Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6322/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X14 və Rahmanı Alıya qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X14 və Rahmani Alıya qarşı (Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2779/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı xüsusi mülkiyyət hüququ ilə mərhum əri X11 məxsus, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş **-MG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007 olan “BMW 535” markalı minik avtomobilinin və ya onun bazar dəyəri 25000 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb ona verilməsi və ödədiyi 165 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2779/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mərhum əri X11 məxsus olmuş, avtomobil 112 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi eyni nömrəli və tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər 112 nömrəli kredit müqaviləsi üzrə Ş.Novruzovun adından kredit borcunu ödədikdən sonra həmin avtomobili girovdan azad edərək əldə etmək barədə sonuncunun keçmiş kürəkəni Əli Cəbrayılovla razılaşmışlar. Sonradan cavabdehlərə məlum olmuşdur ki, mərhum Ş.Novruzovun sözügedən bankda eyni tarixli 112 və 113 saylı kredit müqavilələri mövcuddur. Mübahisəli avtomobil 112 saylı kredit müqaviləsi üzrə yüklü edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən ödənilmiş pul vəsaitləri Ş.Novruzovun 112 və 113 saylı kredit müqavilələri üzrə olan borcundan silinmişdir. Bank tərəfindən 112 nömrəli kredit müqaviləsi üzrə kredit borcu tam ödənilmədiyindən, məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehlər Ş.Novruzov tərəfindən aldadıldıqlarından, ödədikləri pul vəsaitinin tutulması üçün Ş.Novruzovun hüquqi varislərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(009)-2633/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 8750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatının X17, X21 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər 2015-ci ilin iyul ayının 11-dən bu günədək avtomobildən faydalanırlar. Cavabdehlər 2017-ci ilin noyabr ayından ödənişləri dayandırmalarına baxmayaraq, ipoteka predmeti olan avtomobili banka və ya Şamil Novruzova qaytarmamış, hətta ödədikləri pul vəsaitlərinin ondan və digər vərəsələrdən tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşlar. Hesab edir ki, avtomobil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalı və ya avtomobilin bazar dəyəri cavabdehlərdən tutularaq ona ödənilməlidir. Belə ki, mərhum ərinin kredit borcu üzrə tutma ilk növbədə həmin avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, əldə edilən satış pulu hesabına borc ödənilməlidir. İşin məhkəmə iclasında tədqiq edilən halları ilə “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı icra məmurunun xx.xx.2021-ci il tarixli qərarına əsasən X11 məxsus 2007-ci il buraxılışlı **-MG- *** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilin axtarışının elan edilməsi qərara alınmışdır. Həmin avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 10492/2021-xx-xx/1020 nömrəli məktubu əsasında BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmış, BDYPİnin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir. Bundan başqa, iddiaçı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlərin qeyri-qanuni sahibliyində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin mübahisəli avtomobil iddiaçının mərhum əri X6 mülkiyyətində olmuşdur. Hazırkı iddiaçı həmin avtomobili vərəsəlik qaydasında qəbul etdiyini təsdiq edən şəhadətnaməni məhkəməyə təqdim etmədiyindən onun mərhum əri Şamil Novruzovun vərəsəsi olması qəbul edilə bilməz. Odur ki, yalnız mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bildiyindən və hazırkı iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - AZ-İ seriyalı 681526 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X18 ilə X7 xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir; - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 3-13-16/2-30899/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, xx.xx.2020-ci il tarixdə “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti qayda pozuntusu törədilməsi faktı üzrə xüsusi texniki vasitələrinin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Rahmani Ali barəsində elektron qərar çıxarılaraq 40 manat məbləğində cərimə tətbiq edilmiş, eləcə də həmin avtomobil sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Respublika Müayinə Mərkəzində texniki baxışdan keçirilmişdir. Qeyd olunan avtomobilin hərəkətdə olmasına dair nömrə tanıma sistemində hər hansı məlumat qeydə alınmamışdır; - “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından məlum olur ki, nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X19 mülkiyyətinə keçmiş və adına xx.xx.2011-ci il tarixdə şəhadətnamə verilmişdir. Daha sonra nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətinə keçmiş və sonuncunun adına xx.xx.2015-ci il tarixdə şəhadətnamə verilmişdir. Hazırda nəqliyyat vasitəsi X6 adına qeydiyyatdadır, sonuncu tərəfindən nəqliyyat vasitəsinə dair X20 və Rahmanı Alıya etibarnamələr verilmişdir; - "xxxx" MMC-nin E-341 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından məlum olur ki, “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 25000 manat müəyyən edilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 №-li Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdeh X3 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, ödəmənin "xxxx" ASC ilə X18 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 №-li İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X11 məxsus 2007-ci il buraxılışlı **-MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh X11 verilməsi, "xxxx" ASC ilə X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 №-li Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaitinin cavabdehlər X18, X25 və X8 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər X18, X25 və X8 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5206/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 87/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 iddiasının qismən təmin edilməsi, cavabdeh X12 iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 xeyrinə 6550 manat pulun tutulması, cavabdeh X6 prosessual hüquqi varisləri İddiaçı, X17 və X9 iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 xeyrinə 8750 ABŞ dollarının tutulması (ödəniş aparılan zaman manat məzənnəsinə uyğun olaraq), iddiaçı Cavabdeh2 ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatının X12, 10 manatının İddiaçı, 10 manatının X4, 10 manatının X9 tutularaq iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) Cavabdeh1 ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6358/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından məlum olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarının cavabdeh X6 prosessual hüquqi varisləri X17, X21 və İddiaçı qarşı qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, 8750 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatının X17, X21 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi məbləğində pulun X17, X21 və İddiaçı tutulub Cavabdeh2 və Cavabdeh1 ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 10492/2021-xxxx/1020 nömrəli məktubu əsasında BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Həmçinin, BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı “BMW” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə edilməmişdir; - “Bakı Hərrac Mərkəzi” açıq hərracın nəticələri haqqında Y-059/23 nömrəli xx.xx.2023-cü il tarixli yekun protokolun surətindən məlum olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 225285/2022-16-25 nömrəli xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında hərrac keçirilmiş və “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18000 manat X1; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra işində olan: xx.xx.2021-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə əsasən X8 və X3 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir; - AZ-İİ seriyalı 101710 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X18 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür; - xx.xx.2021-ci il tarixli qərara əsasən X11 məxsus 2007-ci il buraxılışlı **- MG-*** dövlət qeydiyyat nişanlı “BMW 535” markalı avtomobilin axtarışının elan edilməsi qərara alınmışdır; - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlara əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı X15 bildirilmişdir; - xx.xx.2021-ci il tarixli izahatdan məlum olur ki, X22 icra sənədi barədə xəbərdar olduğunu, icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2021 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işində olan: xx.xx.2022-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə əsasən X4, X9 və İddiaçı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir; - xx.xx.2022-ci il tarixli izahatdan məlum olur ki, X17 icra sənədi barədə xəbərdar olduğunu, lakin məhkəmə qərarı ilə razı olmadığından heç bir ödəniş etmədiyini bildirmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(009)-2633/2021-018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X16 məxsus “Honda Pilot” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır; - xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X16 məxsus olan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Avtomobilin tam yararlı vəziyyətdə olduğu aşkar olunaraq avtomobil X2 verildi. Üzərinə həbs qoyularaq saxlanca verilmiş əmlak barəsində qanunsuz hərəkətlər ediləcəyi halda CM-nin 303-cü maddəsinin tələbləri izah edilməklə, bu barədə ondan iltizam alındı; - xx.xx.2023-cü il tarixli qəbzə əsasən X17 “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili tam olaraq istifadəyə yararlı vəziyyətdə saxlanca qəbul etmişdir; - xx.xx.2023-cü il tarixli aktın surətindən məlum olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2633/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X16 məxsus olan və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu X17 tərəfindən könüllü olaraq duracağa yerləşdirildi. Duracağa yerləşdirilən zaman avtomobilin 186416 km yürüyüşdə olduğu müəyyən olundu. Avtomobilin açarları borcluda saxlanıldı. Avtomobil Səbail rayon 16 nömrəli mühafizə olunan duracaqda saxlanıldı; - Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli aktın surətindən məlum olur ki, “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 tərəfindən duracağa yerləşdirilmişdir; - Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən məlum olur ki, X16 məxsus “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır; - "xxxx" MMC-nin QXM-3423 nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından məlum olur ki, “Honda Pilot” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 22500 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2779/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmeti olan avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə və kobud qanun pozuntularına yol verdiyinə, işə qərəzli baxdığına görə birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225, Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, onun razılığı ilə mərhum ərinin bankdan götürdüyü kredit məbləği birgə nikah dövründə qazanıldığı üçün ümumi birgə əmlaklarına daxildir. Cavabdehlərə qarşı hazırkı iddia tələbini irəli sürməkdə avtomobilin ümumi birgə mülkiyyətçisi kimi subyektiv hüquqa malik olmuşdur. İşə baxan hakim məhkəmə iclasında işin tədqiq edilən halları və sübutları ilə iddiaçının “BMW 535” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdehlərin qeyri-qanuni sahibliyində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi nəticəsinə gəlmişdir. Mərhum əri Şamil Novruzovun banka olan kredit borcunu qaytarmaq məqsədilə avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması və ya bazar dəyərinin ödənilməsi barədə iddia tələbinin əsasını ipoteka predmeti olan avtomobilin Şamil Novruzovla ümumi birgə əmlakları olması və cavabdehlər tərəfindən qaytarılmaması təşkil edir. Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsinin iddia tələbinə qarşı etirazlarının əsasını Cavabdeh1 mübahisəli avtomobili 2020-ci ilin may ayının ortalarında mərhum Şamil Novruzova təhvil verməsi təşkil edir. Cavabdeh2 məhkəmə iclasında Şamil Novruzovun 11 iyul 2015-ci il tarixdə, baş etibarnamə ilə avtomobili ona təhvil verməsini, buna qədər avtomobillə bağlı bütün sövdələşmələri keçmiş kürəkəni X25 ilə apardığını göstərmişdir. Məhkəməyə birgə əmlakları olan avtomobilin mərhum əri tərəfindən xx.xx.2015-ci il tarixdə etibarnamə ilə cavabdehlərə verilməsini, həmin avtomobilin Cavabdeh1 sahiblik və istifadəsində olması barədə Cavabdeh2 izahatı əks olunan xx.xx.2020-ci il tarixli qətnaməni, cavabdehlərin ipoteka predmeti olan avtomobilini qaytarmadıqları və qızı Leylanın vərəsəliyi qəbul etmədiyi halda avtomobilini ələ keçirmələrini, xx.xx.2020-ci il tarixdə cavabdeh Ali Rəhmanin yol hərəkəti haqqında qanunun tələblərini pozub elektron qaydada cərimə olunmasını, qeyd olunan avtomobilin hərəkətdə olmasına dair nömrə tanınma sistemində hər hansı məlumat aşkar edilməməsini təsdiq edən sübutlar təqdim etmişdir. xx.xx.2020-ci il tarixə qədər avtomobilin Cavabdeh1 sahiblik və istifadəsində olması işin mübahisəsiz halıdır. Bundan 5 ay 15 gün sonra əri Şamil Novruzov vəfat etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə məhkəməyə daxil olmuş, cavabdehlərin etirazı isə 4 ay sonra son hazırlıq iclasından bir gün əvvəl xx.xx.2023-cü il tarixdə sistemdə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehlər avtomobili təhvil vermədikləri görə iddiaçıda daha hansı sübutların olmasını, özlərinin növbəti yalan uydurmaları üçün MPM-nin 154.1-ci maddəsinin tələb etdiyi kimi 20 gün ərzində məhkəməyə etiraz təqdim etməmişlər. Etirazda da məhkəmədə bildirdikləri kimi 2020-ci ilin may ayının ortalarında deyil, avtomobili 2020-ci ildə təhvil verilməsini göstərmişlər. İşə baxan hakim iş üzrə nəticəyə gələrkən məhkəmə iclaslarında araşdırılan işin hansı faktiki hallarına əsaslanmasını göstərməmiş, əksinə qərəzli olaraq gizlətmişdir. İddiaçının sübutlar təqdim etməməsi və avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olmasının müəyyən edilməməsi barədə iş üzrə nəticəsi faktlara söykənmir, subyektiv mülahizəsinə əsaslanır. Bununla da məhkəmə ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. İşin faktiki halları və onları təsdiq edən qətnamədə öz əksini tapmış sübutların məzmunu birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, işə baxan hakimin ədalət mühakiməsinin və məhkəmə baxışının prinsiplərini, məhkəmə sübutetməsinin, (məhkəmə sübutetməsinin predmeti üzrə sübut edilməli olan hallar, onları təsdiq edən sübutlar), qətnamənin qanuni və əsaslı olmasının mahiyyətini bilmədiyindən irəli gəldiyini göstərir. Bu səbəbdən iş üzrə gəldiyi nəticəni prosessual hüquq normalarının tələbləri baxımından əsaslandıra bilməmişdir. Qətnamədən həmçinin görünür ki, işə baxan hakim eyni zamanda təqdim etdiyi sübutları və mübahisəyə tətbiq olunmasını hesab etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün dəlillər gətirməmişdir. Məhkəmə çoxsaylı prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla bilə-bilə ədalətsiz qətnamə qəbul etmiş, bu pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş edərək, sözügedən BMW markalı avtomobilin mərhum yoldaşının adına olduğunu, Vüsalə xanımın yoldaşının həmin maşını aldığını, krediti onun keçmiş kürəkəni mərhum yoldaşının adına götürdüyünü, BMW markalı maşını isə ipotekaya qoyduğunu bildirmiş, sonradan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar həmin nəqliyyat vasitəsi hərraca yönəldilmiş, nəqliyyat vasitəsinin tapılması isə mümkün olmadığını qeyd etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edərək, həmin avtomobili Turbo.az saytı vasitəsi ilə gördüklərini, maşını almaq üçün iddiaçının keçmiş kürəkəni ilə danışıqlar apardıqlarını, iddiaçının mərhum ərinin həmin maşınla bağlı 2 krediti mövcud olduğundan onlara maşını rəsmi qaydada sata bilmədiklərini etibarnamə ilə istifadə etdiklərini bildirmiş, iddiaçının mərhum əri dəfələrlə cavabdehlərə banka olan borcunu bağlayacağını vəd etsə də, cavabdehlər iddiaçının heç bir hərəkət etmədiyini görüb, sonda maşını ona geri qaytarmış və maşına görə ödədiklərini pulu, həmçinin maşının krediti ilə əlaqədar ödədikləri məbləği geri tələb etmişdir.
7. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-166, 324, 385- 390,560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının əri özü öz risk dairəsi həddində cavabdehlə faktiki olaraq alğı-satqı münasibətlərə daxil olmuş və qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdehin onun əvəzinə kredit borcunun ödənilməsi öz təsdiqini tapmışdır. Belə ki, əmlakın etibarnamə əsasında sonuncu qeydiyyatı cavabdehdə olsa da, rəsmi mülkiyyət hüququ iddiaçının ərinə mənsub olmuş, o da bu hüquqlara formal yanaşma nümayiş etdirmiş, əşyaya dair əmlak tələbi irəli sürməmiş, əmlak hüquqları isə banka olan borca görə məhdudlaşdırılmışdır
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
11. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 25.1. İpoteka qoyanın: 25.1.3. bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək hüquqları vardır. 25.2. Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir. 26.1. İpoteka saxlayanın: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək hüquqları vardır. 27.1. İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək, fiziki şəxs olan borclu isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. 30.3. İpoteka predmeti bu Qanunun 30.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır.30.5. Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər.
12. Beləliklə, əmlakın məhz cavabdehlərdə olması sübuta yetirilmir, habelə məhkəmə qətnaməsi ilə borca yönəldilmiş ipoteka predmetinə aid iddiaçının əmlak (vərəsəlik) hüquqları müəyyən edilmir. Bank qarşısında məsuliyyət məsələsinə görə isə bankın təminatı və müqavilə tərəflərinin qarşılıqlı hüquq və vəzifələri üzrə, habelə məhkəmə qərarının icrası ilə bağlı kredit təşkilatının müvafiq tədbirlərin həyata keçirilməsi istisna edilmir.
13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, şikayət əsassız olduğundan dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2779/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.