Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6329/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Qurbanov apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi kİ, 01 oktyabr 2020-ci il tarixdə İddiaçı qanunvericilikdə əmək müqaviləsinə xitam verilərkən rəsmiləşdirilmiş sənədlərin işçilərə təqdim olunması haqqında institut tərəfindən tərtib edilmiş reyesterdə əmək kitabçası və əmrin surətini almaqdan imtina edərək imza etməmişdir. Həmin tarixdə işçiyə ödənilməli olan son haqqhesab İddiaçı hesabına köçürülmüşdür. 02 oktyabr 2020-ci il tarixində əmək kitabçası və əmrin surətinin poçt vasitəsi ilə ünvanına göndərilməsinə münasibət bildirilməsi haqqında ünvanına məktub göndərilmişdir. Məktuba cavab verilməmişdir, həmçinin tərəfindən hesabına ödənilmiş son haqq-hesab geri qaytarılmamışdır. İqtisadiyyat və uçot departamenti tərəfindən təqdim edilmiş sənədlərdə bu əksini tapır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə 5 ay sonra məhkəməyə müaciət etmişdir. Bu səbəbdən, apellyaiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallaında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 110 nömrəli, 14 avqust 2009-cu il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 14 avqust 2009-cu il tarixdə Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01 oktyabr 2020-ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, 01 oktyabr 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən AR ƏMnin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01 oktyabr 2020-ci il tarixdə xitam verilməsi qərara alınmışdır. SACAR**********300070020B00209 nömrəli, 18 noyabr 2020-ci il tarixli əmrdən görünür ki, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında SOCAR**********00070020B00194 nömrəli, 01 oktyabr 2020-ci il tarixli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2 a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri AR ƏM-nin 75.2 d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.08.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01.10.2020-ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, 01.10.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01.10.2020-ci il tarixdə xitam verilmişdir. Daha sonra 18.11.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.10.2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri AR ƏM-nin 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə əsasən ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdehin 01 oktyabr 2020-ci il tarixli əmrinə müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, iddiaçı bundan həmin vaxtdan xəbərdar olsa da, məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, 18.03.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə bağlı olduğunu bildirsə də, bu hal müddətin ötürülməsinin üzrlü səbəbi sayıla bilməz, həmçinin həmin müddət əhəmiyətli dərəcədə çoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6329/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6329/2021
07.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver