi, prosessual müddət buraxılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ləğv edilərək, həmin məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən cavabdeh tərəfindən əvvəlki qərardadlarda göstərilmiş nöqsanların artıq aradan qaldırıldığı nəzərə alınmalı və onun şikayət vermə hüququ qanunla müəyyən olunmuş qaydada təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6312/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6312/2022
12.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver